Düşbərə
Düşbərə Bakı zonasının məşhur xəmir xörəklərindəndir.
Düşbərənin suyu əslində sümüklü qoyun ətini qaynadıb süzməklə hazırlanır. Düşbərələr bu ət suyunda bişir. Müasir mətbəxdə isə qoyun əti suyundan bir o qədər çox istifadə olunmur.Bunu əvəzinə müxtəlif üsullarla dadlandırılmış adi su istifadə olur.
Düşbərənin suyunu qaynayan suya bir az doğranmış pomidor əlavə edərək də hazırlaya bilərsiniz. Və ya, pomidorsuz, sadəcə bir az tomat, və ya sarıkök, və yaxud da ki, azacıq zəfəran suyu əlavə edərək. Bunlar asan əmələ gələn işlərdir. Əsas odur ki, bir qaşığa 7-10 düşbərə yerləşdirə biləsiniz. Onda olacaqsınız əsl düşbərəçiBunun üçün düşbərələrinizi bacardığınız qədər balaca edin.
4 - 6 porsiya üçün nəzərdə tutulub
Ərzaqlar
Xəmir Üçün:
2 stəkan əla növ un
½ çay qaşığı duz
1 yumurta
2/3 stəkan ilıq su
İçi Üçün:
250g çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı
1 ədəd kiçik baş soğan - xırda-xırda doğranmış
½ çay qaşığı duz
¼ çay qaşığı istiot
Suyu Üçün:
3 xörək qaşığı duru yağ və ya kərə yağı
1 ədəd kiçik baş soğan - xırda-xırda doğranmış
1 xörək qaşığı tomat
zövqə görə duz
8 stəkan su
Üstünə səpmək üçün:
xırda-xırda doğranmış təzə keşniş və ya quru nanə
Yanında süfrəyə vermək üçün:
sirkə-sarımsaq: üzüm sirkəsinəsinə bir neçə dilim əzilmiş sarımsaq əlavə edib qarışdırın.
1. Əvvəlcə xəmiri hazırlayın. İri qabda un, duz, yumurta və suyu qarışdrın. Alınan kütləni azacıq unlanmış taxta və ya masaya qoyub, əlinizlə xəmir yoğurun.Xəmir elastik olmalıdır. Xəmiri qaba qoyub, üstünü çay dəsmalı ilə örtün və kənara qoyun ki, xəmir dincəlsin. Bu müddət ərzində içi hazırlayın.
2. İçi hazırlamaq üçün, bir qaba əti, soğanı, duz və istiotu qoyub, yaxşıca qarışdırın.
3. Masanızı və ya taxtanızı unlayın, və xəmirinizi oxlovla 40 cm diametri olan çox nazik dairəyə açın.
4. Açdığınız xəmiri iti bıcaqla 2.5 cm-lik kvadratlara kəsin. Hər kvadratın ortasına bir çimdik iç qoyun.


LinkBack URL
About LinkBacks

Bunun üçün düşbərələrinizi bacardığınız qədər balaca edin.












Reply With Quote


