Bioqrafiya
Nəzakət Teymurova 4 iyul 1972-ci ildə Ağdam rayonunda anadan olub. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı Baza Energetika Texnikumuna daxil olub. Ordan müsabiqə yolu ilə Asəf Zeynallı adına Musiqi məktəbinə daxil olub və 1991-1995-ci illərdə Nəriman Əliyevin sinfində oxuyub.
1995-ci ildə ali təhsil almaq üçün Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, xalq artisti professor Arif Babayevdən dərs almışdır. Elə həmin ildə də Opera və Balet Teatrına qəbul olunub. İlk rolu “Leyli və Məcnun”-da Leyli olub. “Aşıq Qərib”də Şahsənəm, “Gəlin Qayası”nda Gülbahar, “Natavan”da Xanəndə qız, “Vaqif”də Xanəndə qız, “Koroğlu”da Xanəndə qız rolları ilə çıxış etmişdir.
2000-ci ildə Əməkdar Artist, 2005-ci ildə Dövlət tərəfindən Xalq Artisti adına layiq görülmüşdür.
Almaniya, Amerika, Kareya, Yaponiya, Macarıstan, Fransa, Türkiyyə, İran, İsveçrədə konsert proqramları ilə çıxış etmişdir. Hal-hazırda Opera və Balet Teatrının solistidir, Milli Konservatoriyada və Musiqi Kollecində muğam dərsi deyir.
![]()


LinkBack URL
About LinkBacks





Reply With Quote
