+ Reply to Thread
1`dan(dən) 8`ə(a/ya/yə) qədər. Cəmi 8.

Mövzu: Xəstə Vidadi

  1. #1
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 342,404
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim Xəstə Vidadi

    Bir cam yetir, saqi, bu dövran belə qalmaz,
    Tən bir gün olur xak ilə yeksan, belə qalmaz.





    MOLLA VƏLİ VİDADİ



    XVIII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə doğulmuş,dövrünün ədəbi bədii fikrinə Molla Pənah Vaqıflə yanaşı güclü təsir göstərmişdir.Klassik şərq poeziyası ənənələri ilə tərbiyələnmiş,əruz vəznində gözəl nümunələr yaratmış,xalq üslubunda yüksək sənətkarlıq səviyyəsinə ucalaraq heca vəzninin incələklərinə sahib olmuş,bu vəzndə zərif təbli şeirlər yazmışdır.Dövrünün ədəbi prosesi ilə maraqlanmış və tanınmış sənətkarlara sıx yaradacılıq əlaqəsi saxlamışdır.



    Feodal dərəbəyliyinin törətdiyi ictimai və siyasi ədalətsizliklər,müsibətlər incə qəlbli şairin yaradıcılığında öz dərin poetik əksini tapıb.Şeirlərinin bir çoxunda kədər,hicran,ümidsizlik motivləri üstünlük təşkil etsə də,humanizm ideyaları aşılayan şairin əsərlərində realizm duyğuları güclüdür.Aşiqanə şeirləri Azərbaycan məhəbbət lirikasının qiymətli nümunələridir.Orijinal bədii təsvir vasitələrindən kamil sənətkar kimi istifadə etmiş,heca vəznində xalq danışıq dilinə uyğun üslubda yazdığı şeirləriylə Azərbaycan poeziyasını zənginləşdirmişdir.Bir əsr ömr sürümüş,1809-cu ildə Qazaxın Birinci Şıxlı kəndində vəfat etmişdir.

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  2. The Following 5 Users Say Thank You to AŞIQ-PƏKƏR For This Useful Post:

    Azerbaycan_Qizi (Thursday 24 December 2009-1), Bobi (Monday 16 August 2010-1), hedis (Wednesday 25 August 2010-1), janim_vatanim (Thursday 24 December 2009-1), yurd sevan (Monday 16 August 2010-1)

  3. #2
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 342,404
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    Qatar-qatar olub qalxıb havaya,
    Nə çıxıbsız asimana, durnalar!
    Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,
    Üz tutubsuz nə məkana, durnalar?

    Təsbih kimi qatarınız düzərsiz,
    Havalanıb ərş üzündə süzərsiz,
    Gah olur ki, danə-xuriş gəzərsiz,
    Gah düşərsiz pərişana, durnalar!

    Ərz eyləyim, bu, sözümün sağıdır,
    Yollarınız haramıdır, yağıdır,
    Şahin-şonqar sürbənizi dağıdır,
    Boyanarsız qızıl qana, durnalar!

    Əzəl başdan Bəsrə, Bağdad eliniz,
    Bəylər üçün ərməğandır teliniz.
    Oxuduqca şirin-şirin diliniz
    Bağrım olur şana-şana, durnalar.

    Bir baş çəkin dərdməndin halına,
    Ərzə yazsın, qələm alsın əlinə.
    Vidadi Xəstədən Bağdad elinə
    Siz yetirin bir nişana, durnalar!

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  4. The Following 5 Users Say Thank You to AŞIQ-PƏKƏR For This Useful Post:

    Azerbaycan_Qizi (Thursday 24 December 2009-1), Bobi (Monday 16 August 2010-1), hedis (Wednesday 25 August 2010-1), janim_vatanim (Thursday 24 December 2009-1), yurd sevan (Monday 16 August 2010-1)

  5. #3
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 342,404
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim



    Ey həmdəmim, gəl ki, gedər can durmaz,
    Sənsiz tutmaz söyləməyə dillər hey.
    Kəsilibdir, yoxdur səbrü qərarım,
    Bir saətim olub uzun illər hey.

    Heç bilmədim dövran necə dolandı,
    Yandı cismim atəşlərə qalandı.
    Könül şəhri gündən-günə talandı,
    İndi oldu bir xərabə çöllər hey.

    Həsrətindən əlif qəddim büküldü,
    cismim bəndi yerbəyerdən söküldü,
    Gözüm yaşı yol-yol oldu töküldü,
    Üzüm üstdən axdı qanlı sellər hey.

    Nə şirindir, məhəbbət tək zad olmaz,
    Ölənətən könül ondan yad olmaz,
    Müddətdir ki, məlul könlüm şad olmaz
    Məgər əsməz dost kuyindən yellər hey?

    Vidadi Xəstəyəm günlər sanaram,
    Dərd əhliyəm qəm hərfini qanaram,
    Qəriblikdə yada düşər yanaram:
    Aşna, yoldaş, yar, müsahib, ellər hey.

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  6. The Following 5 Users Say Thank You to AŞIQ-PƏKƏR For This Useful Post:

    Azerbaycan_Qizi (Thursday 24 December 2009-1), Bobi (Monday 16 August 2010-1), hedis (Wednesday 25 August 2010-1), janim_vatanim (Thursday 24 December 2009-1), yurd sevan (Monday 16 August 2010-1)

  7. #4
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 342,404
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar,
    Fəraqindən gəlir min qəm, qəmindən min fəraq artar.

    Nə qafilsən ki, mütləq ahi-dilsuzim əsər qılmaz,
    Sədayi-naləmə aləmdə munca göz-qulaq artar.

    Məni gər məst edibsən, saqiya, xoş halim ondandır,
    Dolandırdıqca cami-eşq dövründə əyaq artar.

    Qərəz cövrin ziyadi-tərki-eşq isə füzun eylə,
    Cərahət qalib olduqca təbibə iştiyaq artar.

    Vidadi Xəstəyəm məşhur halim dövri-hüsnündə
    Vəli yüz şükür ki, Can əksilir eşqi-məzaq artar.

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  8. The Following 5 Users Say Thank You to AŞIQ-PƏKƏR For This Useful Post:

    Azerbaycan_Qizi (Thursday 24 December 2009-1), Bobi (Monday 16 August 2010-1), hedis (Thursday 23 September 2010-1), janim_vatanim (Thursday 24 December 2009-1), yurd sevan (Monday 16 August 2010-1)

  9. #5
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,328,977
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Post

    AŞIQ-PƏKƏR, paylaşım üçün çox sağ olun. Sizin bir yerdə yalnışınız var, mövzunun başlığında Xəstə Vidadi yazmısız . Amma əslində Molla Vəli Vidadi olmalıdır. Xatırladım ki, ədəbiyyatımızda "Xəstə" təxəllüsü ilə yazıb-yaratmış aşıq Xəstə Qasım olmuşdur.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  10. The Following 3 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    AŞIQ-PƏKƏR (Monday 16 August 2010-1), Bobi (Monday 16 August 2010-1), yurd sevan (Monday 16 August 2010-1)

  11. #6
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 342,404
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    Mövzular içün sizin dərin baxışızdan qədirdanlıq və təşəkkür edriəm,Ama deməliyəm ki bu mövzünün baş səfəsində şairdən,MOLLA VƏLİ VİDADİ ad aparmışam,ama divanının hər bir yanında yalnız VİDADİ və artıqraq" XƏSTƏ VİDADİ"təxəlüsi edib. bu mövzü çoxlu şairlərimizin şeirlərində görünür.haman furumda,Seyyid Əli bin Harun bin Əbülqasim Hüseyni Qasimi Təbrizi dən ƏNVAR ad aparılıb,çün ki hami onu QASİM ƏNVAR,"ŞAH QASİM ƏNVAR"adı ilə tanıyır,netdə rahatraq axtarılmaq içün,baş mövzüda şailərin bütün ad vərindən təxəlüslərin yazıram.

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  12. The Following 3 Users Say Thank You to AŞIQ-PƏKƏR For This Useful Post:

    Bobi (Monday 16 August 2010-1), hedis (Wednesday 25 August 2010-1), yurd sevan (Monday 16 August 2010-1)

  13. #7
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 342,404
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    Dəli könül, gəl əylənmə qürbətdə,
    Bir gün olur vətən deyib ağlarsan,
    Yadlar ilə ömür çürür həsrətdə,
    Bir gün olur vətən deyib ağlarsan.

    Yaxşı gündə yarü yoldaş çox olur,
    Yaman gündə heç bulunmaz, yox olur.
    Yad ellərin tənə sözü ox olur,
    Bir gün olur vətən deyib ağlarsan.

    Mən görmüşəm bu qürbətin dadını,
    Yanıb-yanıb çox çəkmişəm odunu.
    Qəmlənirsən hər görəndə şadını,
    Bir gün olur vətən deyib ağlarsan.

    Oxuduqca qəmgin şeri-qəzəli,
    Köhnə yaraların bir-bir təzəli,
    Yada düşər keçən günün əzəli,
    Bir gün olur vətən deyib ağlarsan.

    Yada düşər bağçaların, bağların,
    Ala qarlı,boz dumanlı dağların,
    Qocalırsan keçər cavan çağların,
    Bir gün olur vətən deyib ağlarsan.

    Keçən günü bir-bir xəyal eylərsən,
    Dolar qəm könlünə məlal eylərsən.
    Gələndən-gedəndən sual eylərsən
    Bir gün olur vətən deyib ağlarsan.

    Hər məzara düşər olsa güzarın,
    Yada düşər ata-ana məzarın.
    Vidadi xəstə tək artar azarın,
    Bir gün olur vətən deyib ağlarsan

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  14. The Following 3 Users Say Thank You to AŞIQ-PƏKƏR For This Useful Post:

    Bobi (Monday 16 August 2010-1), hedis (Wednesday 25 August 2010-1), yurd sevan (Monday 16 August 2010-1)

  15. #8
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 342,404
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    Səba, əhvalımı bir-bir
    Varıb ol yarə ərz eylə.
    Qəmü dərdi-dilim şərhin
    Deyib, dildarə ərz eylə!

    Gedərsən kuyinə yarın,
    O qəddi-sərvi-rəftarın,
    Fəğanın bülbüli-zarın
    Güli-gülzarə ərz eylə!

    Desən mən zarü giryandan,
    Vücudi, bağrı büryandan,
    Dəmadəm tiği-hicrandan
    Ciyər sədparə, ərz eylə!

    Səba, gəl seyri-gülzar et,
    Gülü reyhanı bidar et
    Təbibə dərdim izhar et,
    Qəmi qəmxarə ərz eylə!

    Vidadi xəstə bimarın,
    Bəlayi-eşqdən zarın,
    Sözün müştaqi-didarın
    Yetir ruxsarə, ərz eylə!

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  16. The Following 3 Users Say Thank You to AŞIQ-PƏKƏR For This Useful Post:

    Bobi (Monday 16 August 2010-1), hedis (Wednesday 25 August 2010-1), yurd sevan (Monday 16 August 2010-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

molla vəli vidadi

molla vəli vidadi lirikası

Molla pənah vidadişah qasım ənvarasiq vidadiey həmdəmimvidadinin Durnalar seiriMolla Vəli Vidadi- belə qalmaz
SEO Blog

Tags for this Thread

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO