Novruz bayramının tarixindən
Novruz - bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala – qışın qurtarmasına və baharın gəliminə həsr olunur.
Nizami özünün “İskəndərnamə” poemasında Nüşabənin İskəndəri məhz edən Novruz bayramında qonaq çağırmasıdan, tonqal qalamasından və stola cürbəcür nemətləri qoymasından bəxs edir.
Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.
Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. QədimVavilonada bu bayram Nisanın (mart, aprel) 21 gün qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları (mərasim, ayin), öz əyləncələri mövcüd idi. Ilk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranmışdır.
Islam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Ancaq Novruzun islamdan da əvvəl yaranmasına görkəmli maarifçilərdən Fürdovsi, Rudaki, Avisenna, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Novruz Bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin “Siyasətnamə”sini, Ömər Xəyyamın “Novruznamə”sini və başqalarını qeyd etmək olar.
Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu, çünki hökümət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi.
Təbiətin, həyatın oyanması Novruzdan başlanır və azərbaycan xalqı bunu çox təntənəmi və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin üçüncü günləri Su Çərşənbəsi, Odlu Çərşənbə, Torpaq Çərşənbə və Axır Çərşənbə günləri qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbə od, üçüncü çərşənbə yer, dördüncü çərşənbə küləyin köməyilə ağaclar cücərir və baharın gəlməsindən xəbər verir. Xalq arasında elə təsəvvür yaranır ki, külək sudan da, oddan da, yerdən də güclüdür.
Çərşənbələrin içində ən vacibi axırıncı – axır çərşənbə axşamıdır və əsas qəziyyələr onda başlanır. Həmin gün qədim ənənələrlə zəngin olur, bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, şirniyatlar: paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, badambura və s. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üxvünə şam, boyadılmış yumurta qoyulur. Stolda yeddi növ yemək olmalıdır. Həmin gün hamı öz evində olmalıdir, ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də evə qayıtmalıdırlar.новруз
Həmin qədim ənənərlə, oyunlarla zəngirdir. Ən yayılmışı xalqı tərənnüm edən yaradıcılığının bütün janrlarından: nağıllar, hekayələr, dastanlar, lətifələr, məsxərlər və sair istifadə olunur. Qədim ənənələrdən “Xıdır İlyas” (məhsuldarlıq, çiçəklənmə rəmzi), “Kos-kosa” – meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.
Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi, odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl axırıncı Çərşənbə yaşından və cinsindən asılı olmayaraq, hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullamaqla bərabər bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə”. Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Deyulənə görə axırıncı Çərşənbə Gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətda ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içərdisə, onlar Təzə ildə bütün xəstəliklərdən uzaqlaşırdılar.
Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərin təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Hələ XIX əsrdə N.Dubrovin bu haqda belə yazmışdır: “Azərbaycanda Baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirirdi”. Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Şamaxı Adam Oleariy hələ 1637-ci ildə yazırdı: “Münəccim (astroloq) tez-tez arxasından qalxaraq, astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlühünü təyin edərək, gündüzlə gecənin bərabərlişdiyi anda elan etdi: “Təzə il gəldi” və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə Bahar bayramı başlandı.”
Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə yeddi növ xörək olmalıdır ki, adları da “S” hərifdən başlayır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa stola güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam od, işıq deməkdir hansı ki, insana bədnəzərdən qoruyur, güzgü aydınlıq rəmzidir. ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır.
Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il dərbədər olacaqsan.” Bir qayda ilaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.
Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini: quru və yaxud yağınlı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci günü – yaz, ikinci – yay, üçüncü – payız, dördüncü gün isə - qış sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı tə’yin olunurdu.
Novruz şən və sevimli bayramdır, xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır.
Yaxın və Orta Şərq mədəniyyətində özünəməxsus yeri olan «Novruz» mərasimi haqqında qədim əsatiri, dini, tarixi qaynaqlarda məlumatlar verilmişdir. Bu barədə çex alimi İozef Klima «Qədim Mesopotamiyada cəmiyyət və mədəniyyət» kitabında yazır: «Qədim Mesopotamiyada kənd təsərrüfatı ilinin başlanğıcı, gecə-gündüzün bərabərləşməsi, baharın gəlməsi ilə əlaqədar yeni il təntənələri ən mühüm, ən böyük ənənvi bayram kimi keçirilirdi. Bu təntənələr haqqında ən qədim məlumatı eramızdan əvvəl III minilliyin axırında Quden hökmdarı zamanındakı mixi yazılarında rast gəlirik. Bu məxəzə görə yeddi gün davam edən bayram şənliyindəki sinfi ayrı-ayrıseçkilik azalar, qul ağası ilə yan-yana gedər, qaravaş öz xanımı ilə bərabər olar varlı ilə yoxsul yanaşı oturardı».
Bundan sonrakı mənbələrdən birində isə ilin yazdan başlanması I Daranın (e.ə.505-ci ildə) hakimiyyəti dövrünə aid edilir. Bu dövrdə Əhəmənilər Zərdüşt səlnaməsini bərpa etmiş və yazın başlanğıcını Fərvərdin ayının birinci günündən hesablamışlar. Yeni ilin gəlişi «Avesta» təqvimi üzərində qurulmağa başlamışdır. XI əsr məşhur ərəb tarixçisi Əbu Reyhan Biruni bayramı Cəmşidlə əlaqələndirərək dünyəvi xüsusiyyətlər daşıdığını göstərmişdir. Yenə XI əsr alimlərindən Nizammülk «Siyasətnamə» əsərində, eləcə də Ö.Xəyyam «Novruznamə» əsərində mərasimdən bəhs etmişlər.
Vaxtilə Azərbaycanın ədib və alimlərindən N.Nərimanov, Y.V.Çəmənzəminli, Ə.Sultanlı, F.Köçərli, M.H.Təhmasib, M.Arif, Ə.Axundov, M.Seyidov, H.Quliyev və b. novruzla bağlı maraqlı mülahizələr söyləmişlər.
Görkəmli folklorşünas M.H.Təhmasib 1966-cı ildə «Ədəbiyyat və İncəsənət» qəzetində mərasimi Zərdüştiliklə bağlı araşdırmış alimlərin fikirlərinə qarşı çıxaraq, mərasimin mənşə etibarilə daha arxaik xüsusiyyətlərə malik olduğunu göstərir. Bundan bir neçə il sonra İranda S.Ə.Əncəvi çap etdirdiyi «İranda qış mərasimləri» adlı əsərində bəzi materiallarla çıxış etmişdir. Kitabın «Azərbaycanda və Həmədanda qış mərasimlər»i adlanan ikinci cildi bütünlüklə Güney Azərbaycanı və əhalisinin əksəriyyətini Azərbaycan türkləri təşkil edən Həmədan vilayətinin qış mərasimlərinin tədqiqinə həsr olunub. Əsərdə Səaləbi, Əbu Reyhan Biruni kimi alimlərə əsaslanıb, «Kosa-Kosa» oyununun hələ min il əvvəl xalq bayramı kimi çox məşhur olduğu göstərilib. Araşdırmalar təsdiq edir ki, «Novruz»la bağlı mərasimlər daha qədim olub, öz mənşəyi baxımından ibtidai icma quruluşunun inkişaf mərhələləri ilə bağlıdır. Qədim Oğuz tayfaları ilə bağlı məşhur bir əsatir də bunu göstərir.
«Novruz» bayramı təbiətlə bağlı su, od, torpaq, yel (hava) ilə bağlı dörd əsas arxaik xüsusiyyətləri özündə saxlamaqla, həmçinin həyat səhnələrinin cəmiyyətdə humanist insani münasibətlərin məntiqini ifadə edən bəşəriliyilə seçilir. Əski çağlarda təbiətin oyanması, havaların istiləşməsi ilə bağlı yaranmış nəğmələr, oyunlar, mərasimlər bayramın xalq yaradıcılığında kütləviliyini daha da artırmışdır.
Bayrama hazırlıq «Xıdır Nəbi»dən başlayır. Miladi tarixi ilə fevralın 8-9-da kiçik çillənin yarı olduğu vaxt keçirilən «Xıdır Nəbi» də «Novruz»qabağı keçirilən mərasimlərdəndir.
Mifik inamlara görə təbiətdə həyatverici qüvvələrlə ona qarşı qüvvələr arasında mübarizə gedir. Yunanlarda Dionis, hindularda Siva, slavyanlarda Dodoş, «Avesta»da Fravas yerə yaşıllıq, su, münbitlik gətirdiyi kimi bəzi türk xalqlarında, xüsusən Azərbaycan türklərində təbiətə həyat verən Xızrdır. «Xızr» sözünün kökü «xız» Azərbaycan dilində istilik deməkdir. Mifik görüşlərə görə Xızr istilik, yaşıllıq, İlyas isə su məbədidir. Su isə istilik, yaşıllığı yaradır. Xalq etiqadına görə «Xıdır İlyas», yaxud «Xıdır Nəbi» yazın gəlişini xəbər verir. Buna görə xalq yaradıcılığında:
Xıdır İlyas, Xıdır İlyas,
Bitdi çiçək, gəldi yaz. – deyirlər.
Qışın oğlan çağı – kiçik çillədən sonra «Ala çolpa», «Boz ay», yaxud «Bayram ayı» adlanan vaxtda dörd ünsür — su, od, torpaq, yellə bağlı çərşənbələr keçirilir. İnama görə çərşənbələrin hər birində dörd ünsürdən biri təzələnir. Bu mövsümdə bir sıra mərasimlər, adət-ənənələr icra olunur ki, bunlardan bəzilərinin qısa səciyyəsini qeyd etmək əhəmiyyətlidir.


LinkBack URL
About LinkBacks
canim azerbaycan






Reply With Quote