+ Reply to Thread
1`dan(dən) 2`ə(a/ya/yə) qədər. Cəmi 2.

Mövzu: 17 noyabr Milli Dirçəliş Günüdür.

  1. #1
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,328,698
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Post 17 noyabr Milli Dirçəliş Günüdür.



    Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

    1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar.

    Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.

    Ancaq, xalq gördü və başa düşdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtki rəhbərliyi heç bir qəti tədbir görmək istəmirlər. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Lenin adını daşıyırdı) toplaşır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.

    1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənizmin istiqlaliyyət qazanmasında əsas amil sayılır.

    1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  2. The Following 4 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    azarbayjan (Wednesday 18 November 2009-1), memmed (Wednesday 18 November 2009-1), tarkan (Wednesday 18 November 2009-1), yurd sevan (Wednesday 18 November 2009-1)

  3. #2
    AKtiv üzv memmed's Avatar
    Qeydiyyat
    Oct 2009
    İsmarıclar
    213

    Level: 28 
    Təcrübə: 178,566
    Next Level: 195,661

    Thanks
    4,478
    Thanked 794 Times in 190 Posts

    Əsas seçim

    Bu günü bütün Azərbaycanlılara təbrik edirəm.
    Bir məsəldə yadıma düşdü. Əringəçlik edib zəhmətə düşməyim diyə yaxşı olmayan bir duruma razılıq verdiğim zaman anam diyər: “Ərindiğindən Erməniyə dayi deyir.”
    Bəlkədə öz ərindiğimizdəndir ki indi ermənilər dayımız olub

  4. The Following 3 Users Say Thank You to memmed For This Useful Post:

    azarbayjan (Wednesday 18 November 2009-1), Azerbaycan_Qizi (Wednesday 18 November 2009-1), yurd sevan (Wednesday 18 November 2009-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

17 noyabr

17noyabr

17 noyabr dircelis gunu

17 noyabr ev günü
SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO