+ Reply to Thread
1`dan(dən) 1`ə(a/ya/yə) qədər. Cəmi 1.

Mövzu: Mikayıl Müşviqin "Oxu" və "Həyat sevgisi" şeirləri

  1. #1
    Gedməsinə ürəyimiz dözməz BozKurt's Avatar
    Qeydiyyat
    Sep 2009
    Ünvan
    Azərbaycan Respublikası
    İsmarıclar
    100

    Level: 25 
    Təcrübə: 86,456
    Next Level: 100,000

    Thanks
    1,053
    Thanked 451 Times in 100 Posts

    Əsas seçim Mikayıl Müşviqin "Oxu" və "Həyat sevgisi" şeirləri



    Oxu

    Oxu, sevdiciyim, öz həvəsinlə!
    İlham qanadlanır sənin səsinlə.
    Nəğməndə oynasın sellərin səsi,
    Dan yerindən əsən yellərin səsi.

    Gülləri qoxlayan bir ruzgar kimi,
    Qumları oxşayan dalğalar kimi
    Titrəyən, çağlayan nəğmən olaydım,
    Ürəyindən qopan səs mən olaydım,
    Oxu! Qüvvət gəlsin şe`rə, sənətə,
    Könlümün quşunu gətir heyrətə!
    Nə qədər bənzəyir, vardım fərqinə,
    Ömrümün ahəngi sənin şərqinə.
    Ürək kövrəkləşir sən oxuyanda,
    Sən də dinləsəydin mən oxuyanda!
    Oxu, sevdiciyim, öz həvəsinlə!
    İlham qanadlanır sənin səsinlə!






    HƏYAT SEVGİSİ


    Ah, mən gündən-günə bu gözəlləşən

    İşıqlı dünyadan necə əl çəkim?

    Bu yerlə çarpışan, göylə əllləşən

    Dostdan, aşinadan necə əl çəkim?



    Dönmə bir şəbnəmə yaz səhərində,

    Könül, günəş kimi parla yerində!

    Göylərin lacivərd ətəklərində

    Gedən bu qovğadan necə əl çəkim?



    Baxınız, dan yeri sökülmüş kimi,

    Dostlar bir cəbhəyə tökülmüş kimi.

    Uzaqdan-uzağa xam gümüş kimi

    Ağaran səhradan necə əl çəkim?



    Təbiət varlıdır, təbiət xəsis,

    İşlədərkən onu, sən ey mühəndis,

    Mən də qart daşlara verdiyim bu hiss,

    Bu incə mənadan necə əl çəkim?



    Bir yanda tərlanlar, dumanlı dağlar,

    Bir yanda kəkliklər, ayna bulaqlar,

    Bir yanda bülbüllər, çiçəkli bağlar,

    Mən bu tamaşadan necə əl çəkim?



    Həyat dedikləri bu keçməkeşdən,

    Qəlbimdə, qanımda yanan atəşdən,

    Gecədən, gündüzdən, aydan, günəşdən,

    Bu əngin fəzadan necə əl çəkim?



    Qarşımda dalğalı dərin bir ümman,

    Ümmanı sarsıdır bir acı tufan,

    Bəyaz köpükləri bir çiçək yapan

    Şeirdən, xülyadan necə əl çəkim?



    Ulduzlar fikrimin çırağbanıdır,

    Bulud xəyalımın karıvanıdır,

    Səma ki, hissimin aşiyanıdır,

    Böylə bir səmadan necə əl çəkim?



    Mehriban sevgilim qarşımda durdu,

    Yenə şairliyim başıma vurdu,

    Məndən məcnun kimi könül maraqla sordu:

    -Bu saçı leyladan necə əl çəkim?



    Xəzan acısına edib təhəmmül,

    Gülün kölgəsində ötəndə bülbül,

    - Həyat, həyat!- deyə çırpınır könül.

    Könüldən, sevdadan necə əl çəkim?



    Sən aldın aşını yeni hisslərdən,

    Ey cavan qələmim, düşmə bəhərdən,

    A dostlar, söyləyin, mən bu hünərdən,

    Bu təbi valadan necə əl çəkim?
    Vətənimi sevirəm mən sevəcəm
    Dərdlərini bilirəm mən çözəcəm
    Millətim üçün hər şeyə mən dözəcəm
    Vətən mənim,xalq mənimdir deyəcəm

    Sən mənim heysiyyətim,
    Qürurum,mədəniyyətim
    Vicdanım,qanım,canım
    Mənim Azərbaycanım!

    Türk dilini öyrənin,onların uzun sürən hakimiyyəti olacaq.Məhəmməd(s.ə.s) peyğəmbər

  2. BozKurt Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    janim_vatanim (Wednesday 15 June 2011-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

mikayil musviq seirleri

mikayil musfiqin seirleri

Mikayil Musviqin seirleri

mikayıl müşviqin şeirləri

həyat şeirmikayil musviqmikayil musfiq seirleriMikayıl müşviq şeirləriMikayil Musviq seirlermikayil musviq serleri
SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO