+ Reply to Thread
1`dan(dən) 7`ə(a/ya/yə) qədər. Cəmi 7.

Mövzu: Rəşid Behbudov

  1. #1
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,325,289
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    gül Rəşid Behbudov

    Rəşid Məcid oğlu Behbudov (14 dekabr 1915 - 19 iyun 1988) - görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı. Lenin Ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuş, bir sıra xarici ölkələrin mükafatlarına layiq qörülmüşdur. Dağıstan xalq artisti, Gürcüstan əməkdar incəsənət xadimi fəxri adlarını almışdır.


    Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır.
    Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov, əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi İrəvan Dövlət Caz orkestrində solistliyə başlayır. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır.1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur.
    1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir.1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.

    Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən R.Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. R.Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazmışdır.
    1959-cu ildə ona SSRİ Xalq artisti, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.Rəşid Behbudov SSRİ-də mikrofonsuz oxuması ilə məşhur idi.Dahi sənətkar 1988-cu il iyunun 19-da Bakı şəhərində vəfat etmişdir.
    Qızı Rəşidə Rəşid atasının yolunu davam etdirir.



    Ən məşhur əsərləri:

    -Alagöz
    -Ana
    -Azərbaycanım
    -Ayrılıq
    -Bakı
    -Bakının ulduzları
    -Bayatılar
    -Bahar sənsiz
    -Evləri var
    -Gözəlim sənsən
    -Küçələrə su səpmişəm
    -Əziz dost
    -Lalələr
    -Sənə də qalmaz
    -Qızıl üzük və s.
    Last edited by Azerbaycan_Qizi; Friday 24 July 2009-1 at 05:34 PM.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  2. The Following 7 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    Bobi (Sunday 27 March 2011-1), memmed (Monday 15 August 2011-1), Oqtay Eloglu (Sunday 27 March 2011-1), R.F.A (Sunday 27 March 2011-1), time trial (Thursday 23 July 2009-1), urmuli (Tuesday 4 August 2009-1), yurd sevan (Thursday 23 July 2009-1)

  3. #2
    İdman bölümünün müdürü time trial's Avatar
    Qeydiyyat
    Sep 2008
    Ünvan
    Azerbaycan
    İsmarıclar
    1,665

    Level: 40 
    Təcrübə: 2,063,531
    Next Level: 2,111,327

    Thanks
    5,099
    Thanked 3,975 Times in 1,158 Posts

    Əsas seçim

    sağol baci bu insani çox gözəl halində bizə annadiz

    canim azerbaycan

    gün bulut altinda qalmaz


  4. The Following 7 Users Say Thank You to time trial For This Useful Post:

    Azerbaycan_Qizi (Thursday 23 July 2009-1), Bobi (Sunday 27 March 2011-1), memmed (Monday 15 August 2011-1), Oqtay Eloglu (Sunday 27 March 2011-1), R.F.A (Sunday 27 March 2011-1), urmuli (Tuesday 4 August 2009-1), yurd sevan (Thursday 23 July 2009-1)

  5. #3
    Yaxşı Yazır TÜRKÇÜ's Avatar
    Qeydiyyat
    Jan 2011
    İsmarıclar
    41

    Level: 18 
    Təcrübə: 15,642
    Next Level: 17,484

    Thanks
    7
    Thanked 156 Times in 41 Posts

    Əsas seçim


    Həyatı

    Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə xanım Vəkilovlar nəslinə mənsub idi.

    Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır.

    Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov, əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayır. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır.

    1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur.
    1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir.

    1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.

    Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən R.Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. R.Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazmışdır.
    1959-cu ildə ona SSRİ Xalq artisti, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.

    Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.
    Qızı Rəşidə Rəşid atasının yolunu davam etdirir.
    TÜRKƏ VƏTƏN NƏ TÜRKİYƏDİ-NƏ TÜRKƏMƏN-ONA VƏTƏN TƏKCƏ TURAN DİR TURAN

  6. The Following 5 Users Say Thank You to TÜRKÇÜ For This Useful Post:

    Bobi (Sunday 27 March 2011-1), memmed (Monday 15 August 2011-1), Oqtay Eloglu (Sunday 27 March 2011-1), R.F.A (Sunday 27 March 2011-1), yurd sevan (Monday 28 March 2011-1)

  7. #4
    Yaxşı Yazır TÜRKÇÜ's Avatar
    Qeydiyyat
    Jan 2011
    İsmarıclar
    41

    Level: 18 
    Təcrübə: 15,642
    Next Level: 17,484

    Thanks
    7
    Thanked 156 Times in 41 Posts

    Əsas seçim

    حياتي
    رشيد بئهبودوو 1915-جي ايل دئکابرين 14-ده طيفليسده خاننده مجيد بئهبودالي اوغلونون عاييلهسينده دونيايا گلميشدير. آناسي فيروزه خانيم وکيلوولار نسلينه منسوب ايدي. اوشاق ياشلاريندان مکتب خوروندا اوخويان رشيد 1933-جو ايلده دميريولو تئخنيکومونا داخيل اولموشدور. تحصيلي دؤورونده طلبه اؤزفاليت اورکئسترينده چاليشميشدير

    حربي خيدمتي زاماني اوردو آنسامبلي نين سوليستي اولان ر.بئهبودوو، عسگري خيدمتدن سونرا تبيليسي ائسترادا قروپلاريندان بيرينده سوليستليک ائدير و تئزليکله بسطکار آ.ائيوازيانين رهبرليک ائتديگي ائرمنيستان دؤولت جاز اورکئسترينده سوليستلييه باشلايير. 30-جو ايللرده ائرمنيستان دؤولت اوپئرا و بالئت تئاتريندا کلاسسيک اوپئرالارين خور صحنهلرينده سولو اوخويور. 1939-جو ايلده همين تئاترين تروپپاسي ايله بيرليکده موسکوادا ائرمنيستان اينجه سنتي گونلرينده ايشتيراک ائدير. 1942-جي ايلده کوللئکتيوله بيرگه کريم جبهه سينه يوللانير. 1943-جو ايلين سونوندا باکي کينوستوديياسيندا اوزئيير حاجيبيووون عئينيادلي اوپئرئتتاسي نين موتيولري اساسيندا چکيلن " آرشين مال آلان " فيلمينده باش رولا دعوت آلير. 1945-جي ايلده فيلم ائفيره چيخير و چوخ تئز بير زاماندا نينکي آذربايجاندا، بوتون سووئت ايتتيفاقيندا بؤيوک پوپوليارليق قازانير. 1946-جي ايلده بو فيلمده کي عسگر رولونا گؤره رشيد بئهبودوو " ستالين موکافاتي " ايله تلطيف اولونور. 1949-جو ايلده بوداپئشتده کئچيريلن گنجلرين و طلبه لرين عومومدونيا فئستيواليندا چيخيش ائدير.

    1946-1956-جي ايللرده آذربايجان دؤولت فيلارمونيياسي نين، 1953-1960-جي ايللرده فاصيله لرله م.ف.آخوندوو آدينا آذربايجان دؤولت اوپئرا و بالئت تئاتري نين سوليستي، 1957-1959-جو ايللرده آذربايجان دؤولت کونسئرت آنسامبلي نين تشکيلاتچيسي و رهبري اولموشدور. 1966-جي ايلدن موسيقي و ائسترادا صنعتي نين جاز، بالئت، پانتوميما کيمي موختليف ژانرلاريني عوضوي صورتده بيرلشديرن آذربايجان دؤولت ماهني تئاتريني تشکيل ائتميش و عؤمرونون سونونادک اونون سوليستي و بديعي رهبري اولموشدور. بوتون سووئت رئسپوبليکالاري ايله ياناشي آرگئنتينا، بولقاريستان، بئلچيکا، چيلي، چين، ائفيوپييا، فينلاندييا، هينديستان، ايران، ايراق، ايتالييا، ميسير، تورکييه و س. اؤلکه لرده گئنيش رئپئرتوارلا چيخيش ائدن ر.بئهبودوو، آذربايجان خالق ماهنيلاري نين و آذربايجان بسطکارلاري نين ووکال اثرلري نين خاريجي اؤلکه لرده پوپوليارلاشماسيندا چوخ بؤيوک رول اويناميشدير. ر.بئهبودوو هينديستانا صفري حاقيندا " اوزاق هينديستاندا " کيتابيني يازميشدير. 1959-جو ايلده اونا سسري خالق آرتيستي، 1980-جي ايلده سوسياليست امگي قهرماني آدي وئريلميشدير. داهي صنعتکار 1989-جو ايل اييونون 9-دا موسکوا شهرينده وفات ائتميشدير. قيزي رشيده رشيد آتاسي نين يولونو داوام ائتديرير.a



    TÜRKƏ VƏTƏN NƏ TÜRKİYƏDİ-NƏ TÜRKƏMƏN-ONA VƏTƏN TƏKCƏ TURAN DİR TURAN

  8. The Following 4 Users Say Thank You to TÜRKÇÜ For This Useful Post:

    Bobi (Sunday 27 March 2011-1), memmed (Monday 15 August 2011-1), R.F.A (Sunday 27 March 2011-1), yurd sevan (Monday 28 March 2011-1)

  9. #5
    yeni üzv Teyrun's Avatar
    Qeydiyyat
    Aug 2011
    İsmarıclar
    2

    Level: 7 
    Təcrübə: 356
    Next Level: 443

    Thanks
    0
    Thanked 4 Times in 2 Posts

    Əsas seçim

    Salam. Mümkün olsa Alagöz mahnısının sözlərini burada yazardınız

  10. The Following 2 Users Say Thank You to Teyrun For This Useful Post:

    Bobi (Friday 12 August 2011-1), R.F.A (Friday 12 August 2011-1)

  11. #6
    yeni üzv Teyrun's Avatar
    Qeydiyyat
    Aug 2011
    İsmarıclar
    2

    Level: 7 
    Təcrübə: 356
    Next Level: 443

    Thanks
    0
    Thanked 4 Times in 2 Posts

    Əsas seçim

    Salam. Mümkün olsa Alagöz mahnısının sözlərini burada yazardınız

  12. The Following 2 Users Say Thank You to Teyrun For This Useful Post:

    Bobi (Friday 12 August 2011-1), R.F.A (Friday 12 August 2011-1)

  13. #7
    Iraztürkün fabrik dostu Bobi's Avatar
    Qeydiyyat
    Mar 2010
    İsmarıclar
    1,732

    Level: 38 
    Təcrübə: 1,221,476
    Next Level: 1,460,206

    Thanks
    12,160
    Thanked 6,791 Times in 1,719 Posts

    Post

    Sitat Teyrun tərəfindən İsmarıcı oxu
    Salam. Mümkün olsa Alagöz mahnısının sözlərini burada yazardınız
    Buyur Teyrun qardaş:



    Ala Göz (Mahnı sözləri)

    Kirpiklərin oxdur, qaşın kamandır, qaşın kamandır
    Ay qız məndən üz döndərmə amandır
    Gözəl məndən üz döndərmə amandır
    Həsrətinlə hər zaman, Həsrətinlə hər zaman
    Gözüm qaldı bu yollarda ay ala göz

    Ala göz, Ala göz, Ala göz
    Gözüm qaldı bu yollarda ay ala göz


  14. The Following 4 Users Say Thank You to Bobi For This Useful Post:

    memmed (Monday 15 August 2011-1), R.F.A (Friday 12 August 2011-1), tarkan (Friday 12 August 2011-1), yurd sevan (Friday 12 August 2011-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

آذربايجان ماهنيلاري

Rəşid Behbudov SSRİ-də mikrofonsuz oxuması ilə məşhur idi

ay qız məndən üz döndərmə amandır mahnı sözləri

Rəşid Behbudov

rəşid behbudov ey vətən

ay qız məndən üz

افلام ايتالييا

rəşid behbudov bacısı

SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO