+ Reply to Thread
1`dan(dən) 4`ə(a/ya/yə) qədər. Cəmi 4.

Mövzu: Ana-dilimizdə bayatılar

  1. #1
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,328,467
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    oxu Ana-dilimizdə bayatılar

    Vətən, Topraq, El-oba haqqında Bayatılar


    Yol vermə yada, Təbriz,
    El gedər bada Təbriz,
    Sənin həsrətindəyəm
    Can sənə fəda Təbriz.

    Kəm baxtı sönən qərib
    Qürbətdə ölən qərib
    Bəxtəvər günə düşdü
    Vətənə dönən qərib.

    Əziziyəm dilən gəz,
    Bağda gülə dilən gəz,
    Qürbətdə xan olunca
    Vətənində dilən gəz.

    Bu elin adi nədir?
    Dostu nə, yadı nədi?
    Qürbət eldə bilmədim,
    Ağzımın dadı nədı?

    Payız qışdan əzəldi,
    Yarpaq tökən xəzəldi,
    Vətən viran da olsa,
    O, cənnətdən gözəldi

    Gəmi gəldi, yan gəldi,
    Içində bir can gəldi.
    Vətən həsrəti çəkdim,
    Gözlərimə qan gəldi.

    Bu yoldan ötən yaxşı,
    Geyməyə kətan yaxşı,
    Gəzməyə qürbət ölkə,
    Ölməyə vətən yaxşı.

    Bu yerlər tala yeri,
    Bürc yeri, qala yeri,
    Qiyamət o gün qopar,
    El köçə qala yeri.

    Yazı yaza bilmirəm,
    Qara poza bilmirəm.
    Vətən orda mən burda,
    Ayrı dözə bilmirəm.

    Su gəlsə sel bilərdim,
    Meh, əssə, yel bilərdim,
    Dağda bir oba salsan,
    Mən səni el bilərdim.

    Araqçını yan qoydum,
    Içində biyan qoydum,
    Yurduma kəc baxanın,
    Ürəyinə qan qoydum.

    Çuxamın ağı bizdən,
    Belinin bağı bizdən,
    Düşmən gəlib yurd salsa,
    Alar xoş çağı bizdən.

    Burada yolum oldu tən,
    Varmı bu yoldan ötən,
    Bu dünyada şirin şey,
    Bir anadı, bir vətən.

    Ağlayarlar, gülərlər,
    Göz yaşını silərlər,
    Keçən yurdun qədrini,
    Düşən yurdda bilərlər.

    Çən, duman düzə neylər?
    Zülfün tök üzə neylər?
    Ov bizim, ovlaq bizim,
    Yad ovçu bizə neylər?

    Dağ başında qara bax,
    üstün alan sara bax,
    Aləm cənnətə dönsə,
    Mənə xoşdür qarabağ.

    Durna sanınnan keçər,
    Ötər, sanınnan keçər,
    Iğid vətən yolunda
    Ölər canından keçər.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  2. The Following 4 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    jahan (Friday 11 December 2009-1), janim_vatanim (Thursday 16 July 2009-1), time trial (Thursday 16 July 2009-1), yurd sevan (Thursday 16 July 2009-1)

  3. #2
    İdman bölümünün müdürü time trial's Avatar
    Qeydiyyat
    Sep 2008
    Ünvan
    Azerbaycan
    İsmarıclar
    1,672

    Level: 40 
    Təcrübə: 2,077,064
    Next Level: 2,111,327

    Thanks
    5,103
    Thanked 3,986 Times in 1,165 Posts

    Arrow

    Yer üzünü hələ sevə bilmirik,
    Sevsək əgər onu bölə bilmirik.
    Yer üzünü gəlin elə sevək ki,
    Bu sevgidən onu bölə bilməyək.
    Şair bəşəri duyğularla çıxış edərək, Yer kürəsinin hamıya məxsus olduğunu, onu bölüşdürməməyi, əksinə, göz bəbəyimiz kimi qorumağı tövsiyə edir.
    Şairin poetik dünyasının əsas qayəsini Vətən və vətənpərvərlik duyğuları təşkil edir. Düşmən tapdağı altında qalmış torpaqlarımızın ayrılığına dözə bilməyən, bunu özünə dərd edən şair "Vətən bayatıları" şeirində yazır:
    - Əzizim ağlar qalıb,
    Analar ağlar qalıb...
    Vətənim yad əldədir
    ürəyim ağlar qalıb.

    Əzizinəm bu dərdi,
    Bu möhnəti, bu dərdi
    Dağılıb elim-obam,
    Necə çəkim bu dərdi?..
    Kəmalə yaşadıqlarını, duyduqlarını səmimi şəkildə qələmə aldığı üçün şeirləri oxunaqlı və yaddaqalandır. "Vətən bir də doğulmur" kitabı müəllifin oxucularla üçüncü görüşüdür.

    canim azerbaycan

    gün bulut altinda qalmaz


  4. time trial Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    yurd sevan (Thursday 16 July 2009-1)

  5. #3
    İdman bölümünün müdürü time trial's Avatar
    Qeydiyyat
    Sep 2008
    Ünvan
    Azerbaycan
    İsmarıclar
    1,672

    Level: 40 
    Təcrübə: 2,077,064
    Next Level: 2,111,327

    Thanks
    5,103
    Thanked 3,986 Times in 1,165 Posts

    Arrow

    Balama qurban dayçalar,
    Bu balam haçan əl çalar?

    Balama qurban inəklər,
    Bu balam haçan iməklər?


    Balama qurban xalası,
    Balam qızıl parası.

    Qapımızda var çinar,
    Yarpağı dinar-dinar,
    Mənim balam körpədir,
    Saxlasın pərvərdigar.

    Qoxusu güldən gəlir,
    Güldən, bülbüldən gəlir.
    Balam gül beşikdə,
    Yuxusu birdən gəlir.

    Qızıl üzüyün yanı,
    Laylay, gözün qurbanı,
    Yuxuya get, yoruldum,
    Beşiyimin soltanı.

    Obalar obanız olsun,
    Bir belə balanız olsun.
    Hamıda beş-beş olsun,
    Qoy bizdə on beş olsun.

    Başına mən dolanım,
    Mən dönüm, mən dolanım.
    Səni allah saxlasın,
    Sayəndə mən dolanım.

    Balamsan, bir dənəsən,
    Sədəfdən, dürdənəsən,
    Mən ölsəm sənə qurban,
    Sən ölmə, bir dənəsən.

    Qərənfiləm, qalxaram,
    Açılmağa qorxaram.
    Gecə cınqırın çıxsa
    Yerimdən dik Qalxaram.

    Dərya dolu lilindən,
    Balam oynar gülinən,
    Aləmə can bağışlar,
    Məni saxlar dilindən.

    canim azerbaycan

    gün bulut altinda qalmaz


  6. The Following 2 Users Say Thank You to time trial For This Useful Post:

    jahan (Friday 11 December 2009-1), yurd sevan (Thursday 16 July 2009-1)

  7. #4
    İdman bölümünün müdürü time trial's Avatar
    Qeydiyyat
    Sep 2008
    Ünvan
    Azerbaycan
    İsmarıclar
    1,672

    Level: 40 
    Təcrübə: 2,077,064
    Next Level: 2,111,327

    Thanks
    5,103
    Thanked 3,986 Times in 1,165 Posts

    Arrow

    Yeri, a aşıq, yeri,
    Elə yar, aşıq yeri.
    Vətənin qürbətdədir,
    Yoxdur bir işıq yeri


    Üzlər gülməz, gözlər yaşlı, söz yanıq,
    Cahıl yanıq, ahıl yanıq, qız yanıq.
    Pərdə yanıq, tellər yanıq, saz yanıq,
    Bundan sonra yaşayarıq nə vaxta


    İsgəndər xan idi düşdü ayağa,
    Sailə dönübdü dünənki ağa


    Necoldu Ellərkənd - soyuq bulaqlı,
    Çivinli, Quzukənd - sərin yaylaqlı.
    Güllücə, Balıqlı - əziz qonaqlı,
    О keçən dövranlar hanı görünməz.
    Daşkörpü, Oxçoğlu о şirin dilli,
    Güllübulaq kəndi... bağçalı, güllü...
    Qaraçanta kəndi... alt yanı yollu,


    İndi Ağbabanın payız vaxtıdır,
    Bolluq yoxa çıxıb, bərəkət yoxdu.
    Sürülər, naxırlar əriyib daha,
    Ellərim görünmür, hərəkət yoxdu


    Qoynu xarabadı yaslı dağların,
    Tapılmır sahibi viran bağların.
    Sınıb ağacların qol-budaqları,
    Oba yox, elat yox, bircə kənd yoxdu


    Göydağlının sinəsi də dağlıdı,
    Ağbabaya gedən yollar bağlıdı,
    Ağladığın itmiş yurdun nağlıdı.
    Səbirli ol, dərdlə bacar, ağlama


    Yaranandan şeytan oldun,
    Yalandı sözün, erməni.
    Elləri dərbədər saldm,
    Tökülsün gözün, erməni


    Bu dünyanı çalxalama,
    Doldurma qana, erməni.
    Şeytan kimi fitnə qurub,
    Girmə yüz dona, erməni

    Çatmayıbmı didərginin sorağı,
    Tutulubdur türk oğlunun oylağı.
    Ağbabanın neçə-neçə yaylağı,
    Qalmaz yağılara, elə deyərsən


    Мən də didərginəm, sən də didərgin,
    Dərdini dərdimə cala, ağlama.
    Ağlamaqla dərdin sağalan deyil,
    Mən də sənin əmin, bala, ağlama.

    Atana-babana oxşa, bir ər ol
    Bilirəm, görmüsən hər sitəmi bol.


    Aciz olmaz belə türk olan, oğul,
    Qurd kimi qanını yala, ağlama

    canim azerbaycan

    gün bulut altinda qalmaz


  8. The Following 2 Users Say Thank You to time trial For This Useful Post:

    jahan (Friday 11 December 2009-1), yurd sevan (Thursday 16 July 2009-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

ana haqqinda bayatilar

anaya aid bayatilar

vətənə aid bayatılar

Vətən haqqında bayatılar

bayatilar ana haqqinda

ana haqqında bayatılarbayatılarana haqqinda bayativətənə aid bayatilarvetene aid bayatilar
SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO