+ Reply to Thread
1`dan(dən) 3`ə(a/ya/yə) qədər. Cəmi 3.

Mövzu: Settar xan Serdari-milli

  1. #1
    İdman bölümünün müdürü time trial's Avatar
    Qeydiyyat
    Sep 2008
    Ünvan
    Azerbaycan
    İsmarıclar
    1,669

    Level: 40 
    Təcrübə: 2,070,952
    Next Level: 2,111,327

    Thanks
    5,099
    Thanked 3,975 Times in 1,158 Posts

    Əsas seçim Settar xan Serdari-milli

    Settar xan Serdari-milli
    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]


    Settar xan 1868-ci ilde Qaradağ vilayetinin Canalı kendinde bir alverçi ailesinde anadan olmuşdur.
    1905-11-ci illerde baş vermiş Meşrute herekatı Settar xanı böyük serkerde seviyyesine qaldırdı. 1907-ci ilde Tebriz şeherinin Emirxiz mehellesinin fedailerine rehberlik eden Settar xan özünün qehremanlığı ve şücaeti ile bütün fedailerin sevimli serkerdesine çevrildi.
    Şura Meclisi topa tutulduqdan sonra şahın 40 min neferlik silahlı qüvvesi inqilabın beşiyi Tebriz şeherine hücum etdi. 1908-ci ilin iyun ayında Setter xanın rehberliyi altında Ali Herbi Şura yarandı. Ali Şuranın baş komandanı Settar xan ve onun müavini Bağır xan, üzvleri Eli Müsyo, Hacı Eli, Seyid Haşim xan teyin edildiler. 1909-cu ilin aprel ayına qeder Tebriz üsyanı düşmene böyük telefat vermekle onun silahlı qüvvelerini Tebrizden çıxarmağa nail oldu. Bu vuruşda Settar xan ve Bağır xanın qehremanlığı nezere alınaraq Azerbaycanın eyalet encümeni öz iclasının qerarı ile Settar xana "Serdari-milli" (Xalq serkerdesi) ve Bağır xana "Salari-milli" (xalq rehberi) fexri adları verdi.
    Tebrizin müdafiesi Herbi Şuraya tapşırıldı. Üsyançıların bu qelebesi Azerbaycanın başqa vilayetlerine ve bütün İrana mühüm tesir etdi. Tehran, Qezvin, Reşt, İsfahan ve başqa şeherlerde "Settar xan" adlı komiteler yarandı. Tebriz eyalet encümeni özünü Şura Meclisinin evezedicisi adlandırdı. 1908-ci ilin oktyabr ayına qeder Azerbaycanın bir çox vilayetleri düşmenlerden temizlendi.
    Ölkede inqilabi herekatın güclenmesinden qorxuya düşen şah ve irtica qüvveleri Tehranda Şura Meclisinin yeniden açılmasına icaze vermeye mecbur oldular. 1908-ci ilin dekabr ayında açılan ikinci Şura Meclisi Settar xan ile Bağır xanın xidmetlerini qiymetlendirmek meqsedile onların şekilleri üzerine qızıl suyu ile basılmış Fexri lövhe yaranmasını tesdiq edib, Meclisin yeniden açılması zamanı onu tribunadan aşmağa ferman verdi.
    Tebriz şeherinin qelebesinden sonra inqilabçıların nüfuzlarının artması İranın irtica qüvvelerini, xüsusile çar Rusiysı ve İngiltere imperializmini qorxuya saldı. Onlar Settar xanı ve onun fedailerini nüfuzdan salmaq üçün Settar xan ve Bağır xanı fedailerden, Tebrizden ayırmağa çalışdılar. İngilterenin xarici işler naziri Edvard Karinin bu ölkenin İrandakı sefiri Corc Birliye gönderdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Settar xan ve Bağır xan tezlikle Tebrizden çıxarılmalıdır. Bundan sonra İranın Baş naziri, Milli Şura Meclisi işe qarışıb Settar xan ve Bağır xanı Tehrana getmeye mecbur etdiler.
    1910-cu il mart ayının 6-da Settar xan ve Bağır xan 300 nefer fedai ile Tehrana yola düşdü. 1910-cu ilin aprel ayının 3-de Settar xan Tehrana çatdı. Qurbanlar kesildi, Tehran ehalisi onu nicatverici rehber kimi qarşıladı.
    Settar xana fedaileri ile Atabey parkında yer verildi. 1910-cu ilin 7 avqustunda şah şoşunları ve Tehranın polis reisi daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvveleri gece xaincesine qefleten hücum edib Atabey parkını mühasireye alaraq Settar xanın silahlı destelerini terkisilah etmeye başladılar. Hemin gece Settar xan ayağından yaralandı. Onların Tehrandan çıxmasına icaze verilmedi.
    Nehayet, hemin gülle yarasından 1914-cü ilin noyabr ayının 9-da Settar xan 48 yaşında vefat etdi ve Tehranda Şah Ebdülezim qebiristanlığında defn olundu. Qebri 1924-cü ilde inqilabçılar terefinden temir edildi.
    1944-cü ilde 44 mütereqqi qezeti öz etrafında birleşdiren "Azadlıq cebhesi" qezeti terefinden teşkil edilmiş mitinqde Seyid Cefer Pişeveri Settar xanın qebri üstünde nitq söyledi.
    1945-ci ilde yaranmış Azerbaycan milli hökumeti onun ve Bağır xanın heykellerini Tebriz şeherinde ucaltmış, adları küçelere qoyulmuşdur.
    Setter xanın qehremanlığına, onun xalqa ve inqilaba olan sedaqetine çoxlu şer ve poemalar hesr edilmişdir.

    canim azerbaycan

    gün bulut altinda qalmaz


  2. The Following 4 Users Say Thank You to time trial For This Useful Post:

    azarbayjan (Wednesday 20 April 2011-1), Bobi (Monday 28 March 2011-1), R.F.A (Monday 27 December 2010-1), yurd sevan (Monday 28 March 2011-1)

  3. #2
    Yaxşı Yazır TÜRKÇÜ's Avatar
    Qeydiyyat
    Jan 2011
    İsmarıclar
    41

    Level: 18 
    Təcrübə: 15,702
    Next Level: 17,484

    Thanks
    7
    Thanked 156 Times in 41 Posts

    Əsas seçim

    سئتتار خان 1868-جي ايلدئ قاراداغ ويلايئتي نين جانالي کئنديندئ بير آلوئرچي آيلئسيندئ آنادان اولموشدور. 1905-11-جي ايللئردئ باش وئرميش مئشروتئ هئرئکاتي سئتتار خاني بؤيوک سئرکئردئ سئويييئسينئ قالديردي. 1907-جي ايلدئ تئبريز شئهئري نين ائميرخيز مئهئللئسي نين فئدايلئرينئ رئهبئرليک ائدئن سئتتار خان اؤزونون قئهرئمانليغي وئ شوجائتي ايلئ بوتون فئدايلئرين سئويملي سئرکئردئسينئ چئوريلدي. شورا مئجليسي توپا توتولدوقدان سونرا شاهين 40 مين نئفئرليک سيلاهلي قوووئسي اينقيلابين بئشيگي تئبريز شئهئرينئ هوجوم ائتدي. 1908-جي ايلين اييون آييندا سئتتئر خانين رئهبئرليگي آلتيندا عالي هئربي شورا ياراندي. عالي شورانين باش کومانداني سئتتار خان وئ اونون موعاويني باغير خان، عوضولئري ائلي موسيو، حاجي ائلي، سئييد هاشيم خان تئيين ائديلديلئر. 1909-جو ايلين آپرئل آيينا قئدئر تئبريز عوصياني دوشمئنئ بؤيوک تئلئفات وئرمئکلئ اونون سيلاهلي قوووئلئريني تئبريزدئن چيخارماغا نايل اولدو. بو ووروشدا سئتتار خان وئ باغير خانين قئهرئمانليغي نئزئرئ آليناراق آزئربايجانين ائيالئت ائنجومئني اؤز ايجلاسي نين قئراري ايلئ سئتتار خانا " سئرداري-ميللي " (خالق سئرکئردئسي) وئ باغير خانا " سالاري-ميللي " (خالق رئهبئري) فئخري آدلاري وئردي. تئبريزين مودافيئسي هئربي شورايا تاپشيريلدي. عوصيانچيلارين بو قئلئبئسي آزئربايجانين باشقا ويلايئتلئرينئ وئ بوتون ايرانا موهوم تئسير ائتدي. تئهران، قئزوين، رئشت، ايسفاهان وئ باشقا شئهئرلئردئ " سئتتار خان " آدلي کوميتئلئر ياراندي. تئبريز ائيالئت ائنجومئني اؤزونو شورا مئجليسي نين ائوئزئديجيسي آدلانديردي. 1908-جي ايلين اوکتيابر آيينا قئدئر آزئربايجانين بير چوخ ويلايئتلئري دوشمئنلئردئن تئميزلئندي. اؤلکئدئ اينقيلابي هئرئکاتين گوجلئنمئسيندئن قورخويا دوشئن شاه وئ ايرتيجا قوووئلئري تئهراندا شورا مئجليسي نين يئنيدئن آچيلماسينا ايجازئ وئرمئيئ مئجبور اولدولار. 1908-جي ايلين دئکابر آييندا آچيلان ايکينجي شورا مئجليسي سئتتار خان ايلئ باغير خانين خيدمئتلئريني قييمئتلئنديرمئک مئقسئديلئ اونلارين شئکيللئري اوزئرينئ قيزيل سويو ايلئ باسيلميش فئخري لؤوحئ يارانماسيني تئسديق ائديب، مئجليسين يئنيدئن آچيلماسي زاماني اونو تريبونادان آشماغا فئرمان وئردي. تئبريز شئهئري نين قئلئبئسيندئن سونرا اينقيلابچيلارين نوفوزلاري نين آرتماسي ايرانين ايرتيجا قوووئلئريني، خوصوصيلئ چار روسييسي وئ اينگيلتئرئ ايمپئرياليزميني قورخويا سالدي. اونلار سئتتار خاني وئ اونون فئدايلئريني نوفوزدان سالماق اوچون سئتتار خان وئ باغير خاني فئدايلئردئن، تئبريزدئن آييرماغا چاليشديلار. اينگيلتئرئ نين خاريجي ايشلئر نازيري ائدوارد کاري نين بو اؤلکئ نين ايرانداکي سئفيري جورج بيرلييئ گؤندئرديگي تئلئقرامدا (16.3.1910) دئييليردي کي، سئتتار خان وئ باغير خان تئزليکلئ تئبريزدئن چيخاريلماليدير. بوندان سونرا ايرانين باش نازيري، ميللي شورا مئجليسي ايشئ قاريشيب سئتتار خان وئ باغير خاني تئهرانا گئتمئيئ مئجبور ائتديلئر. 1910-جو ايل مارت آيي نين 6-دا سئتتار خان وئ باغير خان 300 نئفئر فئداي ايلئ تئهرانا يولا دوشدو. 1910-جو ايلين آپرئل آيي نين 3-دئ سئتتار خان تئهرانا چاتدي. قوربانلار کئسيلدي، تئهران ائهاليسي اونو نيجاتوئريجي رئهبئر کيمي قارشيلادي. سئتتار خانا فئدايلئري ايلئ آتابئي پارکيندا يئر وئريلدي. 1910-جو ايلين 7 آوقوستوندا شاه شوشونلاري وئ تئهرانين پوليس رئيسي داشناک يئفرئم داويديانسين باشچيليق ائتديگي پوليس قوووئلئري گئجئ خاينجئسينئ قئفلئتئن هوجوم ائديب آتابئي پارکيني موهاسيرئيئ آلاراق سئتتار خانين سيلاهلي دئستئلئريني تئرکيسيلاه ائتمئيئ باشلاديلار. هئمين گئجئ سئتتار خان آياغيندان يارالاندي. اونلارين تئهراندان چيخماسينا ايجازئ وئريلمئدي. نئهايئت، هئمين گوللئ ياراسيندان 1914-جو ايلين نويابر آيي نين 9-دا سئتتار خان 48 ياشيندا وئفات ائتدي وئ تئهراندا شاه ائبدولئزيم قئبيريستانليغيندا دئفن اولوندو. قئبري 1924-جو ايلدئ اينقيلابچيلار تئرئفيندئن تئمير ائديلدي. 1944-جو ايلدئ 44 موتئرئققي قئزئتي اؤز ائترافيندا بيرلئشديرئن " آزادليق جئبهئسي " قئزئتي تئرئفيندئن تئشکيل ائديلميش ميتينقدئ سئييد جئفئر پيشئوئري سئتتار خانين قئبري اوستوندئ نيطق سؤيلئدي. 1945-جي ايلدئ يارانميش آزئربايجان ميللي هؤکومئتي اونون وئ باغير خانين هئيکئللئريني تئبريز شئهئريندئ اوجالتميش، آدلاري کوچئلئرئ قويولموشدور. سئتتئر خانين قئهرئمانليغينا، اونون خالقا وئ اينقيلابا اولان سئداقئتينئ چوخلو شعر وئ پوئمالار هئسر ائديلميشدير.

    TÜRKƏ VƏTƏN NƏ TÜRKİYƏDİ-NƏ TÜRKƏMƏN-ONA VƏTƏN TƏKCƏ TURAN DİR TURAN

  4. The Following 5 Users Say Thank You to TÜRKÇÜ For This Useful Post:

    azarbayjan (Wednesday 20 April 2011-1), Bobi (Monday 28 March 2011-1), R.F.A (Monday 28 March 2011-1), time trial (Monday 28 March 2011-1), yurd sevan (Monday 28 March 2011-1)

  5. #3
    Yaxşı Yazır Oqtay Eloglu's Avatar
    Qeydiyyat
    Feb 2011
    İsmarıclar
    80

    Level: 20 
    Təcrübə: 28,614
    Next Level: 29,658

    Thanks
    44
    Thanked 346 Times in 80 Posts

    Əsas seçim

    SEYİD CƏFƏR PİŞƏVƏRİNİN SƏTTARXANIN QƏBRİ ÜSTƏ

    TƏŞKİL OLUNMUŞ MİTİNQDƏKİ NİTQİNİN XÜLASƏ



    Sərdari-millinin ilk xatirə məclisini azadlıq cəbhəsinə mənsub olan qəzetlər adından böyük iftixarla açıq elan edirəm.
    Şübhəsiz ki, gənc nəslin tərbiyəsində böyük şəxsiyyətlərin yad edilməsinin dərin təsiri vardır.
    Bu gün biz böyük bir tarixi igid insanın məzarı qarşısında dayanmışıq. Bu xalq sərkərdəsi vaxtı ilə İranın tanınmış parlaq ulduzlarından olan məşhur Səttarxandır. Səttarxanın adı tək İranda deyil, bütün dünyada ildırım sürəti ilə yayılmış və onun qəhrəmanlığı bütün iranlıların başını ucaltmışdır.
    Mən bu azadlıq qəhrəmanının əxlaqı və heyranedici işləri haqqında söhbət etməzdən əvvəl, bir neçə kəlmə onun doğulduğu yer haqqında, yəni Azərbaycan və xüsusilə Təbriz şəhəri haqqında danışmağı lazım bilirəm.
    Böyük ustad ağayi Məliküş-şüəra Bahar üçün baş vermiş gözlənilməz hadisə nəticəsində Azərbaycanın tarixi əhəmiyyətini bu məclisdə ağalar üçün qeyd etmək mümkün olmadı. Bizim məqsədimiz heç də tarixi şərh etmək deyil. Bu gün biz, bu böyük məzarın qarşısında yalnız öz səmimi hisslərimizi təqdim edə bilərik.
    Bəzi adamlar otuz neçə il bundan əvvəl baş vermiş Məşrutə hərəkatını süni və diktə olunmuş bir iş hesab edirlər. Bəziləri isə onun səbəb və amillərini nəzərə çatdırmadan Azərbaycanın tutduğu mövqeyi sadə şəkildə tərifləmək və azərbaycanlıların fədakarlığından danışmaqla kifayətlənirlər. Məncə, bu cür tərif Azərbaycanın Milli məşrutətələblik hərəkatının qədr-qiymətini azaldır və gəncləri ona nisbət laqeyd və şübhəli edir.
    Əldə olan bir çox dəlillərə görə bu məsələlərə bir az diqqət edən və dərindən yanaşan hər bir adam başa düşəcək ki, qeyd olunan hərəkat əzab-əziyyət görmüş iranlıların ürək arzularının məhsuludur. Bu heç də səbəbsiz deyil ki, həmin hərəkatda Azərbaycan xalqı ilk addım atmış və İran əhalisinin arzularını həyata keçirmək üçün daxilindən Səttarxanlar və Bağırxanlar kimi mübarizələr yetişdirərək öz ictimaiyyətinə təqdim etmişdir.
    Hamımız bilirik ki, keçən müharibənin başlanğıcında, xüsusilə hazırki əsrin əvvəllərində, Azərbaycan iqtisadiyyat və ticarət nöqteyi-nəzərdən İranın mərkəzi hesab edilirdi. Təbriz tacirləri, ticarət mallarını idxal və ixrac edən mühüm amillər hesab olunur və dünyanın bütün ölkələri ilə əlaqə saxlayırdılar. Avropanın hər hansı ticarət mərkəzində Azərbaycanın bir çox böyük ticarət müəssisəsinə rast gəlmək mümkün idi. Buna görə də Təbriz tacirləri həmin yolla asanlıqla Avropanın vəziyyəti və mədəni millətlərin inkişafı ilə yaxından tanış olurdular. Onlar xanlıqlar dövrünün çürümüş fikir və əqidələrinin zəncirindən xilas olub azadlıq, təkamül və inkişaf fikirlərini öz vətənlərinə sovqat gətirirdilər. Bundan başqa Azərbaycan Rusiya və Türkiyə ilə qonşu olduğu üçün buradakı müxtəlif siniflərin bir çox nümayəndələri sərvət qazanmaq və yaşayış vəsaiti əldə etmək xatirinə həmin ölkələrə səfər edərək, orada tərəqqipərvər adamlarla yaxın rabitə saxlayıb azadlıq və yenilik fikirləri ilə öz vətənlərinə qayıdırdılar.
    Xüsusilə Rusiyada baş vermiş 1905-ci il inqilabı, habelə Türkiyədə Sultan Əbdülhəmid əleyhinə başlanan cümhuriyyətçilər hərəkatı Azərbaycan xalqının ruhiyyəsinə dərin təsir göstərdi. Türklərin və Qafqazlıların dilini bilən təbrizlilər üçün həmin məntəqələrdə olan yeni fikir və azadlıq əqidələri ilə tanış olmaq heç bir çətinlik törətmirdi. Bundan əlavə azərbaycanlılar Avropada sənayenin inkişafını, karxana, fabrikləri və digər iqtisadi vasitələri yaxından seyr edərək başa düşürdülər ki, vətənləri mədəniyyət karvanından xeyli geri qalmışdır. Onlar dərk edirdilər ki, əgər fədakarlıq göstərməyib özlərini qurban verməsələr İran əldən gedəcək və onun quru, boş adından başqa heç bir şey qalmayacaqdır. Eyni zamanda azərbaycanlılar İran sərhədindən xaricə qədəm qoyduqda özlərini müəyyən dərəcədə azad və müstəqil hiss edirdilər. Onlar görürdülər ki, heç kəsin azərbaycanlılar ilə işi yoxdur. Heç bir adam məhkəmənin hökmü olmadan onlara təcavüz edə bilməz. Öz əqidələrini heç bir maneə və qeyd-şərt olmadan azad surətdə deyə bilirlər. Orada məskənləri, şəxsiyyətləri və heysiyyətləri qanun vasitəsi ilə tamamilə mühafizə edilir. Həqiqətdə onlar özləri üçün şəxsiyyət qazanırlar. Şübhəsiz təsdiq edirsiniz ki, keçmişdə bizim ölkədə indiki bu sadə azadlıq da yox idi. Hətta bu gün də tamam mənasında azadlıq yoxdur. Buna görə də həmin adamlar üçün yalnız bir yol qalırdı. Onlar istər-istəməz elə bir iş görməli idilər ki, həmin haqqı öz vətənlərində, öz doğulduqları yurdalırnda da əldə etsinlər. Azərbaycanlıların vətəni sevmək sahəsindəki qızğın hissləri də həmin əsas üzərində qurulmuşdur. Azərbaycanlı hiss edirdi ki, onun vətəni, mənəviyyəti və milli şəxsiyyəti vardır. Bunları qoruyub saxlamalıdır. O, anlayırdı ki, özbaşınalıq üsuli-idarəsi, zorakılıq, quldurluq rejimi həmin böyük arzu qarşısında maneə təşkil etmişdir. Bundan başqa təbrizlilər Məmmədəli Mirzənin sarayındakı vəziyyəti, onun xüsusi əxlaqını digər vilayətlərin adamlarından daha yaxşı bilirdilər. Onlar başa düşürdülər ki, çürümüş mühit daxilində olan bu pozğun ünsür İranı bədbəxtliyə və fəlakətə sövq edəcəkdir. Götürün xüsusi azərbaycanlı tip sayılan rəhmətlik Talıbovun kitablarını oxuyun. Onun qərəzsiz bir azərbaycanlı kimi yazdığı “İbrahimbəyin siyahətnaməsi” adlı kitabını nəzərdən keçirin. Digər kitablar, qəzetlər və xitabnamələr də göstərə bilər ki, azərbaycanlı yeni bəşər mədəniyyətinin mənasını anlamaqda, azadlığın əsasını başa düşməkdə nə qədər irəliləmişdir. Azərbaycanlılar öz azadlıqları yolunda fədakarlıq edərkən qarşılarında belə bir yüksək və böyük məqsəd qoymuşdular. Beləliklə, məlum olur ki, Məşrutə hərəkatı heç də süni və öz-özünə törənmiş bir hadisə olmamışdır. Onu Azərbaycan xalqına heç kəs zorla və ya diktə etməmişdir.
    Bu qələt fikrin və təhlükəli nəzəriyyənin tərəfdarları bir çox hallarda İran azadlığına düşmən olan ünsürlərdən ibarətdirlər. İranın həqiqi azadlıq sevənləri və İran xalqı şübhəsiz ki, onlardan cana gəlib, onlara nifrət bəsləyir.
    Azərbaycanlıların azadlıq və məşrutətələblik hərəkatının dərin kökləri olmuşdur. Bu müqəddəs torpağın sakinləri pak və təmiz niyyətlə istəyirdilər ki, öz xalqlarını istibdad zəncirindən xilas edib, onu mədəniyyət karvanına çatdırsınlar. Bu böyük iş üçün yol göstərən rəhbərlər lazım idi. Əməli işə başlanması və fəaliyyət meydanının əmələ gəlməsi ilə, təbii olaraq rəhbərlər də tapıldı. Bu iş üçün heç də çoxlu axtarış lazım olmadı. Hərəkətə gəlmiş kütlə əməl meydanını tanıyırdı. O, elə bir adamın rəhbərlik bayrağı altına toplanırdı ki, mərdliyi və ləyaqəti olsun, öz vicdanını dünya malına satmasın, xalqı yolun yarısında tək qoymasın. Xalq elə bir rəhbərin ətrafına toplanmaq istəyirdi ki, müvəqqəti şikəst və məğlubiyyətlərdən təcrübə əldə edərək, kapitanlığın məsuliyyətini üzərinə götürmüş gəminin sükanını hadisələrin sərəncamına buraxmasın. Onu öz əlində möhkəm saxlasın. Əli qüvvətli və dəmir kimi möhkəm olsun, öz xalqını qüdrətli və qüvvətli hesab etsin. Öz nəfəsinə, öz şücaət və bacarığına istinad edərək öz əmri altında olan qüvvələrin qəti qələbəsinə tam surətdə inansın. Təbriz azadixahları Səttarxanı belə bir fövqəladə şəxsiyyət kimi tanıyaraq, hətta bir mərasim və müqəddimə olmadan onu özləri üçün sərkərdə qəbul etdilər. Ona görə ki, xalq Səttarxanı gündəlik həyat və mübarizə meydanında tanıyıb, onun qüdrətli əhvali-ruhiyyəsini dərk etmişdir.
    Təcrübə əməli surətdə sübut etdi ki, Azərbaycan azadixahları Səttarxanı seçməkdə heç də yanılmamışdılar. Bu rəşadətli insan azadlıq cərəyanının başında durduğu vaxtdan öz həyatının son dəqiqələrinədək azadlığa bəslədiyi iman və əqidəsi üzündən misli görünməmiş istedad və ləyaqət göstərdi. Mən son səfərimdə seçkilər mübarizəsi ilə əlaqədar olaraq Məşrutə inqilabı günlərində silah ələ götürüb azadlıq yolunda çalışmış böyük bir dəstə mücahidlə yaxından tanış oldum. Bu adamların hamısı Sərdari-millinin adına valeh olub ona yüksək hörmət bəsləyirdilər. Onlar Səttarxanın heyrətləndirici işlərini tərifləyir və bununla da özlərini xoşbəxt hesab edərək, öz iftixarı xatirələrinə həvəskar dinləyici tapıldığı üçün sevinirdilər. Xüsusilə, Sərdari-millinin mübarizəni davam etdirmək haqqında qəti qərara gəldiyi gecənin xatirəsi dinləyicilərin ruhuna təkan verir və onları bu əzəmətli ruhiyyə qarşısında baş əyməyə vadar edir. Mücahidlərin rəisi və azadixahlar sərdarının ruh yüksəkliyi və iradə qüdrəti məhz həmin qəti qərarda tam mənası ilə öz ifadəsini tapmışdır.
    Təbriz azadixahlarının ən ağır mübarizə günlərindən biri idi. İrticaçılar nə tək bütün İranı, bəlkə Təbrizin bəzi məhəllələrini də mücahidlər əleyhinə silahlandırmışdılar. Qanlı vuruşmaların başlanmasından neçə gün keçirdi. Mücahidlərin bir çoxu ölüb, yaxud yaralanmışdı. İrticaçıların fitnəkarlığı və hiylələri nəticəsində bir dəstə özünü kənara çəkib, ehtimal olunan məğlubiyyətdə baş verə biləcək ölüm təhlükəsindən canını xilas etmək istəyirdi. Son damla qanınadək azadlıqdan difa etməyə hazır olmağı iddia edənlərin çox az bir hissəsi Səttarxanın ətrafında qalmışdı. Belə bir gündə azadlıq hərəkatına müxalif olanlar tərəfindən Səttarxanın yanına nümayəndələr göndərildi. Onlar mücahidlərin ağır vəziyyətini şərh etdikdən sonra Səttarxana deyirlər ki, sülh etdiyi təqdirdə dövlət ona istədiyi rütbə və məqamı verəcəkdir. Onlar eyni zamanda bildirirlər ki, məşrutəçilər öz təhlükəsizliklərinə xatircəm olmaları və təminat əldə etmələri üçün hər hansı xarici dövlətlərdən birinin bayrağı altına sığına bilərlər. Öz xalqının qüdrətinə iman bəsləyən bir sərdar üçün bu təklif çox ağır və xoşagəlməz idi. Buna baxmayaraq o, düşmən elçilərini hörmətlə qəbul edərək demişdir: “Bu evin üzərində dalğalanan bayraq dünyanın ən iftixarlı və böyük bayraqlarından biridir. Bütün dövlətlər həmin bayrağın altına sığınmalıdırlar. Biz ölümdən qorxmayırıq. Xatircəm ola bilərsiniz ki, qələbə bizimlədir”.
    Eşitdiyimiz kimi həmin böyük hümmət və polad iradə sayəsində Əmirxiz məhəlləsində mühasirə olunan neçə nəfərlik mücahid irtica qüvvələrini dağıdıb qalib gəldi, məşrutə və azadlıq bayrağını bütün İranda ucaltdı.
    Bu mərd insanın gördüyü işlərin təfərrüatından danışmaq neçə saatlar vaxt tələb edir. Xülasə surətdə demək lazımdır ki, Sərdari-milli Təbriz azadixahları və məşrutəçilərinin vuruşduqları vaxt məşhur sima olmuşdur. İran xalqı onun adını hörmətlə yad edir, hər yerdə Səttarxanın şəklini görmək olurdu. Hətta İranın ən ucqar nöqtələrində yaşayan kəndlilər belə öz daxili hisslərini bəyan etmək üçün daxmalarını onun şəkli ilə ziynətləndirirdilər. Bu nüfuz və şöhrət öz-özlüyündə sübut edir ki, məşrutəxahlıq hərəkatı heç də diktə ilə olmamışdır. Xüsusilə İranın xalq kütlələri bu ictimai hərəkata böyük ümidlər bəsləyir və təsəvvür edirdilər ki, azadlıq qüvvələrinin qalibiyyəti nəticəsində onların maddi, mənəvi və ictimai vəziyyətləri yaxşılaşacaq, əsarət, yoxsulluq və zülmdən nəcat tapacaqlar. Xalq öz məqsədinə çatmağı iradə, rəşadət və şücaəti ilə şöhrət qazanmış Səttarxanın simasında görürdü. Təsadüfi deyil ki, xalq içərisində Səttarxana aid müxtəlif əfsanələr və dastanlar qoşulmuşdur. Bəziləri deyirdilər ki, o, ruyintən və kəmərbəstədir (tunc bədənli.-red.). Onun bədəninə güllə təsir etmir. Səttarxan sinəsini açaraq düşmənin üzərinə irəliləyir. Onun tərəfinə atılan güllələr isə dolu kimi ətəyinə tökülür, sağ və səlamət öz iqamətgahına qayıdır. Məşrutiyyət dövründə Sərdari-milli haqqında çoxlu qəsidə və şerlər də deyilmişdir. Məncə onların ən dəyərlisi kütlə arasında yayılmış şer və mahnılardan ibarətdir.
    Farsca və türkcə deyilmiş bu şer və mahnılardan əlavə Tehrana varid olan zaman Səttarxanın böyük təntənə ilə istiqbal edilməsi də İranın bu xələf oğlunun xalq kütləsi içərisində nə qədər nüfuza malik olduğunu göstərir. Həmin yığıncaqda elə adamlar var ki, qeyd olunan böyük istiqbalda iştirak etmiş və onu görmüşlər. Əgər desəm ki, Tehran əhalisinin müxtəlif təbəqələrinə mənsub olan yüz min nəfərdən artıq adam haman istiqbalda iştirak etmişdir, bu heç də mübaliğə deyildir. Bir neçə dəqiqə bundan əvvəl ağalardan biri deyirdi ki, Səttarxanın istiqbalına gəlmiş adamların sırası Tehranın mərkəzindən Kərəcə qədər uzanırdı. Əhali bir neçə gün qabaqdan həmin istiqbal üçün hazırlıq görmüşdü. Bu istiqbalda bütün nəqliyyat vəsaitindən istifadə olunmuşdur. Bütün yolu toz bürümüşdü. Hamı istəyirdi ki, azadlıq yolunda möcüzələr göstərmiş şücaətli insanı, iradəli və qətiyyətli sərkərdəni yaxından görsün. Müxtəlif dəstələrə mənsub olan şəxslər addımbaşı Səttarxanın ayağı altında inək və qoyun qurban kəsirdilər. Tehran şəhəri o gün füsunkar gəlin və nazlı bir dilbər kimi öz sevimli kürəkənini qəbul etmək üçün nəhayət dərəcədə bəzənmişdi. İranın paytaxtı ürəkdən nüfuz və şadlıq edirdi. Kim bilir, bəlkə də həmin nüfuz və əzəmət qərəzli və paxıl adamların kinli ürəyini şölələndirdi və onlar bu adlı-sanlı qəhrəmanı yıxmaq üçün xəyanət əllərini işə saldılar.
    Mən otuz illik siyasi təcrübədən belə başa düşmüşəm ki, nifaq, azadlıq hərəkatları üçün ən böyük təhlükədir. Məhz həmin təhlükəli xəstəlik Cəngəl hərəkatını faciəli vəziyyətdə sona çatdırdı.
    Eşitdiyimiz kimi, mərhum Kiçikxan da öz növbəsində şöhrətli bir adam olmuşdur. O da İran xalqının diqqətini cəlb etmişdir. Cəngəldə azadlığın müxtəlif düşmənləri tərəfindən törənən ixtilaf və çəkişmələr nəticəsində bu rəşadətli azadixahın işi o yerə gəlib çatdı ki, nəhayət Talış kədiyində tək-tənha şaxtadan öldü. Bu hadisədən sonra onun başını kəsib Sərdar Süpəhə[Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ] sovqat apardılar. Halbuki, o, Heydərxan Əmioğlunu öldürdüyünə görə İran azadixahlarının əksəriyyəti içərisində öz etibarını itirmişdi.
    Sərdari-milli Tehrana varid olan zaman zahirdə hökumət Məmmədəli Mirzənin əlindən çıxmış səqir istibdada[Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ] son qoyulmuş, məşrutiyyət üsulu qurulmuşdu. Lakin o zaman İran hakimi dairələrində həssas mövqelər tutan və zamanın təqazasına görə özlərini azadixah adlandıran bəzi şəxslərin mahiyyəti və sinfi mövqelərini tədqiq və nəzərdən keçirdikdə aydın olur ki, Tehran “təntənə” ilə Səttarxanı qarşıladıqda onu ölüm ayağına çəkmək istəyirdir. Məhz belə hallarda tarixin qüdrətli əli işə qarışır. Tarixçi zamanın ötüb keçməsindən, qərəzli adamların hərarətdən düşməsindən istifadə edərək qələm silahını ələ alıb, bacarıqlı bir cərrah kimi tam qanısoyuqluqla yaranı sökür, onu törədən əsas amili çıxarıb bütün dünyaya göstərir. Ətabək parkının[Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ] mühasirəyə alınması xalq sərkərdəsi Səttərxanın yaralanması haqqında indiyədək yazılmış və deyilmiş sözlərin hamısı ya qərəzli olmuş və ya heç olmazsa həmin sözlərin müəllifləri Azərbaycan mücahidlərinə müxalif olan şəxslərin təbliğatı təsiri altına düşmüşlər. Bu qanlı hadisənin İran Məşrutə tarixi nöqteyi-nəzərindən ətraflı və bitərəf bir şəkildə öyrənilməsinin böyük əhəmiyyəti vardır.
    Hadisənin şahidi olan mücahidlər deyirlər ki, biz Tehrana varid olduğumuz gündən qəsdən tərkisilah edilmək üçün Tehrana gətirildiyimizi və mühasirə olunduğumuzu hiss etdik. Mərhum Sərdari-milli özü hiss etmişdi ki, hökumət zahiri surətdə əvəz edilmişdir. Hələ də qüdrət və nüfuz müstəbidlərin və mürtəcelərin əlində idi. O deyirdi: “Biz ona görə qurbanlar verib fəaliyyət etdik ki, hökumət xalqın öz əlinə verilsin. Xalq özü əyalət və vilayət əncümənlərinin, Şura məclisinin vasitəsi ilə ölkənin müqəddəratını təyin etsin. İndi bir Məmmədəli Mirzə getmiş və onun yerində bir neçə Məmmədəli Mirzə oturmuşdur. Bundan əlavə məşrutəçilik donu geymiş və özlərini mühitə uyğunlaşdırmış irticaçılar bilirdilər ki, Sərdari-millinin qüdrəti digər əyalətlərdə işləri ələ almaq üçün istifadə etdikləri xanlıq qüvvələrindən tamamilə fərqlidir. Bizim əqidəmizcə bu qanlı hadisədə böyük xəyanətlər olmuş və mücahid qüvvələrin aradan aparılması geniş xəyanətkar nəqşə əsasında həyata keçirilmişdir. Mən şəxsən bu hiyləgərlik və xəyanətin üzərindən pərdələrin götürülməsinin tərəfdarıyam. Deyirlər ki, Sərdari-milli silahlı yerə qoymaq istəmirdi. Mücahidlərin arasında toqquşmalar baş verir və hər gün mücahidlərdən bir neçəsi bir-birini öldürürdü. Bütün bunlar baş verə bilər. Lakin mücahidlərin tərkisilah edilməsinin nə üçün lazım gəldiyini araşdırmaq lazımdır. O vaxt bütün ilat, əşair və xanlıqlara mənsub adamlar təpədən dırnağa qədər silahlanmışdılar. Onlar hətta mərkəzi hökuməti də öz təsirləri altına ala bilmiş, nazirlərin təyin edilməsinə, dövlətin əməliyyatına və məmləkətin müqəddəratına təsir göstərən amillərə çevrilmişdir. Bu heç də aydın deyildir ki, Yefremin[Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ] dəstələri İranın azadlığı və istiqlaliyyətinə Sərdari-millinin mücahidlərindən daha çox əlaqə bəsləsinlər. Yaxud Bəxtiyari xanları mərkəzi hökuməti qüvvətləndirməkdə Təbriz və Tehran azadixahlarından daha irəlidə olsunlar. Burada bir çox incəliklər var. Həmin incəliklər Azərbaycan mücahidlərinə əlaqə bəsləyənləri tarixçilərin, qəzetçilərin yazılarına, xüsusilə klassik tarix kitablarına şübhələndirir.
    Razı Həmədani adlı axmaq bir adam bir tarix kitabı yazaraq, iddia etmişdir ki, Səttarxan və Bağırxan iki qardaş olmuşlar. Onlar Tehrana gəlib bəzi işlər görmüşlər, ona görə də dövlət tərəfindən mühasirəyə alınıb tərksilah edilmişlər. Səttarxan, Bağırxan kimi iki məşhur adamı müəyyənləşdirmək üçün hətta kiçik zəhmət belə çəkmək istəməyən bir “tarixçi” şübhəsizdir ki, İranın ən böyük fədailərini də yağı və iğtişaşçı kimi göstərə bilər. Hər halda bir gün gəlib çatacaq ki, biz yaltaqların və ikiüzlülərin yazılarını cırıb yandıracağıq.
    Bizə məlumdur ki, Sərdari-milli Səttarxan öz vətəninə əlaqə bəsləyən, onu böyük və qüdrətli hesab edən, vətənin azadlığı yolunda mərdliklə azadlıq hərəkatı bayrağını yüksəklərə qaldıran bir şəxsiyyət olmuşdur. Ətabək parkındakı qırğın, mücahidlərin tərksilah olunması da bizim fikrimizcə böyük bir xəyanətdən ibarət olmuşdur. Təəssüflər olsun ki, əşraf və irticaçılar tərəfindən hazırlanmış bu nəqşəni mücahidlərin bir dəstəsi kor-koranə surətdə həyata keçirmiş və bununla da axmaq və şüursuz tarixçilərə imkan vermişlər ki, böyük sərdarın İran azadlığı tarixində açdığı iftxarlı səhifəni qaralasınlar. Şübhəsiz ki, o zaman milli qüvvələri yıxmaq deyil, onları qüvvətləndirib genişləndirsəydilər, İranın məşrutə hərəkatı səmərəsiz qalmazdı, irticaçı ünsürlər məşrutəçilik donu geyib yenidən əvvəlki mövqelərinə keçə bilməzdilər.
    Deyirlər ki, Sərdari-milli nümayəndələrdən bəzilərinin sürgün olunmasını tələb edirdi. Bu ehtimal olunası məsələdir. Bizim əqidəmizcə, hətta bu gün Şura məclisində oturub azadlıq və məşrutiyyətin kökünü qazıyan bəzi nümayəndələr edam olunmalıdır. Əqidəmizcə Səttarxan millətin evi və məşrutə ölkəsinin ağırlıq mərkəzindən bir neçə nəfər diktator, lovğa və murdar ünsürlər təmizləmək əzmində olmuşsa, onun yüksək ruhu və müqəddəs fikri qarşısında bir daha təzim etmək lazımdır.
    Məşrutiyyət dövründə azadixahların bir səhvi də bundan ibarət olmuşdur ki, onlar azadlıq düşmənləri ilə sərt rəftar etməmiş, bu vəhşi bitkiləri kökündən çıxarmamış və bununla onların tam maddi və mənəvi qüdrətilə sağlam qalmasına imkan vermişlər. Məhz buna görə də döyüş sona çatdıqdan sonra onlar öz qüvvələrini azadlıq əleyhinə işə salmışlar.
    Gördüyünüz kimi, bizim Sərdari-milli heç də sadə və məlumatsız adam olmamışdır. O öz möhkəm inamı, sağlam və pak əqidəsilə mücahidlərin vuruşmaları nəticəsində boşaldılmış səngərləri bir-bir saziş və dinc vasitələr ilə işğal edir. İndi görürsünüz ki, Sərdari-millinin qaldırdığı və bütün dövlətlərin onun himayəsi altına toplanacağını zəruri hesab etdiyi bir bayrağı azadlıq əleyhdarları nə kimi hiyləbazlıqla yıxıb yerə atdılar. İrtica qüvvələri qarşısında sinə gərib azadlığı qoruyan mücahidləri necə hiylə ilə yıxdılar. Belə gənclər Sərdari-millini tanımalı, onun həyatını və qəhrəmanlıq əməllərini oxuyub öyrənməli, böyük əqidə, fikir və arzularını bilməlidirlər.
    Şübhəsiz ki, Sərdari-milli o vaxt təslim olmamaqla düzgün hərəkət etmişdir. O bilirdi ki, təslim olduğu təqdirdə azadlıq və məşrutəni öz əlilə təslim etmiş olacaq. Bu çox diqqətəlayiq məsələdir və onun qüdrətli iradəsi, sabitqədəmliyi məhz bu işdə özünü təzahür etdirir. Biz görürük ki, on-on beş nəfər sadə mücahidlə bütün ölkə qarşısında müqavimət göstərmiş bir şəxs, Ətabək parkında da, ətrafda olan cəmiyyətə arxalanaraq təslim olmur. Burada da əgər hiylə və riyakarlığa əl atılmasaydı, Müstofilməmalik iş başına gətirilməsəydi bu xəyanətkar nəqşə həyata keçə bilməzdi. Sərdari-milli ağayi Müstofülməmalikə nəhayət dərəcədə etimad bəsləyirdi. Onu tam azadixaş bir adam tanıyırdı. O bu xeyirxah dərvişməslək adamın arxasında Qəvaməs-səltənənin gizləndiyini bilmirdi. Müstofülməmalik iş başında olmasaydı Ətabək parkını belə asanlıqla mühasirə edə bilməzdilər. Sərdari-milli bilmirdi ki, Müstofini yalnız onu qafilgir etmək xatirinə, qəsdən Müstofini biyabır etmək xatirinə iş başına gətirmişdilər. O, bilmirdi ki, həqiqi aktyor, yəni daxilə naziri ağayi Qəvaməs-səltənə polis idarəsinin, Yefremin, Bəxtiyari xanları nökərlərinin Çalameydan və Səngləc lotuları və qoçularının əlilə onu xaincəsinə mühasirə edəcəkdir.
    Həmin məqbərəyə gəldikdə qeyd etməliyəm ki, qarşısında dayandığımız bu məzar haqqında mənim təəssüfləndirici xatirələrim vardır. İlk dəfə mən 1301-ci ildə məqbərəni ziyarət etdim. Məzarın daşı bugünkü kimi yerin səthi ilə bərabər idi. Bu məni təəccübləndirdi. Ona görə ki, bir neçə il keçdikdən sonra onun üzərindəki bütün xətlər sürtülüb aradan gedə bilərdi və beləliklə gələcək nəsil onu axtarmaq üçün rəvayətlərə istinad etməli olardı. O zaman, təsadüfən bir neçə nəfər gənc azərbaycanlı tapıldı. Nəzərimizcə doktor Rzazadə Şəfəq də onların sırasında idi. Biz həmin işlə məşğul olan şəxsin yanına getdik. Bizə dedilər ki, məzarın daşı yerin səthindən yarım arşın uca olmuşdur. O, bir çox bəhanələr gətirdikdən sonra söz verdi ki, məzarı əvvəlki vəziyyətdə olduğu kimi yenidən bina edəcək. Bir neçə gündən sonra gəldik, doğrudan da o öz sözünə əməl etmişdi.
    Uzun illər ötüb keçdi. Qəsri-Qacar zindanının dəmir barmaqlıqları və uca divarları elə möhkəm bir maneə idi ki, mən öz qollarımla onları qırıb əzizlərimin məzarını ziyarət etməyə qadir deyil idim. Bu məhrumiyyət on bir il davam etdi. Kaşan sürgünündən qayıdan zaman yenə də özümü bu kiçik həyətə çatdırdım. O zaman yenə də məzarın daşını həmin indiki vəziyyətdə gördüm. Demək onu yenə də həyəti səthi ilə müsavi etmişdilər ki, üzərindəki əsərlər tezliklə məhv olub getsin. Təbrizdə Sərdari-millinin qardaşı xadimi-milli Hacı Əzimxanla söhbət zamanı belə bir fikrə gəldik ki, Sərdari-millinin məzarı Təbrizə köçürülsün. Hacı Əzimxan deyirdi ki, cənazə Tehranda əmanət qoyulmuşdur. Məlumatlı və etimadlı adamlardan sayılan ağayi Məməqaninin də fikri belədir. Bu gün həmin mövzuda bəhs etmək istəmirəm. Bir iranlının nöqteyi-nəzərindən Tehranla Təbriz arasında fərq ola bilməz. Lakin Sərdari-milli əgər həqiqətdə bu işi lazım bilibsə hökmən ona əməl olunmalıdır. Bundan əlavə məzarın hazırki təəssüfləndirici vəziyyəti mümkün qədər tez bir zamanda dəyişməlidir. Bura tarixi bir yerdir. İranın gələcək gəncləri burada yatmış şəxsi tanımalı, onun məzarından qəhrəmanlıq, mərdlik dərsi, əxlaq, vətənpərvərlik və azadixahlıq dərsi almalıdırlar. Eyni zamanda Səttarxanın evi də mümkün qədər tez bir zamanda azadlıq muzeyinə çevrilməlidir. Sərdarın övladları ağır müsibət şəraiti və ehtiyac üzündən bu evi satmışlar. Mən Sərdarın qardaşı ilə bu haqda çoxlu söhbət etdim. O dedi: çalışarıq ki, tezliklə evin təzə sahibi onu qədimdə olduğu kimi yenidən tikdirsin. Eşitdiyimə görə, Sərdarın evini irticaçılar intiqam üzündən xarab etmişlər. Sərdarın ailəsi də çox ağır şəraitdə yaşayır. Onun iki qızına dövlət tərəfindən ayda on, on beş tümən pul verilir. Rəşadətli bir adamın ailəsi, sadə nahar yeməyi üçün kifayət etməyən bu pul ilə yaşamalı və öz böyük atasının abır və hörmətini hifz etməlidir. Bu vəziyyəti şərh etməkdən məqsədim heç də boş və quru ürəkyananlıq göstərmək deyil. Mənim əqidəmcə Səttarxanın evi tarixi bir yerdir. Orada vaxtı ilə böyük bir hərəkata rəhbərlik edən firqənin qərargahı yerləşmişdir. Bu evi təzədən tikdirmək lazımdır. Səttarxana və mücahidlərə aid bütün şeylər, habelə o vaxtki top, tüfəng və sair silahlar bu evdə saxlanılmalıdır. Məşrutiyyət dövrünün xitabələrini, bəyannamələrini, məktublarını, şəkillərini də tapmaq lazımdır. Bunlar canlı tarixi sənədlərdir. Həmin sənədlər toplanmalı və mühafizə olunmalıdır. Bu elə bir adi işdir ki, bütün mütərəqqi millətlərin maarif idarələri tərəfindən başqalarının dəxaləti olmadan həyata keçirilir. Bizim həqiqi Maarif Nazirliyimiz olmadığına görə, özümüz təşəbbüs göstərib bu işi həyata keçirməliyik.
    Qısa açılmış nitq əvəzinə bir saat sizin vaxtınızı aldığıma görə çox üzr istəyirəm. Mən heç də iddia etmirəm ki, bir saat ərzində Sərdari-milli qarşısındakı borcumu layiqincə yerinə yetirmişəm. Şübhəsiz, Sərdari-millinin adı Məşrutə hərəkatı ilə bir sırada çəkilir. Bu hərəkatın əhəmiyyətini bir saat ərzində şərh etmək olmaz. Burada məqsədimiz Səttarxanın böyük adını təkrar etmək olmuşdur. Əziz ölkəmizin adı əbədi yaşadığı kimi, Səttarxanın adı da həmişə qalacaq və yaşayacaqdır.
    Yaşasın Sərdari-millinin böyük adı!
    Yaşasın özlərini Azərbaycanın qeyrətli, qocaman mücahidlərinin davam etdiricisi hesab edən İranın gənc azadixahları!

    «Acir» qəzeti № 177, 179, 210.

    17 avqust 1944-cü il

    19-26 mordad


    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ] O zaman İranın hərbi naziri olan Rza xan Sərdar Süpəh adlanırdı.

    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ] Səqir İstibdad dövrü Məmmədəli Mirzənin hakimiyyət başında olduğu 1906-1912-ci illərdir.

    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ] Tehranın şimal qərbində və məşhur irticaçı Ətabəkin Adı ilə adlanan parkdır.

    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ] Erməni Yefrem Davidyants Məşrutə inqilabı dövründə Gilan daşnaqlarının başçısı olmuşdur.

  6. The Following 5 Users Say Thank You to Oqtay Eloglu For This Useful Post:

    azarbayjan (Wednesday 20 April 2011-1), Bobi (Tuesday 19 April 2011-1), BozKurt (Tuesday 19 April 2011-1), time trial (Tuesday 19 April 2011-1), yurd sevan (Tuesday 19 April 2011-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

tebriz seheri

Settar xan

Setter xan

setterxan herekati

settar xan haqqindaBAĞIR XANtebriz usyani settarxanSERDARIN AILE SEKKILLERI setterxan herekatiserdari milli setterxan
SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO