+ Reply to Thread
1`dan(dən) 7`ə(a/ya/yə) qədər. Cəmi 7.

Mövzu: Qətran Təbrizi

  1. #1
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,325,261
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Post Qətran Təbrizi

    Həyatı



    Azərbaycanın bütün Şərqdə şöhrət qazanan şairlərindən biri, saray ədəbiyyatının ilk görkəmli nümayəndəsı Qətran Təbrizidir. Qətran Təbrizi 1012-ci ildə Təbriz yaxınlığındakı Şadi-abad kəndində anadan olmuşdur. Şairin tam adı Əbu Mənsur Qətran Cili Azərbaycanidir. İlk təhsilini Şadi-abadda almış, sonra Təbrizdə oxumuşdur.

    O zaman Azərbaycanda bir neçə feodal dövlət qurumu vardı. Bunlardan biri də paytaxtı Gəncədə olan Şəddadilər dövləti idi. Ərəb xilafətinin çiçəkləndiyi dövrlərdə Gəncə müsəlman aləminin şimalında iri mədəniyyət mərkəzinə çevrilir. Burada universitetlər, məktəblər, fərdi və ictimai kitabxanalar, rəsədxana və tibb mərkəzləri fəaliyyət göstərir. Müsəlman mədəniyyəti qonşu xristian dövlətlərinə məhz buradan yayılır. Şərqin bir çox ölkələrindən alimlər, şairlər, memarlar, sənətkarlar Gəncəyə axışır. Qətran da təhsilini başa vurduqdan sonra buraya gəlir. O, tezliklə Gəncədə Şəddadilərin sarayına dəvət olunur və az bir vaxtda böyük nüfuz qazanır. Həmin dövrdə ölkənin başında Əbdülhəsən Ləşkəri dururdu və təbii ki, Qətran da bir çox şeirlərini ona və onunla əlaqədar baş vermiş hadisələrə həsr edir. Bu şeirlərdən çıxış edərək, Qətranın Gəncədə yaşadığı dövrü müəyyənləşdirmək mümkündür. Şerlərindən birində Qətran Rəvvadilər dövlətinin başçısı Əbu Mansur Vəhsudanın Əbdülhəsən Ləşkərinin qonağı kimi Gəncəyə gəlişindən danışır. Qətran yaradıcılığını araşdıran alimlərin fikrincə, bu görüş 1035-1040-cı illər arasında baş verə bilərdi. 1042-ci ildə isə şair artıq Təbrizdə şəhərin yarısını yerlə yeksan etmiş dəhşətli zəlzələnin şahidi olmuşdu. Deməli, Qətran Təbrizə bu təbii fəlakətdən əvvəl qayıtmışdı. Lakin bir çox tədqiqatçılar Qətranın Gəncəyə zəlzələdən sonra gəldiyini iddia edirlər. Görünür, şairin yenidən Gəncəyə dönüşünü də istisna etmək olmaz. 1046-cı ildə Qətran Təbrizdə böyük İran şairi və filosofu Nasir Xosrovla görüşür. Nasir Xosrov özünün məşhur "Səfərnamə" əsərində Qətran adlı gözəl bir şairlə görüşdüyünü qeyd edir.

    Qətran bir müddət Naxçıvanda, yerli hakimlərin saraylarında yaşadıqdan sonra vətəni Təbrizə dönür. Qətran Təbrizi hələ sağlığında ikən istedadlı şair, müdrik filosof və alim kimi bir çox ölkələrdə şöhrət qazanır. Özünün yazdığına görə, onu Xorasanda və İraqda yaxşı tanıyır və sevirdilər.

    Qətran "Tövsnamə", "Quşnamə", "Vamiq və Əzra" adlı əsərlərin, habelə əsasən qəsidələrdən ibarət iri həcmli divanın müəllifidir.
    II əsrdə yaşamış Orta Asiya şairi Rəşid Vətvat yazır ki, o ömrü boyu bircə həqiqi şair tanımışdır-həkim (müdrik) Qətran Təbrizini.

    Qətran poeziya ilə gənc yaşlarından məşğul olmağa başlamış və bu sahədə böyük yaradıcılıq uğurları qazanmışdı. Şeir yaradıcılığında əsas yeri dövrün müxtəlif hökmdarlarını tərif edən qəsidələr tutur. Bu əsərlər müasir oxucu və tədqiqatçılar üçün qəsidələrdə mədh olunan qəhrəmanların saraylarında baş verən tarixi hadisələri öyrənmək və anlamaq baxımından çox qiymətlidir. Misal üçün, Qətran Təbrizinin şeirlərində oğuzların Azərbaycana bir neçə yürüşü öz əksini tapmışdır ki, həmin məlumatlar indi bizim üçün böyük əhəmiyyət daşıyır. Onun Təbriz zəlzələsinə həsr olunmuş şeri Qətrana şöhrət gətirmişdir.

    Orta əsr mənbələrinə əsaslanan Azərbaycan tədqiqatçıları qeyd edirlər ki, Qətran Təbrizi fars leksikoqrafiyası tarixində fars dilinin ilk izahlı lüğətinin yaradıcısı olmuşdur. Bu barədə "Lüğəti-fürs" ("Fars lüğəti") müəllifi, şair və tərtibçi Əsədi Tusi (XI əsr), "Sihahül-fürs" müəllifi Məhəmməd ibn Hinduşah Naxçıvani (XIII əsr) və başqaları yazmışlar.

    Məşhur İran şairi Nasir Xosrov Ələvi adını çəkdiyimiz "Səfərnamə"sində Qətranın lüğət üzərində iş prosesini belə təsvir edir: "Təbrizdə mən Qətran adlı bir şairlə görüşdüm. 0, avazla yaxşı şeir oxuyur, ancaq fars dilini pis bilirdi. O, Dəqiqi və Mənciqin divanlarını mənə gətirib, avazla oxudu və anlaşılmayan sözləri izah etməyimi xahiş elədi. Sonra mənim izahatlarımı qeydə alıb, öz şerlərini oxudu." Əksər alimlər Nasir Xosrovun bu fikirlərini onunla izah edirlər ki, fars (dəri) dili Qətranın ana dili deyildi və o, farsca yazan ilk Azərbaycan şairi olub.

    Orta əsr müəlliflərinin əksər qismi bu lüğəti yaradıcısının adı ilə sadəcə "Lüğəti-Qətran", yaxud "Fərhəngi-Qətran" (hər iki ifadə "Qətranın lüğəti" anlamına gəlir) kimi qeydə alır. Sonralar isə bu lüğət "Təfasir fi lüğatül-fürs" ("Fars dili sözlərinin izahları"), yaxud da qısa şəkildə "Təfasir" ("İzahlar") adlandırılır.
    Qətran Təbrizi Azərbaycan və İran xalqlarının poeziya və leksikoqrafiya tarixində dərin izlər buraxmışdır.
    Qətran 1088-ci ildə Təbrizdə dünyasını dəyişmiş və Surxab məhəlləsindəki məşhur şairlər qəbristanlığında dəfn olunmuşdur.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  2. The Following 8 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    azarbayjan (Monday 28 March 2011-1), AŞIQ-PƏKƏR (Friday 15 January 2010-1), Bobi (Monday 28 March 2011-1), memmed (Sunday 6 December 2009-1), R.F.A (Monday 28 March 2011-1), sensizolmaz (Wednesday 23 December 2009-1), tarkan (Monday 7 December 2009-1), yurd sevan (Monday 7 December 2009-1)

  3. #2
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,325,261
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Post Qətran Təbrizi- Hardasan?

    Hardasan?

    Hardasan, ey könlümə dinclik verən can, hardasan?
    Çox çağırdım, gəlmədin, ey dərdə dərman, hardasan?

    Firqətə dözmək çətin, vəslində kəsdim ülfəti,
    Şadlığı, şeriyyəti məhv etdi hicran, hardasan?

    Hər zaman könlüm sorar: neyçün susub əyləşmisən?
    Bir qəmər hicrində könlüm qaldı nalan, hardasan?

    Daşla sınsaydı qolu vəslin, tapardım mumiya,
    Hicr ilə sınmış qolum, qıl çarə, Loğman, hardasan?

    Bir çırağ imiş vüsal, düşdü qəfil tufanlara
    Nurumu zülmətmi uddu, ey çirağban, hardasan?

    Hicrinin, ya vəslinin xeyri nədir, mənası nə?
    Bir qılınc çəkmiş zaman, vəsli tutur qan, hardasan?

    Firqətin bir tanrı hökmü... Sən özün tanrım mənim!
    Tanrı hökmündən nə cür qurtarım can, hardasan?




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  4. The Following 8 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    azarbayjan (Monday 28 March 2011-1), AŞIQ-PƏKƏR (Friday 15 January 2010-1), Bobi (Monday 28 March 2011-1), memmed (Sunday 6 December 2009-1), R.F.A (Monday 28 March 2011-1), sensizolmaz (Wednesday 23 December 2009-1), tarkan (Monday 7 December 2009-1), yurd sevan (Monday 7 December 2009-1)

  5. #3
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,325,261
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Post

    Qətran Təbrizinin 1042-ci ildə Təbrizdə başa verən zəlzələ ilə bağlı yazdığı şeirləri diqqəti xüsusilə cəlb edir. Bu qəsidələrdə Təbriz böyük inkişaf yolunda olan varlı bir intibah şəhəri kimi təqdim edilir:

    Bu varda-halda, gözəllikdə, söylə, kim görmüş
    Cahanda Təbrizə tay qeyri yerdə ayrı mahal?
    Zəmanə nemətə qərq etmiş orda xalqı bütün,
    Şəhər tamam dolu insandı, vardı hər cür mal.
    Əmir də, bəndə də, sərkərdə, fazil, alim də
    Bir işlə hər biri məşğuldu, orda bir minval.
    O, həqqə təatə dalmış, bu, xalqa xidmət edir,
    Bu yanki ad gəzir, amma o yankı gəzmədə mal.
    Qəzəllə musiqi dinlər bu yankı, cam gözlər,
    O yankı ovlayır ovlaqda vəhşi itlə maral...
    Bu yerdə ərşə çatan çoxlu qəsrlər var idi,
    Bu yerdə sərv var idi, çəkərdi aya sığal.
    Hamanca sərvlərin qalmış indi təkcə yeri,
    Hamanca qəsrlərin olmuş indi əsli xəyal.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  6. The Following 7 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    AŞIQ-PƏKƏR (Friday 15 January 2010-1), Bobi (Monday 28 March 2011-1), memmed (Sunday 6 December 2009-1), R.F.A (Monday 28 March 2011-1), sensizolmaz (Wednesday 23 December 2009-1), tarkan (Monday 7 December 2009-1), yurd sevan (Monday 7 December 2009-1)

  7. #4
    AKtiv üzv memmed's Avatar
    Qeydiyyat
    Oct 2009
    İsmarıclar
    213

    Level: 28 
    Təcrübə: 177,897
    Next Level: 195,661

    Thanks
    4,478
    Thanked 794 Times in 190 Posts

    Əsas seçim

    Çox sağ olun Azeri xanım. Qətranın şeirlərini gözəlcəsinə Türkcəyə çevirən şairi də tanıtdirsanız daha yaxşı olardı.

  8. The Following 5 Users Say Thank You to memmed For This Useful Post:

    Azerbaycan_Qizi (Sunday 6 December 2009-1), Bobi (Monday 28 March 2011-1), R.F.A (Monday 28 March 2011-1), sensizolmaz (Wednesday 23 December 2009-1), yurd sevan (Monday 7 December 2009-1)

  9. #5
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,325,261
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Post

    Sitat memmed tərəfindən İsmarıcı oxu
    Çox sağ olun Azeri xanım. Qətranın şeirlərini gözəlcəsinə Türkcəyə çevirən şairi də tanıtdirsanız daha yaxşı olardı.
    Sizdə sağ olun.Qətran Təbrizinin əsərlərini türkcəyə çevirən şairin adını bilmirəm. Çalışaram axtarıb tapım.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  10. The Following 5 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    Bobi (Monday 28 March 2011-1), memmed (Sunday 6 December 2009-1), R.F.A (Monday 28 March 2011-1), sensizolmaz (Wednesday 23 December 2009-1), yurd sevan (Monday 7 December 2009-1)

  11. #6
    Yaxşı Yazır TÜRKÇÜ's Avatar
    Qeydiyyat
    Jan 2011
    İsmarıclar
    41

    Level: 18 
    Təcrübə: 15,641
    Next Level: 17,484

    Thanks
    7
    Thanked 156 Times in 41 Posts

    Əsas seçim

    Qətran Təbrizi 1012-ci ildə Təbriz yaxınlığındakı Şadi-abad kəndində anadan olmuşdur. Şairin tam adı Əbu Mənsur Qətran Cili Azərbaycanidir. İlk təhsilini Şadi-abadda almış, sonra Təbrizdə oxumuşdur.

    O zaman Azərbaycanda bir neçə feodal dövlət qurumları vardı. Bunlardan biri də paytaxtı Gəncə olan Şəddadilər dövləti idi. Ərəb xilafətinin çiçəkləndiyi dövrlərdə Gəncə müsəlman aləminin şimalında iri mədəniyyət mərkəzinə çevrilir. Burada universitetlər, məktəblər, fərdi və ictimai kitabxanalar, rəsədxana və tibb mərkəzləri fəaliyyət göstərir. Müsəlman mədəniyyəti qonşu xristian dövlətlərinə məhz buradan yayılır. Şərqin bir çox ölkələrindən alimlər, şairlər, memarlar, sənətkarlar Gəncəyə axışır. Qətran da təhsilini başa vurduqdan sonra buraya gəlir. O, tezliklə Gəncədə Şəddadilərin sarayına dəvət olunur və az bir vaxtda böyük nüfuz qazanır. Həmin dövrdə ölkənin başında Əbdülhəsən Ləşkəri dururdu və təbii ki, Qətran da bir çox şerlərini ona və onunla əlaqədar baş vermiş hadisələrə həsr edir. Bu şerlərdən çıxış edərək, Qətranın Gəncədə yaşadığı dövrü müəyyənləşdirmək mümkündür. Misal üçün, bir şerində Qətran Rəvvadilər dövlətinin başçısı Əbu Mansur Vəhsudanın Əbdülhəsən Ləşkərinin qonağı kimi Gəncəyə gəlişindən danışır. Qətran yaradıcılığını araşdıran alimlərin fikrincə, bu görüş 1035-1040-cı illər arasında baş verə bilərdi. 1042-ci ildə isə şair artıq Təbrizdə şəhərin yarısını yerlə yeksan etmiş dəhşətli zəlzələnin şahidi olmuşdu. Deməli, Qətran Təbrizə bu təbii fəlakətdən əvvəl qayıtmışdı. Lakin bir çox tədqiqatçılar Qətranın Gəncəyə zəlzələdən sonra gəldiyini göstərirlər. Görünür, şairin yenidən Gəncəyə dönüşünü də istisna etmək olmaz. 1046-cı ildə Qətran Təbrizdə böyük İran şairi və filosofu Nasir Xosrovla görüşür. Nasir Xosrov özünün məşhur "Səfərnamə" əsərində Qətran adlı gözəl bir şairlə görüşdüyünü qeyd edir.

    Qətran bir müddət Naxçıvanda, yerli hakimlərin saraylarında yaşadıqdan sonra vətəni Təbrizə dönür. Qətran Təbrizi hələ sağlığında ikən istedadlı şair, müdrik filosof və alim kimi bir çox ölkələrdə şöhrət qazanır. Özünün yazdığına görə, onu Xorasanda və İraqda yaxşı tanıyır və sevirdilər.

    Qətran 1080-ci ildə Təbrizdə dünyasını dəyişmiş və Surxab məhəlləsindəki məşhur Şairlər məqbərəsində dəfn olunmuşdur.
    TÜRKƏ VƏTƏN NƏ TÜRKİYƏDİ-NƏ TÜRKƏMƏN-ONA VƏTƏN TƏKCƏ TURAN DİR TURAN

  12. The Following 5 Users Say Thank You to TÜRKÇÜ For This Useful Post:

    azarbayjan (Monday 28 March 2011-1), Bobi (Monday 28 March 2011-1), R.F.A (Monday 28 March 2011-1), time trial (Monday 28 March 2011-1), yurd sevan (Monday 28 March 2011-1)

  13. #7
    Yaxşı Yazır TÜRKÇÜ's Avatar
    Qeydiyyat
    Jan 2011
    İsmarıclar
    41

    Level: 18 
    Təcrübə: 15,641
    Next Level: 17,484

    Thanks
    7
    Thanked 156 Times in 41 Posts

    Əsas seçim

    قطعران تبريزي 1012-جي ايلده تبريز ياخينليغينداکي شادي-آباد کندينده آنادان اولموشدور. شاعيرين تام آدي ابو منصور قطعران جيلي آذربايجانيدير. ايلک تحصيليني شادي-آباددا آلميش، سونرا تبريزده اوخوموشدور. او زامان آذربايجاندا بير نئچه فئودال دؤولت قوروملاري واردي. بونلاردان بيري ده پايتاختي گنجه اولان شدداديلر دؤولتي ايدي. عرب خيلافتي نين چيچکلنديگي دؤورلرده گنجه موسلمان عالمي نين شيماليندا ايري مدنيت مرکزينه چئوريلير. بورادا اونيوئرسيتئتلر، مکتبلر، فردي و ايجتيماعي کيتابخانالار، رسدخانا و تيبب مرکزلري فعاليت گؤسترير. موسلمان مدنيتي قونشو خريستيان دؤولتلرينه محض بورادان ياييلير. شرقين بير چوخ اؤلکه لريندن عاليملر، شاعيرلر، معمارلار، صنعتکارلار گنجه يه آخيشير. قطعران دا تحصيليني باشا ووردوقدان سونرا بورايا گلير. او، تئزليکله گنجه ده شدداديلرين سارايينا دعوت اولونور و آز بير واختدا بؤيوک نوفوز قازانير. همين دؤورده اؤلکه نين باشيندا ابدولهه سن لشکري دوروردو و طبيعي کي، قطعران دا بير چوخ شعرلريني اونا و اونونلا علاقه دار باش وئرميش حاديثه لره هسر ائدير. بو شعرلردن چيخيش ائده رک، قطعرانين گنجه ده ياشاديغي دؤورو موعينلشديرمک مومکوندور. ميثال اوچون، بير شعرينده قطعران روواديلر دؤولتي نين باشچيسي ابو مانسور وهسودانين ابدولهه سن لشکري نين قوناغي کيمي گنجه يه گليشيندن دانيشير. قطعران ياراديجيليغيني آراشديران عاليملرين فيکرينجه، بو گؤروش 1035-1040-جي ايللر آراسيندا باش وئره بيلردي. 1042-جي ايلده ايسه شاعير آرتيق تبريزده شهرين ياريسيني يئرله يئکسان ائتميش دهشتلي زلزله نين شاهيدي اولموشدو. دئمه لي، قطعران تبريزه بو طبيعي فلاکتدن اول قاييتميشدي. لاکين بير چوخ تدقيقاتچيلار قطعرانين گنجه يه زلزله دن سونرا گلديگيني گؤستريرلر. گؤرونور، شاعيرين يئنيدن گنجه يه دؤنوشونو ده ايستيثنا ائتمک اولماز. 1046-جي ايلده قطعران تبريزده بؤيوک ايران شاعيري و فيلوسوفو ناسير خوسروولا گؤروشور. ناسير خوسروو اؤزونون مشهور " صفرنامه " اثرينده قطعران آدلي گؤزل بير شاعيرله گؤروشدويونو قئيد ائدير. قطعران بير مودت ناخچيواندا، يئرلي حاکيملرين سارايلاريندا ياشاديقدان سونرا وطني تبريزه دؤنور. قطعران تبريزي هله ساغليغيندا ايکن ايستعدادلي شاعير، مودريک فيلوسوف و عاليم کيمي بير چوخ اؤلکه لرده شؤهرت قازانير. اؤزونون يازديغينا گؤره، اونو خوراساندا و ايراقدا ياخشي تانييير و سئويرديلر. قطعران 1080-جي ايلده تبريزده دونياسيني دييشميش و سورخاب محلله سينده کي مشهور شاعيرلر مقبره سينده دفن اولونموشدور.

    TÜRKƏ VƏTƏN NƏ TÜRKİYƏDİ-NƏ TÜRKƏMƏN-ONA VƏTƏN TƏKCƏ TURAN DİR TURAN

  14. The Following 5 Users Say Thank You to TÜRKÇÜ For This Useful Post:

    azarbayjan (Monday 28 March 2011-1), Bobi (Monday 28 March 2011-1), R.F.A (Monday 28 March 2011-1), time trial (Monday 28 March 2011-1), yurd sevan (Monday 28 March 2011-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

qətran təbrizinin qəsidələri

Qətran Təbriziin həyat və yaradıcılığı

qətran təbrizi hardasan

Qətran Təbrizi

saray kəndi

azerbaycanda ilk saray sairi

qətran təbrizinin əsərlərində tarixi məlumatlar

Şəddadilərin əhəmiyyəti

şəddadilər dövləti

şəddadilər

SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO