+ Reply to Thread
1`dan(dən) 1`ə(a/ya/yə) qədər. Cəmi 1.

Mövzu: Arəş Labaf - müğənni

  1. #1
    İdman bölümünün müdürü time trial's Avatar
    Qeydiyyat
    Sep 2008
    Ünvan
    Azerbaycan
    İsmarıclar
    1,665

    Level: 40 
    Təcrübə: 2,063,548
    Next Level: 2,111,327

    Thanks
    5,099
    Thanked 3,975 Times in 1,158 Posts

    Thumbs up Arəş Labaf - müğənni

    Arəş Ləbaf 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Əslən azərbaycanlıdır.[1][2][3] 10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə, 5 il sonra isə Malmöyə köçüb.
    Arəşin əvvəllər BBC və Əl-Cəzirə telekanallarına verdiyi müsahibələrdə anasının əfqan, atasının fars mənşəli olduğunu bildirdiyinə dair iddialar da mövcuddur .[4] Bu fikirlər GAMOH tərəfindən səsləndirilir.
    27 yaşlı Arəş hazırda Malmödə yaşayır. Bəstəkar, prodüser və müğənni kimi ixtisaslaşıb. Dayvinq, basketbolla maraqlanır, şlyapa kolleksiyası toplayır. 2004-cü il sentyabrın 22-də farscadan tərcümədə "Get-get" mənasını verən "Boro-boro" adlı ilk sinqlını çıxarıb. Sinql qısa müddət ərzində İsveçdə birinci yeri tutub. 2005-ci ildə Arəşin öz adını daşıyan "Arash" albomu dünyanın məşhur musiqi kanalı MTV-də ən çox izlənən musiqilər sırasına daxil olub. Müğənninin elektronik musiqini, roku, hip-hopu və balladanı özündə cəmləşdirən "Dünya" (World) layihəsi ona bir az da çox uğur gətirib. Almaniyanın Kann şəhərində keçirilən festivalın qalibi olan Arəş həmin il Fransada düzənlənən "İnternational Music Market" müsabiqəsində də İsveçin ən yaxşı debütant müsuqiçisi seçilib. 2006-cı ildə Rusiyada "Grammys" mükafatını alan Arəş bu ölkədə ən məşhur xarici müğənni hesab edilir. İsveç, Avstriya, Almaniya, Polşa, Rusiya, Ukrayna, Türkiyə, Çexiya, İsrail, Tacikistan, Gürcüstan, Serbiya, Xorvatiya, Yunanıstan və Bolqarıstanda onun mahnıları "top" siyahılarında yer alır. Ümumilikdə 35 ölkənin musiqi kanallarında Araşın mahnıları yayımlanır. 2006-da Arəş, DJ Alligator və Şahkar Bineşpacuh 2006 FİFA Dünya Kubokunda çıxış edən İran milli futbol komandasına "Iran, Iran" mahnısını həsr etdilər. DJ Alligator Arəşin 2006-da ifa edilən bir sıra mahnılarını da bəstələyibdir.
    qaynaq:
    Kod:
     
    http://az.wikipedia.org/wiki/Ar%C9%99%C5%9F_(m%C3%BC%C4%9F%C9%99nni)

    canim azerbaycan

    gün bulut altinda qalmaz


  2. The Following 2 Users Say Thank You to time trial For This Useful Post:

    sensizolmaz (Sunday 31 May 2009-1), yurd sevan (Sunday 31 May 2009-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

Nobody landed on this page from a search engine, yet!
SEO Blog

Tags for this Thread

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO