Gahdan bir yerlərə ayaq qoyursan kim gərək qoymayasan,gahdan bir yerdə danışırsan kim gərək danışmayasan,susmaq yanı bir ağır suç,dinmək yanı sınmaq!olsun ancaq dağları dinlirəm,ancaq daşları dinlirəm.Bu söysəl özüm içün deyil,yalnış anlamayın!Bu söysəl başqa şairlərimizin haqqında,Füzulilər,Ənvarlar,Nəsimilər,... kimi İnsanlar,Bu söysəl Canların bu ölküyə qoyanların haqqında,Əhməd cavadlar,Almaz Ildırımlar,... kimi Ərənlər,Bu söysəl indiki Adı batmış şairlərin haqqında,Səid əhmədzadə ərdəbililər,Nadir Əzhərilər,Həsən Səfərilər,Həmidə Rəiszadələr,Vəhid Şükür Zadələr,...kimi Gor yanıb alçaq göstərilənlər!
Çox sadə olmağınada baxmayın,Sadəcə sözün anlaması çətindir,Çətin.
Şair elinə yanar
Eldə şairin danar
Onun ürək sözünü
Ürəgi yanan qanar
Şair Elə ağlıyar
Ürəgini dağlıyar
Elin yersiz gülüşü
Əlin-qolun bağlıyar
Şair yayda bürünər
El dalıca sürünər
Onun əkən çiçəgi
Yüz il sonra bilinər
Şair elin buraxmaz
yad arxına o axmaz
Bir el kim heç,yarıda
Dönüb üzünə baxmaz!
Yad şairdən çəkinər
Qıçı axsar səkinər
Şair məhəbbət sözü
Ürəklərə əkinər
Şə-nim sözdən bilinər
Söz dalımca sürünər
Köksəm əski yaradan
İlan kimi bürünər
Laf söz düzdən bilinər
Yalan söz tez silinər
Şair öləndən sonra
El yanında dirilər
Tahir Sahibi Mətənəq Təbrizli
AŞIQ PƏKƏR


LinkBack URL
About LinkBacks





Reply With Quote
