+ Reply to Thread
1`dan(dən) 2`ə(a/ya/yə) qədər. Cəmi 2.

Mövzu: Hidayət

  1. #1
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 342,411
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim Hidayət

    Seyli-sirişkim ilə yağış qıldı macəra
    Utanmadı o qətrə dənizdən zehi-həya


    Zülfeyni aldı könlümi,ey dustlar mədəd
    Kim,oldu bir dəlü iki zəncirə mübtəla



    HİDAYƏT


    Şairin əsl adı Əfsəhəddin Hidayətüllahdır,”Hidayət”isə onun şeirdə işlətdiyi təxəllüsdür.XV əsrin sonlarına qədər Təbrizdə yaşamışdır.Ağqoyunluların böyük hökmdarı Uzun Həsənin(1423-1478)ölümündən sonra onun oğlu Əbülfəth Sultan Xəlil Bahadır xanın sarayında böyük əmir rütbəsinə qədər yüksəlmiş,az sonra onun qardaşı sultan Yəqubun sarayında xidmət etmişdir.
    Hidayətin istedadlı bir şair olması haqqında ilk məlumatı XV əsr alimi,şair və filosofu Cəlaləddin Dəvani”Əxlaqi Cəlali”adlı kitabında vermişdir.Daha sonra XVII əsr türk alimi Katib Çələbi”Kəşfüzzünün”əsərində Hidayətin divanını yad etmiş,Qafqazda Əbdülfəyyaz 1620-ci ildə yazdığı”Zəbdətül beytan”təzkirəsində şairin divanınndan nümünələr vermişdir.Hələlik elm aləmində şairin divanının dörd nüsxəsi məlumdur.Bunlar Dublinin”Çester Betti”,Oksfordun”Bodlian”kitabxanalarında, stanbulun “Topqapı sarayı” Muzeyində və londonda F.S.Stivensenin şəxsi kitabxanasında saxlanılan nüsxələrdir.


    Hidayət zəmanəsinə görə sadə Azərbaycan dilində şeirlər yazmışdır.şeirlərində xalq ifadə tərzi,sözlər və orijinal təşbehlər işlətmək bacarığı vardır.

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  2. The Following 2 Users Say Thank You to AŞIQ-PƏKƏR For This Useful Post:

    hedis (Sunday 12 September 2010-1), sensizolmaz (Monday 28 December 2009-1)

  3. #2
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 342,411
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    Səndən nə qəm kim,ey büti-dilcu yetər mana
    Aləmdə şadəm ol qəm ilə bu yetər mana

    Əğyarə yar olub,mana cövr etdigin nədir
    Qəsdin həla kim isə bu qayğu yetər mana

    Xaki-rəhin görüb,neydərəm sürməni,həkim
    Göz rövşənlığına bu daru yetər mana

    Gər fikrin axmağında isə ey yağış,bu gün
    Gör yaşımivü yağma ki,bu su yetər mana

    Baş oynayan Hidayət onunçün bəqa bulur
    Meydani-eşq içində bu cəldü yetər mana

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  4. The Following 2 Users Say Thank You to AŞIQ-PƏKƏR For This Useful Post:

    hedis (Sunday 12 September 2010-1), sensizolmaz (Monday 28 December 2009-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

Nobody landed on this page from a search engine, yet!
SEO Blog

Tags for this Thread

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO