Qadağanlı bir mələyim mən...
Qadağan yanlaram qırır qanadlarımı...
Uçmaq istəyirəm sənə.
Qanadlarım ümidlərim mənim.
Səfərim sənə, eşqə.
Aldanıram.

Sağaltmaya çalışıram yaralarımı
gözlərindən içdiyim duyğu siropuyla...
Olmur eşqim.
Qadağanlıyam mən.

Dodaqlarım uzansa da şəfaya,
qadağan edər tikilir qarşıma...
Öpüşdüyüm xəyalinlə qalıram baş-başa...

Qanad çırpa bilməm mən azadlığa,
bir halqayla bağlanmışım qaydalara...
Üç otaq bir salon əxlaq anlayışlarıyla çevrili
böyük/ər bir boşluq mənim dünyam...
Qırıq mənim qanadlarım...

Xəyallarım belə çevrili tel hörgülərlə. Çırpınıram boğulduğum çarəsizlik dənizində. Sanki bir kulaç atsam, ata bilsəm,
qurtuluşum olacaq.

Səsinə sarılıram,
"gəl" deyən səsinə...
Toxuna bilmirəm sözlərinə.

Bir tuta bilsəm gözyaşlarını,
kağızdan bir qayıq edib çatacağa(ı)m gözlərinə...

Yakamozlar dost zənn edirəm xəyallarıma.
Ay qaçıb gedir işıqlarını çal/oğurlayaraq dənizimdən...


Eşq sehrli bir paltar...
İki adamın bir olub içinə girə biləcəyi.
Xüsusi bir parça, xüsusi bir seqment.
İkimiz tam gəlirik o paltarın içinə.

Sənin üzərinə tam oturdu amma
mən sınaya bilməm təkrar.
Əvvəlim var mənim.
Keçmişim...
Səndən əvvəl bir dəfə daha geydim o paltarı...

İndi dar gəlir, sığa bilmirəm
bir zamanlar ehtirasla girdiyim paltarıma...
Çox təəssüf ki çıxa bilmirəm içindən.

Bilirəm bir yerdə,
sənin ürəyinlə örtdüyün o yumşaq yerdə olmalıyam.

Mən o parçaya aidim.
Amma olmur.
Qadağanlıyam.