+ Reply to Thread
1`dan(dən) 4`ə(a/ya/yə) qədər. Cəmi 4.

Mövzu: Məhəbbət niyə qurtarır?

  1. #1
    Iraztürkün fabrik dostu janim_vatanim's Avatar
    Qeydiyyat
    Jun 2008
    Ünvan
    AZ
    İsmarıclar
    2,566

    Level: 43 
    Təcrübə: 3,398,396
    Next Level: 3,609,430

    Thanks
    5,423
    Thanked 7,761 Times in 2,493 Posts

    Question Məhəbbət niyə qurtarır?


    Münasibətin başladığı ilkin vaxtlarda bir-birini dəlilər kimi sevən iki insanın sonradan bir-birinə qarşı niyə soyuduğunu və gözünə ancaq problemlərin görünməyə başladığının hamımız bəzən şahidi oluruq. Bəs sizcə problemlər nədən yaranmağa başlayır ? Bu nöqtəyə gəlməmək üçün cütlükdə hər iki tərəfə məsuliyyət düşür. Əgər məhəbbətinisin sonuna qədər davam etməsini istəyirsinizsə bəzi xırdalıqlara diqqət yetirməlisiniz.

    Amerika statistikaçıları və araşdırmaçıları ikili münasibətləri rəqəmlərdə belə əks etdiriblər. Onlara görə məhəbbətin ömrü 3 ildir. Fərdlər arasındakı eynitərzli sex`in həzz müddəti 6 aydır. Sadə cinsi ehtirasın cəzbediciliyi isə 3 aydır. Onların fikrincə sonuna qədər davam edən insanlar arasındakı bağlılıqdır. Amma buda cəmisi 5 il çəkir. Rəqəmlər çox pessimist görünür. Amma bu statistic göstəricilər demək deyil ki, hamıda belə olur. Bu cəmi 35% lik bir qismə aiddir.
    Bəs siz bu 35% içində olmamaq üçün nə etməlisiniz.


    “Onsuzda mənimdir” düşüncəsindən uzaqlaşın.

    Münasibətlərin əksəriyyətində ilk bir neçə ay keçdikdən sonra tərəflər artıq bir-birinə alışırlar. Bəzən bu alışqanlıq arxayınçılığa çevrilir və qarşı tərəfin xoşuna gəlmək cəhdləri bir müddətdən sonra tamam dayanır. “Onsuzda birlikdəyik və artıq o mənimdir” deyə fikirləşmək çox səhv bir düşüncə tərzidir. Münasibətinizi qorumaq istəyirsinizsə onu daim bir uşaq kimi fikirləşin. Uşağınıza bir meçə il baxıb sonra isə “Əşi onsuzda öz-özünə böyüyür” deyib məsuliyyəti boynunuzdan atmaq düzmü olardı? Sevginizə sahib çıxın, daim danışın. Öz münasibətiniz haqqında müzakirələr edin, bir-birinizə qarşı diqqətli olun, problemləri böyüyüb həll olunmaz hala gəlmədən öncə danıçaraq yoluna qoyun

    Ona da məsuliyyət verin

    Əgər qarşınızdakı insan yumşaq desək bir qədər “əhli kef”dirsə bu o demək deyil ki, bütün məsuliyyət sizin boynunuza düşür. Məhəbbət necə ki, başlayanda iki nəfərlik idi eləcə də axıra kimi iki nəfərlik olmalıdır. O da sevginin yalnız xoş anlardan ibarət olmadığını anlamalı, bu anları həmişə belə təravətli saxlamaq üçün nələri etməli olduğunu bilməlidir. Münasibəti yalnız başınıza idarə etməyə çalışmayın, çünki bu sizi çox tez yorar və sondakı reaksiyanız lazım olandan daha sərt və üsyankar ola bilər. İmkan verin qarşı tərəf də bu münasibət çün lazımlı olduğunu və sevdiyini əlində saxlamaq üçün nəvaziş göstərməli olduğunu və səy göstərməli olduğunu anlasın.


    Köhnə sevgilinin “kölgəsini” yox edin

    Bəzən tərəflər münasibətdə köhnə xatirələrin və sevgilinin kölgəsinin hiss edirlər. Burada da köhnə və yeni arasında müqayisə başlayır. Hansı daha yaxşıdır, görən hansı mənə daha çox dəyər verir deyə fikirləşməyə başayırsınız. Yenidən qayıtmağınızı istəyən köhnə sevgiliniz və sizi yenidən kəşf edən yeni sevgiliniz. Əgər seçimdə çətinlik çəkirsinizsə inanın bu yeni sevgilinizin heç xoşuna gəlməyəcək. Qərarsızlığınızla qayıdıb və ya gəlmək istəməniz onu tamam həvəsdən sala bilər və o sizin yolunuzda mübarizə aparmadan belə çəkilə bilər. Məsləhətimiz budur ki, “Bir suda iki dəfə çimmək olmaz” misalına uyğun hərəkət edin. Köhnə xatriləri yada salmaqdansa əlinizdə olanın yaxşı tərəfərini qabartmağa səy göstərin.


    Qarşınızdakını olduğu kimi qəbul edin

    Bəzən tərəflər böyük yanılğı içərisində qarşı tərəfi öz əsarətinə almaq və onu dəyiştirməyə çalışırlar. Ola bilər ki, bəzi fərqlilikləriniz olsun, məsələn o daha ciddidir siz daha zarafatcıl, o daha cəsurdur siz utancaq. Belə ayrılıqlarla xöşbəxt olmaq olar. Əgər doğrdan sevirsinizsə. Amma bəzi fərqlilikər var ki, onlarla münasibəti qoruyub saxlamaq daha çətindir. Əgər sizin dünyaya baxışınız, gələcəkdən gözlədiyiniz, dünya görüşünüz, intellectual səviyyəniz bir-biriylə uyuşmursa sizin üçün daha çətin olacaq. Əgər çox güclü sevgi yoxdursa, müəyyən zamandan sonra fərqli tələbatlar insanları bir-birindən ayırır. Ona görə münasibətin əvvəlindən onu olduğu kimi qəbul etmək və nə vaxtsa dəyişdirəcəyini ümidiylə müvəqqəti razılıq əldə etməyə çalışmayın. Sevginizi şikayət etmədən olduğu kimi qəbul edin



  2. The Following 2 Users Say Thank You to janim_vatanim For This Useful Post:

    Bobi (Thursday 25 March 2010-1), memmed (Tuesday 23 March 2010-1)

  3. #2
    AKtiv üzv Beralus's Avatar
    Qeydiyyat
    Dec 2010
    İsmarıclar
    244

    Level: 26 
    Təcrübə: 105,782
    Next Level: 125,609

    Thanks
    131
    Thanked 935 Times in 243 Posts

    Əsas seçim

    Məhəbbət niyə qurtarır?

    qurtarmaz, başqa formaya keçər

  4. The Following 3 Users Say Thank You to Beralus For This Useful Post:

    Bobi (Saturday 19 February 2011-1), oktay (Friday 18 February 2011-1), yurd sevan (Friday 18 February 2011-1)

  5. #3
    Iraztürkün ən aKtiv üzvü oktay's Avatar
    Qeydiyyat
    Jun 2009
    İsmarıclar
    277

    Level: 30 
    Təcrübə: 264,868
    Next Level: 300,073

    Thanks
    1,118
    Thanked 1,072 Times in 275 Posts

    Əsas seçim

    Sitat Beralus tərəfindən İsmarıcı oxu
    qurtarmaz, başqa formaya keçər

    enerji gibidir.heç zaman bitmez yalnız deyişiler!

  6. The Following 2 Users Say Thank You to oktay For This Useful Post:

    Bobi (Saturday 19 February 2011-1), yurd sevan (Friday 18 February 2011-1)

  7. #4
    AKtiv üzv Beralus's Avatar
    Qeydiyyat
    Dec 2010
    İsmarıclar
    244

    Level: 26 
    Təcrübə: 105,782
    Next Level: 125,609

    Thanks
    131
    Thanked 935 Times in 243 Posts

    Əsas seçim

    enerji gibidir.heç zaman bitmez yalnız deyişiler!
    tam doğru. Yəni materiyanın 3-cü forması)))

  8. The Following 3 Users Say Thank You to Beralus For This Useful Post:

    Bobi (Saturday 19 February 2011-1), oktay (Friday 18 February 2011-1), yurd sevan (Friday 18 February 2011-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

qiz nece qurtarir

qizlar nece qurtarir

qız oğlan münasibətləriqızla oğlan münasibətləriməhəbbət niyə qurtarırgizlar nece gutariroqlan qizi nece opurOglan qizi nece opurkisiler nece qurtarir
SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO