+ Reply to Thread
1`dan(dən) 3`ə(a/ya/yə) qədər. Cəmi 3.

Mövzu: Gülşəni

  1. #1
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 342,404
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim Gülşəni

    Dəmbədəm sevdası eşqin əqlimi başdan qapar
    Dönübən məcnuna andan oluram bən bixəbər
    Eşq ilə rüsva məlamət olalı canım görən
    Tən”edib der kim,məlamət görmədin bundan bətər






    Şeyx İbrahim Gülşəni


    Şeyx İbrahim bin məhəmməd bin Şəhabəddin Gülşəni XV əsrin tanınmış şairlərindən biridir.1427-ci ildə Bərdədə doğulmuş,hələ uşaq yaşlarından öz istedadı ilə başqa yoldaşlarından fərqilənmişdir.Gənc ikən Bərdədən Təbrizə gəlmiş,burada Dədə Rövşənin tələbəsi olmuşdurş”Xəlvətiyyə”sufi təriqətinin görkəmli nümayəndələrindən olan Rövşəni sonralar bu təriqətin”Rövşəniyyə” qolunu yaratmışdır.Yüz ildən artıq ömr sürümüş şair 1533-cü ildə Misridə vəfat etmişdir.Gülşəninin yaradıcılığı Azərbaycanca,Farsca,Ərəbcə yazdığı divanlardan,”Məsnəviyi-xəfi”və”Raznamə”məsnəvilərindən ibarətdir.

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  2. The Following 4 Users Say Thank You to AŞIQ-PƏKƏR For This Useful Post:

    Azerbaycan_Qizi (Wednesday 23 December 2009-1), hedis (Sunday 12 September 2010-1), memmed (Thursday 24 December 2009-1), yurd sevan (Thursday 24 December 2009-1)

  3. #2
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 342,404
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    Ağlamaqdan gülməz imiş şad olub bir dəm qərib
    Fikri-zikri olubanu dərd ilə ney dəm qərib


    Vay əgər həsrətlə verəm canımı axır nəfəs
    Görmədən sevdiklərimi dünyadan getsəm qərib


    Sevnişir xəlqi cahanın ay görüb bayram içün
    Yaşlı kimi qayğılıdır movt ilə ol dəm qərib


    Dönübən sahib əzayə ün çökübən dərd ilə
    Gözlərindən axıdırmış yaş yerinə dəm qərib


    Ya ilahi,Rövşənidən ayrı zari-hüzn ilə
    Gülşəni kimi cahanda olmasın adəm qərib

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  4. The Following 3 Users Say Thank You to AŞIQ-PƏKƏR For This Useful Post:

    hedis (Sunday 12 September 2010-1), memmed (Thursday 24 December 2009-1), yurd sevan (Thursday 24 December 2009-1)

  5. #3
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 342,404
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    Nədir eşqindən özgə canım ey dust
    Odur can ilə çün cananım,ey dust

    Könül misrində Yusifdən əzizim
    Sənin sevgin imiş sultanım,ey dust

    Saçın küfrün görən iman üzündən
    Bilir ol küfr ilə imanım,ey dust

    Qiyamət vəchin imiş zahir oldu
    Günəşdən aləmə bürhanım,ey dust

    Bu gün yüzün görüb,danla deməzəm
    Çü danladır bu gün durağum,ey dust

    Xəlayiq həşrin istər nəşr içində
    Qiyamətdən görəməz şanım,ey dust

    Dəvasız dərdın içün Gülşəni der
    Nədir can,vermədin dərmanım,ey dust

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  6. The Following 3 Users Say Thank You to AŞIQ-PƏKƏR For This Useful Post:

    hedis (Sunday 12 September 2010-1), memmed (Thursday 24 December 2009-1), yurd sevan (Thursday 24 December 2009-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

gülşəni təriqəti

Gülşəni

SEO Blog

Tags for this Thread

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO