Aləmi-qəddarə əğyar ol,könül
Yar ilən yari-vəfadar ol,könül
Canı qurban eylə bərdar ol,könül
Vəhdətin kuyində pəndar ol,könül
MİRZA CAHANŞAH HƏQİQİ
XV əsr Azərbaycan tarixinə görkəmli şair,vətənpərvər müsətqil siyasi görüşlərə malik bir dövlət xadimi kimi daxil olan həqiqi(1397-1467)Cənubi Azərbaycanın Xoy şəhri yaxınlığındakı kənddə anadan olmuşdur.O,Qara Qoyunlular dövlətinin banisi Qara yusifin üçüncü oğludur.Həqiqi gənc yaşlarında şerə,musiqiyə,xüsüsən xalq ədəbiyyatına böyük həvəs göstərmiş,elmə və maarifə dərin rəğbət bəsləmişdir. Cahanşah Həqiqi hakimiyyət başına gəldikdən sonra qanlı müharibələrə son qoymuş,Qaraqoyunlu dövlətini möhkəmləndirməyə nail olmuşdur.O,bir sıra köçəri tərəkəmə adət və ənənələrinə qarşı çıxaraq,köçərilərin oturaq həyata keçmələrinə çalışmışdır.Cahanşah Həqiqi mütərəqqi fəaliyyəti və müstəqil siyasəti ruhanilər və bir sara qonşu dövlətlər tərəfindən düşmənçilik hissi ilə qarşılanmış,nəticədə o,1467-ci ildə Ağqoyunlular dövlətinin başçısı Uzun Həsənlə vuruşmalı olmuş,lakin mühasiriyə alınaraq öldürülmüşdür.
Cahanşah Həqiqi Azərbaycan və Fars dilində Qəzəl,Məsnəvi və Rübailər yazmış,olnların hamısını bir divana toplamışdır.O, dövrünün mütərəqqi idealarının təbliğatçısı,həqiqi eşqi və gözəlliyi tərənnüm edən bir şair kimi şöhrətlənmişdir.
Həqiqi Rübailərində Azərbaycanın ən böyük Fəlsəfi şairi İmadəddinNəsiminin təsiri göstərilmişdir.


LinkBack URL
About LinkBacks





Reply With Quote
