+ Reply to Thread
1`dan(dən) 10`ə(a/ya/yə) qədər. Cəmi 10.

Mövzu: Nizami Gencevi

  1. #1
    İdman bölümünün müdürü time trial's Avatar
    Qeydiyyat
    Sep 2008
    Ünvan
    Azerbaycan
    İsmarıclar
    1,672

    Level: 40 
    Təcrübə: 2,077,852
    Next Level: 2,111,327

    Thanks
    5,103
    Thanked 3,986 Times in 1,165 Posts

    Əsas seçim Nizami Gencevi

    Nizami Gencevi

    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]







    İlyas Yusif oğlu Nizami Gencevi (1141, Gence -1209, Gence) -Azerbaycan şairi ve mütefekkiri. Senetkar ailesinde doğulmuş, Gence medreselerinde tehsil almış, şexsi mütaile sayesinde orta esr elmlerini mükemmel öyrenmiş, xüsusen Yaxın Şerq xalqlarının şifahi ve yazılı edebiyyatına yaxından beled olmuşdur. Türk dilinden başqa ereb ve fars dillerini de incelikle bilen şairin yunan dili ile de tanış olduğu, hemçinin qedim yunan tarix ve felsefesini, astranomiya, tibb ve hendese elmlerini yaxşı menimsediyi eserlerinden aydın olur.Ömrü boyu Gencede yaşamış, saray şairi olmaqdan qetiyyetle imtina etmiş,halal zehmeti ile dolanmışdır. Teqriben 1169/70-ci ilde Derbend hökmdarı Seyfeddin Müzefferin keniz kimi hediyye gönderdiyi qıpçaq qızı Afaq (Appaq) ile evlenmiş, 1174-cü ilde oğlu Mehemmed anadan olmuşdur.
    Nizami Gencevi yaradıcılığa lirik şerlerle başlamışdır. Eserlerinden melum olur ki, şair böyük divan yaratmış, qezel ve qesideler müellifi kimi şöhretlenmişdir. Lakin Şerq tezkireçilerinin 20 min beyt hecminde olduğunu qeyd etdikleri bu divandakı şerlerin çox az hissesi dövrümüzedek gelib çatmışdır. Nizami Gencevi bütün yaradıcılığı boyu lirik şerler yazmış, sonralar poemalarında ireli sürdüyü mütereqqi ictimai-felsefi fikirlerini ilk defe hemin şerlerinde ifade etmişdir.
    Nizami Gencevi lirikası yüksek senetkarlığı, mehebbete dünyevi münasibeti, insan taleyi haqqında humanist düşünceleri ile seçilir.
    Lakin Nizami Gencevi dünya edebiyyatı tarixine mesnevi formasında yazdığı 5 poemadan ibaret "Xemse" ("Beşlik") müellifi kimi daxil olmuşdur. 1177-ci ilde bitirdiyi "Mexzenül-esrar" ("Şirler xezinesi") adlı ilk poeması şaire böyük şöhret qazandırmışdır. III Toğrul un sifarişi ile qeleme aldığı «Xosrov ve Şirin» poemasını 1180 ilde bitirmiş ve Mehemmed Cahan Pehlevana göndermişdir. Cahan Pehlevanın ölümünden sonra taxta çıxan Qızıl Arslan Gencenin yaxınlığında öz çadırında şairle görüşmüş ve onun nesihetlerini dinlemiş, şaire Hemdünyan adlı bir kend bağışlamışdır. 1188 ilde Şirvan hökumdarı I Axsitan şaire «Leyli ve Mecnun» mövzusunda bir eser yazmağı sifariş etmişdir. Nizami Gencevi bundan boyun qaçırmaq istemişdise de oğlunun tekidi ile teklifi qebul edib az müddetde «leyli ve Mecnun» poemasını (Şerqde ilk defe) yaratmışdır. 1196 ilde Elaeddin Körpe Arslanın adına «Yeddi gözel» eserini, nehayet, ömrünün sonlarına yaxın bütün edebi-estetik, ictimai-felsefi görüşlerini yekunlaşdırdığı «İsgendername» (teqr. 1203) poemasını qeleme almışdır.
    Nizami Gencevinin ilkin Şerq Renessansının zirvesi olan yaradıcılığında dövrünün en hümanist, ümümbeşeri ictimai-siyasi, sosial ve menevi-exlaqi idealları parlaq bedii eksini tapmışdır.
    Nizami Gencevi üçün şexsiyyetin en yüksek meyarı insanlıq idi. İrqi, milli ve dini ayrı-seçkiliyi qetiyyetle redd eden bu şairin qehremanları içerisinde türk, fars,ereb,çinli, hindli, zenci, yunan, gürcü ve s. xalqların nümayendelerine rast gelirik. Hümanist şair müxtelif dinlere mensub o an bu qehremanların heç birisinin milliyetine, dini görüşlerine qarşı çıxmır. Onun qehremanları edalet, xalq xöşbextliyi, yüksek meqsedler uğrunda mübarize aparırlar. İnsan şexsiyyetine , insan emeyine ehtiram şairin yaradıcılığının baş mövzularındandır.
    Nizami Gencevi hem de vetenperver idi. O, tesvir etdiyi bütün hadiseleri Azerbaycanla elaqelendirmeye, vetenin keçmiş günlerini terennüm etmeye çalışmışdır. Nizami Gencevi yaradıcılığında Veten mehebbeti doğma xalq yolunda qehremanlıq ideyası ile birleşir.
    Nizami Gencevinin yaradıcılığı hümanizm, yüksek senetkarlığı ile Zaqafqaziya, Yaxın Şerq xalqları (fars, tacik, hind, efqan, kürd, türkmen, özbek, qazax, qırğız ve s.) edebiyyatlarının inkişafına güclü tesir göstermiş, dünya medeniyyeti xezinesine daxil olmuşdur.
    Nizami Gencevi-nin eserleri dünyanın bir çox xalqlarının diline tercüme olunmuşdur. Eserlerinin nadir elyazma nüsxeleri bir çox xarici ölke şeherlerinin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkend,Tebriz, Tehran, Qahire, İstanbul, Dehli, London, Paris ve s.) mehşur kitabxana, muzey ve elyazmaları fondlarında qiymetli inciler kimi qorunub saxlanılır.
    Nizami Gencevinin Gencede defn olunduğu yerde möhteşem meqberesi tikilmişdir.
    __________________________________________________ ___________________

    canim azerbaycan

    gün bulut altinda qalmaz


  2. The Following 11 Users Say Thank You to time trial For This Useful Post:

    azarbayjan (Thursday 23 July 2009-1), Azerbaycan_Qizi (Wednesday 22 July 2009-1), AŞIQ-PƏKƏR (Friday 24 September 2010-1), Bobi (Friday 24 September 2010-1), hedis (Friday 24 September 2010-1), memmed (Wednesday 18 November 2009-1), R.F.A (Thursday 28 July 2011-1), sensizolmaz (Sunday 30 August 2009-1), tarkan (Saturday 14 November 2009-1), Tulpar (Friday 24 September 2010-1), yurd sevan (Thursday 23 July 2009-1)

  3. #2
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,328,983
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    gül Oğlum Məhəmmədə nəsihət

    Nizami Gəncəvi-Oğlum Məhəmmədə nəsihət

    Sən, ey on dörd yaşlım, hər elmə yetkin!
    Gözündə əksi var iki aləmin!
    Yeddi yaşar oldun o zaman ki, sən,
    Açıldın gül kimi, güləndə çəmən.

    İndi ki, çatmışdır yaşın on dördə,
    Başın sərv kimi durur göylərdə.
    Qəflətdə oynama, qeyrət vaxtıdır,
    İndi hünər vaxtı, şöhrət vaxtıdır.

    Ucalmaq istəsən, bir kamala çat,
    Kamala ehtiram göstərər həyat.
    Uşaqkən əslini sorsalar bir az,
    Ağac bar verəndə cinsi sorulmaz!

    Elə ki, böyüdün, belədir qayda,
    Atanın adından sənə nə fayda?
    Sən, aslanlar kimi, keç cəbhələrdən
    Yalnız hünərinin balası ol sən!

    Səadət kamalla yetişir başa,
    Xalqa hörmət elə, ədəblə yaşa.
    Başına əfsanə düşdüyü zaman
    Allah qorxusunu unutma bir an.

    Öz adına layiq işlər gör ki, sən
    Axırda utanma xəcalətindən.
    Oğul, sözlərimə yaxşı qulaq as!
    Ata nəsihəti faydasız olmaz.

    Görürəm, şöhrətdə ləyaqətin var,
    Şerdə, sənətdə məharətin var.
    Şairlik eləmə! Dövrə bax ki, bir,
    Tərif əvəzinə pislənir şer.

    Şerdən ucalıq umma dünyada,
    Çünki Nizamiylə qurtardı o da.
    Hərçəndi sənətin çox rütbəsi var,
    Həyata faydalı bir elim axtar.

    Bu əyri çizgilər cədvəlində sən
    Özünü şərh edib, özünü öyrən!
    Ol öz vicdanının sirrinə açar,
    Çünki bu mərifət qəlbə nur saçar.

    Elmlər elmidir demiş peyğəmbər
    Din elmi, təbabət elmi müxtəsər.
    Göbəkdəki ətri bu iki elmin
    Fəqihlə təbibdir bunu bil yəqin.

    Fəqih olsan əgər itaətkar ol,
    Hiylədən, riyadan daim kənar ol.
    İsa mərifətli həkim ol, amma,
    İnsanı öldürən bir həkim olma.

    Həm həkim, həm fəqih olsan sən, əgər,
    Hamının yanında adın yüksələr.
    Həyat da, ölüm də qul olar sana,
    Səadət və şöhrət düşər payına.

    Bir elim öyrənmək istədikdə sən
    Çalış ki, hər şeyi kamil biləsən.
    Kamil bir palançı olsa da insan,
    Yaxşıdır yarımçıq papaqçılıqdan.
    Məndən söyləməkdir, səndən eşitmək,
    Bir insan əliboş gəzməsin gərək.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  4. The Following 10 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    azarbayjan (Thursday 23 July 2009-1), AŞIQ-PƏKƏR (Friday 24 September 2010-1), Bobi (Friday 24 September 2010-1), hedis (Friday 24 September 2010-1), memmed (Tuesday 24 November 2009-1), R.F.A (Thursday 28 July 2011-1), sensizolmaz (Sunday 30 August 2009-1), tarkan (Saturday 14 November 2009-1), time trial (Thursday 23 July 2009-1), yurd sevan (Thursday 23 July 2009-1)

  5. #3
    İdman bölümünün müdürü time trial's Avatar
    Qeydiyyat
    Sep 2008
    Ünvan
    Azerbaycan
    İsmarıclar
    1,672

    Level: 40 
    Təcrübə: 2,077,852
    Next Level: 2,111,327

    Thanks
    5,103
    Thanked 3,986 Times in 1,165 Posts

    Əsas seçim

    NIzami Gencevi

    Sözün də su kimi lətafəti var,
    Hər sözü az demək daha xoş olar.

    Bir inci saflığı varsa da suda,
    Artıq içiləndə dərd verir su da.

    İnci tək sözlər seç, az danış, az din
    Qoy öz sözlərinlə dünya bəzənsin.

    Az sözün incitək mənası solmaz,
    Çox sözün kərpiçtək qiyməti olmaz

    Əsli təmiz olan saf mirvarılar
    Suya və torpağa min bəzək vurar.

    Mədənlə dolsa da hər bir xəzinə,
    Hər kiçik zərrəsi dərmandır yenə.

    Ürəyi oxşayan bir dəstə çiçək
    Yüz xırman otundan yaxşıdır gerçək!

    Yüz ulduz yansa da göylərdə, inan,
    Bir günə baş əymək xoşdur onlardan.

    Göydə parlasa da nə qədər ulduz,
    Günəşdir nur verən aləmə yalnız.

    canim azerbaycan

    gün bulut altinda qalmaz


  6. The Following 8 Users Say Thank You to time trial For This Useful Post:

    AŞIQ-PƏKƏR (Friday 24 September 2010-1), Bobi (Friday 24 September 2010-1), hedis (Friday 24 September 2010-1), memmed (Tuesday 24 November 2009-1), R.F.A (Thursday 28 July 2011-1), sensizolmaz (Sunday 30 August 2009-1), tarkan (Saturday 14 November 2009-1), yurd sevan (Saturday 14 November 2009-1)

  7. #4
    İdman bölümünün müdürü time trial's Avatar
    Qeydiyyat
    Sep 2008
    Ünvan
    Azerbaycan
    İsmarıclar
    1,672

    Level: 40 
    Təcrübə: 2,077,852
    Next Level: 2,111,327

    Thanks
    5,103
    Thanked 3,986 Times in 1,165 Posts

    Əsas seçim

    Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
    Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

    Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
    Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?

    Ona mən göz yetirib xəlvəti baxdım, baxdım,
    Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

    Uyuyub hər ikimiz rahat olub bir yatdıq,
    Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.

    Dedi: - Getmək dəmidir, söylə, nə istərsən yar?
    Bir öpüş istədim ondan... yeri var, gəlmiş idi.

    Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
    Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

    Ey Nizami! - dedi - birdən ayılıb, gördüm o yox,
    Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.

    canim azerbaycan

    gün bulut altinda qalmaz


  8. The Following 8 Users Say Thank You to time trial For This Useful Post:

    AŞIQ-PƏKƏR (Friday 24 September 2010-1), Bobi (Friday 24 September 2010-1), hedis (Friday 24 September 2010-1), memmed (Tuesday 24 November 2009-1), R.F.A (Thursday 28 July 2011-1), sensizolmaz (Sunday 30 August 2009-1), tarkan (Saturday 14 November 2009-1), yurd sevan (Saturday 14 November 2009-1)

  9. #5
    Türkcə yazın yurd sevan's Avatar
    Qeydiyyat
    Apr 2008
    Ünvan
    Azerbaycan
    İsmarıclar
    2,087

    Level: 42 
    Təcrübə: 2,912,476
    Next Level: 3,025,107

    Thanks
    15,558
    Thanked 5,702 Times in 1,700 Posts

    Smile Nİzamİ gƏncƏvİ (1141-1209)

    Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi, bəşər mədəniyyəti xəzinəsinin zənginləşdirməsinə və onun inkişafına mühüm təsir göstərmiş dahi sənətkarlardan biri də XII əsrdə yazıb yaratmış Nizami Gəncəvidir. O, elə bir ölməz sənət nümunələri yaratmışdır ki, onlar əsrlərin sınağından uğurla çıxmış, müxtəlif dillərə tərcümə olunaraq dünyanı dolaşmaqdadır. Onun ədəbi irsi dərin humanizmi, insanpərvərliyi və demokratikliyi ilə fərqlənir.
    İlyas Yusif oğlu Nizami Gəncəvi 1141-ci ildə yurdumuzun ən qədim mədəniyyət mərkəzi olan Gəncə şəhərində anadan olmuşdur. Nizami şairin təxəllüsü olub, nəzm yazan mənasındadır.
    Nizaminin yaşayıb yaratdığı zaman Azərbaycanda hakim qüvvə Atabəyləri deyilən Eldənizlər idi. Bu dövrdə el sənəti – zərgərlik, xalçaçılıq, ipəkçilik, memarlıq, musiqi və s. geniş inkişaf etmişdi. Şamaxı, Naxçıvan, Təbriz kimi şəhərlər sürətlə böyüyüb, məşhurlaşmışdı. Azərbaycan Rusiya, Çin, Hindistan və başqa ölkələrlə mədəni və iqtisadi əlaqələrini genişləndirirdi.
    Belə bir dövrdə boya-başa çatmış Nizami sadə adamları, sənətkar və alimlərin əhatəsində böyümüş, müstəqil mütaliə yolu ilə dünya mədəniyyəti ilə tanış olmuş, fəlsəfə, astronomiya, musiqi, rəssamlıq və s. elmlərə yiyələnmişdir.
    Gənc yaşlarında yazdığı lirik şerləri ilə ədəbiyyata gəlmiş Nizami tezliklə geniş hörmət qazanır, hökmdarların diqqətini cəlb edir, saraylara dəvət olunur. Lakin o, bu dəvətlərin heç birini qəbul etmir. Nizami lirik şerlərlə yanaşı «Xəmsə», beş böyük poema – «Sirlər xəzinəsi» (1170), «Xosrov və Şirin» (1180), «Leyli və Məcnun» (1188), «Yeddi gözəl» (1196) və «İskəndərnamə» (1203) əsərlərini yazaraq dünya şöhrəti qazanmışdır.
    İyirmi mənzum hekayədən ibarət olan «Sirlər xəzinəsi» poeması Ərzincan hakimi Fəxrəddin Bəhram şaha həsr olunsa da, Nizami zülm və haqsızlığa qarşı xalq etirazını qələmə almış, zorakılığı, özbaşınalığı qamçılamış, hökmdarları tutduqları səhv yoldan yayındırmağa çalışmışdır. Şair zəhmət adamının canlı obrazını yaradaraq göstərmişdir ki, insan dünyada yalnız öz halal əməyi ilə xoşbəxt ola bilər, o, bəd əməllərdən, çirkin işlərdən əl çəkməli, zülmə, əsarətə qarşı mübariz olmalıdır.
    «Xosrov və Şirin» poeması Nizami yaradıcılığında yeni bir hadisə olub, müəllifinə dünya şöhrəti qazandırmışdır. Poema insan haqqında, onun zəhməti, məhəbbəti və yaradıcı əməyin qüdrəti haqqında bir dastandır. Azərbaycan ədəbiyyatında ilk mənzum roman olan bu əsər yüksək sənətkarlığı və dolğun məzmunu ilə fərqlənir. Şair burada möhtəşəm, polad iradəli, mərd və alicənab, dağları və qayaları parçalayan Fərhad, ağıllı hökmdar, sədaqətli, nəcib əxlaqi keyfiyyətlərə malik olan Şirin, gəncliyində ərköyün böyümüş şahzadə, lakin Şirinin təsiri ilə dəyişib bəd əməllərdən əl çəkmiş Xosrov kimi ölməz obrazlar yaratmışdır.
    Şirvan hökmdarı Əxistanın sifarişi ilə yazılmış «Leyli və Məcnun» poemasında Nizami Yaxın və Orta Şərq xalqları arasında geniş yayılmış məhəbbət əfsanəsini ilk dəfə ədəbiyyata gətirmiş, vicdan və sevgi azadlığı haqqında ölməz bir dastan yaratmışdır. Şair, qadın hüquqsuzluğundan onun əşya kimi satılıb alınmasından, feodal adət-ənənələrindən söhbət açır, insan adını uca tutmağa, ali məqsədlərə qulluq etməyə, mərd və mübariz olmağa çağırır.
    Şərq xalqları ədəbiyyatına dərin təsir etmiş bu poemaya Ə. X. Dəhləvi, Ə. cami, Ə. Nəvai, M. Füzuli və b. əllidən çox sənətkar nəzirə yazmışdır.
    İran tarixinə, Sasani hökmdarı Bəhrama həsr olunmuş «Yeddi gözəl» poemasında müəllif əvvəlki əsərlərində təsvir etdiyi ədalətli dövlət başçısı mövzusuna yenidən qayıtmışdır. Nizamiyə görə, şah ədalətli olsa, xalqın vəziyyəti yaxşılaşar, aclıq və yoxsulluq aradan qalxar. «Dövləti ədalətli, ağıllı adam idarə etməlidir» fikri poemanın əsas ideyasını təşkil edir. Şair əsərdə bir sıra qadın obrazları yaradır, müxtəlif xalqların adət-ənənələrindən söhbət açır, zəhmət adamına, çobanlara və el sənətkarlarına parlaq səhifələr həsr edir.
    «İskəndərnamə» poeması Nizaminin həcmcə ən böyük və son əsəridir. 60 illik yaradıcılıq təcrübəsindən sonra yazılmış həmin poemanı şair heç kimdən sifariş almadan, öz arzusu ilə yazmışdır. Əsərin qəhrəmanını o, tarixi bir şəxsiyyət, müharibələr aparmış işğalçı fateh kimi deyil, bədii obraz kimi canlandırmışdır. İki hissədən ibarət olan poemada müəllif əvvəlki əsərlərdə təsvir etdiyi bir sıra fikir və düşüncələrini ümumiləşdirmişdir. Nizami mərd və iradəli, ağıllı və bacarıqlı Bərdə hökmdarı Nüşabə obrazını yaratmaqla yeni tipli dövlət başçısından, ədalətli quruluşdan söhbət açmışdır.
    Nizamiyə dünya şöhrəti qazandıran onun humanist və insanpərvərliyi, zülm və ədalətsizliyə nifrəti, əmək adamlarına böyük məhəbbəti, gələcəyə dərin inamı idi. Şairin adı dünya ədəbiyyatının ən görkəmli korifeyləri ilə bir sırada çəkilir. Avropa şərqşünaslarının fikrincə Bokaççonun «Ameto» povestində, K. Qotsi və F. Şillerin «Turandot şahzadəsi» əsəri də «Yeddi gözəl» poemasının təsiri ilə yazılmışdır. Alman şərqşünası c. Hammer Purdştal Nizaminin «Xosrov və Şirin» əsərinin təsiri ilə eyni mövzuda əsər yazmış, Y. V. Höte «Qərb-Şərq divanı»nda Nizamiyə xüsusi bölmə həsr etmişdir. Nizaminin yaşadığı dövrdən əsrlər və illər keçsə də onun haqqında ərəb, fars, rus, ingilis, alman və b. dillərdə onlarla elmi əsərlər yazılmış, şairin ədəbi irsi öyrənilməkdə davam edir. Ona gərə də Nizami ölməzdir, o, həmişə bizimlədir. Şair yazmışdır:
    Yüz il sonra sorsan bəs o hardadır?
    Hər beyti səslənər: «Burdadır, burdadır!»
    Nizami Gəncəvi 1209-cu il martın 12-də Gəncə şəhərində vəfat etmişdir.
    Qaynaq kitab.az

    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]

    Saytin bütün konuların-dan istifadə etmak ücün sayta üzv olun

    Azerbaycanın Ilk Türkce Güney forumu

    اولین تالارگفتمان (انجمن - فروم) آذربایجان

    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]

    Mən bu elin gur-yananı,sönürəm
    Mavı dəniz,indi qıra dönürəm
    Ölən,Elin nışanıdır,ay haray!
    Mən ölmədə,kalavadır köy-saray

    ------------------------------------------------

    Haq sel kimi dəryayə axıb yol tapacaqdı
    daş atmağınan kimsə onu çöndərə bilməz
    dünyada qaranlıqlar əgər birləşə bahəm
    bir xırdaca şamın ışığın söndürə bilməz

    --------------------------------------------------

    توجه: ارسال نوشته های فا...ر...سی به علت ف.ی.ل..ت..ر.ین.گ در کلیه انجمن ها ممنوع میباشد

    به غیر از انجمن تراکتورسازی آن هم به شرط ذکر منبع

    لطفا همکاری نمائید


  10. The Following 8 Users Say Thank You to yurd sevan For This Useful Post:

    AŞIQ-PƏKƏR (Friday 24 September 2010-1), Bobi (Friday 24 September 2010-1), hedis (Friday 24 September 2010-1), memmed (Tuesday 24 November 2009-1), R.F.A (Thursday 28 July 2011-1), tarkan (Saturday 14 November 2009-1), time trial (Thursday 24 June 2010-1), Tulpar (Friday 24 September 2010-1)

  11. #6
    yeni üzv ZULFIYYE's Avatar
    Qeydiyyat
    Sep 2010
    İsmarıclar
    2

    Level: 10 
    Təcrübə: 1,006
    Next Level: 1,454

    Thanks
    0
    Thanked 12 Times in 2 Posts

    Əsas seçim

    Mene Nizami meqberesi tarixi haqda melumat lazimdi

  12. The Following 6 Users Say Thank You to ZULFIYYE For This Useful Post:

    AŞIQ-PƏKƏR (Friday 24 September 2010-1), Bobi (Friday 24 September 2010-1), memmed (Thursday 28 July 2011-1), R.F.A (Thursday 28 July 2011-1), time trial (Saturday 25 September 2010-1), yurd sevan (Saturday 25 September 2010-1)

  13. #7
    yeni üzv ZULFIYYE's Avatar
    Qeydiyyat
    Sep 2010
    İsmarıclar
    2

    Level: 10 
    Təcrübə: 1,006
    Next Level: 1,454

    Thanks
    0
    Thanked 12 Times in 2 Posts

    Əsas seçim

    Mene Nizaminin,Fizulinin,Nesiminin,Xaqaninin deyerli kelemlarindan lazimdi mene yazaedizda.

  14. The Following 6 Users Say Thank You to ZULFIYYE For This Useful Post:

    AŞIQ-PƏKƏR (Friday 24 September 2010-1), Bobi (Friday 24 September 2010-1), memmed (Thursday 28 July 2011-1), R.F.A (Thursday 28 July 2011-1), time trial (Saturday 25 September 2010-1), yurd sevan (Saturday 25 September 2010-1)

  15. #8
    Iraztürkün fabrik dostu Bobi's Avatar
    Qeydiyyat
    Mar 2010
    İsmarıclar
    1,732

    Level: 38 
    Təcrübə: 1,227,324
    Next Level: 1,460,206

    Thanks
    12,160
    Thanked 6,791 Times in 1,719 Posts

    Post

    Nizami Gəncəvi Məqbərəsi




    Nizaminin qəbri üstündə qədimdən ağ əhəng daşından türbə tikilmişdi.
    İlk türbənin tikintisi 13-14-cü əsrlərə aid edilir.
    Seyyid Əzim Şirvani 1879-cu ildə məhz bu türbəni ziyarət etmişdi.
    Türbə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgərağa Goraninin təşəbbüsü ilə təmir edilib.
    Daha sonra General Yadigarzadə tərəfindən bərpa etdirilib.
    1947-ci ildə şairin məzarı üstündə məqbərə ucaldılıb.
    Məqbərə 1990-1991-ci illərdə yenidən qurulub. Məqbərə Gəncənin girəcəyində yerləşir.




  16. The Following 6 Users Say Thank You to Bobi For This Useful Post:

    AŞIQ-PƏKƏR (Friday 24 September 2010-1), hedis (Friday 24 September 2010-1), memmed (Thursday 28 July 2011-1), R.F.A (Thursday 28 July 2011-1), time trial (Saturday 25 September 2010-1), yurd sevan (Saturday 25 September 2010-1)

  17. #9
    yeni üzv Samirə's Avatar
    Qeydiyyat
    Jul 2011
    İsmarıclar
    1

    Level: 6 
    Təcrübə: 196
    Next Level: 282

    Thanks
    0
    Thanked 5 Times in 1 Post

    gül Şeyx Nizami Gencevi

    Sitat ZULFIYYE tərəfindən İsmarıcı oxu
    Mene Nizaminin,Fizulinin,Nesiminin,Xaqaninin deyerli kelemlarindan lazimdi mene yazaedizda.
    İmadeddinNesimiDilbera,men senden ayru ömru canı neylerem? Tacu textu mulku malu xanimanı neylerem?İsterem vesli-cemalın ta qılam derde deva,Men senin bimarınam,özge devanı neylerem?Ey muselmanlar,bilin kim,yar ile xoşdur cahan,Çunki yardan ayru duşdum,bu cahanı neylerem?Çox dualar qılmışam men xaliqin dergahına,Çun muradım hasil olmaz,men duanı neylerem?Dilber aydır,ey Nesimi ,sabir ol,qılma feğan,Men bu gun sebr eylesem,danla feğanı neylerem? Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün,Kəs sözunü və əbsəm ol, şərhu bəyanə sığmazam.Kövnü məkandır ayətim, zati dürür bidayətim,Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş,Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam.Surətə baxu mənini surət içində tanı kim,Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,Çək dilini və əbsəm ol mən bu lisanə sığmazam.Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,Bundan uludur ayətim, ayətü şanə sığmazam. Mən qulami xanədanam, padişahımdı Əli,Ehtiyacım var ona püşdü-pənahımdı Əli,Könlümü qıldı münəvvər, merhimanımdı Əli,Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli. Gəldilər həqdən bəyanə sirri ağaz etdilər,Sözləri ilə bu cahan mülkinə pərvaz etdilər, Həmdülillah biz gədanı məhrəmi raz etdilər,Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.Ta əzəldən padişahımdır Həsən xülqi-riza,Dünyavi üqbəda sərtacım Hüseyni Kərbala,Nuri çeşmimdir İmam Zeynul-İbad,Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.Zanu dildən bəndəkye Baqir qulami Cəfərəm,Museyi-Kazım İmam Rzaya kəmtərəm,Şah Təqi Baba Nəqi yolunda paki-bəstərəm,Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.Masəva tərk eyləyib bizləri diyari ləhlətə,Hakim onlardır bu gün layiq dir onlar hörmətə,Lah deyənlər uğrayırlar bu cahanda möhnətə,Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.Cümləmiz arzu edənlər Əskəriyyə əsgərüz,Mehdiyi-Sahib Zamana biz təvəlla eyləriz,Həmdillah eylə Ey Nəsimi, biz yolunu gözləriz,Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli. Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba!Ey şəkərləb yari şirin laməkanım, mərhəba!Çün ləbi cami-cəm oldu nəfxeyi-ruhulqudus,Ey cəmilim, ey cəmalim, bəhru kanım, mərhəba!Könlümə heç səndən özgə nəsnə layiq görmədim,Surətim, əqlim, uqulim, cismu canım, mərhəba!Ey mələk surətli dilbər, can fədadır yoluna,Çün dedin ləhmikə ləhmi, qanə qanım, mərhəba!Gəldi yarım naz ilə, sordu, Nəsimi necəsən?Mərhəba, xoş gəldin, ey xırda dəhanım, mərhəba! Könlümün şəhrini çün kim, eylədi yəğmayi-eşq,Saldı aləm mülkünə şuru şəru qovğayi-eşq!Çıxdı sirrim aləmə, əsrarımı faş eylədi,Halıma həmdəm olandan dünhyaya sevdiyi-eşq.Nitq imiş aləmdə mövcud, eşq imiş qaim məqam,Bizə bildirdi əzəldən rəhbəri-mövlayi eşq.Sən humayi-laməkansan, kəndözündən bixəbər,Gəlmədin ta kim, görəsən mənzili-əlayi-eşq.Çıx qəfəsdən, gəygil, ey bulbul,gülüstan seyrin et,Bas qədəm meydani-eşqə görəsən məvayi eşq.Eşq ilə hər dəm, Nəsimi, seyr edərsən Kuhi-qaf,Sənsən ol ali məqamda şəhpəri-ənqayi-eşq. Cananə mənim sevdiyimi can bilir ancaq,Könlüm diləyin dünyada canan bilir ancaq.Bildim, tanıdın elmdə məbudu, yəqin ki,Şöylə bilirəm kim, anı Quran bilir ancaq.Abdal oluban bəylik edən arifi gör kim,Bu səltənətin qədrini sultan bilir ancaq.Sufimidir ol cami müsəffasına məşğul,Pünhani içər eyləki, şeytan bilir ancaq.Ey saqi, gətir dövr əyağın, dövr elə, sün kim,Bu dövr əyağın dövrünü dövran bilir ancaq.Könlüm gəmisi qərq edə gör eşq dənizinəKim, bu dınizin bəhrini ümman bilir ancaq.Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,Bu quş dilidir, bunu Süleyman bilir ancaq. Ey uzi gül, ləbləri mərcanımız!Ey gözü nərgis, şəhi-məstanımız!Üzünə qarşı sücud eylər mələk,Səcdəyə inkar edər şeytanımız.Nünü eynin həq kitabıdır, vəliSurətin nəqşidurur Quranımız.Surəti-həqdir cəmalın, ey nigar,Uş nəbinin sözləri bürhanımız!* * * * * * * * * * * * * * * * * * * * * * *Can eşqə düşdü, ey könül, yarəb, nədir tədbirimiz?Can neyləsin, biçarə, çün həqdən budur təqdirimiz.Miskin saçın eşqi bizi zəncirə çəkdi, bağladı,Yəni ki, biz məcnunları, sol həlqədir zəncirimiz.Saqi ləbindən doğmuşuz, yəni ki, beydən lam ilə,Fitrət günündən ta əbəd sol dayədəndir şirimiz.Şol gözlərin kirpiginə aşiq necə seyd olmasın,Gör kim, nə yaydandır gələn sol zəxmə mərhəm tirimiz.Zöhdü səlahu tövbənin ərkanın əhli-zərqə sor,Eşqə murid olduq bu gün eşqi-əbəddir pirimiz.Əshabi-kəhfin sirrini görmüş liqayi-Turə sor,Niçün ki, «Gəttur» əhlinin kəhfindədir Qətrimiz.Qurandır anın surəti, aydır Nəsimi, sən degil.Münkir əgər yox deyirisə uş müshəf, uş təsirimiz. Üzünü məndən nihan etmək dilərsən, etməgil!Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!Bərgi – nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,Aşiqi bixaniman etmək dilərsən, etməgil!Qaşların qövsündə müjganın xədəngin gizləyib,Ey gözü məstanə, qan etmək dilərsən, etməgil!Canımı vəslin şərabından ayırdın, ey gözüm,Eynimi gövhərfəşan etmək dilərsən, etməgil!Qoymuşam eşqində mən kövnü məkanın varını,Can nədir kim, qəsdi – can etmək dilərsən, etməgil!Bürqəi üzündən açarsan məgər naməhrəmə,Gizli əsrarı əyan etmək dilərsən, etməgil!Yandırırsan önlümü eşqində, məlum oldu kim,Ani risvayi – cahan etmək dilərsən, etməgil!Doğruyam eşqində oxtək, kipriyin tanıqdurur,Qəddimi neyçün kaman etmək dilərsən, etməgil!Çünki eşqin məskənidir könlümün viranəsi,Həsrətə anı məkan etmək dilərsən, etməgil!Çün yəqin bildi Nəsimi ağzının var olduğun,Ol yəqini sən güman etmək dilərsən, etməgil! Ey Xaqani, bu dünyada hər zaman,Anan vermiş zəhmətilə sənə can.Su, çörəyin qıt olsa da atmadın, -Yurdun oldu bu əzablı, dar Şirvan.Heç bir kəsə sən olmadın tüfeyli,Kömək aldın allahdan nə anandan.Sən oturdun kölgə kimi ananınCəhrəsinin kölgəsində anbaan.Ey ağ qartal! Nə vaxtadək olacaqAna yurdu vücuduna aşiyan?Nə vaxtadək, İsa kimi atasız, -Ana ilə tanısınlar səni? Qan!Bir dəfə də Xzır kimi yoxa çıx,Bəsdir oldun ananla həmxaniman!Sən qiymətli bir dürrsən, nədəndirOldun ana astanasından pünhan?Sən ağıllı övladsansa dilə gəl,Ana kimi özünü danla bir an.Hər nə etsən ana haqqın unutma,Bil, anandır sənə edər can qurban.Bu ananın xatirinə, düşməndənGələn dərdə dözüb, sən ol mehriban.Qorx o gündən, bir gün səni tək qoyub,Əbədilik anan köçər dünyadan.***Çox ağırdır xasiyyəti mənim nəccar atamın,Onu xalis yanar oddan yaratmış pərvərdigar.Sanki ekiz doğulmuşdur Nəmrudun Azərilə,Ona təlim verən usta olmuş Yusifi-nəccar.Təbiəti: kərkisi tək, mahir olmuş yonmaqda,Xasiyyəti, mişarı tək, yaman kəsib doğrayar.Hər gün fələk sitəmindən o eyləyir şikayət,Gecə Zühəl ulduzuyla səhərədək çarpışar.Mərrix əgər olsa idi sakin birinci göydə,Dərhal ona əl uzadıb, vurardı iki mismar.Ağırlaşıb qocalıbdır, qıçlarını tutub yelBaşı isə dazlaşaraq, huşu pərsəng aparar.Köhnəlmişdir lıkka kimi dərisində vücudu,Əti sanki bədənində əprimişdir aşikar.Nə üzündə səfası var, nə başında sevdası,Hamımızın üzərində ağır bir yükə oxşar.Yazıq anam mənbər kimi qısılmışdır bir küncə,Minarə tək baş qaldırıb atam edir iftixar.Zəmanənin mən ki belə ən layiqli oğluyam,Osa mənim hünərimi özü üçün bilir ar.Deyir: kaş ki, bu Xaqani bir toxucu olaydı,Olmayaydı söz mülkündə belə qabil sənətkar.Nə etməli, atam odur bir oğulam ona mən,Ağ olmaram, o nə qədər eyləyərsə məni zar.Axır mənə çörək verib bəsləmişdir birtəhər,Böyük allah, qoru onu, bəlalardan çək kənar.***Bu göylər şahının lütfü mənə sayə salıb əlan,Zavallı könlümə vermiş yeni qüvvət, yeni ruh, can.Ürək dil açdı, şükr etdi ki, qurtardım fəlakətdən,Nə yaxşı – söylədi canım – tükəndi möhnəti-zindan.Belə olduqda şadlandım, nəhayət, arzuma çatdım;Sənə qoy söyləyim indi qəribə bir gözəl dastan.Gedib məğrib-zəminə bir kişi dərya kənarında,Dararkən başını bir tük yerə saldı o, başından.Köçüb sonra o, məqribdən, səyahət eylədi şərqə,Bu müddət çox külək əsdi, yağışlar eylədi tufan.Otuz il keçdi bu gündən, yenə səyyah gəlib qərbə,Haman yerdən götürdü öz tükün, güldü bir az heyran.Buna Xaqaninin halı, onun Abxazə ezamıNecə çox oxşayır, bir bax, necə dövr eyləyir dövran.Olub Abxaz ona məğrib, şahın dərgahı bir dəryaZavallı canı bir tük tək düşüb qalmış ora nalan.Əgər bir vaxt o da canın taparsa tük kimi təkrar,Ona tənə edib, bir də gülərmi nanəcib düşman?Olub indi mənə həmdəm səsi çaşbaş vuran bir ney,Əlimdən öz neyimi, gör, necə aldı fələk asan.Açılmış bir gün ağzıdır mənim ağzım bu gün yalnız,Qızıl, yaqutla doldurmuş bütün dünyanı hər bir an.Fəqət əfsus ki, gülməz könül Rey mülkü də alsa,O, halbuki quru sözlə olardı nəşəli, xəndan.Bu Kür Ceyhun olar, Tiflis Səmərqəndi qoyar dalda,O vəqt ki, Tiflisə, Kürlə gələr Xaqani və xaqan.***Nə qədər ki, dövlət sənin qapındadır pasiban,Açacaqdır qapısını sənə geniş asiman.Qüreyşilər bayrağınla sənin səfərbər oldu,Yəmanilər xəncərinlə sənin müzəffər oldu.İnsaf sənin dəzgahına gəldi sevinc ilə, bax,Zülmü sitəm astanadan qaçdı yaxa yırtaraq.Fələk sənin qullarının qollarına baş əydi,Ona görə fanilikdən azad oldu əbədi.Öz qələmin rəng vermişdir məharətlə ruzgara,Gecə, gündüz bu səbəbdən olmuş belə ağ, qara.Söz Misrinin Yusifləri saflığına hər zamanNuş eyləyir mənaların badəsini durmadan.Mənim bütün varlığımı bürümüşdür qəm, kədər,Razılığın olmayınca, bu varlıqdan nə səmər?Mənim yüksək qiymətimi təkcə bir sən bilərsən,Simurğə də bu dünyada Cəmşid verə bilər dən.Gözəl bilər bu mətləbi göy cəlallı hökmdar,Mənim kimi yer üzündə tapılmaz bir sənətkar.Baxma sadə bir xarratın oğluyam mən, bil, AzərXarrat idi, lakin oğlu Xəlil oldu peyğəmbər.Bu sənətdə hər kəs məndən öyrəndi bir fəsahət,Sonra gedib hazırladı mənə min cür fəlakət.Bu təəccüb deyil, əgər bir qurşun almas qıra,Hünər ona deyərəm ki, almas polad sındıra.Gedən zaman bu dünyadan Sənai tək bir ustad,Əvəz gəldim ona, atam mənə Bədil qoydu ad.Boğazına gövhər tıxdım bu dünyanın nə qədər,Onu aman deməyə də qoymadı bu gövhərlər.Sən təbimin bağçasından istə təzə xurmalar,Gedib hər bir yaramazın söyüdündən umma bar!Hər an xurma ağacından boldu xurma dərərsən,Yel əsərsə, kəpənəklər uçar fəqət söyüddən.Əgər qəmdən qocalmışsa vücudum, nə eybi var? –Mədhin ilə bu dünyanı təzələrəm aşikar!Tərifini edən qəlbim sınsın gərək hər anda,Çünki xəznə olar ancaq xarabazar məkanda.Şeyx Nizami Gencevi Sözün de su kimi letafeti var, Her sözü az demek daha xoş olar. Bir inci saflığı varsa da suda, Artıq içilende derd verir su da. İnci tek sözler seç, az danış, az din Qoy öz sözlerinle dünya bezensin. Az sözün incitek menası solmaz, Çox sözün kerpic tek qiymeti olmaz Esli temiz olan saf mirvarılar Suya ve torpağa min bezek vurar. Medenle dolsa da her bir xezine, Her kiçik zerresi dermandır yene. Üreyi oxşayan bir deste çiçek Yüz xırman otundan yaxşıdır gerçek! Yüz ulduz yansa da göylerde, inan, Bir güne baş eymek xoşdur onlardan. Göyde parlasa da ne qeder ulduz, Güneşdir nur veren aleme yalnız. Hüsnün gözəl ayətləri, ey sevgili canan!Olmuş bütün aləmdə sənin şəninə şayanGəl eylə inayət, mənə ver busə ləbindən,Çünki gözəlin busəsidir aşiqə ehsan.Sordum ki, "könül hardadır" aldım bu cavabı."Heç sorma, tapılmaz onu axtarsa da insan".Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdümKim, qanım ilə əl yuma, ey afəti-dövran!İnsafın əgər varsa, açıq de, bu NizamiSənlə necə rəftar eləsin, ey mahi-taban?Kəl söylə, cavabın nə olar, sorğu zamanı,Əhvalımı səndən soruşarsa Qızıl Arslan? Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idiÜzü aydan da gözəl nazlı nigar gəlmiş idi.Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?Ona mən göz yetirib xəlvəti baxdım, baxdım,Ovçunun ovlağına körpə şikar gəlmiş idi.Uyuyub hər ikimiz rahat olub bir yatdıq,Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.Dedi: - Getmək dəmidir, söylə, nə istərsən yar?Bir öpüş istədim ondan... yeri var, gəlmiş idi.Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,Odlara yandı dilim, sanki şərar gəlmiş idi.Ey Nizami! - dedi - birdən ayılıb, gördüm o yox,Demə röyada bizə çeşmi-xumar gəlmiş idi. Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!Sənin ol cəlb eləyən vəslinə and içdim, inan,Hicrinə yandı canım, yox daha taqət sənsiz!Başqa bir yarı necə axtarım, ey nazlı mələk,Bilirəm, sən də dedin: "Yox yara hacət sənsiz"!Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!Nə gözüm var - arayım mən səni, bəxtim də ki yol,Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!Sən Nizamidən əgər arxayın olsan da, gülüm.Gecə-gündüz arayıb, olmadı rahət sənsiz Dünyanın damarını kim tutsa Isa kimi,Insaf ve edalet ile olar dünya hakimi,Dünyaya fateh olmaz zulüm ile rezalet,Yer üzünün fatehi adalettir, adalet!***Her şey kainatta cezbe bağlıdır,Alimler bunu esq adlandırır.***Ruhunun aynasından pak olsun koy varlığın,Qırx günün acısından gülsün bextiyarlığın,Insan oğlu qazanar zındanda da şan-şeref,Getirmişdir Yusife qaranlık zından şeref.Kölelik zencirini acısız atmak olmaz,Iztırabsız, ezabsız şerefe yetmek olmaz.***Xanende bestesiz serqi söylese,Söz ile kamança güler o sese.***Agıllı adamın söyledikleriYer altına düşse, yetmez deyeri.***Sözün qanadları var quş kimi ince-inceDünyada söz olmasa, neye gerek düşünce.***Dost ona deyerler sirr saxlayar perde tutarDüşmen rüzgar kimi her zaman perde yırtar.***Eqrebin düşmenliyi beterdir ejdehadanEjdeha açıq vurur, eqreb gizli her zaman.***Seni boğmaq isteyen derin düşmenCahil dostdan yaxsidir, bunu bele bil sen.***Torpaga merhemet xeyirdir inanLütfetsen gül verer, zülm etsen tikan.***Sene ne eylese ovladın, inan,Onu görecekdir öz ovladından.***Menim uçun üstünde gül olan tikan,Yaxsidir meyvesiz selvi ağacından.***İnsan bu dünyada daimi yaşar,Yurdunda bir evlad qalsa yadigar
    Last edited by Samirə; Thursday 28 July 2011-1 at 05:25 PM.

  18. The Following 5 Users Say Thank You to Samirə For This Useful Post:

    AŞIQ-PƏKƏR (Tuesday 2 August 2011-1), Bobi (Thursday 28 July 2011-1), memmed (Thursday 28 July 2011-1), R.F.A (Thursday 28 July 2011-1), yurd sevan (Sunday 31 July 2011-1)

  19. #10
    yeni üzv UUlker's Avatar
    Qeydiyyat
    Sep 2011
    İsmarıclar
    1

    Level: 5 
    Təcrübə: 135
    Next Level: 173

    Thanks
    0
    Thanked 2 Times in 1 Post

    Əsas seçim

    mene ne olllar nizaminin tedqiqatcilari lazimdi

  20. The Following 2 Users Say Thank You to UUlker For This Useful Post:

    Bobi (Tuesday 27 September 2011-1), memmed (Wednesday 28 September 2011-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

nizami gencevi haqqinda melumat

nizami gencevi xemse

nizami gencevi

isgendername

isgendername poemasi

nizami gencevinin eserlerinizami gencevi isgendernamenizami gencevi eserleriYeddi gozel poemasinizami gencevi haqqinda
SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO