+ Reply to Thread
1`dan(dən) 3`ə(a/ya/yə) qədər. Cəmi 3.

Mövzu: Cik-Cik xanım (nağıl)

  1. #1
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,328,476
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Post Cik-Cik xanım (nağıl)

    Cik-Cik xanım

    Biri var idi, biri yox idi, bir serçə var idi. Adı Cik-Cik xanım idi. Bir gün Cik-Cik xanım bu qaratikan kolundan, o birinə qonub cik-cik eləyirdi.
    Birdən Cik-Cik xanımın ayağına tikan batdı, nə qədər əlləşdi, çıxara bilmədi. Gözlərinin yaşını töküb ağlamağa başladı.
    Qarı nənə onu görüb soruşdu:
    -Ay Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, niyə ağlayırsan?
    Cik-Cik xanım ağlaya-ağlaya qarı nənəyə cavab verdi:
    -Ay qarı nənə, ayağıma tikan batıb, qanayıb, gəl çıxart!
    Qarı nənə Cik-Cik xanımın ayağından tikanı çıxarıb təndirə atdı.
    Cik-Cik xanımın kefi duruldu. Bir o yana, bir bu yana uçub dedi:
    -Qarı nənə, mənim tikanımı qaytar!
    Qarı nənə dedi:
    -Haradan alım, atdım təndirə, yandı.
    Cik-Cik xanım dedi:
    -Mənə nə borc, tikanımı ver! Verməsən, çörəyini götürüb qaçaram.
    Qarı nənə güldü.
    Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, Qarı nənənin çörəyini götürüb qaçdı.
    Cik-Cik xanım göy ilə uçurdu, gördü yerdə bir çoban qoyun sağır. Yerə qondu, çobana tərəf gəlib dedi:
    -Bərəkətli olsun, çoban qardaş! Çörək gətirmişəm, al, südə doğra, ye!
    Çoban çörəyi aldı, çanağına doğradı, üstünə də süd töküb dedi:
    -Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, gəl sən də ye.
    Cik-Cik xanım cavab verdi:
    -Mən toxam, yemirəm, özün ye.
    Çoban çörəyi yeyib qurtardı.
    Cik-Cik xanım qanadlarını yellədib dedi:
    -Ay çoban qardaş, mənim çörəyimi ver, gedirəm.
    Çoban dedi:
    -Çörəyini haradan alım? Yedim, getdi.
    Cik-Cik xanım dedi:
    -Mənə nə borc yedin. Çörəyimi ver, yoxsa qoyununu götürüb qaçaram!
    Çoban gülüb dedi:
    -Ay Cik-Cik xanım, nazlı xanım, məndə nə günah var ki, qoyunumu aparasan? Çörəyi özün verdin, mən nə dedim.
    Cik-Cik xanım dedi:
    -Gör indi sənin başına nə oyun gətirəcəyəm?
    Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, çobanın qoyununu götürüb qaçdı. Çoban qışqırmağa başladı:
    -Ay aman, ağam məni öldürəcək!
    Cik-Cik xanım caynağında qoyun uçurdu, gördü ki, bir dəstə atlı gəlir, onlara yaxınlaşıb soruşdu:
    -Ay qardaşlar, hara gedirsiniz?
    Atlılar cavab verdilər:
    -Cik-Cik xanım, nazlı xanım, gedirik padşaha gəlin gətirək.
    Cik-Cik xanım uçub padşahın qapısına qondu, qoyunu xidmətçilərə verib dedi:
    -Alın, padşahın toyuna gətirmişəm.
    Cik-Cik xanım içəri girib yuxarı başda əyləşdi.
    Xidmətçilər qoyunu kəsib, kabab bişirdilər, qonaqlara payladılar.
    Qazı ilə Cik-Cik xanıma da bir qabda kabab qoydular. Qazı tez-tez yeyib Cik-Cik xanımı ac qoydu.
    Cik-Cik acığa düşüb padşaha dedi:
    -Mənim qoyunumu ver!
    Dedilər:
    -Qoyunu yemişik, qurtarıb gedib.
    Cik-Cik xanım dedi:
    -Onu-bunu bilmirəm, qoyunumu verirsiniz, verin, vermirsiniz, gəlininizi aparacağam!
    Hamı güldü.
    Cik-Cik uçub çəpərin üstünə qondu, gözlədi.
    Gəlini zurna-balaban çala-çala gətirdilər. Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, gəlini atın üstündən alıb qaçdı.
    Padşah bir başına döydü, bir gözünə, ağladı.
    Cik-Cik xanım gəlini hündür bir ağacın dibində yerə qoydu, gördü ki, ağacın kölgəsində bir aşıq saz çalır.
    Cik-Cik xanım dedi:
    -Salam əleyküm, ay aşıq qardaş, gəl gəlini verim sənə, sən də sazı ver mənə.
    Aşıq sevinib dedi:
    -Ay Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, səndən mən heç bir şey əsirgəmərəm. Al sazı!
    Cik-Cik xanım sazı aldı, gəlini verdi.
    Aşıq gəlini götürüb evinə apardı. Cik-Cik xanım ağacın gölgəsində oturub, sazı dınqıldatmağa başladı.

    Tikan verdim, çörək aldım,
    Dınqıl sazım, dınqıl sazım.

    Çörək verdim, qoyun aldım,
    Dınqıl sazım, dınqıl sazım.

    Qoyunu verdim, gəlin aldım,
    Dınqıl sazım, dınqıl sazım.

    Gəlini verdim, bir saz aldım,
    Dınqıl sazım, dınqıl sazım.

    Elə o gündən bəri Cik-Cik xanım ömrünü saz çala-çala, toy-nağara ilə keçirir.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  2. The Following 4 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    durdu (Thursday 26 November 2009-1), memmed (Saturday 7 November 2009-1), tarkan (Sunday 8 November 2009-1), yurd sevan (Sunday 8 November 2009-1)

  3. #2
    AKtiv üzv memmed's Avatar
    Qeydiyyat
    Oct 2009
    İsmarıclar
    213

    Level: 28 
    Təcrübə: 178,523
    Next Level: 195,661

    Thanks
    4,478
    Thanked 794 Times in 190 Posts

    Əsas seçim

    Çox gözəl nağıl idi. Eyni bu nağılı uşaqlıqda anam mənim üçün diyərdi. Ama biraz fərqli idi. məsələn serçə yerinə xoruz idi. Saz yerinədə dümbək idi:
    Gəlini verdim dümbək aldım
    dımbılı dımo dımbılı dımooo

  4. The Following 3 Users Say Thank You to memmed For This Useful Post:

    Azerbaycan_Qizi (Sunday 8 November 2009-1), tarkan (Sunday 8 November 2009-1), yurd sevan (Sunday 8 November 2009-1)

  5. #3
    Türkcə yazın yurd sevan's Avatar
    Qeydiyyat
    Apr 2008
    Ünvan
    Azerbaycan
    İsmarıclar
    2,087

    Level: 42 
    Təcrübə: 2,911,509
    Next Level: 3,025,107

    Thanks
    15,556
    Thanked 5,702 Times in 1,700 Posts

    Əsas seçim

    Bu nağəıllar indidə oxuyanda mənə xoş gəlir niyə ki bizim ana dilində olan nağıllar çox gözəldilər və ana dilimiz lap gözəldır
    bir də hammımız bu nağıllari öyrənək və gələcək nəslimizə çatdıraq.
    bu nağıllar üçün çox təşəkkür edirəm

    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]

    Saytin bütün konuların-dan istifadə etmak ücün sayta üzv olun

    Azerbaycanın Ilk Türkce Güney forumu

    اولین تالارگفتمان (انجمن - فروم) آذربایجان

    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]

    Mən bu elin gur-yananı,sönürəm
    Mavı dəniz,indi qıra dönürəm
    Ölən,Elin nışanıdır,ay haray!
    Mən ölmədə,kalavadır köy-saray

    ------------------------------------------------

    Haq sel kimi dəryayə axıb yol tapacaqdı
    daş atmağınan kimsə onu çöndərə bilməz
    dünyada qaranlıqlar əgər birləşə bahəm
    bir xırdaca şamın ışığın söndürə bilməz

    --------------------------------------------------

    توجه: ارسال نوشته های فا...ر...سی به علت ف.ی.ل..ت..ر.ین.گ در کلیه انجمن ها ممنوع میباشد

    به غیر از انجمن تراکتورسازی آن هم به شرط ذکر منبع

    لطفا همکاری نمائید


  6. The Following 4 Users Say Thank You to yurd sevan For This Useful Post:

    Azerbaycan_Qizi (Sunday 8 November 2009-1), janim_vatanim (Sunday 27 December 2009-1), memmed (Monday 9 November 2009-1), tarkan (Sunday 8 November 2009-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

cikcik xanimin nagili

məzəli nağıllar

QOYUNU VERDIM SAZ ALDIM NAQIL AZERI

padsahin naqili

cik cik xanım

Cik-cik nagili

cik-cik xanimin nagili

cik- cik xanım nagil

cik cik xanimin nagili

hekayə cik cik xanim

SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO