+ Reply to Thread
1`dan(dən) 7`ə(a/ya/yə) qədər. Cəmi 7.

Mövzu: İmadəddin Nəsimi

  1. #1
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,328,994
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Post İmadəddin Nəsimi



    Seyid Əli İmadəddin Nəsimi (1369 - 1417) - Orta əsrlər Azərbaycan şairi, hürufilik təriqətinin ən məşhur nümayəndələrindən biri.

    Həyatı
    Nəsimi 1369-cu ildə Şamaxıda dünyaya gəlib. Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şe'rlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı mə'lumdur. İslamdan sonrakı dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Burada çoxlu məktəb, mədrəsə, bütün Şərqdə məşhur olan şe'r və musiqi məclisləri fəaliyyət göstərir, zəngin ictimai və şəxsi kitabxanalar mövcud idi. Paytaxtdan bir qədər kənarda, Məlhəm adlanan yerdə məşhur şair Xaqaninin əmisi-alim və həkim Kafiəddin tərəfindən yaradılmış Dar-üş-şəfa tibb akademiyası da fəaliyyət göstərirdi. Şamaxıdan bütöv bir şair və alimlər pleyadası çıxmışdır ki, onların da arasında böyük sənətkar Əfzələddin Xaqanini xüsusi qeyd etmək lazım gəlir. Nəsiminin məktəb illəri belə bir mühitdə keçib.

    Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslam və Xristianlıq dinlərinin əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl şe'rlər yaza bilirdi. Onun azərbaycanca şe'rlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şe'ri nümunələri olan bayatılara çox yaxındır. Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Sinanı, Xaqanini, Nizaminini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüstərini, Övhədi Marağayini və başqalarını göstərə bilərik.

    Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Nəsimini Təbrizi nisbəsində təqdim edən İbn əl-İmad Hənbəli yazır: “O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi.”

    Nəsimi 3 dildə yazıb. O, öz ideyalarını peşəkar filosof kimi ayrıca traktatlarda bitkin sistemdə verməyib, çünki Miyanəcinin, İbn Ərəbinin geniş əhatəli sufi-fəlsəfi əsərlərindən sonra bu məzmunda traktatlar yazmağa o zaman bəlkə də ehtiyac duyulmurdu. Hürufiliyin nəzəri əsaslarına gəldikdə, Nəiminin əsərlərində o artıq işlənib hazırlanmışdı.




    Fəlsəfəsi
    Nəsimidə hər iki qrup – mötədil və ifrat sufilərin təsiri aydın duyulur. Nəsimi Allahı dərk etməklə mövcud çoxluğun heçliyə varması, hər şeyin vahid varlığın təzahürü olaraq qalması fikrinə şərik olur: “Faniyi mütləq olmuşam, Haqlayam, Haqq olmuşam.” Nəsimi idrakda yəqinliyin elmi, yəqinliyin eyni, yəqinliyin həqiqəti mərhələlərini nəzərdən keçirib. Birincisi, bilik, ikincisi, görmə və üçüncüsü Haqqa çatmaqdır.

    Monoteist sufilərin varlıq təliminin əsasında kreatsionizm nəzəriyyəsi durur. Bu, sufi ədəbiyyatda Qurandan götürülmüş “kün! Fə kanə” (Ol! Oldu!) ilə göstərilib. Sonralar bu ehkamın əsaslandırılması üçün bir hədisdən istifadə ediblər: “Mən gizli bir xəzinə idim, istədim ki, tanınım. Ruhları və insanları yaratdım ki, tanınam.” Nəsimi “Ol!Oldu” ifadəsinə kaf (k) ilə nun (n), həmin hədisə isə “Kuntu kənzən” deyə dəfələrlə işarə edib. Lakin həmin ifadələri panteist məzmunda işlədib.

    Nəsiminin panteizmini sufilərdən fərqləndirən başlıca xüsusiyyət onun hürufi rəmzlərindən istifadə etməsidir. 28, yaxud 32 hərf, onun mühüm ifadə vasitələrindəndir.
    Nəsiminin əsərlərində “Haqq” ilə “cümlə aləm” arasındakı eyniyyət üçün “İnsan” anlayışından istifadə olunur. Belə ki, “İnsan” ən geniş həcmdə “Allah” haqqında, ən zəngin məzmunda isə “cümlə aləm”, yaxud onun təzahürləri haqqındadır. Ən geniş həcmli anlayış olan “Haqq“ ilə eyniləşdirilən “Mən” anlayışına yalnız bütün mövcudatın mütləq məcmusu bərabərdir. Əks təqdirdə, “Mən” hər şeyə şamildir, ona şamil olan isə yoxdur. Allahı təbiətdən ayrı hesab etməyi korluq hesab edir.

    Nəsimi insanı nə qədər ümumiləşdirib mücərrədləşdirib kosmoloji həddə matdırsa da, onunhəyatda real, etik vəziyyətini, cəmiyyətdə yerini unutmayıb. Onun fikrincə, ürək sıxan üç şey var: Birincisi, yaman qonşu, pis xasiyyətli dost, pis övrət. İkincisi, yalançılıq, qeybət, paxıllıq, ədavət. Üçüncüsü, böhtan, ələ salma, kobud zarafat.



    Yaradıcılığı
    Nəsiminin Bakı şəhərində heykəli Nəsimi dilin zənginliklərindən qəzallərində özünəməxsus bir ustalıqla istifadə edib. Bə'zən şair şe'rlərini yalnız xitab və ifadəli təkrarlar üzərində qurur:

    Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım
    Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım...
    Diləfruzum, vəfadarım, cikərsuzum, cəfakarım,
    Xudavəndim, cahandarım, əmirim, bəyimü xanım.

    Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında populyarlıq qazanır. Həllac Mənsurla birlikdə onun adı öz əqidəsi uğrunda qeyri -adi sədaqət və cəsurluq rəmzinə çevrilir. Onun əsərləri bir çox dillərə çevrilir və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid edirlər. Nəsiminin şe'rlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını təbliq etmək üstündə bir çoxları əzablara qatlaşır, hətta canlarından da keçirlər.

    Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanır və tanınmış sufi şeyxi Şiblinin tə'limini davam etdirirdi. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazır. Lakin X əsrin sufi İran filosof-şairi Hüseyn Həllac Mənsurun tə'limi Nəsiminin ruhuna daha yaxın idi. İlk dəfə məhz o demişdi ki, "Mən allaham!" Bu cür küfr sayılan fikirlərinə görə Həllac Mənsur daim tə'qiblərə mə'ruz qalmış və nəhayət, öz ömrünü dar ağacında başa vurmuşdu. Əqidəsi uğrunda bu cür fədakarlıq göstərməyə hazır olan Nəsimi də Mənsura heyran kəsilmiş və öz əsərlərində onu tərənnüm etmişdi. Maraqlıdır ki, şair hürufi tə'limini qəbul etdikdən sonra da Həllaca vurğunluğundan qalmamışdı. Bu sözləri müəyyən mə'nada Nəsiminin uzun müddət sadiq qaldığı sufi fəlsəfəsi haqda da söyləmək olar. Bununla əlaqədar olaraq, Zümrüd Quluzadə yazır: "Nəsimi yaradıcılığının mərkəzində lirik qəhrəmanın aşiq olduğu, onu yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən gözəl-allah dayanır. İnsan üçün ən yüksək, ülvi duyğu həmin sevgilinin vüsalına yetişmək, ona qovuşmaq, onda əriyib yox olmaqdır. Şair yazır ki, eşqi günah sayanların sözlərinə baxmayaraq, o, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya, həqiqətə çatdıra bilər." Daha sonra oxuyuruq: "Lakin tədricən Nəsiminin dünyagörüşündə sufilik hürufiliklə əvəz olunur. Bu, hər şeydən öncə şairin panteist görüşlərindəki dəyişiklikdə əks olunur. Bu görüşlərin əsasında artıq eşq və sərxoşluq deyil, hərf, ağıl dayanmağa başlayır. Bu zamandan e'tibarən Nəsimi fəlsəfədə Nəiminin yaratdığı hürufiliyə tapınır və onun əsas müddəalarını təbliğ edir. Ancaq Nəsiminin təbliğ etdiyi hürufilik heç də Nəiminin yaratdığı tə'limin eynilə təkrarı deyil."




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  2. The Following 5 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    Bobi (Saturday 1 January 2011-1), EbaMüslüm (Sunday 22 January 2012-1), janim_vatanim (Saturday 1 January 2011-1), memmed (Sunday 6 December 2009-1), sensizolmaz (Sunday 6 December 2009-1)

  3. #2
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,328,994
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Post "Sığmazam" qəzəli

    "Sığmazam" qəzəli


    Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
    Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.

    Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün,
    Kəs sözunüvü əbsəm ol, şərhu bəyanə sığmazam.

    Kövnü məkandır ayətim, zati dürür bidayətim,
    Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.

    Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş,
    Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam.

    Surətə baxu mə'nini surət içində tanı kim,
    Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.

    Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,
    Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.

    Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
    Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.

    Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,
    Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.

    Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
    Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.

    Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
    Çək dilinivu əbsəm ol mən bu lisanə sığmazam.

    Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
    Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.

    Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
    Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.

    Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
    Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.

    Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
    Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.

    Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
    Bundan uludur ayətim, ayətü şanə sığmazam.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  4. The Following 5 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    Bobi (Saturday 1 January 2011-1), EbaMüslüm (Sunday 22 January 2012-1), janim_vatanim (Saturday 1 January 2011-1), sensizolmaz (Sunday 6 December 2009-1), yurd sevan (Monday 7 December 2009-1)

  5. #3
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,328,994
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Post "Neylərəm" qəzəli

    "Neylərəm" qəzəli

    Dilbəra,mən səndən ayru ömrü canı neylərəm?
    Tacü taxtü mülkü malu xanimanı neylərəm?

    İstərəm vəsli-cəmalın ta qılam dərdə dəva,
    Mən sənin bimarınam,özgə dəvanı neylərəm?

    Ey müsəlmanlar,bilin kim,yar ile xoşdur cahan,
    Çünki yardan ayru düşdüm,bu cahanı neylərəm?

    Çox dualar qılmışam mən xaliqin dərgahına,
    Çün muradım hasil olmaz,mən duanı neylərəm?

    Dilbər aydır,ey Nəsimi ,sabir ol,qılma fəğan,
    Mən bu gün səbr eyləsəm,danla fəğanı neylərəm?




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  6. The Following 5 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    Bobi (Saturday 1 January 2011-1), janim_vatanim (Saturday 1 January 2011-1), memmed (Sunday 6 December 2009-1), sensizolmaz (Sunday 6 December 2009-1), yurd sevan (Monday 7 December 2009-1)

  7. #4
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,328,994
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Post "Olmuşam" qəzəli

    "Olmuşam" qəzəli

    Allahu Akbər, ey sənəm hüsnünə heyran olmuşam
    Gövsü güzehdir qaşların, yayinə qurban olmuşam

    Uzundur ol cənnət gülü, boyun həqiqət sərvidir
    Eşqində mən bülbül kimi, aləmdə dastan olmuşam

    Kövnü məkandan keçmişəm, məni şərablar içmişəm
    Canana, uzun görmüşəm, başdan-ayağ can olmuşam

    Davi mənəm, qazi mənəm, munkir mənəm,razi mənəm
    Dagi mənəm, yazi mənəm, mən güllü dövran olmuşam

    Sufi mənəm, safi mənəm, kafi mənəm, şafi mənəm
    Erni mənəm, heyran mənəm, dərd ilə dərman olmuşam

    Zahid mənəm, abid mənəm, asi mənəm, fasiq mənəm
    Mömin mənəm, kafir mənəm, mən gülli-insan olmuşam

    Uçmaq ilə rizvan mənəm, damu ilə niran mənəm
    Dana ilə nadan mənəm, həm inu-, həm -an olmuşam

    Gəh çıxmışam İsa kimi, çərx üstünə oturmuşam
    Geh varmusham Yusif kimi, Misrde sultan olmusham

    Sərrafi- bəhri -qüdrətəm, yaquti -kani- vəhdətə,
    Şimdi Nəsimiyəm bu gün, xak ilə yeksan olmuşam




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  8. The Following 5 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    Bobi (Saturday 1 January 2011-1), janim_vatanim (Saturday 1 January 2011-1), memmed (Sunday 6 December 2009-1), sensizolmaz (Sunday 6 December 2009-1), yurd sevan (Monday 7 December 2009-1)

  9. #5
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,328,994
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Post "Etməgil" qəzəli

    "Etməgil" qəzəli

    Üzünü məndən nihan etmək dilərsən, etməgil!
    Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!

    Bərgi–nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,
    Aşiqi bixaniman etmək dilərsən, etməgil!

    Qaşların qövsündə müjganın xədəngin gizləyib,
    Ey gözü məstanə, qan etmək dilərsən, etməgil!

    Canımı vəslin şərabından ayırdın, ey gözüm,
    Eynimi gövhərfəşan etmək dilərsən, etməgil!

    Qoymuşam eşqində mən kövnü məkanın varını,
    Can nədir kim, qəsdi–can etmək dilərsən, etməgil!

    Bürqəi üzündən açarsan məgər naməhrəmə,
    Gizli əsrarı əyan etmək dilərsən, etməgil!

    Yandırırsan önlümü eşqində, məlum oldu kim,
    Ani risvayi–cahan etmək dilərsən, etməgil!

    Doğruyam eşqində oxtək, kipriyin tanıq durur,
    Qəddimi neyçün kaman etmək dilərsən, etməgil!

    Çünki eşqin məskənidir könlümün viranəsi,
    Həsrətə anı məkan etmək dilərsən, etməgil!

    Çün yəqin bildi Nəsimi ağzının var olduğun,
    Ol yəqini sən güman etmək dilərsən, etməgil!




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  10. The Following 5 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    Bobi (Saturday 1 January 2011-1), janim_vatanim (Saturday 1 January 2011-1), memmed (Sunday 6 December 2009-1), sensizolmaz (Sunday 6 December 2009-1), yurd sevan (Monday 7 December 2009-1)

  11. #6
    Gedməsinə ürəyimiz dözməz oğuz's Avatar
    Qeydiyyat
    Apr 2009
    İsmarıclar
    115

    Level: 26 
    Təcrübə: 119,126
    Next Level: 125,609

    Thanks
    376
    Thanked 472 Times in 115 Posts

    Əsas seçim

    Imadeddin Nasiminin filminden rasimlar va bazi bulumler
































    Seyid Əli İmadəddin Nəsimi Azerbaycan’ın Şamaxı şehrinde doğmuştur.Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi.Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şe'rlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı mə'lumdur. İslamdan sonrakı dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Burada çoxlu məktəb, mədrəsə, bütün Şərqdə məşhur olan şe'r və musiqi məclisləri fəaliyyət göstərir, zəngin ictimai və şəxsi kitabxanalar mövcud idi. Paytaxtdan bir qədər kənarda, Məlhəm adlanan yerdə məşhur şair Xaqaninin əmisi-alim və həkim Kafiəddin tərəfindən yaradılmış Dar-üş-şəfa tibb akademiyası da fəaliyyət göstərirdi. Şamaxıdan bütöv bir şair və alimlər pleyadası çıxmışdır ki, onların da arasında böyük sənətkar Əfzələddin Xaqanini xüsusi qeyd etmək lazım gəlir. Nəsiminin məktəb illəri belə bir mühitdə keçib.

    Şairin klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş,İslam və Xristianlıq dinlərinin əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi.va dilləri elə yaxşı öyrənmişdi ki fars və ərəb dillərində eyni azərbaycan dili dərəcədə gözəl şe'rlər yaza bilirdi.

    klassik
    şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyat‎n‎ dərindən mənimsəmi‏di‏, Onun azərbaycanca ‏e'rlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yax‎nl‎ً‎‎ً‎ ilə seçilirmi‏dir,Nəsiminin poeziyas‎nda Azərbaycan‎n, eləcə də digər ‏ərq ِkələrinin mə‏‏hur alim və ‏‏airlərinin adlar‎i tez-tez xat‎rlan‎r. Bunlardan Əli ibn Sinan‎, Xaqanini, Nizaminini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəiminin , şeyx Mahmud şəbüstərini ,ovhədi Maraًayini və ba‏qalar‎n‎ gِstərə bilərik

    Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qald‎ً‎‎ً‎ bir vaxtda Nəsimi vətəndən didərgin ü‏lüb, iraq, Türkiyə, Suriyada ya
    ş‏amaًa məcbur olub. Hürufilik təlimi əsas‎nda irəli sürdüyü ideyalar‎ üstündə Hələb ‏‏əhərində edam olunub. Nəsimini Təbrizi nisbəsində təqdim edən فbn əl-فmad Hənbəli yaz‎r: “O, hürufilərin ‏‏eyxidir, Hələbdə sakin idi, tərəfdarlar‎ çoxald‎, bidəti artd‎, i‏ o yerə çatd‎ ki, sultan onun ِdürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarm‎xa çəkildi"

    Imadeddin Nasiminin filminden bulumler:


    Linke Download Imadeddin Nasim
    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
    File Size:13.47Mb


    Linke Download Imadeddin Nasim
    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
    File Size:4.23Mb


    Linke Download Imadeddin Nasim
    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
    File Size:6.02Mb


    Linke Download Imadeddin Nasim
    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
    File Size:3.39Mb


    Linke Download Imadeddin Nasim
    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
    File Size:10.06Mb

    Last edited by oğuz; Friday 31 December 2010-1 at 11:55 PM.

  12. The Following 4 Users Say Thank You to oğuz For This Useful Post:

    Bobi (Saturday 1 January 2011-1), EbaMüslüm (Sunday 22 January 2012-1), janim_vatanim (Saturday 1 January 2011-1), yurd sevan (Saturday 1 January 2011-1)

  13. #7
    yeni üzv EbaMüslüm's Avatar
    Qeydiyyat
    Jan 2012
    Ünvan
    Türkiye
    İsmarıclar
    9

    Level: 7 
    Təcrübə: 346
    Next Level: 443

    Thanks
    7
    Thanked 24 Times in 9 Posts

    Əsas seçim



    MERHABA HOŞ GELDİN

    Merhaba Hoş Geldin Ey Ruh-İ Revanım, Merhaba
    Ey Şeker Leb Dil-Ber-İ Şirin Zebanım, Merhaba

    Çün Lebün Cem-İ Cem Oldu Nefha-İ Ruhu-L Kudüs
    Ey Cemilüm Ve'y Cemalim Bahrü Kanum Merhaba

    Ey Melek Suretli Dilber, Can Fedadır Yoluna
    Lahmike Lahmi' Dedün Çün, Kanı Kanum Merhaba

    Geldi Yarim Naz İle Sordu: Nesimi Nicesen
    Merhaba Hoş Geldin Ey Ruhi Revanım Merhaba


    SEYYİD NESİMİ
    Last edited by EbaMüslüm; Sunday 22 January 2012-1 at 02:06 AM.
    Hayatın karşına çıkardığı müşkül hadiselere sabır ve tahammül et. Onları hiç kimseden bilme ve hiç kimseye karşı kalbinde bir adavet besleme; hiç kimseye hiddet ve şiddet gösterme. Bu suretle hareket edersen en büyük müşkülleri bile yenersin ve sen de "insan-ı kamil" mertebesine erersin. (HZ.ALİ)

  14. The Following 2 Users Say Thank You to EbaMüslüm For This Useful Post:

    janim_vatanim (Sunday 22 January 2012-1), yurd sevan (Monday 23 January 2012-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

Sığmazam qəzəli

imadeddin nəsimi

Nəsimi etməgil

imadəddin nəsimi qəzəlləri

imadəddin nəsimi

Nəsimi Sığmazam qəzəli

imadəddin nəsimi qəzəllər

neylərəm qəzəli

etməgil qəzəli

İmadəddin Nəsimi
SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO