| Siz irazturk saytına üzv deyilsiniz, lütfən burdan (register) üzv olun |
|
![]() |
|
|||||||
| Forum | bürdan saita üzv olün | bölmələri oxunmuş kimi qəbul et |
|
|
|
|
|
|
![]() |
|
| ||
|
|
LinkBack | Mövzu seçimləri | Görüntü seçimləri |
|
|
#1 | |||||||||
|
Gedməsinə ürəyimiz dözməz
Qeydiyyat: Oct 2009
İsmarıclar: 177
Level: 12 [ ![]() ![]() ![]() ![]() ![]() ]Paylaşım: 28 / 283
Thanks: 2,751
Thanked 580 Times in 154 Posts
|
Sə'ləbiyyə(tülkü nağılı) mənzuməsi ilə məşhur olan böyük ruhani, alim və şair Məhəmməd Bağır Xəlxali Azərbaycan ədəbiyatının satira qolunda özünə məxsus yer açan realist şairdir. O, Xalxalın "Qara bulaq" kəndində anadan olmuş din elmlərini Xalxal və Qəzvin şəhrlərinin dini ocaqlarında öyrənmiş ictihad dərəcəsinə çatıb, eləki Nasirəddin şah tərəfindən Xəmsə vilayətinə qazi-ol-quzat təyin olmuşdur. Xəlxali 1316 hicri qəməri ilində yetmiş yaşında ikən dünyaya göz yummuşdur. Canım nə qədr sədmə yeyibdür usanmıri Molla Məhəmməd Bağır Xəlxali dən Sə'ləbiyyə mənzuməsindən əlavə, Farsca və Türkcə muxtəlif şeirlər yadigar qalıb.Şair, Sələbiyyədə Haq sözün acılığı alınsın diyə satira səbkində heyvanların dilincə nəzər və fikirlərini soyləmişdir: Neçünki xəlqə həqq aci gəlibdür zərafət sözləri şirin olubdur Qarışdırdım ikisin gəldi halə yetişdi müntəhayi etidalə Molla bu əsərdə muxtəlif təbəqələrin pis adətlərini tənqid edir. misal içün əməlsiz alimlərə belə deyir: Özün alim vəlikən bi əməlsən sözün yaxşi, özün amma dəğəlsən Adun molla qoyub süzdürmə qaşun əməl istəllə çox oynatma başun Əməl yoxsa şəriətdə dolanma adun qazi qoyub çox qazılanma! Və ya iki arvadlıği bu şəkildə tənqid edir: Sənə bir söz deyim dillənmə qardaş əyalın üstünə evlənmə qardaş Həvaye nəfsə uyma qılma israr demə hər orətin bir ləzzəti var Günü alsan günü qarə olarsan özün hər işdən avarə olarsan nə yaxşi söylədi ol adi gülzar: müsəlmanlar "gün"üm yoxdur "günü"m var Şairin Sələbiyyə əsəri bu günə qədər Təbrizdə Bakıda həmdə Türkiyədə dəfələrlə çap edilsədə başqa şeirlərinin çoxu aradan gedib. İndi isə bu şairdən bir qəzəl: bu vərtədən kənarə çəkib daldalanmıri Yandırdı daği daşi yanar ahimin odi Bülməm niyə o daş ürəğin bircə yanmıri Cəllad tək gözün necə qan-qan deyir gözəl əz bəs ki qan içüb nə qədər içsə qanmıri Bəxtim məğər görüb yuxusunda cəmaluvi bais odur yatub əbəda heç oyanmıri Yaran yetişdi göylərə ahim şərarəsi amma bu zalimin qızı əsla o yanmıri Yatdım yolunda bəlkə nigarim dönüb baxa ömrüm kimi gəlib geçiri bir dayanmıri Baqir qoyub başın genə bu astaniyə gəldikcə həy qovulla bu sırtıq utanmıri Last edited by memmed; Sunday 6 December 2009-1 at 12:40 AM.. |
|||||||||
|
|
|
| The Following 4 Users Say Thank You to memmed For This Useful Post: | Azerbaycan_Qizi (Sunday 6 December 2009-1), janim_vatanim (Sunday 6 December 2009-1), tarkan (Monday 7 December 2009-1), yurd sevan (Sunday 6 December 2009-1) |
| Mövzu seçimləri | |
| Görüntü seçimləri | |