Bir insan döyüşür
Burda bir insan döyüşür
aşırı bir insan
ağrını ağrıdan
odu yandıran
günəşi utandıran
bir insan,
aşırı bir insan,
gözlərində “hun” yuxusu ağırlardı
ürəyində “pəçənək” qövğası.
ağlardı
elinə
dilinə
yiyəsiz ulusuna
və yanardı.
Burda bir insan döyüşür
aşırı bir insan,
əlləri qandallı
gözləri bağlı
və yapayalnız
canı ovucunda
dünyanı dizə çökdürmüş bir insan
aşırı bir insan,
ürəyi okean
iradəsi atom çəkirdəyi
və baxışları alovu yaxardı.
Burda bir insan döyüşür
aşırı bir insan
əli-cebi bomboş
“Atilla” ürəkli,
mələklər ayağına düşmüş
məzlumluq alnının damğası
və üsyanı dilində zəncirləmşi bir insan
aşırı bir insan,
susması günəş tutulması
harayı atom partlyışı
və canı ovucunda
dünyanı dizə çökdürmüş bir insan
aşırı bir insan.
Həsən Səfəri


LinkBack URL
About LinkBacks





Reply With Quote