+ Reply to Thread
1`dan(dən) 1`ə(a/ya/yə) qədər. Cəmi 1.

Mövzu: Göbələkli Yay Salatı

  1. #1
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,327,815
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Arrow Göbələkli Yay Salatı

    GÖBƏLƏKLİ YAY SALATI



    Tərkibi

    1 banka (təxminən 450 q və ya 3 stəkan) turşuya qoyulmuş göbələk (xırda, yumrulardan, adı şampinyondur)
    1 ədəd orta boy yerkökü
    1 ədəd kiçik qırmızı Bolqar bibəri
    1 ədəd kiçik sarı və ya portağal rəngi Bolqar bibəri
    1 ədəd kiçik yaşıl Bolqar bibəri
    1 ədəd orta boy turşu-xiyar
    1 ədəd orta boy təzə xiyar
    zövqə görə şüyüd
    1 ədəd orta boy baş soğan
    3-4 x. qaşığı limon suyu
    3-4 x.qaşığı zeytun yağı
    duz
    istiot

    1. Göbələkləri ortadan iki yerə kəsin.

    2. Yerkökünü suda yarım bişənə kimi qaynadın. Qabığını soyub, uzun-uzun və nazik doğrayın.

    3. Bibərləri və xiyarları (təzə xiyarın qabığını soyun) da uzun-uzun və nazik doğrayın. Şüyüdü də doğrayın.

    4. Soğanı soyun və yarı bölün. Sonra uzun-uzun və nazik doğrayın. Üstünə bir az duz səpin və əlinizlə soğanı ovun ki, acısı çıxsın. Sonra isə suya çəkib, suyunu tamamilə sıxın (orijinal reseptdə soğana qaynar su töküb sıxmaq məsləhət görülür. Mən duz metodunu daha çöx xoşlayıram).

    5. Bütün ərzaqları bir qaba qoyun. Üstünə limon suyu və zeytun yağı əlavə edin və zövgə görə duzlayıb istiotlayın. Qarışdırıb bir müddət soyuducuda saxladıqdan sonra süfrəyə verin. Nuş Olsun!




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  2. The Following 4 Users Say Thank You to Azerbaycan_Qizi For This Useful Post:

    azarbayjan (Saturday 13 February 2010-1), janim_vatanim (Wednesday 13 July 2011-1), memmed (Thursday 11 February 2010-1), yurd sevan (Saturday 13 February 2010-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

GÖBƏLƏKLİ YAY SALATI

yay salati

salati

SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO