İndi eyni şəhərdə olsaydıq səninlə Almira
Yenə eyni küçələrdə birlikdə getsəydik həyata
Və adımızı yenidən yazsaydıq
Görüşdüyümüz bütün dayanacaqlara
Unudub getsəydik bütün çirkinliklərini dünyanın
Və bütün mərhəmətsizliyini
Sorğulayıb bütün qadağanları
Sorğulayıb bütün günahları
Səninlə yenidən başlasaydıq bu sevdaya
Səninlə yenidən Almira
İndi eyni məktəbdə olsaydıq səninlə Almira
Yenə eyni sinifdə yenə eyni sırada
Birlikdə nəzər salsaydıq o qırmızı qablı kitablara
Tarix kimi fizika kimi riyaziyyat kimi
Ölümsüz eşqləri soruşsaydıq müəllimlərə
Ölümsüz eşqləri Almira
İndi bir qır qəhvəsində olsaydıq səninlə
Yenə eyni masada yenə eyni küncdə
Yenidən xülyalar qursaydıq səninlə
Dağlar kimi sıra sıra
Və yenidən yaratsaydıq öz dünyamızı
Və də birlikdə söyləsəydik ikimizdə öz mahnılarımızı
Meydan oxuyub ayrılıqlara
Həm də təslim olmadan
İllərə yollara yalanlara
Təslim olmadan Almira
Nə var ki;
Bir quru sentyabr idi
O quru üzüm gözlərinə son baxışım
Yanmam və də yıkılışım
Üstümdən bütün qatarlar keçdi o gün
Bütün avtobuslar
Və bütün gəmilərim batdı sən gideli
İndi bütün ümidlərim alabora
Anlayırsan deyilmi
Anlayırsan Almira
İndi bir düşün
Kim itələdi bizi bu lənətə gəlmiş ayrılığa?
Kim itələdi bizi bu peşmanlıqlar dənizinə?
Kim yandırdı bizi kim?
Həm də kürəyimizdən vura vura
Görürsən deyilmi görürsən
Bir ikimiz sığa bilmədik bu böyük/ər dünyaya
Bir ikimiz Almira
Və işdə o gün
Böyük/ər bir son yazıldı bu aşan son səhifəsinə
Dönüşü olmayan bir yolda qaldıq
Dönüşü olmayan bir yolda Almira...


LinkBack URL
About LinkBacks
canim azerbaycan






Reply With Quote