+ Reply to Thread
1`dan(dən) 1`ə(a/ya/yə) qədər. Cəmi 1.

Mövzu: Görəsən Onunda Sizdən Xoşu Gəlirmi??

  1. #1
    Iraztürkün fabrik dostu janim_vatanim's Avatar
    Qeydiyyat
    Jun 2008
    Ünvan
    AZ
    İsmarıclar
    2,566

    Level: 43 
    Təcrübə: 3,398,380
    Next Level: 3,609,430

    Thanks
    5,423
    Thanked 7,761 Times in 2,493 Posts

    nmn Görəsən Onunda Sizdən Xoşu Gəlirmi??







    Onunla yeni tanış oldunuz və ondan xoşunuz gəldi. Görəsən bu qarşılıqlıdır?


    Uzun zamandır təksiniz, biri ilə birlikdə olmayalı artıq xeyli vaxt olub. Daha bu vəziyyətin böhranını sovuşdura bilmədən yeni biri ilə tanış olursunuz. Birlikdə bir yerə gedir, birlikdə olmaqdan həzz alırsınız. Lakin əlaqənin etibarlı bir adı hələki yoxdur, bəs görəsən sizinlə yalnız yoldaşmı yoxsa sevgilimi olmaq istəyir? Bu problemin cavabını tapmaq üçün bəzi ipuclarına ehtiyacınız olacaq.

    Bir kişinin sizdən xoşlandığını anlamaq üçün lazımlı ipucları:

    • Onunla danışdığınızda üzü qıpqırmızı olar. (Ən əhəmiyyətli ipuclarından biridir gözdən qaçırılmaması lazımdır)

    • Sizə baxar, onun sizə baxdığı aydın olunca bir anda nə edəcəyini bilməyərək və başını başqa yönə çevirər.

    • Onun sizi izlədiyini hiss edərsiniz lakin onu heç cür sizə baxarkən yaxalaya bilməzsiniz.

    • Sizə fiziki olaraq yaxın olmağa çalışar, məsələn arada bir səhvən də olsa saçınıza toxunar.

    • Sizi çox diqqətli dinlədiyi halda heç cür nə demək istədiyinizi anlamaz.

    • Hər kəslə arası çox yaxşıdır, çox konuşkandır lakin siz gəldiyinizdə bir anda süd tökmüş pişiyə dönər.

    • Onunla hər yerdə təsadüfən qarşılaşarsınız ("Dünya yaman kiçikdir" sözü ağızından düşməz).

    • Sizi uzaqdan gördüyü zaman gülümsəyər lakin yanına getdiyinizdə siz orada yoxmuşsunuz kimi davranar.





    Yuxarıda sadalanan əlamətlər bir kişinin xanımdan xoşu gəldiyini və ona ürəyini aça bilmədiyini göstərir. Qısaca desək əgər onun hərəkətlərində dəyişikliklər sezilirsə deməli bu əbəs yerə deyil..


    Bir qadının sizdən xoşu gəldiyini anlamaq üçün lazımlı ipucları;

    • Gözlərinizin içinə diqqətli və uzun uzun baxar.

    • Siz ətrafdaykən üzü həmişə qıpqırmızı gəzər.

    • Ayaqlarını üst-üstə atdığında siz daim qarşısında olarsınız və qıçları bir önə bir arxaya doğru yellənər. Bu stresli olduğunun bir göstəricisidir.

    • Diqqətinizi çəkmək üçün daim yüksək səslə danışar.

    • Daima dodaqlarını yeyər.

    • Dik oturmağa çalışar beləcə daha xoş görünəcəyini düşünər.

    • Dırnaqları həyəcandan dişlərinin arasındadır.

    • Əlinizə, qolunuza ya da çiyininizə səhvən toxunar.

    • Boyunbağısı ya da biləyi ya da üzüyü ilə, yəni üstündə hansısa bir bijüteriya varsa onunla oynayar.

    • Sizə baxarkən saçları ilə oynamağı da unutmaz

    • Tünlük içindəykən belə o həmişə sizinlə danışar və siz təkmişsiniz kimi davranar.

    Last edited by janim_vatanim; Saturday 20 March 2010-1 at 01:55 AM.

  2. The Following 4 Users Say Thank You to janim_vatanim For This Useful Post:

    Bobi (Saturday 20 March 2010-1), donakperoff (Saturday 3 April 2010-1), miyanali (Friday 4 February 2011-1), oktay (Saturday 20 March 2010-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

oglanlar qizlara xoslandigini

yalniz onunla

SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO