Aysel Novruz
(Azadlıq məhbusu)
Quş qədər azadlığın olsa
sədaqətsizləşərsən
Mənə pəncərəmə sadiq dibçək gərək, bacım
mən də istəmişəm atam olsun
bütün uşaqlar kimi…
Barmaqlarımı piano dillərində
qocalmış düşünmüşəm həmişə.
Onların xəyanəti gəlmədi ağlıma, bacım
mən də istəmişəm sevgilim olsun
bütün başqa qızlar kimi…
Vətəni olmur ki, qürbət vətəndaşının
Unvanımı pasportdan oxuyuram mən
İnami ölənin imanı olmur
Ölümü ümidlə sınayıram mən..
Yaşa, atam, yaşa
Gəl, sevgilim, gəl
Bitir məni yenidən
dünyaya təzədən gətir
Vətən axtarıram mən
Sədaqətsiz quş kimi
azadlıq məhbusuyam…


LinkBack URL
About LinkBacks





Reply With Quote
