Aşıq Abbas Tufarqanlı (17 əsr)
Aşıq Abbas Tufarqanlı 16 əsrin sonları, 17 əsrin əvvəllərində yaşayıb-yaratmışdır. O, Cənubi Azərbaycanın Tufarqan kəndində anadan olmuş, mükəmməl təhsil görmüş, ərəb, fars dillərini öyrənmişdir.
Mən sənə can dedim, sən də mənə can,
Alış eşq oduna, mənim kimi yan.
Adım Aşıq Abbas , yerim Tufarqan,
Gahdan ağla, gahdan yada sal məni.
Aşıq Abbas əsərləri bizə əsasən xalqın, aşıqların hafizəsində gəlib çatmışdır. O, qoşma, gəraylı, il yanaşı, qəzəl janrında da şeirlər yazmışdır. Aşığın qoşmaları əsasında yaradılmış “Abbas və Gülgəz” dastanı bu qüdrətli sənətkar barəsində bəzi məlumatlar verir.
Aşıq Abbas Tufarqanlı yalnız yaşadığı dövrdə deyil, sonralar da aşıqlarımız üçün ustad sayılmış, şeirləri bir çox el sənətkarları üçün örnək olmuşdur.
Sındırar(ustadnamə)
Bəd övladı əzəl başdan tanıram,
Çör-çöp yığar, yad ocağın yandırar.
Səhər durar, ar-namusun gözləməz,
Suyu tökər, öz ocağın söndürər.
Ulğun cuşa gəlsə, köpük yağ olmaz,
Söyüd bar gətirsə, bağça, bağ olmaz
Zibil təpə olsa, küllük dağ olmaz,
Yel əsəndə alçaqlara yendirər
Abbas bu sözləri deyər sərindən,
Arxı vurun, suyu gəlsin dərindən.
Söz bir olsa, dağ oynadar yerindən,
El bir olsa, zərbi kərən sındırar


LinkBack URL
About LinkBacks





Reply With Quote
canim azerbaycan


