+ Reply to Thread
2 səhifədən 1-cisi 1 2 SonuncuSonuncu
1`dan(dən) 10`ə(a/ya/yə) qədər. Cəmi 14.

Mövzu: Afiq Ağdami Şeirləri

  1. #1
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,816
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    oxu Afiq Ağdami Şeirləri

    TƏBRİZ!

    Dərk edə bilmirəm fələyin işin,
    Su kəsmiş yolunu sönməz atəşin.
    Ikiyə bölünmüş bir ürək düşün-
    Gözləri yollarda qalmışam, Təbriz,
    Yenə bulud kimi dolmuşam, Təbriz!

    Öldürən həsrətə çox boyun əydim,
    Közərən ümidlə qapını döydüm,
    Bəlkə də bilmədən xətrinə dəydim-
    Bəlkə övladını unutdun, Təbriz?!
    Göynəyən yaramı qanatdın, Təbriz!

    İstədim vüsaldan mən də pay alım,
    Namərd qəsdə durdu, bağlandı yolum.
    Səndə dustaq qaldı fikrim, xəyalım-
    Yenə dincliyimi övladın, Təbriz!
    Bax, sənsiz nə çəkir övladın, Təbriz? !

    Oyan, qəlbindəki qorxuları at,
    Oğlun Cavidanı, Babəki oyat.
    Bəxtindən küsəni sevməyir həyat-
    Düşmən tapdağıdır yurdumuz, Təbriz!
    Artır gündən-günə dərdimiz, Təbriz!

    Səndə Xətayinin ölməz ruhu var,
    Səndə Səttarxanın bitməz ahı var,
    Səndə Şəhriyartək söz allahı var-
    Bu dərdə dözməsin Savalan, Təbriz!
    Nədir bu susqunluq, havalan, Təbriz!

    Adın tarixlərdən silinməz izdir,
    Sevgin ürəyimdə coşğun dənizdir.
    Sənin kədərin də mənə əzizdir-
    Dərdini şərbəttək içərəm, Təbriz!
    Yolunda canımdan keçərəm, Təbriz




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  2. The Following 9 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    ARAZ (Sunday 4 October 2009-1), Bobi (Friday 19 November 2010-1), BozKurt (Saturday 3 October 2009-1), duzlu oğlan (Thursday 8 October 2009-1), memmed (Tuesday 18 January 2011-1), miyanali (Saturday 20 November 2010-1), sensizolmaz (Saturday 3 October 2009-1), tarkan (Wednesday 7 October 2009-1), yurd sevan (Saturday 3 October 2009-1)

  3. #2
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,816
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    oxu Afik Ağdami-Sən gəlmədin

    SƏN GƏLMƏDİN

    Getdiyin yollara baxdım,
    Ləpirlərini izlədim...
    Sən gəlmədin.
    Göylərə yetdi fəryadım,
    Dönəsən deyə səslədim...
    Sən gəlmədin.
    Yoldaş oldum gecələrə,
    Gəlişini çox gözlədim...
    Sən gəlmədin.
    Ürəyimə asi oldum,
    Həsrətini əzizlədim...
    Sən gəlmədin.
    Gözlərimdən axan yaşı
    Ümidlərimdən gizlədim...
    Sən gəlmədin.
    Çəmənlərdə, düzənlərdə
    Güllər açdı naxış-naxış...
    Sən gəlmədin.
    Yaşıl paltarını geyib
    Gülümsədi eniş, yoxuş...
    Sən gəlmədin.
    Kədərimə şərik çıxdı,
    Həsrətimi yudu yağış...
    Sən gəlmədin.
    Durnalar da uçub getdi,
    Bir mən qaldım bir də bu qış...
    Sən gəlmədin.
    “Dönməyəcək” söylədilər,
    Buza döndü sevən baxış...
    Sən gəlmədin.
    Sən gəlmədin...




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  4. The Following 8 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    ARAZ (Sunday 4 October 2009-1), Bobi (Friday 19 November 2010-1), BozKurt (Saturday 3 October 2009-1), duzlu oğlan (Thursday 8 October 2009-1), memmed (Tuesday 18 January 2011-1), sensizolmaz (Saturday 3 October 2009-1), tarkan (Wednesday 7 October 2009-1), yurd sevan (Saturday 3 October 2009-1)

  5. #3
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,816
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    oxu Afiq Ağdami-Bir ananın dramı

    BİR ANANIN DRAMI

    Bir ana görürüm gözleri yaşlı,
    Umutsuz bir halde, kalbi telaşlı.
    Kocasını sinsi savaşlar almış,
    Küçük oğlu ile çaresiz kalmış.
    İş için dövmüşse hangi kapıyı,
    Sevgiyle,saygıyla kovmuşlar onu.
    Genç iken gözünün ışığı sönmüş,
    Kalbine dağlarca derdler yüklenmiş.
    Yarını karanlık, unutmuş dünü,
    Umutsuz bekleyiş sarmış ömrünü...
    Vakitsiz saçını bürümüş aklar,
    Meskeni olmuşdur parklar,sokaklar...
    Yüreği taş olmalı bu derdi çekmek için,
    Kimese el açmalı bir parça ekmek için.
    Düştüğü bu zorluğa baş eğip uymalı mı?
    Bu gidişi alnının yazısı saymalı mı?
    Yoksa o, bu gidişe “Dur! ” desin, isyan etsin?
    İnsan izi olmayan bir harabeye gitsin?
    -Daha bu oyundan yoruldum, ana,
    Ekmekle, su ile karın doymuyor...
    Ana nasıl desin küçük oğluna,
    ”Bu dünya şimdilik bizi duymuyor.
    Şimdilik dünyanın işleri çoktur,
    Bize ayıracak zamanı yoktur...
    Şimdilik dünyayı sarmış savaşlar,
    Dökülüyor kanlar, kesilir başlar...”
    -Neden sokaklarda yaşıyoruz biz?
    Ana,evimize dönecek miyiz?
    -Oğlum,bu yokluğu yeneceğiz biz,
    Sabret, evimize döneceğiz biz!
    Bir gün bu yokluklar ezilecekdir,
    Bu suç dolu dünya düzelecekdir...
    ...-Babam bu savaşa neden koşuldu?
    Bak ana,yaz geçti, şimdi kış oldu,
    Ondan bir haber yok,gelmez mektubu,
    Sence bir babaya yakışır mı bu?
    -Oğlum, baban gitti Vatanı için,
    Onu acı dille suçlaman niçin?
    Dedi “Canım feda yüce Vatana! “
    Oğlum,öz kanını, canını sana,
    Gözünü kırpmadan etti hediye,
    ”Oğlum refah ile yaşasın” diye...
    -Babamın dediği”refah” bu mudur?
    Ana, söyle bana, bu arzu mudur?
    Soğuk`tan donmuşdur, tutmaz bacağım,
    Sokak`ta ne kadar yaşayacağım?
    Bir bak o, çocuğa babası ile,
    Parkı dolanıyor o, güle güle...
    Benim dostum ise kederdir, gamdır,
    Sevinçle yaşamak bana haramdır...
    Vahşi kış gelmişdir, solmuş çiçekler,
    Kuşlar yuvasında baharı bekler.
    Kış tahtı bahardan teslim almıştır,
    Yeryüzü karlara teslim olmuştur...
    -Ana...Ana...Ana...Ana...,
    Çok üşüyorum, kalksana!
    Bir uyan,baksana her taraf kardır,
    Benim tanıdığım bir amca vardır,
    Onlara gidelim, hava çok soğuk,
    Uzanıp düşünme,başka çare yok!
    -...
    -Ana,
    Ne oldu sana? !
    -...
    Ana kışa karşı kazanmış zafer,
    Kendiyse cennete etmişdir sefer...
    Ana mertlikle dözmüş,soğuk ise kuşatmış,
    O,kendi ölümüyle evladını yaşatmış.


    19.2.2005




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  6. The Following 8 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    ARAZ (Sunday 4 October 2009-1), Bobi (Friday 19 November 2010-1), BozKurt (Saturday 3 October 2009-1), duzlu oğlan (Thursday 8 October 2009-1), memmed (Tuesday 18 January 2011-1), sensizolmaz (Saturday 3 October 2009-1), tarkan (Wednesday 7 October 2009-1), yurd sevan (Saturday 3 October 2009-1)

  7. #4
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,816
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    oxu Afiq Ağdami-Qarabağ torpağı

    “QARABAĞ TORPAĞI”

    Bu gecə yuxumda səni görmüşəm,
    Gördüm baharına qar ələnibdir.
    Ürəyindən axan qanı görmüşəm,
    Gördüm xəyalın da güllələnibdir...

    Məni xatırladın alayarımçıq,
    Qol açıb bağrına basmaq istədin.
    Səni unudana sən yazıq-yazıq,
    Oğul, bu vaxtacan hardasan? dedin.

    Qəlbimi üşütdü titrək nəfəsin,
    Varlığım qara bir dərdə büründü.
    Bir zaman ruhuma can verən səsin,
    İndi qulağımda matəmə döndü...

    Bölündük, qürbətin payına düşdüm,
    Bağlanıb yollarım, dara bağlıyam.
    Sən mənim, mənsə can hayına düşdüm,
    Mən necə deyim ki, Qarabağlıyam? !

    Çox şeyi unutdum o gündən bəri,
    Amma “vətən” adlı yaram sağalmır.
    Gözaçıb dünyaya gəldiyin yeri,
    Beşikdən-qəbrədək unutmaq olmur...

    Əzəldən qəlbimə, ruhuma çökmüş,
    Qara qorxuları tərk edirəm mən.
    Vətənsiz yaşamaq ölüm dəməkmiş,
    Bunu indi-indi dərk edirəm mən...

    O sənli günlərim düşürlər yada,
    Qəmli xatirələr durur qəsdimə.
    Vətənsiz ölərsəm bir ovucsa da,
    Qarabağ torpağı səpin üstümə...




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  8. The Following 9 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    ARAZ (Sunday 4 October 2009-1), Bobi (Friday 19 November 2010-1), BozKurt (Saturday 3 October 2009-1), duzlu oğlan (Thursday 8 October 2009-1), janim_vatanim (Friday 19 November 2010-1), memmed (Tuesday 18 January 2011-1), sensizolmaz (Saturday 3 October 2009-1), tarkan (Wednesday 7 October 2009-1), yurd sevan (Saturday 3 October 2009-1)

  9. #5
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,816
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    oxu Afiq Ağdami-Bir ürəyin fəryadı

    BİR ÜRƏYİN FƏRYADI”

    “Türkəm”-dedim,
    Dinmə!-dedin,
    Məni mənə yad eylədin.
    Tariximi unutdurdun,
    Əsrlərcə qan uddurdun.
    “Türkəm”-dedim,qılıncını işə saldın,
    Of demədən neçə-neçə canlar aldın.
    “Türkəm”-dedim,iki böldün bir vətəni,
    Ürəyimə dağlar çəkdin,diddin məni.
    “Türkəm”-dedim,torpağımı qan bürüdü,
    ”Türkəm”-dedim,üstümə tanklar yeridi.
    Cavidimə,Müşfiqimə”xain”dedin,
    Öz yurdundan sürgün etdin,güllələdin.
    Dərd vermisən,sevincimi kəm etmisən,
    Sən Bozqurdu bir tülküyə yem etmisən.
    Unutmuşuq,unutmuşuq...
    Qaniçənə “baba”deyən biz olmuşuq,
    Bir cəllada boyun əyən biz olmuşuq.
    Onlar deyib,
    Biz susmuşuq.
    Onlar döyüb,
    Biz susmuşuq.
    Susa-susa uduzmuşuq...
    Bu susmaqla sanma sənin bu dərdlərin yox olacaq,
    Bu susmaqla Gülüstanlar,Türkmənçaylar çoxalacaq.
    Susma,danış,ürəkli ol!Hünər göstər,
    Azad olmaq ürək istər,hünər istər.
    Bəsdir daha!Bu susqunluq,daha bəsdir,
    Bu səs bizə Qarabağdan gələn səsdir.
    Axı nə vaxtacan susmalıyıq biz,
    Tarixi qan ilə yazmalıyıq biz!




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  10. The Following 9 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    ARAZ (Sunday 4 October 2009-1), Bobi (Friday 19 November 2010-1), BozKurt (Saturday 3 October 2009-1), duzlu oğlan (Thursday 8 October 2009-1), janim_vatanim (Friday 19 November 2010-1), memmed (Tuesday 18 January 2011-1), sensizolmaz (Saturday 3 October 2009-1), tarkan (Wednesday 7 October 2009-1), yurd sevan (Saturday 3 October 2009-1)

  11. #6
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,816
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Əsas seçim Afiq Ağdami-Dünya

    “DÜNYA”

    Haqq, ədalət axtarırıq
    Əldə silah, dildə Allah.
    Kin alırıq, kin satırıq,
    Vəhşiliyə can atırıq
    Əldə silah, dildə Allah.
    Unuduruq insanlığı yavaş-yavaş,
    Yenə savaş,
    Yenə də qan,
    İnsan qanı.
    Su deyil damardan axan!
    Deyən hanı? !
    Yolumuzda yol göstərər oldu bizə qan izləri,
    Qan bürüyüb səhraları, dənizləri.
    Gecələri, gündüzləri
    Silah səsi heç kəsilmir.
    Yaşamaq nə olduğunu heç kəs bilmir...
    Hər kəs qazanmaq istəyir,
    İtirənin kimliyini düşünən yox.
    Kər kəs mənəm-mənəm deyir,
    Var-gəl edir haqsızlıqlar
    Heç dinən yox.
    Ayırırıq insanları
    Dinə görə, irqə görə,
    Qərbə görə, şərqə görə.
    Bu önəmsiz fərqə görə
    Qan ləkəsi silinməyir əlimizdən,
    Məzar belə bezir bizdən...
    Bu günahla qəbul etmir torpaq bizi,
    Gün edirik günümüzü.
    Tarixi çoxdan atmışıq,
    Həyatımız bir anlıqdır ,
    Dünənləri unutmuşuq-
    Sabahımız qaranlıqdır...
    Unutmuşuq ismət, arı,
    Olanlara göz yumuruq.
    El açırıq göyə sarı,
    Göylərdən mədət umuruq...
    Susur dünya,
    Pusqudadır-
    Pusur dünya.
    Gözlənilməz bir andaca
    Həca-həca
    Can qoparır ömrümüzdən,
    Tərpənmirik yerimizdən...
    Bax bu üzdən fəryad etmə!
    Demə Tale mənimlə heç barışmayır!
    Qorxa-qorxa yaşayana
    Həyat nədir, heç ölmək də yaraşmayır..!
    Qəmi, matəmi pay verdi,
    Sevincimi oğurladı
    Zindan oldu mənə dünya.
    Mənəm deyən nəsilləri,
    Fəsilləri uğurladı
    Düzəlmədi yenə dünya...
    Düzəlmədi yenə dünya!




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  12. The Following 9 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    ARAZ (Sunday 4 October 2009-1), Bobi (Friday 19 November 2010-1), BozKurt (Saturday 3 October 2009-1), duzlu oğlan (Thursday 8 October 2009-1), janim_vatanim (Friday 19 November 2010-1), memmed (Tuesday 18 January 2011-1), sensizolmaz (Saturday 3 October 2009-1), tarkan (Wednesday 7 October 2009-1), yurd sevan (Saturday 3 October 2009-1)

  13. #7
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,816
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    oxu Afiq Ağdami-Ağlama, ana

    AĞLAMA,ANA!

    Buluda qərq olub göylərin üzü,
    Yenə unutmuşam gecə-gündüzü.
    Ürək dərdə məhkum-qorxuram düzü,
    Dönməsəm arxamca ağlama, ana!

    Üzü donüb dərənin də, dağın da,
    Zindana bax zamanın ayağında.
    Yorulmuşam ömrün bahar çağında,
    Dönməsəm arxamca ağlama, ana!

    Son yarpağam, külək vurur əsirəm,
    Çarəsizəm, öz bəxtimdən küsurəm.
    Zaman durğun mən isə tələsirəm,
    Dönməsəm arxamca ağlama, ana!

    Nələr keçir gozlərimin önündə,
    Bütün yollar ümidsizlik yönündə.
    Dönecəyəm günlərin bir günündə,
    Dönməsəm arxamca ağlama, ana!

    Dünyanın ta sonundadır Daşkəsən,
    Yayı zalım, qışı zalım, başkəsən.
    Nə çəkirem bir bilsəydin kəşgə sən,
    Dönməsəm arxamca ağlama, ana!




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  14. The Following 9 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    ARAZ (Sunday 4 October 2009-1), Bobi (Friday 19 November 2010-1), BozKurt (Saturday 3 October 2009-1), duzlu oğlan (Thursday 8 October 2009-1), janim_vatanim (Friday 19 November 2010-1), memmed (Tuesday 18 January 2011-1), sensizolmaz (Saturday 3 October 2009-1), tarkan (Wednesday 7 October 2009-1), yurd sevan (Saturday 3 October 2009-1)

  15. #8
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,816
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    oxu Afiq Ağdami-Nə oldu?!

    NƏ OLDU?!

    Biz ki, bir ağacda qoşa budaqdıq,
    Birgə çiçək açıb, bir solacaqdıq.
    Biz ki, ölənədək bir olacaqdıq,
    Nə oldu, sevgilim, bizə nə oldu?!

    Bizim ki, qəlbimiz bölünməz idi,
    Bir məğrur qalaydı, alınmaz idi.
    Sevgimizin izi silinməz idi,
    Nə oldu, silinməz izə nə oldu?!

    Susqun dalğasıydıq coşğun dənizin,
    Nəğmələr söylərdik biz həzin-həzin.
    Məndən başqasını görməzdi gözün,
    Nə oldu, o sadiq gözə nə oldu?!

    Bəs həsrət, ayrılıq bizdən qaçaqdı,
    Sevgimiz sonadək pak qalacaqdı...
    Bizim ki, sevgimiz sönməz ocaqdı,
    Nə oldu, o oda, közə nə oldu?!

    Bizi qorxutmazdı nə boran, nə qar,
    Nə həsrət, nə kədər, nə ayrılıqlar.
    İndi aramızda məsafələr var,
    Baxışın dönübdür buza, nə oldu?!

    Kiminsə qəlbini qırıb gəlmisən,
    Üzünə məsumluq sürüb gəlmisən.
    Kiminsə ruhuna girib gəlmisən,
    Bəs mənim sevdiyim qıza nə oldu?!




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  16. The Following 9 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    ARAZ (Sunday 4 October 2009-1), Bobi (Friday 19 November 2010-1), BozKurt (Saturday 3 October 2009-1), duzlu oğlan (Thursday 8 October 2009-1), janim_vatanim (Friday 19 November 2010-1), memmed (Tuesday 18 January 2011-1), sensizolmaz (Saturday 3 October 2009-1), tarkan (Wednesday 7 October 2009-1), yurd sevan (Saturday 3 October 2009-1)

  17. #9
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,816
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    oxu Afiq Ağdami-Gülüstan olmaz!

    “GÜLÜSTAN OLMAZ!”

    Demə cənnət belə,bağ-bostan belə,
    Cəhənnəm içində bağ-bostan olmaz.
    Özünü aldatma sən bilə-bilə,
    Daha bu diyardan gülüstan olmaz.

    Əzəl gündən torpaqları çalınmış,
    Gözləri oyulmuş,haqqı alınmış.
    Bir milyon insanı sürgün olunmuş,
    Daha bu diyardan gülüstan olmaz.

    Tülkülər Bozqurda tələ qurdular,
    “Azadlıq” deyənin başın vurdular.
    Türkə Türklüyünü unutdurdular,
    Daha bu diyardan gülüstan olmaz.

    Vəzifə uğruna candan keçirlər,
    “Xalq kimi istərsə” onu seçirlər.
    Ölməmiş insana kəfən biçirlər,
    Daha bu diyardan gülüstan olmaz.

    Ey Ağdami,”vətən” deyib ağlarsan,
    Çarəsizcə, ürəyini dağlarsan.
    Boş yerə sabaha ümüd bağlarsan,
    Daha bu diyardan gülüstan olmaz.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  18. The Following 9 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    ARAZ (Sunday 4 October 2009-1), Bobi (Friday 19 November 2010-1), BozKurt (Saturday 3 October 2009-1), duzlu oğlan (Thursday 8 October 2009-1), janim_vatanim (Friday 19 November 2010-1), memmed (Tuesday 18 January 2011-1), sensizolmaz (Saturday 3 October 2009-1), tarkan (Wednesday 7 October 2009-1), yurd sevan (Saturday 3 October 2009-1)

  19. #10
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,816
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    oxu Afiq Ağdami- Azadlıq yolçuları Təbriz

    Azadlıq yolçuları
    Təbriz.


    Solğun bir məhəllə,
    Yerə yapışan komalar...
    Həyətdə oynayan bir uşaq,
    Ona baxarkən kədərini gizləyən,
    Gülümsəyən bir ana.
    Çünki tək yaşama səbəbi,
    Çünki sevgisinin yadigarıdır...
    Min əziyyətlə böyütdüyü oğlu.
    Xəyala dalır ana.
    Ömür-gün yoldaşını xatırlayır,
    Onları kimsəsiz qoyub gedən adamı.
    Oğlunun üzünü görmədən gedən adamı...
    Gözləri dolur.
    Oğluna baxır,
    Atasının eynidir,
    Göz, qaş...
    Bəxti oxşamaya kaş...
    Eslinde onun günahı yoxdu,
    Azadlıq, Azadlıq-demişdi,
    Ana dilində danışmaq istəmişdi.
    Sonunun nə olacağını bilə-bilə,
    Ölümə qucaq açmışdı...
    Diksindi.
    4 il zindanda saxladılar,
    Sonra xain adı verdilər.
    Qəbri de yoxdur...
    O, edam olunarkən bir dəste adam,
    Evlerini daş-qalaq eləmişdilər.
    Diri-diri yandırmaq istəmişdilər...
    -Ana, niyə kimsə mənimlə oynamır? !
    -...
    -Ana, niyə mənə “xain oğlu” deyirlər? !
    -...
    Yox! Oğlumu ölümə verə bilmərəm!
    Buradan uzaqlara,
    Lap uzaqlara getməliyəm...
    Soyuq qış günü,
    İki adam yol gedir,
    Heç nəyə fikir vermədən.
    Ağ paltarlı bir adam izləyir onları...
    Tikanlı məftillər,
    Çoxlarına kəfən ölçən qanlı məftillər.
    “Az qalıb, oğlum! ”
    Silah səsi kəsir yollarını,
    Ana qollarını açaraq oğlunu bağrına basır,
    İki ürək susur...
    Yorğun adam onlara yetişir,
    Sevinclə onları yerdən qaldırır,
    Üçü də qucaqlaşır...
    Budur,
    Üç göyərçin havalanır,
    Azadlıq ümidiylə...
    Onlar yerdə tapmadıqlarını,
    Göyüzündə axtarmağa gedirlər...




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  20. The Following 10 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    ARAZ (Sunday 4 October 2009-1), Bobi (Friday 19 November 2010-1), BozKurt (Friday 2 October 2009-1), duzlu oğlan (Thursday 8 October 2009-1), janim_vatanim (Friday 19 November 2010-1), memmed (Tuesday 18 January 2011-1), miyanali (Saturday 20 November 2010-1), sensizolmaz (Saturday 3 October 2009-1), tarkan (Wednesday 7 October 2009-1), yurd sevan (Saturday 3 October 2009-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

bozqurd seir

bozqurd seiri

AFIQ AGDAMI

afiq ağdamiAfiq Ağdami bozqurd seiriafiq agdamlinin seirleriAgdamin nece kendi varafiq agdamli serleriafiq agdamlibozqurd şeir
SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO