+ Reply to Thread
1`dan(dən) 10`ə(a/ya/yə) qədər. Cəmi 10.

Mövzu: Mirzə Ələkbər Sabir- Uşaqlara hədiyyə

  1. #1
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,782
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Arrow Mirzə Ələkbər Sabir- Uşaqlara hədiyyə

    Uşaq və buz

    Dərsə gedən bir uşaq
    Çıxdı buz üstə qoçaq;

    Sürüşdü birdən-birə,
    Düşdü üz üstə yerə.

    Durdu uşaq, neylədi?
    Buza belə söylədi:

    ”Sən nə yamansan, a buz!
    Adam yıxansan, a buz!

    Az qalıb ömrün sənin,
    Yaz gələr, artar qəmin:

    Əriyib suya dönərsən,
    Axıb çaya gedərsən!”




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  2. The Following 2 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    memmed (Friday 4 December 2009-1), yurd sevan (Saturday 5 December 2009-1)

  3. #2
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,782
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Arrow M.Ə.Sabir -Cütcü

    Cütçü

    Çıxdı günəş, doldu cəhan nur ilə,
    Çütçü sürür tarlada cüt şur ilə.

    Atlar, öküzlər kotana güc verir,
    Gah yürüyür, gah yıxılır, gah durur.

    Çütçü batıb qan-tərə, yer şumlayır,
    Şumladığı tarlasını tumlayır.

    Olsa da artıq nə qədər zəhməti -
    İşləməyə var o qədər qeyrəti.

    Çünki bilir rahət əziyyətdədir,
    Şad yaşamaq sə`ydə, qeyrətdədir.

    İndi əgərçi ona zəhmət olar,
    Qışda əyali, özü rahət bular:

    Cəm edəcək tarlasının hasilin,
    Bəsləyəcək ailəsin, həm elin.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  4. The Following 2 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    memmed (Friday 4 December 2009-1), yurd sevan (Saturday 5 December 2009-1)

  5. #3
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,782
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Arrow M.Ə.Sabir-Yaz Günləri

    Yaz Günləri

    Gəl, gəl, a yaz günləri!
    İlin əziz günləri!

    Dağda ərit qarları,
    Bağda ərit qarları:

    Çaylar daşıb sel olsun,
    Taxıllar tel-tel olsun.

    Ağaclar açsın çıçək,
    Yarpağı ləçək-ləçək.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  6. The Following 2 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    memmed (Friday 4 December 2009-1), yurd sevan (Saturday 5 December 2009-1)

  7. #4
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,782
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Arrow M.Ə.Sabir -Qarğa və tülkü

    Qarğa və tülkü

    Pendir ağzında bir qara qarğa
    Uçaraq qondu bir uca budağa.

    Tülkü görcək yavaş-yavaş gəldi,
    Endirib baş ədəblə, çömbəldi.

    Bir zaman həsrət ilə qarğa sarı
    Altdan-altdan marıtdı baş yuxarı;

    Dedi: “Əhsən sənə, a qarğa ağa!
    Nə nəzakətlə qonmusan budağa!

    Bəzədin sən bu gün bizim çəməni,
    Şad qıldın bu gəlməyinlə məni.

    Nə gözəlsən, nə xoşliqasən sən,
    Yeri var söyləsəm – hümasən sən.

    Tüklərindən ipək kimi parlaq,
    Bədnəzərdən vücudun olsun iraq!

    Bu yəqindir ki, var sevimli səsin,
    Oxu, versin mənə səfa nəfəsin!”

    Boylə sözdən fərəhlənib qarğa
    Ağzını açdı ta ki, etsin – ğa,

    “Ğa” edərkən hənuz bircə kərə
    Pendiri dimdiyindən endi yerə.

    Tülkü fövrən havada qapdı, yedi,
    Qarğaya tə`nə ilə boylə dedi:

    “Olmasaydı cəhanda sarsaqlar,
    Ac qalardı, yəqin ki, yaltaqlar”.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  8. The Following 2 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    memmed (Friday 4 December 2009-1), yurd sevan (Saturday 5 December 2009-1)

  9. #5
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,782
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Arrow M.Ə.Sabir-Təbib ilə Xəstə

    Təbib ilə Xəstə

    Bir təbibə gedib də bir bimar
    Dedi: “Mə`dəmdə ağrı bir şey var;

    Bir dəva ver, mana əlac eylə,
    Ölürəm, çareyi-mizac eylə”.

    Tutdu nəbzin təbib onun dərhal:
    ”Nə yemişsən?” – deyə edincə sual,

    Dedi: “Yanmış çörək yedim, dostur,
    Yediyim bir əlavə şey yoxdur”.

    Baxa qaldı təbib onun sözünə,
    İstədi bir dəva tökə gözünə.

    Xəstə: “Mə`dəmdir ağrıyan, a gözüm,
    Yoxsa məfhumunuz deyilmi sözüm?”

    Dedi doktor ona ki: “Ey əhməq,
    Eybli olmasa gözün mütləq,

    Yanmış ətmək yeməz idin əsla,
    Bu səbəblə yarar tökülsə dəva”.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  10. The Following 2 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    memmed (Friday 4 December 2009-1), yurd sevan (Saturday 5 December 2009-1)

  11. #6
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,782
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Arrow M.Ə.Sabir-Qarınca

    Qarınca

    Gördülər bir qarınca bir mələxi
    Daşıyır qarşısında sür`ət ilə;

    Dedilər: “Murə bax ki, bunca yükü
    Qaldırır bir zəif qüvvət ilə”.

    Dedi: “Sus, qüvvəti-bədənlə deyil,
    Çəkərəm qüvvəti-həmiyyət ilə”.

    Ey oğul, murdən götür ibrət,
    Get ağır işdə işlə qeyrət ilə!

    Ufacıq işləri hünər sanma,
    Boylə işlər keçər sürulət ilə.

    Hünər oldur ki, bir böyük əməli
    Edəsən həll min süybət ilə.

    Kişilər himməti dağı qoparır,
    Kişi ol, dağ qopar həmiyyət ilə!

    Xassə, icrayi-əmri-millətdə
    Pişkam ol kəmali-cür`ət ilə!

    Vətən uğrunda, millət eşqində!
    Bəzli-can et xülusi-niyyət ilə!

    İş apar, baş gedərsə qoy getsin…
    Ad qalır, bəs deyilmi, millət ilə?!




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  12. The Following 2 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    memmed (Friday 4 December 2009-1), yurd sevan (Saturday 5 December 2009-1)

  13. #7
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,782
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Arrow M.Ə.Sabir-Molla Nəsrəddinin yorğanı

    Molla Nəsrəddinin yorğanı

    Gecə yatmaq zamanı çatmış idi,
    Molla Nəsrəddin evdə yatmış idi.

    Nagəhan kuçədən ucaldı səda,
    Vurharay düşdü, qopdu bir qovğa.

    Molla, çiynində yorğanı, dərhal
    Kuçəyə çıxdı müztərib-əhval.

    Gördü bir yanda bir ağır dəstə,
    Sanki minmiş adamlar üst-üstə.

    İstədi dəstəyə tərəf getsin,
    Bu yığıncaq nədir, – sual etsin.

    İşbu əsnadə bir nəfər tərrar
    Yorğanı qapdı nagəh, etdi fərar.

    Molla bu qissədən pərişanhal
    Evinə döncək övrət etdi sual:

    ”De görüm, kuçədə nə var, a kişi?
    Bu nə də`vadır, anladınmı işi?”

    Dedi: “Yorğan üçün imiş bu təlaş,
    Aldılar yorğanı, kəsildi səvaş”.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  14. The Following 2 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    memmed (Friday 4 December 2009-1), yurd sevan (Saturday 5 December 2009-1)

  15. #8
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,782
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Arrow M.Ə.Sabir- Camuşçu və Sel

    Camuşçu və Sel


    Bir kişi saxlayırdı bir camuş,
    Su qatırdı südə, edirdi füruş.

    Yağdı şiddətlə bir yağış nagah,
    Kişinin vəz`i-hali oldu təbah.

    Tutdu dünyanı sellərin cuşi,
    Dər-zaman aldı, getdi camuşi.

    Kişi ağlar göz ilə qıldı fəğan;
    Söylədi oğlu: “Ağlama, baba can!

    Çünki su südlərə tüfeyl oldu,
    Qatdığın su yığıldı seyl oldu.

    İndi camuşunu apardı isə,
    Başına məhşəri qopardı isə.

    Söyləmə kim, fələk qəzasıdır ol,
    Tutduğun işlərin cəzasıdır ol”.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  16. The Following 2 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    memmed (Friday 4 December 2009-1), yurd sevan (Saturday 5 December 2009-1)

  17. #9
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,782
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Post M.Ə.Sabir-Molla Nəsrəddin və Oğru

    Molla Nəsrəddin və Oğru

    Mollanın börkünü çalıb oğru,
    Yüyürüb qaçdı bir bağa doğru.

    Baxmadı oğrusu gedər nərəyə, -
    Özü ancaq yüyürdü məqbərəyə.

    Mollanı gördülər durur orada,
    Dedilər: “Durmusan neçin burada?”

    Dedi: “Bir oğru börkümü çaldı,
    Qaçdı getdi, başım aşıq qaldı”.

    Dedilər: “Oğru qaçdı, getdə bağa,
    Burada boş oturma, dur ayağa,

    Bağa doğru get, eyləmə ehmal,
    Oğrunu tap o yerdə, börkünü al”.

    “Nəmə lazım, – dedi ki, – bağ haradır,
    Oğrunun aqibət yeri buradır”.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  18. The Following 2 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    memmed (Friday 4 December 2009-1), yurd sevan (Saturday 5 December 2009-1)

  19. #10
    AKtiv üzv memmed's Avatar
    Qeydiyyat
    Oct 2009
    İsmarıclar
    213

    Level: 28 
    Təcrübə: 178,388
    Next Level: 195,661

    Thanks
    4,478
    Thanked 794 Times in 190 Posts

    Əsas seçim

    Bu şeirlərin çoxunu çoxunu Qaynağını bildirmədən Farsca`ya çeviriblər. Hətta Qarğa və tülkü dərsliklərdə var. Odur ki Şəhriyar deyir:
    Fars şairi çox sözlərini bizdən aparmış
    Sabir kimi bir süfrəli şair pəxil olmaz

  20. The Following 2 Users Say Thank You to memmed For This Useful Post:

    Azerbaycan_Qizi (Friday 4 December 2009-1), yurd sevan (Saturday 5 December 2009-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

buz seiri

mirzə ələkbər sabir şeirləri

usaq serleri

ushaq sheirleri

usaq seirleri

uşaq şeirləri

mirzə ələkbər sabirin şeirləri

ushaq sherleri

mirzə ələkbər sabir buz seri

uşaq və buz şeiri

SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO