Suda bitər,
Suda itər. (Buz)
Nə baltadır, nə kərki,
Bütün kəsərdən iti. (Ağıl)
Tut ağacı, üzü pərdə
Barmaq gəzir pərdə-pərdə.
Gah dərində, gah zərində
Ağlar ahu-zar dilində. (Tar)
Əyri-müyrü hara gedirsən?
Təpəsi dəlik, sən nə deyirsən? (Tüstü və baca)
Dam üstə at kişnər. (Novdan)
Qırmızı divar üstə ağ fərələr düzülüb. (Damaq və diş)
At baba, ha hut baba,
Dolan evi yat, baba. (Süpürgə)
Şəkli işıqdan,
İpi var mıxdan. (Güzgü)
Anası qundaqda yatır,
Oğlu bazara gedir. (Güllə və giliz)
Başı şabalıd, quyruğu qayçı. (Qaranquş)


LinkBack URL
About LinkBacks




Reply With Quote
