+ Reply to Thread
1`dan(dən) 1`ə(a/ya/yə) qədər. Cəmi 1.

Mövzu: Mikayıl Müşfiq

  1. #1
    Gedməsinə ürəyimiz dözməz BozKurt's Avatar
    Qeydiyyat
    Sep 2009
    Ünvan
    Azərbaycan Respublikası
    İsmarıclar
    100

    Level: 25 
    Təcrübə: 86,393
    Next Level: 100,000

    Thanks
    1,053
    Thanked 451 Times in 100 Posts

    Əsas seçim Mikayıl Müşfiq



    And olsun

    Şairləri qanadında bəsləyən,
    İnsanların həyatını süsləyən
    İncə ruhlu mələklərə and olsun!

    Boynundakı dalğa-dalğa tellərə,
    Qaşlarının altındakı sellərə,
    Qəlbindəki istəklərə and olsun!

    Gül üzündə yeni-yeni açılmış,
    Xoş iyisi ürəyimə saçılmış
    Qoxladığım çiçəklərə and olsun!

    Qumruların yatağını oxşayan,
    Pişik kimi ayağını oxşayan
    Salxım-salxım küləklərə and olsun!

    Buludlardan ildırımlar çaxdıram,
    Göy üzündə çırağbanlar yaxdıran
    Ala gözlü şimşəklərə and olsun!

    Həp səninlə görüşməkdir diləyim,
    Uğurunda gecə-günüz çəkdiyim
    Zəhmətlərə, əməklərə and olsun!

    Gnəcliyimə qanad verən, ruh verən,
    Hər dəqiqə ayrı cilvə göstərən
    Əlirişməz diləklərə and olsun!

    Bu həyatın fərqi yoxdur dənizdən,
    İştə onun üzərində rəqs edən,
    Qanadlanan ürəklərə and olsun!

    Səsən mənim həyatımın mehvəri,
    Səsən mənim gənc ömrümün rəhbəri,
    Tapındığım fələklərə and olsun!





    Mil düzü

    Bir düz ki, fərq etməz xəyalın gözü,
    Hər daşı bir çılpaq qərib öksüzü,
    Məlul çöhrəli bir dulu andırır;
    İnsanın fikrini dumanlandırır.
    Ey illər uzunu çiçəksiz, otsuz,
    Elçisiz, qonaqsız, kimsəsiz, yurdsuz,
    İlanlar yatağı olan Mil düzü!
    Yabançı əllərdə qalan Mil düzü!
    Bilsən nələr keçmiş başından sənin,
    Qəmgin torpağından, daşından sənin!
    Bir kimsə etməmiş sana mərhəmət,
    Salmamış üzünə “sayəyi-rəhmət”.
    Göylərin buludu sana yabançı,
    Günəşin telləri sırtına qamçı.
    Boş yerə yağmış da qarın, yağışın,
    Bir alov kəsilmiş baharın, qışın.
    Kimsə anlamamış faydanı sənin,
    Alan olmamışdır qadanı sənin.
    Odur ki, kədərin başından aşmış,
    Yazıq, bilməmişsən ürəkələr daşmış.
    İnsanlar nankormuş tarix boyunca,
    Çalıb çağırdığın yoxdu doyunca.
    Dolanmış başına dönmüş fələklər,
    Əsmiş üzərindən çılğın küləklər.
    Tarixdən büsbütün adını silmiş,
    Sana hər çapavul yağı kəsilmiş.
    Şırıldarkən Araz yaxınlığında,
    O zalım da qalmış öz qılığında.
    Zavallı halına o da yanmamış,
    Bir parça səninçin dalğalanmamış.
    Bə’zən üzərində tikanlı otlar
    Göyərmiş, çoxuna vermiş umudlar.
    Ellər köç eyləmiş, sürülər gəlmiş,
    Qoynunda bir quzu səsi yüksəlmiş.
    Bir səs ki, zülmətdə ağlayan bir səs…
    Bir səs ki, həzindən çağlayan bir səs…
    Bir səs ki, yoxluğun üstündə ölmüş,
    Yenə o yoxluğa batmış, gömülmüş.





    Öyrəniş

    Həyat nədir? Sual verdim özümə,
    Mə’nasını çiçəklərdən öyrəndim.
    Yaşadıqca çarpışmayı, sevməyi
    Qəlbimdəki diləklərdən öyrəndim.

    Bir yay aldım çıxmaq üçün şikarə,
    Tuş gəldim bir ahu gözlü nigarə.
    Nişan alıb ox atmağı, nə çarə,
    Daş ürəkli mələklərdən öyrəndim.

    Sular kimi köpüklənib daşmağı,
    Ellər kimi uca dağlar aşmağı
    Min bir əməl arxasınca qoşmağı
    Dürlü-dürlü ürəklərdən öyrəndim.

    Xəbər olsun hər tazəyə, hər gəncə:
    İnsan – çocuq, həyat ona əyləncə…
    Mən gurultu qoparmağı ilk öncə
    Alov gözlü şimşəklərdən öyrəndim.

    Həyat nədir? Ölüm nədir? Boş sual!
    Sevda nədir? Hicran nədir? Bir xəyal!
    Mən bunların əsasını, iştə, al:
    Həp çəkdiyim əməklərdən öyrəndim.





    Gəzdiyim yerlər

    Əsirlərdən bəri, illərdən bəri
    Dərdinə qaldığım yerdir bu yerlər.
    Biliyor saçları qızıl bir pəri
    Qurbanı olduğum yerdir bu yerlər!

    Bu gözəl aləmi gəzdikcə dağ-dağ,
    Oldum sevincinə, qəminə ortaq.
    Ey söyüdlü dərə, ey dumanlı dağ,
    Səfaya daldığım yerdir bu yerlər!

    Qapıldım bu yerdə əyləncələrə.
    Anlamış hər irmaq, bilmiş hər dərə,
    Ya dalıb diqqətlə düşüncələrə,
    Ya ilham aldığım yerdir bu yerlə



    Qoşma

    Şimşək kimi buludları qovaraq,
    Verdim parlaq çiçəklərə könlümü.
    Günəş kimi qaranlığı boğaraq,
    Verdim odlu diləklərə könlümü.

    Cavan ömrüm bir mum kimi sönərkən,
    Yüksəklərdən alçaqlara enərkən,
    Əməllərim bir səraba dönərkən,
    Çaxıb verdim şimşəklərə könlümü.

    O zaman ki, sahib oldum qanata,
    Bir quş kimi nəzər saldım həyata,
    Etdi məni gənclik şövqüm əhatə,
    Verdim sərxoş küləklərə könlümü.




    Yadıma düşdü

    Keçən günlərimi vərəqləyirkən
    Sevdalı dillərin yadıma düşdü.
    Xəyalın qarşımda canlandı, birdən
    Göyərçin əllərin yadıma düşdü.

    Deyildir eşq odu məni yandıran,
    Ruhumun şəhrini işıqlandıran,
    Pozğun şəfəqləri mənə andıran
    Ziyalı tellərin yadıma düşdü.

    O gün də bir gündü, ey üzü dönmüş,
    Sandım içində bir qaplan döyünmüş.
    Bir anda köpürmüş, bir anda sönmüş
    Xırçın əməllərin yadıma düşdü





    Küləklər

    Hər səhər, hər axşam, hər axşam, hər səhər
    Çox zaman sərsəri küləklər bixəbər
    Bir yaxın dost kimi qapımı döyərlər.
    Küləklər, küləklər, bəstəkar küləklər,
    Dünyanı dolaşan bəxtiyar küləklər!

    Bə`ziniz qorxulu, bə`ziniz qorxusuz,
    Bə`ziniz duyğulu, bə`ziniz duyğusuz,
    Bə`ziniz uyğulu, bə`ziniz uyğusuz,
    Küləklər, küləklər, ey sərin küləklər,
    Sizdə var qorxusu hər yerin, küləklər!

    Ey çılğın küləklər, nəş`əniz daşarkən.
    Bağların şehindən mey sorub coşarkən,
    Nalqıran dağları atlayıb aşarkən,
    Məni də alınız, uçayım dağlara,
    Könlümdə nə varsa, açayım dağlara!

    Gurlayın, ilhamım, sənətim gurlasın!
    Fırtınam, qasırğam, qüdrətim gurlasın!
    Şimşəyim parlasın, zülmətim gurlasın!
    Ey məni sərazad bəsləyən küləklər,
    Bir dağın başından səsləyən küləklər!
    Vətənimi sevirəm mən sevəcəm
    Dərdlərini bilirəm mən çözəcəm
    Millətim üçün hər şeyə mən dözəcəm
    Vətən mənim,xalq mənimdir deyəcəm

    Sən mənim heysiyyətim,
    Qürurum,mədəniyyətim
    Vicdanım,qanım,canım
    Mənim Azərbaycanım!

    Türk dilini öyrənin,onların uzun sürən hakimiyyəti olacaq.Məhəmməd(s.ə.s) peyğəmbər

  2. The Following 3 Users Say Thank You to BozKurt For This Useful Post:

    janim_vatanim (Wednesday 15 June 2011-1), memmed (Thursday 26 November 2009-1), tarkan (Thursday 26 November 2009-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

yagis seiri

mikayil musfiq

yağış şeiri

mikayil musfiq yagis

mikayil musviq seirleri

yağış şeirmikayıl müşfiqmikayil musviq yagis seirimikayil musfiq yagis seiriMikayıl Müşfiq Küləklər
SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO