30-cu illərin repressiyasi və onun qurbanlari
Azərbaycan xalqının həqiqi faciəsi isə 1936-cı ildən başlandı. Xalq əleyhinə, xüsusilə ziyalılar əleyhinə cəza tədbirləri 1937-1938-ci illərdə daha da amansızlaşdı, hakimiyətde oturmuş dövlət quldur dəstəsi görünməmiş vəhşiliklə Sumbatovun, Borşovun, Gerasimovun, Qriqoryanın, Markaryanın, Qalstyanın,Avanesyanınə Sinmanin ve onlarin Atakişiyev kimi nökərlərinin ve qeyrilərinin əlilə təxminən 70-80 min Azerbaycan ziyalı nümayəndəsi – alim, yazıçı, artist, müəllim, gənc, din xadimi, Sovet ve partiya idarəsi əməkdaşı, hərbçi – bir sözle bütün düşünən beyinlər, qeyri-adi təfəkkür sahibleri bir ucdan məhv edildilər. Tək bircə xarici dili bilən şəxsləri de qırırdılar. Ölüm ve cəza maşınıdayanacaqsız ve fasilesiz işləyirdi. hər bir “xalq düşmeni”nə “məhkəmə” zamanı ancaq 15 dəqiqə vaxt ayrılırdı.(tək-tək hallarda 20 dəq.). İndi qoy oxucu özü 1936-1937-ci illərdə bir saatda nə qədər adamın güllələnməyə məhkum edildiyini ne qədər zəka sahiblərinin – azerbaycanilarin güllələndiyini özü hesablasın. Bir gündə 24 saat (96 nəfər) , ayda 30 gün (2880 nəfər), 2 il yarımda ise 80 mindən çox. Bakıda bütün bu quldur tribunal iclaslarini Vışinskinin müavini, bəşər övladının qatili Matuleviç, öz elaltıları Zaryanov be Jiqurla birgə aparırdı. Biz ancaq Bakıdan danışırıq! Kim deye bilər ki, Azerbaycanın kənd rayonlarında bu fövqəladə Üçlüklerin Xüsusi iclaslarının qərarları ile neçə min günahsız mehv edilmişdir? Xüsusi düşərgələrə sürgün edilmiş “xalq düşmənləri”nin aile üzvlərinin texmini sayini kim deyə bilər?
Tarixən dəyirman daşını həmişə bizim başımızda fırladıblar. Əvvəl-əvvəl bizi çək-çevirə salıblar, siyasət ipini bizim boğazımıza keçiriblər. Sovet dövləti qurulmamışdan əvvəl, Azərbaycan qurğusunu qurmuşdular, bölüb-bölüşdürmək nəqşəsini cızıb hazırlamışdılar.
Azərbaycan mərdləri ile bolşevik kələkbazlarının, gizli qesbkarlıq siyasəti yürüdənlərin fikri, amalı başqa-başqa idi. Müsavatçı ziyalıları meydana mərdanə girmişlilər, mədəni səviyyələri, siyasi əqidələri, dünyagörüşləri, imanları saf idi, insanlıq naminə idi. “Ayır-buyur” siyasəti ilə, “necə olursa-olsun” hökmü ilə, hədə-qorxu gəlməklə, böhtanla, yalanla, sıxma-boğma ilə, qan-qada ile Azərbaycani ayaqlayanlar ise buqələmun kimi min dona girirdilər ve indi də donlarını tez-tez dəyişirdilər.
biz doğurdan da böyük xalqıq. Bu qədər qırıb-töküblər, kəsib-biçiblər, əsir-yesir eləyiblər, çürüdüblər, çərlədiblər, yenə də məhv olmamışıq.
Məlumdur ki, Azərbaycan parlamenti 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə hakimiyyəti könüllü olaraq, müqavimət göstermədən bolşeviklərə vermək barədə qərar çıxarmışdı. Azərbaycan parlamentinin təkcə bu alicenab ve humanist hərəkəti Azərbaycanın gələcək yiyələri tərəfindən ləyaqət ve hörmətlə qiymətləndirilməli idi. Heç olmazsa adi ədalət baximindan. lakin hər şey tamam tərsine oldu. Çünki məqsəd Azərbaycani, birinci növbədə Bakını nefti ilə birlikdə zorla ələ keçirmək idi.
Bolşeviklərin əsas siyasi opponentləri müsavatçılar idi. Onlarla “haqq-hesabı çürütmək” vaxtı çatmışdı. Lakin buna mübahisə, diskussiya ve s. vasitesilə nail olmaq mümkün deyildi. Çünki müsavatçıların intellekti, yəni zehni inkişaf səviyyəsi düşünüb hazırlaşmadan, necə gəldi “dünya inqilabına” doğru gedənlərinkindən xeyli yüksək idi. Bununla belə gəlmələr respublikanı ve onun sərvətlərini idarə etmek üçün müsavatçılarla diskussiya keçirmək barədə heç fikirləşmirdilər də. Məqsəd bir idi: mane olanları aradan götürmək, düşünənləri, fikir söyləyənləri təkləyib məhv etmək.»
Hüseyn Cavid
Hüseyn Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) - Azərbaycan şairi, dramaturq. Ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-1898).
1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.
Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur. Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şerlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur.
Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır" ideyasına gəlib çıxmışdır.
Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.
1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.
20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu. Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü ("Telli saz" dramı, 1930; "Kor Neyzən" poeması, 1930).
Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına sürgün edilmiş və orada həlak olmuşdur. (5.12.1941, İrkutsk vilayəti) Şairin anadan olmasının 100 illik yubileyi geniş qeyd olunmuşdur. Naxçıvanda ev-muzeyi yaradılmışdır (1981).
Yubiley ərəfəsində cənazəsinin qalıqları İrkutsk vilayətindən Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilmişdir. Naxçıvanda onun qəbri üstündə möhtəşəm məqbərə ucaldılmışdır.
Mikayıl Müşviq
Həyatı
İsmayılzada Mikayıl Əbdülqadir oğlu - şair, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü -1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində doğulmuşdur. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və adəbiyyat fakültəsini bitirmişdir (1927-1931).
Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şeirilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur.
1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir. Əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, məktəbə, küçəyə və meydana adı verilmişdir.
Əsərləri
1.Küləklər (şeirlər). Bakı: Azərnəşr, 1930, 121 səh.
2.Günün səsləri. Bakı: Azərnəşr, 1930, 130 səh.
3.Buruqlar arasında (poema). Bakı: Azərnəşr, 1932, 47 səh.
4.Vuruşmalar. Bakı: Azərnəşr, 1932, 36 səh.
5.Pambıq (şeir). Bakı: Azərnəşr, 1932, 15 səh.
6.Bir may. Bakı: Azərnəşr, 1932, 14 səh.
7.Şeirlər. Bakı: Azərnəşr, 1934, 172 səh.
8.Qaya (poema). Bakı: Azərnəşr, 1935, 29 səh.
9.Kəndli və ilan (el nağılı). Bakı: Azərnəşr, 1935, 18 səh.
10.Şəngül, Şüngül, Məngül. Bakı: Azərnəşr, 1934,
11.Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1957, 192 səh.
12.Şəngül, Şüngül, Məngül. Bakı: Uşaqgəncnəşr, 1960, 16 səh.
13.Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1960, 424 səh.
14.Kəndli və ilan. Şəngülüm, Şüngülüm. Bakı: Azərnəşr, 1965, 32 səh.
15.Kəndli və ilan. Bakı: Azərnəşr, 1966, 16 səh.
16.Teleqraf telləri. Bakı: Azərnəşr, 1966, 80 səh.
17.Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1968, 16 səh.
18.Duyğu yarpaqları. Bakı: Azərnəşr, 1966, 250 səh.
19.Əsərləri (üç cilddə). I c. Bakı: 367 səh.
20.Əsərləri (üç cilddə). II c. 335 səh.
21.Əsərləri (üç cilddə). III c. 354 səh.
22.Yenə o bağ olaydı. Bakı: Gənclik, 1976, 166 səh.
23.Əbədiyyət nəğməsi. Bakı: Yazıçı, 1978, 309 səh.
24.Qaya. Bakı: Maarif, 1978, 118 səh.
25.Kəndli və ilan. Bakı: Gənclik, 1984,13 səh.
26.Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1983, 16 səh.
27.Kəndli və ilan. Bakı: Gənclik, 1984, 16 səh.
28.Könlümün dedikləri (şeirlər). Bakı: Gənclik, 1988, 56 səh.
29.Həyat sevgisi (şeirlər, poemalar, mənzum oçerklər, mənzum nağıllar). Bakı: Yazıçı, 1988, 304 səh.
Tərcümələri
1.Yeqişe Çarens. Şeirlər, B., Azərnəşr, 1934,54səh., 2.000 nüs.
2.Taras Şevçenko. Kobzar, B., Azərnəşr, 1934, 85 səh., 2.000 nüs. (şərikli).
3.A.S.Puşkin. Qaraçılar, B., Azərnəşr, 1930, 30 səh., 3.000 nüs. (şərikli).
4.Marşak. Huşsuza bax, huşsuza, B., Azərnəşr, 1935, 10 səh., 6.000 nüs.
5.A.S.Puşkin. Qaraçılar, B., Azərnəşr, 1937, 30 səh., 10.000 nüs. (şərikli)
6.Marşak. Huşsuza bax, huşsuza, B., Azərnəşr, 1936, 14 səh., 7.000 nüs.
7.M.F.Axundov. Şərq poeması, B., Azərnəşr, 1937, 31 səh., 5.000 nüs.
ƏHMƏD CAVAD
(1892-1937)
Axundzadə Cavad Məhəmmədəli oğlu – şair, tərcüməçi, 1934-cü ildən AYB-nın üzvü, professor (1933).
1892-ci il mayın 5-də Azərbaycanın Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır. Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), «Azərbaycanfilm» studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləmişdir.
«Şeirlər» (1958), «Sən ağlama, mən ağlaram» (1991) kitablarının, F.Rablenin «Qarqantua və Pantaqruel (1961), V.Şekspirin «Otello», «Romeo və Cülyetta» (1962), S.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» (1978) tərcümə kitablarının müəllifi olmuşdur.
1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.
Bəkir Vahab oğlu Çobanzadə (1893 – 1937) – görkəmli dilçi, poliqlot alim B.Çobanzadə 1897-ci ildə Krımda Qarasubazar şəhərində anadan olmuşdur. 1908-ci ildə o, ibtidai gimnaziyanı bitirmiş və müsəlman xeyriyyə cəmiyyəti tərəfindən təhsilini davam etdirmək məqsədilə İstambula göndərilmişdir. 1914-cü ildə İstambul litseyinin ədəbiyyat şöbəsinin və İstambul universiteti nəzdində ərəb və fransız dilləri üzrə ali kurslarını bitirərək məktəb və litseylərdə bu dilləri tədris etmək hüququ almışdır. Elə həmin ildəcə Budapeşt universitetinin tarix-filologiya fakültəsinə daxil olmuş və oranı 1928-ci ildə bitirmişdir. Sonradan o, Tavriya universitetinin dəvəti ilə Krıma qayıtmış və dilçilik kafedrasının dosenti təyin edilmişdir. 1922-ci ildə professor, 1924-cü ildə isə Krım universitetinin rektoru seçilmişdir.
1924-cü ildə Bəkir Çobanzadə Azərbaycan Dövlət Universitetinin və Yeni Türk Əlifbası Komitəsinin dəvəti ilə bakıya gəlmiş və burada türk dili və ədəbiyyatı kafedrasının professoru seçilmiş, 1925-ci ildə isə Şərq fakültəsinin dekanı olmuşdur.
1925-1933-cü illərdə Azərbaycan Terminologiya Komitəsinin humanitar bölməsinin sədr müavini, sədri və rəhbəri olmuşdur.
Bəkir Çobanzadə alman, macar, fransız, ərəb, fars, türk, rus və demək olar ki, bütün türk dillərini bilirdi. Həbs olunanadək professor B.V.Çobanzadə müxtəlif dillərdə və müxtəlif aspektlərdə türk dili və ədəbiyyatı problemləri ilə bağlı 150-dən çox kitab və məqalələrin müəllifi idi.
1937-ci il yanvarın 26-da B.V.Çobanzadənin həbs olunması haqqında qərar çıxarıldı. Onu 1924-cü ildən Bakıda əksinqilabi fəaliyyətdə ittiham edirdilər.
1937-ci il oktyabrın 12-də B.V.Çobanzadə ən ağır cəzaya – güllələnməyə məhkum edildi. Hökm dərhal icra edildi.
1957-ci il iyunun 6-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının çıxardığı qərara görə B.V.Çobanzadənin işində cinayət tərkibi olmadığına görə iş xətm edildi.
Əhməd bəy Pepinov
Əhməd bəy Ömər oğlu Pepinov (1893 - 1938) - Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin üzvü və katibi Əhməd Bəy Ömər-oğlu Pepinov - Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin katibi,5-ci Nazirlər Kabinetinin üzvü
ƏHMƏD BƏY PEPİNOV
Tam Adı Əhməd Bəy Ömər-oğlu Pepinov
Doğum Tarixi 1893
Doğum Yeri Tiflis quberniyası,Axılkələk
Ölüm Tarixi 1938
Ölüm Yeri Almatı, Qazaxstan SSR
Ölüm Səbəbi Represiya qurbanı
Həyatı
Əhməd bəy Ömər oğlu 1893-cü ildə Ahıskanın Axalkələk şəhərində doğulmuşdur. Tiflis gimnaziyasını bitirmiş, 1913-cü ildə Moskva Dövlət Universtitetinin hüquq fakultəsinə daxil olmuş, eyni zamanda, iqtisadiyyat fakültəsində də oxumuşdur. Təhsil illərində "Azərbaycan Həmyerlilər Təşkilatı"nın rəhbərlərindən biri olmuş, "Axalkələkli Əhməd Cövdət" imzası ilə "Açıq söz" qəzetinə məqalələr göndərmişdir. Tələbələrin Moskvada keçirdiyi "Azərbaycan etnoqrafik konsert gecələri"ndə və digər mədəni tədbirlərdə yaxından iştirak etmişdir.
1918-ci ildə ali təhsilini başa vuraraq Bakıya qayıdan Pepinov Cənubi Qafqazda baş verən siyasi hadisələrə fəal surətdə qoşulmuş, Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü seçilmişdir. Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Cumhuriyyəti Parlamentinin üzvü və katibi vəzivəsini icra etmişdir.
Ə.Pepinov parlamentin fəaliyyətində yaxından iştirk etmiş, bir sıra mühüm məsələlərin, o cümlədən Antanta dövlətləri, Gürcüstan və Ermənistanla münasibətlərin, "Denikin təhlükəsi"nin müzakirəsində təmsil etdiyi sosialistlər fraksiyası adından çıxış etmiş, bir sıra qanun lahyihələrinin, o cümlədən parlamentin 1919-cu il oktyabrın 20-də qəbul etdiyi "Nəşrlər istehsalı haqqında" qanununun hazırlanmasında bilavasitə iştirak etmişdir. Pepinov Azərbaycan Müəssislər Məclisinə seçkilər üzrə komissiyanın sədr müavini (Sədri M.Ə.Rəsulzadə idi) seçilmişdir. Lakin "Hümmət" partiyasının üzvü kimi, müəyyən siyasi və iqdisadi məsələlərdə Azərbaycan Demokratik Cumhuriyyəti hökümətinin mövqeyi ilə razı olmamış və onun fəaliyyətini tənqid etmişdir. Nəsib bəy Yusifbəylinin təşkil etdiyi ikinci, Cumhuriyyətin isə sayca beşinci hökümət kabinəsində (24.12.1919-30.03.1920) Pepinov əmək və əkinçilik naziri idi. Bakı Dövlət Universitetinin təşkilində (1919) yaxından iştirak edən Pepinov Parlamentdə bu məsələ ilə bağlı müzakirələrin sürətləndirilməsinə, Universitetin açılması üçün pul vəsaitinin ayrılmasına böyük əmək sərf etmişdir. Cumhuriyyət dövründə Bakıda təntənəli "Türk gecələri" konsertinin və digər müsabiqələrin təşkili də Pepinovun adı ilə bağlıdır.
İşğalçı on birinci Qırmızı ordunun Bakıya gözlənilən yürüşünü ləngitmək məqsədilə 1920-ci il aprelin əvvəllərində Pepinov Parlamentin digər üzvü Rəhim bəy Vəkilovla danışıqlar aparmaq üçün Qroznı şəhərinə göndərilmişdir. Aprel işğalından sonra Bakıya qayıdan Pepinov Azərbaycanda mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik etmişdir. İyirminci illərin dövrü mətbuatında onun çox sayda məqalələri dərc olunmuşdur. Təqiblərlə üzləşən Pepinov 1930-cu ildə Ulyanovsk şəhərinə köçməyə məcbur omuşdur. Daha sonra Alma-ataya (indiki Almatı) köçmüş (1934) Qazaxıstan SSR maarif nazirinin müavini işləmişdir.
1938-ci ildə repressiyaya məruz qalmışdır.
...
Xəlil Rza Ulutürk-ün 30-cu illəri represiyasına yazdığı şeir:
Davam edir 37...
Bu dünyada otun,suyun,torpağin da yaddaşi var.
Sindirilmiş bir budağin,söndürülmüş ocağin da yaddaşi var,
Ələkbələk darmadağin otağin da yaddaşi var,
Bayaq isti,indi bumbuz yatağin da yaddaşi var.
Halli çəkmnə altindaca qolu çixan kuklaciğin,
Miz üstündə yetim qalan bir qələmin,varağin da yaddaşi var.
Azərbaycan tanimişdir vaxtsiz qapi döyənləri,
Qara günlər gətirdikcə qan qirmizi geyənləri,
Yox unuda bilmərik biz xeyir cildi geyən şəri,
Yüz minləri...qanunsuz və məhkəməsiz güllə baran edənləri
Qorxa qorxa yarim addım ata-ata
Ayaq üstə yata-yata,
Qurşağacan qan içinə bata-bata sürgünlərə gedənləri.
Ac yuxusuz,nalan,uryan
Min-min qoca,min-min cavan
İş üstündə bir sümükdü,bir də dəri.
Yox,unuda bilmərik biz
Ac canavar iştahiyla yurdu söküb,tökənləri,
Bir dəstəni qana çəkən dəstəbaşa təkələri
Rəhbər,xadim sayilirdi baş kəsənlər,göz oyanlar
-Haqq-bağinda boğazlara qurşun tökdü
Markaryanlar,Qriqoryanlar.
Yanda durdu Topurudze,asta cəllad,usta cəllad.
Adi doğma erəyi yad
Cin Cəfərin əlləriylə viran qaldi xanimanlar
74min dustaq getdi qayitmadi yüzdə biri.
Çoxu güllə işiğinda əli ilə qazdi qəbri.
Ən rəzili bu deyil yox,
Ən rəzili odurki,sən
Özün şair adlanasan,ədib,alim adlanasan.
Yox,unuda bilmərik biz iş başinda omba duran gürzələri,
Naxçivanda DTK-nin çirmə qollu dilavaəri
Alni kərpic,gözləri tum...mirzələri
Əllərində daşda keçən cəsusnamə ərzələri,
Tribunada "Vətən"deyə,"Millət"deyə vəz eləyən hərzələri.
Yox,unuda bilmərik biz
Bircə üskük çöhrət üçün,göz dikdiyi sərvət üçün mənliyini satanlari...
Xirdəyəcən bataqliğa batanlari.
-Daloy muğam!
-Daloy papaq!
-Daloy tar da!
-Daloy saz da!-deyib liğa batanlari
Xəyanətə qurban getdi tər bənövşə,bahar....Müşfiq.
Hələ də bu cinayətə zirvələrdən baxar Müşfiq.
Xəyanətə qurban getdi neçə igid,
Pensneli,zər əsali,nur heykəli ulu Cavid.
Qurban getdi dağ billuru Yusif Vəzir
Yəlçin Qaya-Əhməd Cavad
Qoç Koroğlu,Sani oğlu Haci Kərim
Ulduzlari salxim gibi göydən dərən Çoanzadə Bəkirimizi.
Güllələndi təpərimiz,hünərimiz,kəsərimiz
Bu dərdləri öncə sezib tab etmədi Cəfərimiz.
Haray dünya!
Hələ durur o qansizlar.
Qəhrəmana,mərd baxişa aman verməz imansizlar.
Qirdiğimiz dişlərini zaman-zaman şaqqildadan
Qan tökməyən,baş kəsməyən imkansizlar...
Elə bilmə o dəhşətli yanğin bitti,batdi,getdi.
Hələ durur davam edir 37
O,yaşayir,qorxularda,hürkülərdə
"-Bəlkə bir də qaytarildi"
Vicdanlaribasib yeyən ləkələrdə,kölgələrdə.
Nə qədər ki,bu milləti 70yerə bölənlər var,
Nə qədər ki,rütbə üçün,şöhrət üçün ölənlər var
Nə qədər ki,kabineti,vəzifəni gözlərinə təpənlər var,
Tiranlarin yambizini biz az altdan öpənlər var,
Nə qədər ki,istedadi addim-addim pusanlar var,
Xalq dərdini hayqirmağin əvəzinə əqrəb kimi susanlar var.
Nə qədərki,iş başinda bunca çüt baş,kəmsavad var.
Düz yüz min didərgindən heç nə yazmaz mətbuat var.
Nə qədər ki,başçi olur başsiz canlar,
Bir millətin mənliyini talam-talam talayanlar,
Nə qədər ki mənə əxlaq dərsi verir
Fərarilər,boşqab dibi yalayanlar,
-Demokrati!
-Aşkarlama!-deyə-deyə boğaz yirtir...bu sürülər,zurnaçilar.şeypurçular,
Bu qdər ki cəzasizdir
Xankəndində evlər yixan,ürək yixan yirticilar,
Davam edir 37-
Daha kəskin,daha ciddi!
Nə qədr ki,xalq şairi,xalqa yaddir,
Nə qədr ki,rütbəlilər mütləq dahi istedaddir,
Nə qədər ki,yollananlar harda aşdir,orda başdir,
Nə qədr ki,erkən duran,axşamacan kətmən vuran....analarin döşü südsüz,gözü yaşdir,
davam edir 37-daha kəkin,daha ciddi.
Dİqqət!Diqqət
Qapamasin gözlərini haray-həşir,çiğir-bağir.
Qəzetləri lal eləmək xalqi lal etməkdən ağir...
Ruhun hələ ölməmişsə hayqir-bağir:
Nə qədər ki sixib məni limon kimi sümürən var,
Sümüyümü gəmirən var,
Nə qədər ki, Bakimizapüskürülür ölüm tozu,
Təyyarələr zəhərləyir o kalxozu,bu savxozu,
Nə qədər ki,çocuk qani pestisidlə mayalanir,
Asimiza qatir alçaq yüz fitnəni,min yalani
Nə qədər ki Ovçarenko dəstəkləyir Balayani,
Milli Kəda Boravini,Ağanbekyan min ilani...
Nə qədr ki qanimizda qan sorucu min gənə var
Mənim isti sözlərimə soyuq baxan biganə var
O xəyanət sanma bitdi
Davam edir 37
O cinayət,davam edir 37
Mən şeirim,mənim qanim cinayətlə dava edir.
Bir haldaki davam edir 37
Qorx ki bir gün Vətən deyə:
Xəlil balam qurbanım getdi.


LinkBack URL
About LinkBacks




Reply With Quote