+ Reply to Thread
1`dan(dən) 1`ə(a/ya/yə) qədər. Cəmi 1.

Mövzu: azerbaycan dilinə ilişqi sözlər

  1. #1
    İdman bölümünün müdürü time trial's Avatar
    Qeydiyyat
    Sep 2008
    Ünvan
    Azerbaycan
    İsmarıclar
    1,669

    Level: 40 
    Təcrübə: 2,070,932
    Next Level: 2,111,327

    Thanks
    5,099
    Thanked 3,975 Times in 1,158 Posts

    Əsas seçim azerbaycan dilinə ilişqi sözlər

    Əziz Asparuh,Qeyri-Azərbaycan adlardan ibarət olan məqalələri adlandıranda, siz Azərbaycan dilindəki ənənəvi transliterasiya qaydalarını pozursunuz, bu isə orijinal araşdırma kimi qəbul oluna bilir. Məsələn:
    • Rus dilindəki агул sözü ağul dilindəki etnonimin rus transliterasiyasıdır. Ağul dilində bu etnomin məhz ağul (агъул) kimi yazılır və tələffüz olunur. Siz 'h' hərfini haradan tapıb oraya salmısınız?
    • Dağıstanın Süleyman-Stalski rayonu məşhur ləzgi şairi Süleyman Stalskinin (Həsənbəyov) adını daşıyır. Bu halda -ский şəkilçisi bilavasitə adın hissəsidir, Ленкоранский sifətindəki düzəltmə şəkilçi kimi yox. Ona görə Süleyman-Stal rayonu yox, Süleyman-Stalski rayonu yazılmalıdır.
    • Левашинский, Цумадинский, Цунтинский toponimlərində, əksinə, 'n' səsi rus şəkilçisinin hissəsidir. Müqaisə edin: 'Астара' - 'Астаринский'; ibtidai isim 'Astarin' yox, 'Astara'-dır. Həmin məntiqlə isim formasında bu toponimlər Levaşi, Tsumada, Tsunta kimi yazılır, və əgər yoxlasaq, bunlar doğurdan da Dağıstan ərazisində yerləşən qəsəbələrin adlarıdır.
    • Fars dilindəki 'o' və 'e' səsləri XVI əsrdə baş tutmuş sövti yerdəyişmə prosesində qısa 'u' və 'i' səslərindən əmələ gəlib. Müasir fars transkripsiyasında bunlar 'o' və 'e' ilə yazılsalar da, Azərbaycan dilində köhnə adətə uyğun olaraq bunlar 'ü' və 'i' hərfləri ilə yazılır. Məsələn: 'Mojgan' (farsi) ~ 'Müjgan' (azəri), 'tomən' (farsi) ~ 'tümən' (azəri), 'gereftar' (farsi) ~ 'giriftar' (azəri), 'Esfəndiyar' (farsi) - 'İsfəndiyar' (azəri). Bu səbəbdən biz 'Elam' yox, 'İlam' yazırıq.
    • Ingilis dilində 'a' hərfi ilə göstərilən ərəb və fars saiti həm 'a', həm 'ə' ola bilər. Bunu bilmək üçün ərəb və fars dilindəki yazılışa baxmalısınız. Əgər yazılışda sözün ortasında ۱ (əlif) hərfi varsa, deməli 'a'-dır, əks halda 'ə'-dir. Sözün əvvəlində isə 'a' آ, 'ə' isə sadəcə ا kimi yazılır. Sözün sonunda 'a' ا kimi, 'ə' isə ه (fars dilində) və ya ة (ərəb dilində) kimi yazılır. Ona görə 'Vardak' yox, 'Vərdək', 'Paktika' yox, 'Pəktika', 'Samanqan' yox, 'Səməngan' ('g'-nin 'q' ilə əlaqəsi haqda aşağıda yazmışam), 'Diyala' yox, 'Diyalə' və s.
    • Fars dilində و işarəsi ilə göstərilən uzun 'o' səsi əslində klassik fars dilindəki /ou/ diftonqudur. Tərkibində bu diftonq olan alınma fars sözləri ahəng qanununa əsasən gah ov, gah öv kimi transliterə olunur. Məsələn, 'ro’şən' (farsi) ~ 'rövşən' (azəri), 'ro’ze' (farsi) ~ 'rövzə' (azəri), 'Xosro’' (farsi) ~ 'Xosrov' (azəri) və s. Bu səbəbdən 'Lo’gər' toponimi 'Lövgər' kimi transliterə edilməlidir .
    • Fars dilindəki izafət şəkilçisi Azərbaycan dilində sözün kökü ilə bitişik yazılır. Məsələn, Kitab-i Dədə Qorqud yox, Kitabi Dədə Qorqud; izzət-i nəfs yox, izzəti-nəfs; çərx-i fələk yox, çərxi-fələk. Bu baxımdan Səri-Pul yazılışı Sər-i Pul yazılışından daha düzgündür.
    • Keçək samitlərə. Fars və əski Azərbaycan əlifbasındakı گ hərfi latın əlifbasında 'g' kimi, ق hərfi 'q' kimi, غ hərfi isə sözün əvvəlində 'q', qalan yerlərdə isə 'ğ' kimi transliterə olunur. Bu hərflərdən yalnız birincisi (təbii ki, türk-mənşəli sözlərdən savayı) sərt iran-mənşəli sözlərdə işlənilir. Ona görə siz Azərbaycan dilinin lüğətində elə bir fars-mənşəli söz tapmazsınız ki, ortada 'q' hərfi ilə yazılsın. Fars dilində گ hərfi dilarxası partlayışlı samit olsa da, Azərbaycan dilində palatal samit kimi yer tapır. Xülasə, fars-mənşəli sözlərdə 'q' hərfi yalnız və yalnız fars dilində 'ğ' səsi ilə başlayan sözlərdə, Azərbaycan dilində bu səslə sözlərin başlanması mümkün olmamasından işlənir ('Ğobad' ~ 'Qubad'). Qalan hallarda 'q' əsla işlənməz. Məsələn, fars dilində Nigar adı 'Neqar' kimi tələffüz olunur, lakin Azərbaycan dilində Nigar kimi yazılır və tələffüz olunur. Ona görə sizin 'Hörmüzgan' məqaləsini 'Hormuzqan' adına, 'Uruzgan' məqaləsini 'Uruzqan' adına istiqamətlədiyiniz məqsədəuyğun deyil.
    • İndi keçək ərəb dilinə. Burada əsas problemi sizin üçün 'a' ~ 'ə' dixotomiyası yaradır. Bu haqda mən artıq yuxarıda yazmışam. Digər saitlərə gəlincə, qısa 'u' Azərbaycan dilində 'ü' kimi transliterə olunur (məsələn, bütün mü- ilə başlayan sözlər: 'mühəndis', 'mürəbbə', 'müharibə'), uzun 'u' isə sövti dəyərini qoruyur. Buna görə də, 'Süveydə', 'Qüneytrə' yazılışları üstündür.
    • Ərəb dilində ayrı-ayrı səslər verən ﺫ ,ﺯ ,ﺽ ,ﻅ hərflərin hamısı Azərbaycan dilində 'z' kimi, ﺙ ,ﺱ ,ﺹ hərfləri isə 's' kimi səslənir. Məsələn, 'üzv', 'azan', 'Ramazan', 'zərif' və s. sözlərdə 'z' hərfi əslində ərəb dilində heç də 'z' kimi tələffüz olunmur. Həmin hadisə 'Əl-Müsənnə' toponimində baş verir. Azərbaycan dilində dişarası samitlərin mövcud olmamasına görə ortadakı samit 's' kimi yazılır.
    • Ərəb dilindəki 'ay' diftonqu Azərbaycan dilində 'ey' kimi yazılır. Məsələn, 'qayb' ~ 'qeyb', 'Layla' ~ 'Leyla', 'ğayr' - 'qeyri'. Bu səbəbdən mən 'Maysan' məqaləsini 'Meysan' adına istiqamətləndirdim. Parishan 22:46, 28 İyun 2009 (UTC)
    alinti: [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]

    canim azerbaycan

    gün bulut altinda qalmaz


  2. The Following 2 Users Say Thank You to time trial For This Useful Post:

    merendoglu (Friday 31 July 2009-1), R.F.A (Saturday 16 April 2011-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

fars mənşəli sözlər

azerbaycan dilinde diftonqlar haqqda

fars dilində hərflər

U hərfi ilə başlayan sözlər

q hərfi ilə başlayan sözlər

ərəb hərfləri

ey diftonqu

türk sözləri rus dilində

Ləzgi sözləri

azərbaycan dilində ərəb sözləri

SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO