Görürəm ki forumun tənqid və təkliflər bölməsi bir müddətdi ki, passivdir.Buna görə də bu bölmədə yeni mövzu yaratmaq və sizin fikirlərinizi bilmək istədim.Bu sayt bildiyimiz kimi dilimizi inkişaf etdirmək və yaymaq üçün yaranıb(əsasən güneydə).Amma saytda bir çox mövzularda türkiyə(osmanlı) türkçəsində yazılar var.Mən düşünürəm ki biz azərbaycan türkcəsində danışsaq və müzakirə aparsaq daha doğru və məqsədə uyğun olar.bu o demək deyil ki türkiyə türkcəsi pisdir ,xeyir türkiyə türkcəsi türk dilləri içərisində ən çox tanınmış, ən çox yayılmış və ən çox inkişaf etmiş dildir. Sadəcə bizim dil türk dillərindən biridir və bu dili hər halda biz(əsasən də güneylilər) qoruyub saxlamalıyıq.Məncə digər türk dillərində danışmaqdansa onlardan yeni sözlər dilimizə daxil etməli və dillərimiz bir-birinə yaxın etməliyik.![]()


LinkBack URL
About LinkBacks




Reply With Quote










