![]()
İllik abunə haqqı 10 manat təyin edildi
QayNar: Azərbaycan internet məkanında ən böyük bloq sistemi olan AzəriBlog uzun müzakirələrdən sonra pullu sistemə çevrilmək qərarı verdi.
Qaynar.info-nun verdiyi xəbərə görə, "AzəriBlog" bu gündən etibarən illik abunə haqqı 10 manat olmaqla pullu fəaliyyətə başladı.
Belə ki, bu gündən etribarən AzeriBlog.com saytında hesab açmaq istəyən hər bir şəxs və daha öncə qeydiyyatdan keçmiş istifadəçilər bir illik istifadə üçün 10 AZN məbləğində vəsait ödəməli olacaqlar. Və 1 il vaxt bitdikdə isə ödəməni yenidən reallaşdırmalıdırlar! Əks təqdirdə hesabları bağlanacaq. Hər aktiv olan istifadəçi öz hesabına daxil olan zaman aktivlik müddətini ən üst hissədən öyrənə biləcək.
10 AZN göstərilmiş qaydalarda ödənildikdən sonra hər kəs aktivləşmiş hesabına daxil olub bloq yarada və bir il ərzində sistemin bütün funksiyalarından istifadə edə biləcək.
Ödəmə həyata keçdikdən sonra istifadəçinin elektron ünvanına onun hesabı ilə bağlı bütün məlumatlar göndəriləcək. Pul ödəməyən istifadəçilərin bloqları silinməyəcək, saytda qalacaq, sadəcə fəaliyyətlərini davam etdirə bilməyəcəklər.
[Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ] sisteminin rəhbəri Fərhad Əsgərzadə Qaynar.info-ya açıqlamasında bu addımın "AzəriBlog"un həm də sosial şəbəkəyə çevrilmək istiqamətində varilmiş vacib qərar adlandırdı: "Tezliklə AzəriBlog-da yeni imkanlar yaradılacaq. İstifadəçilər blog imkanlarıyla yanaşı, həm də sosial şəbəkənin funksiyalarından yayrarlana biləcəklər. Yeni skriptlər, forum, daxili çat və s. üstünlükləri təqdim edəcəyik. Ümumiyyətlə, prosesin gedişatında istifadəçilərimizə sürprizlərimiz çox olacaq". // T.İsmayılov, QayNar
Qaynaq : news.qaynar.info
Daha ətraflı öyrənmək üçün daxil olun :
[Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
- - Anadilimizə hörmət üçün dəstək olaq


LinkBack URL
About LinkBacks





Reply With Quote

İndi bu qədər müftə blog servisləri ola ola, məgər Azeriblog nəmənə əlavə imkanat verir ki pul istəyir?! Mənim bu saytda 3 blogum olsada, mən day onun istifadəçisi olmuyacam. 
