+ Reply to Thread
1`dan(dən) 3`ə(a/ya/yə) qədər. Cəmi 3.

Mövzu: Məmməd Araz

  1. #1
    Yaxşı Yazır beyqurd's Avatar
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    beyqud
    İsmarıclar
    85

    Level: 26 
    Təcrübə: 107,825
    Next Level: 125,609

    Thanks
    120
    Thanked 314 Times in 83 Posts

    Əsas seçim Məmməd Araz


    Məmməd Araz

    1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti Yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra isə Azərbaycanda çıxan müxtəlif jurnal və qəzet redaksiyalarında məsul katib, redaktor müavini və redaktor vəzifələrində çalışıb. 1974-cü ildən ömrünün sonuna kimi Azərbaycan təbiəti jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar Birliyinin poeziya bölməsinə rəhbərlik edib. umumən əsərlərində mübarizlik ruhunu və vətənpərvərliyi əks edir. 2004-ci ilin dekabrında vəfat edib.

    Məşhur şerlər

    Ayağa dur Azərbaycan !!!
    Azərbaycan
    Bəzi şairlərə
    Tarixçi alimə
    Vətənsiz məhəbbət
    O gözlərə baxmaram
    Bir qəbir yanında
    Məndən ötdü, qardaşıma dəydi
    Məni inandırma
    Şair nə qazandın?
    Salamat qal
    Hər arzu hər istək nəğməyə dönüb
    Last edited by beyqurd; Tuesday 23 September 2008-1 at 12:13 AM.
    Özgə çırağına yağ olmaq bəsdir,
    Doğma ellərimiz qaranlıqdadır.
    Yanıb, yandırmayaq yadın ocağın,
    Evimiz soyuqdur, qışdır, şaxtadır.



  2. The Following 4 Users Say Thank You to beyqurd For This Useful Post:

    azarbayjan (Tuesday 23 September 2008-1), gelecek bizimdir (Tuesday 23 September 2008-1), memmed (Sunday 6 December 2009-1), tarkan (Tuesday 23 September 2008-1)

  3. #2
    Yaxşı Yazır beyqurd's Avatar
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    beyqud
    İsmarıclar
    85

    Level: 26 
    Təcrübə: 107,825
    Next Level: 125,609

    Thanks
    120
    Thanked 314 Times in 83 Posts

    Əsas seçim

    Ayağa dur Azərbaycan !!!

    Nə yatmısan qoca vulkan, səninləyəm !
    Ayağa dur. Azərbaycan, səninləyəm !
    Səndən qeyri,
    biz hər şeyi bölə billik.
    Səndən qeyri,
    Biz hamımız ölə billik.
    Bu Şəhriyar harayıdır,
    Bu Bəxtiyar harayıdır.
    Ayağa dur Azərbaycan!
    Bunu bizə zaman deyir,
    Məzarından baş qaldıran baban deyir:
    - Nər oğlu nər səninləyəm!
    Səninləyəm silah tutan,
    kulung tutan , yaba tutan,
    Kösöy tutan nişanlı ər səninləyəm!
    Səninləyəm qız atası,
    Hanı nərən , hanı səsin?
    Hani andın?
    Yoxsa sən də yatmışlara, batmışlara,
    Qeyrətini satmışlara xırdalandın?
    Gözünü sil vətən oğlu,
    Ayağa qalx!
    Üfüqünə bir yaxşı bax,
    Sərhədinə bir yaxşı bax,
    Sərhədinin kəməndinə bir yaxşı bax!
    Dur içindən qorxunu boğ,
    Ölümünlə qalımını ayırd elə.
    Dur içindən dovşanı qov,
    Dur özünü Boz Qurd elə!
    Varım - yoxum səninləyəm,
    Azım - çoxum səninləyəm,
    Şirin yuxum səninləyəm
    Yıxın məni söz atından, -
    Atın məni tank altına,
    Əzin məni xıncım - xıncım,
    Kəsmir əgər söz qılıncım.
    Didin məni didim - didim,
    Atın məni tank altına.
    Qundaqdakı bir körpəni xilas edim.
    Səninləyəm,
    Sözü qəmli, özü dəmli
    rəhbər adam!
    1918 -də vuruşurdu
    danışmirdı rəncbər atan,
    rəncbər atam!
    Oyat bizi ey yaradan səninləyəm !
    Ya birmərrə yatırt bizi,
    Ya birmərrə oyat bizi.
    Ya yenidən yarat bizi!
    Ey yaradan, səninləyəm!
    Səninləyəm yatmış vulkan.
    Səninləyəm!
    Ayağa dur Azərbaycan,
    Səninləyəm!


    19.03.1992.
    Özgə çırağına yağ olmaq bəsdir,
    Doğma ellərimiz qaranlıqdadır.
    Yanıb, yandırmayaq yadın ocağın,
    Evimiz soyuqdur, qışdır, şaxtadır.



  4. The Following 4 Users Say Thank You to beyqurd For This Useful Post:

    azarbayjan (Tuesday 23 September 2008-1), gelecek bizimdir (Tuesday 23 September 2008-1), memmed (Sunday 6 December 2009-1), tarkan (Tuesday 23 September 2008-1)

  5. #3
    Iraztürkün ən aKtiv üzvü gelecek bizimdir's Avatar
    Qeydiyyat
    May 2008
    Ünvan
    azerbaycan
    İsmarıclar
    315

    Level: 32 
    Təcrübə: 434,556
    Next Level: 453,790

    Thanks
    2,040
    Thanked 834 Times in 283 Posts

    Əsas seçim

    Səlam Bəyqurd.Sizin İmzaza Həsrət Çəkdim.

    Ay Bu Saitda Çalışanlar Oyanın.Başımız Qar Altında


    Özcə Çirağına Yağ Olmaq Bəsdir/Doğma Elimiz Qaranlıqdadır

    Yanıb Yandırmayaq Yadın Ocağın/Evimiz Soyuqdur Qışdır Şaxdadır

    Demirəm Yanmayaq Alovlamayaq/Yanmasın Neyləsin Yazıq Pərvanə

    Yanmayaq Vəfasız Yarın Oduna/Yanaq Elimizə Yanaq Vətənə


    Bu Şer Şəhriyari Yerinən Dəbərdib Şəhriyarrrrrr Elədi.Görək Bu Saitı Neynirəcək

    Aşiq Odu Ki Eşqe Vətən Vardı Başında

    Səttar Kimi Baqir Kimi Babək Kimi İnsan


  6. gelecek bizimdir Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    tarkan (Tuesday 23 September 2008-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

saitı altı silah

Məndə ötdü qardaşıma dəydi şeri

SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO