Aman Ayrılıq
Bu darıxdıran duman ayrılıq,
Başa sovrulan saman ayrılıq.
Aman ayrılıq, aman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq.
Bir gözün açar, bir gözün yumar,
Arazı sərin gördükdə umar,
Hezer'i dərin gördükdə cumar,
Can dəryasına cuman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq.
Arazım vursun baş daşdan daşa,
Göz yaşı gərək başlardan aşa,
Necə yad olsun qardaş qardaşa,
Nə din qanır, nə iman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq.
Göylərin günün, ayın gizlədir,
Ulduz axdırır, sayın gizlədir,
Oxunu atır, yayın gizlədir,
Qəddimi edip kâman ayrılıq.
Aman ayrılıq, aman ayrılıq.
Ayrılıq gələ, bir kərəm qıla,
Bir neçə gün də bizdən ayrıla,
Qəm də bir biz tək sova-savrula,
Hanı bir belə güman ayrılıq.
Aman ayrılıq, aman ayrılıq.
Dedim ayrılıq, gınama məni,
Səni görmüşəm ellər düşməni,
Yüz min kərrə də sınasam səni,
Haman ayrılıq, haman ayrılıq.
Aman ayrılıq, aman ayrılıq.
Amansız gözün yuman ayrılıq,
Can cızlığından uman ayrılıq,
Nə ğəmli yazar roman ayrılıq,
Dillerə salan duman ayrılıq.
Aman ayrılıg, aman ayrılıq.
Sən unudsan da Süleyman məni,
Unudmuyacaq Şəhriyar səni,
Yaz gələr bülbül gapsar çəməni
İndilik sevsin zaman ayrılıq
Aman ayrılıq, aman ayrılıq.
(Şəhriyar'ın S. Rüstəmə Yazdığı 1-ci Şe'r)
(21 Noyabr-20 Dekabr 1970)
ustad şəhriyar


LinkBack URL
About LinkBacks



Reply With Quote