Həyatı
Muradova Rübabə Xəlil qızı 22 mart 1933-cü ildə Ərdəbildə anadan olmuşdur.
Rübabə xanım Sabirabadda dram teatrında təhsil alıb. Ələsgər Ələkbərov isə təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət edi.
1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
Rübabə Muradova A.Zeynallı adına Bakı Musiqi Məktəbini (S. Şuşinskinin sinfini) bitirmişdir (1955).
1971-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülmüşdür.
Əsas partiyaları: Leyli ("Leylı və Məcnun" - Ü. Hacıbəyov), Əsli ("Əsli və Kərəm" - Ü. Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl"- M.Maqomayev), Şahsənəm ("Aşıq Qərib" - Z.Hacıbəyli), Sənəm ("Gəlin qayası" - Ş. Axundova) və s. Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı idi.
"Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
1983-cü ildə Bakıda vəfat edib.


LinkBack URL
About LinkBacks





Reply With Quote



