+ Reply to Thread
1`dan(dən) 1`ə(a/ya/yə) qədər. Cəmi 1.

Mövzu: Qarışıq Giləmeyvəli Keks

  1. #1
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,328,717
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Arrow Qarışıq Giləmeyvəli Keks

    Qarışıq Giləmeyvəli Keks



    Tərkibi:
    2 stəkan əla növ un
    2 çay qaşığı qabartma tozu (baking powder). Əgər yoxdursa, 2/3 çay qaşığı soda ilə əvəz edin.
    1/2 çay qaşığı duz
    1/2 stəkan otaq hərarətində yumuşaldılmış kərə yağı (ərinmiş yağ deyil)
    1 stəkan şəkər tozu
    4 yumurta
    1 stəkan qatıq (turş olmasın)
    1 stəkan qarışıq giləmeyvələr (istədiyiniz giləmeyvədən 3 növ seçin: çiyələk, moruq, böyürtgən və sairə. Çiyələkdən istifadə edəcəksinizsə, onu iri-idi doğrayın. Digər giləmeyvələr bütöv qalsın).
    2 xörək qaşığı sürtkəcin iri dişindən keçirilmiş portaqal qabığı (istəyə görə limon qabığıyla da əvəz oluna bilər).


    Hazırlanmsı:
    1. Sobanı 180C-dək qızdırın.

    2. Bir qabda un, qabartma tozu və duzu qarışdırın.

    3. Başqa iri bir qabda yağı və şəkəri mikserlə ağaranadək çırpın. Yumurtalarl bir-bir əlavə edərək, çırpın. Sonra qatığı əlavə edib qarışanadək çırpın. Unlu qarışığı bu qarışığa əlavə edib, bütün ərzaqlar qarışanadək çırpın.

    4. Giləmeyvə və portaqal qabığını alınan kütləyə əlavə edib, giləmeyvələri əzmədən qaşıqla qarışdırın.




    5. 21 X 11 santimetr ölçüləri olan keks formasının (kərpic şəklində olan forma) dibini və kənarlarını azacıq yağlayın.

    6. Alınan kütləni yağlanmış keks formasına tökün. Sobanın orta rəfində təxminən 70 dəqiqə ərzində, üstü qızaranadək bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Keks öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. Keks ancaq tamamilə soyuduqdan sonra kəsilməlidir. Nuş Olsun!





    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  2. The Following 2 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    azarbayjan (Sunday 26 July 2009-1), time trial (Sunday 26 July 2009-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

böyürtgən

keks

SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO