+ Reply to Thread
1`dan(dən) 1`ə(a/ya/yə) qədər. Cəmi 1.

Mövzu: Molla Pənah Vaqif

  1. #1
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,325,254
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Post Molla Pənah Vaqif



    XVIII əsr şeirinin hər 2 səciyyəvi qolunu-klassik şeiri və aşıq tərzini üzvi şəkildə öz yaradıcılığında birləşdirən sənətkar Molla Pənah Vaqifdir. Vaqif, Azərbaycan poeziyasına yeni nəfəs, yeni üslub gətirmişdir.

    HƏYATI
    Molla Pənah Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində anadan olmuşdur. Atası Mehdi ağa mahalın nüfuzlu, müasir düşüncəli adamlarından biri idi. Pənah yaxşı təhsil görmüşdü. O, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, arxitektura, musiqi və poetika üzrə geniş biliyə malik idi. O, Qazaxda tanınmış alim və pedoqoq Şəfi əfəndinin yanında oxumuşdu. Bə'zi salnaməçilər belə hesab edirlər ki, sonrakı təhsilini Gəncədə və yaxud Təbrizdə alıb. Orası da mə'lumdur ki, Vaqif təhsilini başa vurduqdan sonra əvvəlcə Qazaxda, sonra isə Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs demiş və elə burada da Molla Pənah adını almışdır. Bu zaman onun alimliyi haqtında xəbərlər Molla Pənahın vətəninin hüdudlarından çox-çox uzaqlara yayılır. Hətta xalq arasında belə bir məsəl də yaranır: "Hər oxuyan Molla Pənah olmaz."
    "Hər oxuyan Molla Pənah olmaz" kəlamı da göstərir ki, Vaqif xalq arasında çox tezliklə görkəmli elm adamı kimi məşhurlaşmış, sayılıb seçilmişdir. Dövrün böyük sənətkarı Molla Vəli Vidadi ilə yaxınlığı mütəfəkkir şairin həyatında, yaradıcılığında xüsusi rol oynamışdı. Məhəmməd bəy Cavanşir 1797-ci ildə Vaqifi oğlu Əli aga birlikdə edam etdirir.

    YARADICILIĞI
    1.Azərbaycan ədəbiyyatında realizmin banisidir.
    2.Həm əruz, həm də heca vəznində yazmışdır.
    3.Həm xalq şeri, həm də klassik şer janrlarında yazmışdır.
    4.Yalnız lirik növdə yazmışdır, epik əsəri yoxdur.
    5.İbrahim xanın sarayında vəzir olmuş, dövlət xadimi kimi tanınmışdır.
    6.Yaradıcılığının əsasını xalq aşıq şeri tərzində yazdığı əsərlər (qoşmalar, təcnislər) təşkil edir.
    7.Yaradıcılığının əsas mövzusu qadın gözəlliyinin tərənnümüdür.
    8.Qoşmaları nikbin əhvali-ruhiyyədədir.Qoşmaları:"Zeynəb","Qurban olduğum","Hayıf ki, yoxdur","Bəri bax!".
    9.Qəzəllərində qəzəl janrı üçün səciyyəvi olan sufi-panteist ideyalara təsadüf edilmir.Qəzəlləri:"Küsmüşəm","Bax".
    10.Müxəmməsləri real məhəbbət hislərinin təsvirinə, qadın gözəlliyinin tərənnümünə həsr edilmişdir. Müxəmməsləri:"Var","Görmədim"."Var"müxəmm sində də Tiflis gözəllərini vəsf etmişdir.
    11.Son şerləri ("Bax"qəzəli və"Görmədim"müxəmməsi) bədbin əhvali-ruhiyyədədir.
    12."Bax"rədifli qəzəlini M.V.Vidadiyə müraciətlə yazmışdır.
    13.Qəzəl konkret tarixi hadisənin fəlsəfi-bədii şərhini vermişdir.
    14.Əruzun rəməl bəhrində yazılmış bu qəzəlin dilində ərəb-fars sözləri çoxdur.
    15."Bax"qəzəlindəki tərki-dünyalıq zamanın doğurduğu bədbin ovqatın təsirindən yaranırdı.
    16."Görmədim"müxəmməsi rəməl bəhrində yazılıb.
    17.Bu müxəmməsdə şairin qayəsi, inkarçılıq, ittihamçılıq (və üsyankarlıq) ruhu yüksək sənətkarlıqla ifadə olunur.
    18.S.Vurgun "Vaqif"(1937)dramında Vaqifin bədii obrazını yaratmışdır.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  2. The Following 3 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    memmed (Wednesday 23 December 2009-1), sensizolmaz (Tuesday 22 December 2009-1), yurd sevan (Tuesday 22 December 2009-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

molla penah vaqif

molla pənah vaqif

molla penah vaqif sheirleri

molla penah vaqif yaradiciligi

molla penah vaqif eserleri

Molla Penah Vagif

Molla Pənah Vaqif şeirləri

molla penah vaqif qosmalari

molla pənah vaqifin qoşmalarımolla penah vaqifin qosmalari
SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO