+ Reply to Thread
1`dan(dən) 1`ə(a/ya/yə) qədər. Cəmi 1.

Mövzu: Novruz şirniyyatları

  1. #1
    Iraztürkün fabrik dostu janim_vatanim's Avatar
    Qeydiyyat
    Jun 2008
    Ünvan
    AZ
    İsmarıclar
    2,566

    Level: 43 
    Təcrübə: 3,396,852
    Next Level: 3,609,430

    Thanks
    5,423
    Thanked 7,761 Times in 2,493 Posts

    nb2 Novruz şirniyyatları

    Novruz şirniyyatları






    ŞƏKƏRBURA
    250 q əla növ buğda unu
    60 q ərinmiş yağ
    80 q üzlü süd
    1 ədəd yumurta
    8 q maya
    Duz
    İç üçün: 200 q badam və ya fındıq
    200 q şəkər tozu
    0,4 q hil

    Südü ilıq olana qədər qızdırın, maya, duz, yumurta, ərinmiş yağ və ələnmiş un qatıb bərk xəmir yoğurun. 1-1,5 saat saxlayın. Hər biri 50 qram olmaq şərtilə balaca kündələr edib 2 mm qalınlığında yayın, arasına iç qoyub kənarlarını vintvari bükün. Üzərinə müxtəlif naxışlar vurub, 160-180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
    İç üçün badamı və ya fındığı qovurub maşından keçirin, 1:1 nisbətində şəkər əlavə edib qarışdırın. Ətirli olması üçün döyülmüş hil qatın.


    BAKI PAXLAVASI
    250 q əla növ buğda unu
    60 q ərinmiş yağ
    80 q üzlü süd
    1 ədəd yumurta
    8 q maya
    0,4 q zəfəran
    0,2 q vanilin
    20 q bal
    İçi üçün:
    200 q badam və qoz ləpəsi
    200 q şəkər

    Xəmirin yoğrulması və için hazırlanması şəkərburada olduğu kimidir. Xəmiri 0,5 mm qalınlığında yayın. Tavanın dibinə yağ sürtüb xəmiri ora sərin. Üstünə 3-4 mm qalınlığında iç tökün. İçliyin üstünə ikinci xəmir qatını salıb yağlayın və yenidən içlik tökün. Bu prosesi 8-10 qata qədər davam etdirin. Sonra 10x4 sm ölçüdə romb şəklində paxlava kəsin. Üst qatına zəfəran şirəsi qatılmış yumurta sarısı çəkin. Hər paxlavanın ortasına yarım ləpə və ya püstə qoyub 180-200 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Hazır olmağa 15 dəqiqə qalmış üstünə şərbət və ya bal tökün.


    ŞOR QOĞAL
    30 q maya
    1 ədəd yumurta
    0,5 litr qızdırılmış süd
    1 kq un
    250 qr yağ
    İç: Buğda unu, duz, sarıkök, istiot, razyana, cirə, ərinmiş yağ.

    Şor qoğalı üçün kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır. Sonuncu laya yağ sürtülmür. Layları iri kvadratlara doğrayıb onları rulet kimi bükürsüz, burub yastıladırsız və kisəcik şəklinə salırsınız. Kisəciyin içinə iç qoyub, qıraqlarını yığırsız və kökə şəklinə salıb üzüqoylu yığırsız.
    Ortasında işarə barmaqla çuxur açıb bir az içdən qoyursuz. Səthinə çalınmış yumurta sürtülür, xaşxaş səpilir və 180 gr. selsiyada 20-25 dəq. bişirilir (qızaranadək
    ).



  2. The Following 5 Users Say Thank You to janim_vatanim For This Useful Post:

    Bobi (Friday 5 March 2010-1), memmed (Saturday 6 March 2010-1), time trial (Saturday 6 March 2010-1), Ulya (Saturday 12 March 2011-1), yurd sevan (Saturday 6 March 2010-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

azerbaycan sirniyyatlari

novruz sirniyyatlari

azeri sirniyyatlaripaxlava hazirlanmasiqoğalın hazırlanmasıNovruz şirniyyatlarıazerbaycan sirniyyatiazeri paxlavasiNovruz sirniyyatişor qoğal
SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO