+ Reply to Thread
2 səhifədən 1-cisi 1 2 SonuncuSonuncu
1`dan(dən) 10`ə(a/ya/yə) qədər. Cəmi 11.

Mövzu: Molla Nəsrəddin

  1. #1
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 341,913
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim Molla Nəsrəddin

    Molla Nəsrəddin
    (1208-1284)



    Xalqın elmləri ikidir: həqiqətdir ki, onu təhsil eyləməkdə aciz olur və
    batildir ki, onun təhsili faidəverməz.
    Vazeh


    علم خلق بر دوگونه باشد،حقیقت که بر تحصیل آن عاجز ماند،باطل که تحصیلش بی فایده باشد
    میزا شفیع واضح


    وقتی نام ملا نصرالدین به گوش ما می رسد ،ناخود آگاه به یاد حکایتهای خنده دار و شیرین وی می افتیم.به گونه ای که تصور می کنیم آن حکایات تنها برای سرگرمی و تفریح ما به رشته ی تحریر در آورده شده اند.بسیاری ملا را فردی ابله، ساده و عوام می پندارند.اما تناقضی پیش می آید بدین گونه که:چگونه فردی به این ساده گی قادر به تحریر درآوردن چنین کتاب پند آموزی شده است. برای مقابله با این تناقض ،متأسفانه در برخی از مقاله ها ،شخصیت ملا نصرالدین را غیر حقیقی خوانده اند و او را زاییده ی تخیل نویسنده ای بزرگ ولی گمنام خوانده اند!این نویسنده ی بزرگ و گمنام برای بیان داستانهای خود از شخصیت ساده و ابله ملا استفاده کرده است!اما واقعیت
    همواره همانی نیست که به نظر می رسد،مقاله ی زیر خلاصه ی چند مقاله ی علمی ست که از نظر گذرانده می شود:



    ملا نصرالدین ،تولد به سال 1208 میلادی و وفات به سال 1284.م. یکی از بزرگترین متفکران و عالمان ترک ،که تقریباً زندگانی وی مصادف با حضور دو عالم بزرگ دیگر به نام های شمس تبریزی(وفات 1247)ومولانا جلال الدین(1207-1273)بود.این سه عالم بزرگ در مدت زمان زندگانی مشترک،بارها همدیگر را زیارت کرده اند


    مشکلات زمان که از بیدادی حکومت تیمور بیگ گرفته تا ریا و تزویر زاهدان و عالم نماها همگی مسؤلیتی در برابر این عالمان قرار داده که هر یک به نوبه ی خود سعی در مقابله با این شرایط و رسوایی زاهدان و ظالمان زمان داشته اند.با اینکه مثل ها و حکایات یاد شده از این سه بزرگوار به دلیل تداخل زمانی و ملاقات های چندی که اشاره شد،تا حدی شبیه به هم بوده اند.اما هریک در رساندن مقصود خود شیوه ی به خصوص خود را برگزیده اند


    زبان شمس،زبانی بود که به غیر از چند خواص فیلسوف و عارف ،کس دیگری قادر به درک مقصود عارف نبود.به گونه ای که خود شمس بر این موضوع واقف بوده


    "او کيشی اوچ خط يازدی،
    بيرين او اوخويويب باشقاسی يوخ،
    بيرسين هم او اوخيوب هم باشقاسی،
    بيرسين نه او اوخودی نه باشقاسی؛
    او اوچونجی خط منيديم"


    مقالات شمس تبریزی


    ترجمه
    آن مرد سه گونه خط نوشتی
    يکی او خواند لاغير
    يکی هم اوخواند وهم غير
    يکی نه او خواند نه غير او
    آن خط سوم منم


    شمس تبريزی


    اما زبان مولانا کمی نسبت به شمس سهل تر بود به گونه ای که قابل درک به نسبت بیشتری از طبقات جامعه بود.اما در این میان ملا نصرالدین برای بیان مقصود خود شیوه ای برگزید که سخن او از فیلسوفان تا عامیان قابل فهم باشد.سخنان عامیانه و به ظاهر ساده ی ملا نصرالدین دارای فلسفه ی پیچیده ومنطق قوی بوده اند.به گونه ای که خود مردم عادی با دیدن موضوع،شرایط را سنجیده و خود پی به اصل موضوع ببرند.اما در زمانی که مردم حتی با چنین شیوه ی عامیانه قادر به درک سخنان فیلسوفانه ی ملا نیستند ،موجبات عذاب وی گشته


    حکایت:روزی ملا در مسجدی مردم را پند می داد وطبق معمول از طنز خاص خود برای فهماندن اصل موضوع مردم را نصیحت میکرد،اما با چندین بار تکرار متوجه می شود که مردم فقط به خاطر شخصیتی که از ملا در ذهن سپرده اند میخندند و نه به اصل مطلب پی میبرند.اینجاست که ملا با همان شیوه ی معمول می گوید


    ای مردم زمانی که ملا برای شما سخن می گوید و شما دهان باز مانده،چشمان بسته و سر به سوی آسمان دارید و آنگاه که آب دهان و بینی و چشم شما از شدت خنده در هم آمیخته شما بر ملا نمی خندید ،اگر آئینه ای در بر داشته باشید خواهید فهمید که بر که می خندید!اما با هر بار تکرار کردن این نطق مردم بیشتر می خندیدند که شرایط اسفناک زمان او را بیشتر معلوم می کند


    هر چند که محل ولادت ملا به طور واضح آشکار نیست،اما شکی نیست که از یکی از سرزمینهای ترک برخاسته است..با این حال خلاصه ی کتابهای او به چندین زبان فارسی و عربی و... ترجمه شده است و شخصیتهای زیادی به پیروی از وی مشکلات جامعه را با حکایات طنز به میان کشیده اند.از جمله میتوان به سید عظیم شیروانی،میرزاعلی اکبر طاهر زاده ،عبدرالرحیم بای حق وئردئیف،علی قلی غم گسار،محمد سعید اردوبادی ،معجز شبستری و... اشاره کرد

    لازم به ذکر است که در سال 1906 میلادی در تفلیس این اثر به چاپ رسیده و ازسال 1906 تا 1918 در همان شهر تا 340 بار به تجدید چاپ رسیده،در سال 1922 تا 1931 چهار بار در تبریز این اثر به چاپ رسیده است.وچیزی در حدود 400 بار در باکو به چاپ مجدد رسیده است


    Səkkiz əsrə yaxındır ki, onun adı gələndə Anadoludan tutmuş, Çinə qədər uzanan böyük bir ərazidə yaşayan türklər istər-istəməz gülürlər. Çünki onun adını eşidən kimi adamın yadına özündən asılı olmayaraq, onunla bağlı hansısa lətifə düşür. Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda və Azərbaycanda,Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəsdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq. Söhbət türk dünyasının məşhur oğlu, insanlara sağlam, mənalı gülüş bəxş edən və söylədikləri ilə həm də onları düşündürən Molla Nəsrəddindən gedir. Bu insan müxtəlif ləhcələrdə danışan və bir-birindən minlərlə kilometr uzaqlarda yaşayan türklərin hamısı üçün doğma, başqa sözlə, özününküdür. Belə ki, Anadoluda məhəbbətlə onu Nəsrəddin Xoca, Azərbaycanda Molla Nəsrəddin, Orta Asiyada - Türküstanda Xoca Nəsrəddin adlandırırlar. O, elə əfsanəviləşib ki, özbək onun Özbəkistanda, qazax Qazaxıstanda, tatar Tatarıstanda, türkmən Türkmənistanda, azərbaycanlılar Azərbaycanda anadan olduğunu güman edir. Əslində Molla Nəsrəddin həm azərbaycanlı, həm özbəkistanlı, həm anadolulu, həm tatarıstanlıdır. Yəni harada türk yaşayırsa o da oralıdır. Nə qədər adı mifik bir şəxs kimi çəkilsə də, o, güldürərkən düşündürən və türk mədəniyyətinin tarixinə adını əbədi həkk etdirən bir şəxsiyyətdir. Onun dodaq qaçıran hər lətifəsində dərin bir məntiq var. Təəssüf ki, Molla Nəsrəddinin lətifələrindəki insanı heyrətə salan yığcamlıq və məntiq indiyədək tam araşdırılmayıb. Dünyada Molla Nəsrəddin kimi güldürən və eyni zamanda düşündürən, hər sözündə ən məşhur elm adamını belə, heyrətə salan elmi, fəlsəfi məntiqi olan ikinci bir şəxs tapmaq çətindir. Onun lətifələrində ən çətin bir vəziyyətdən çıxış yolu var. Molla Nəsrəddinin böyüklüyü də məhz bundadır.



    Bu postu ayrı yerdə farsı yazmağıma görə,daha türküyə döndərmədim.

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  2. AŞIQ-PƏKƏR Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    hedis (Sunday 12 September 2010-1)

  3. #2
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 341,913
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    AŞI MOLLANIN, BAŞI MOLLANIN



    Bir molla çayın kənarında əyləşmişdi, gördü ki, suyun
    üzü ilə çay axını bir neçə motal üzüb gəlir. Tez soyunub girdi suya, motalların ikisini tutdu, ikisi də ona yaxınlaşdı.
    Molla əlindəkilərin hərəsini bir ayağına keçirtdi, yaxınlaşan iki motalı da tutdu. Gördü ki, uzaqdan bir motal da gəlir, əlindəkilərdən birini dişinə alıb onu da tutdu. Bu zaman suda bir motal da göründü. Ancaq molla nə qədər can atdısa,
    altıncı motalı tuta bilmədi.
    Çaya gələn bir kişi əl uzadıb motalı tutanda, molla fısfısla dedi:
    - A kişi, motala şərikəm a!..
    Odur ki, deyiblər:
    Aşı mollanın, başı mollanın,
    altıdan beşi mollanın,
    yerdə qaldı bir dənə,
    onda da var işi mollanın.

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  4. AŞIQ-PƏKƏR Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    hedis (Sunday 12 September 2010-1)

  5. #3
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 341,913
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    CAVAB


    Keçmiş zamanlarda uşaqlar mollaxanalarda oxuyanda, əvvəlcə onlara çərəkədən (Qur'anın otuzuncu cüz,i) dərs verirdilər. Çərəkə də hüvəlfəttahül-əlimdən başlayıb, əmməyetəsaəlunə surəsində qurtarırdı.
    Hansı uşaq ki, çərəkəni oxuyub başa vurdu, molla üçün mütləq xələt gətirməli idi. Xələtin dəyəri uşağın valideyninin qüvvəsindən asılı idi. Lap azı bir kəllə qənd, bir dəst köynəktuman, bir manat da pul olmalı idi.
    Kasıb bir kişinin oğlu da mollaxanada oxuyurdu. Uşaq
    Əmmə sürəsinə çatanda molla üçün heç nə gətirmir. Molla tez bir kağıza yazıb uşağın atasına göndərir. Kasıb kağızı açıb oxuyur:
    «Söylə bir, fikrin nədir?!
    Oğlun çatıbdır Əmməyə!»
    Kişi də kağızın ardında bu sözləri yazıb mollaya göndərir:
    «Əhmədin fikri budur: Pul yoxdur versin mollaya!»

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  6. AŞIQ-PƏKƏR Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    hedis (Sunday 12 September 2010-1)

  7. #4
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 341,913
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    QAZI VƏ XORUZ


    Qazının həyətində axsaq bir xoruz var idi. Bir gün
    Həyətdə eşələnərkən xoruz bir manqur («qara yarım
    Qəpiklik») tapır. Xoruz manquru dimdiyinə götürüb həyətin ortasına qoyur və banlamağa başlayır:
    «Quqqulu-qu, bir dənə manqur tapmışam!» Qazı adamlarını göndərdi, manquru xoruzdan aldılar.
    Xoruz yenə banladı: «quqqulu-qu, qazı mənə möhtacmış»
    Qazı adamlarına dedi: «Aparın, xoruzun manqurunu
    qaytarın»
    Xoruz manquru alıb yenə banlamağa başladı:
    «Quqqulu-qu, qazı məndən qorxarmış!»
    Qazı yenə öz adamlarına dedi: «Bu xoruz məni təngə
    Gətirdi. Gedin, başını kəsin, bişirib plovun üstünə qoyun.
    Onu yeyəcəyəm».
    Xoruzun başını kəsəndə o yenə bərkdən banlayıb dedi:
    «Quqqulu-qu, nə iti bıçaqmış!»
    Xoruzun başını kəsəndən sonra qazana salıb bişirdilər.
    Xoruz qazanda da banladı: «Quqqulu-qu, nə isti hamamdır!»
    Plovu bir böyük nimçəyə çəkib xoruzu üstünə qoydular.
    Xoruz banladı: «Nə ağca təpədir!»
    Qazı xoruzu parçalayıb yeməyə başladı. Çeynəyib
    udanda xoruz banladı: «Nə darca küçədir!» ..Xoruz
    plovqarışıq qazının qarnına düşəndə bir də banladı:
    «Quqqulu-qu, nə lehmə dərədir!»
    Qazı o qədər yedi ki, qarnı partladı. Xoruz qazının
    qarnından çıxıb banladı: «Quqqulu-qu, qazının qarnı yırtıldı, mənim canım qurtuldu!»

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  8. AŞIQ-PƏKƏR Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    hedis (Sunday 12 September 2010-1)

  9. #5
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 341,913
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    ALLAH QƏZƏBİ


    Şəhərdən kənar bir ibadətgahda bir abid gecə-gündüz
    Ibadətə məşğul idi. Qardaşı şəhərdə yaşayırdı, özü də məşhur tacir idi. Bunun qızına kasıb bir oğlan aşiq olub, ona elçi göndərmişdi. Amma qızın atası «oğlan kasıbdır» deyə, qızını ona verməmişdi. Qızın atası başa düşmüşdü ki, qız da oğlanı istəyir. Buna görə də qızını abidin yanına göndərir ki,
    bir qədər əmisinin yanında qalsın, ondan tərbiyə alsın ki, bəlkə bu sevda başından çıxsın.
    Bir gün oğlan bu işdən xəbər tutur, gizlincə qız olan
    Yerə gedir. Abid namaz qılan zaman oğlan qapını açıb içəri girir. Qız oğlanı görcək qalxır, onunla qucaqlaşıb öpüşür.
    Qızın əmisi namaz üstə nə qədər «Allahü-əkbər»
    Deyirsə də qız oğlandan ayrılmır. Abid namazını qılıb
    Qurtaranadək oğlan qaçıb gedir. Abid qardaşı qızını
    Məzəmmət etməyə başlayanda qız deyir:
    - Əmi, məgər sən bizi görürdün?
    Əmi hirslənir:
    - Bu boyda da zurna-balabanı görməmək olar?
    - !Qız gülüb deyir:
    - Amma mən səni görmürdüm. Özün bilirsən ki, aşiq
    ancaq mə,şuqunu görər. İncimə əmi, əgər sən həqiqi allah aşiqi olsaydın namaz üstündə bizi görməməli idin. Deməli, sən yalançı aşiqsən!
    Qardaşı qızının sözləri abidə bərk tə'sir edir, şələküləsini yığışdırıb qızla bərabər şəhərə gəlir və qardaşına deyir:
    - Mən gördüyümü görmüşəm, qardaş! Qızı həmin
    oğlana verməliyik. Yoxsa allah ikimizə də qəzəb elər.

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  10. AŞIQ-PƏKƏR Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    hedis (Sunday 12 September 2010-1)

  11. #6
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 341,913
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    QAZI ATLI, ƏZRAİL PİYADA


    Bir gün şəhərin qazısı öz evinin qabağında nə isə
    axtarırdı. Küçə ilə keçən bir atlı qazıya salam verib soruşdu:
    - Qazı sağ olsun, nə axtarırsan?
    Qazı dedi:
    - Əlimdən bir manat pulum yerə düşüb, onu axtarıram.
    Atlı cibindən bir manat pul çıxarıb qazıya verdi və dedi:
    - Qazı ağa, daha axtarma, keç evinə.
    Atlı gedəndən sonra qazı öz-özünə dedi: «Nə yaxşı
    oldu! Hər yoldan keçəndən bir manat alsam, Məkkə işim düzələr». Bu qayda ilə qazı hər yol keçəndən bir manat alırdı.
    Artıq qazının kefi kök idi. Amma ayaq üstə dayanmaqdan yorulmuşdu, gedib evdən bir kətil götürdü, qapı ağzında qoyub əyləşdi.
    Qazı bu asan qazanca dadandı. Gündə otuz-qırx manatı vardı. Yavaş-yavaş camaat qazının kələyini
    başa düşdü. Daha qazı yaşayan küçədən heç kim keçmədi.
    Qazı o biri küçələrə dadandı. Axırda xalq zinhara gəlib allahın yanına şikayətə getdi. Allah onların şikayətini eşidib Əzrailə hökm elədi ki, gedib qazının canını alsın. Əzrail siyahısını açıb gördü ki, hələ qazının ömrünə qalıb. Ərz elədi:
    - Xudaya-xudavənda! Qazı bizim adamdır, bizim
    hesabımızca hələ on səkkiz il yaşamalıdır. İndi onun canını alsaq, səndə hörmətdən düşərsən, mən də!
    Allah fikirləşib dedi:
    - İndi ki, iş belədir, get ona bir qulaq burması ver,
    qorxut ki, daha camaatı soymasın.
    Əzrail insan şəklində yerə enib qazının qabağından
    keçdi və salam verdi. Qazı tez əlini uzadıb ona dedi:
    - Bir manat ver!
    Əzrail əbasının altından qanadını qazıya göstərdi:
    - Mən insan deyiləm, Əzrailəm! Xəlayiq səndən
    Şikayətçidir. Məni allah göndərib ki, canını alım. Amma mən girdim qanının arasına, səni ölümdən qurtardım. İndi də gəlmişəm səni xəbərdar edim ki, daha jamaatdan pul yığmayasan, yığdıqların bəsdir.
    Qazı dedi:
    - Ya Əzrail! Axı öyrənmişəm belə asanlıqla pul
    qazanmağa, ondan əl götürsəm, evim yıxılar ki!
    Əzrail dedi:
    - Ay axmaq qazı, həkimliyə keç. Həkimlər ki, pis
    qazanmır. Elə sabahdan e'lan elə ki, sən həkimsən, səni hansı xəstənin üstünə apardılar, qorxma, get. Mən də orda olacağam. Ancaq nə vaxt gördün ki, xəstənin başı üstəyəm,
    deməli o, bu gün-sabah öləcəkdir. Balaca dərman yaz ver, çıxanda da adamlarına de ki, artıq xərc-xirac eləməsinlər, xəstə iki-üç günlükdür, öləcəkdir. Elə ki gördün, naxoşun ayaq tərəfindəyəm, deməli, sağalacaq. Xəstənin adamlarını sevindir, onlara ürək-dirək ver. Bu qayda ilə məşhur həkim olarsan, pulun da artar. İndi mən getdim, xudahafiz.
    Qazı Əzrailin dediyi kimi etdi, düz on səkkiz il məşhur
    Həkim oldu.
    Bir gün qazı gördü ki, qapı açıldı, Əzrail girdi içəri.
    Qazı soruşdu:
    - Niyə gəlmisən?
    Əzrail dedi:
    - Elə şey yoxdur. Başın tərəfə keçəcəyəm!
    Qazı gördü ki, iş xarabdır, dedi:
    - İndi ki, belədir, qoy sən deyən olsun. Ancaq möhlət
    ver, dörd rük'ət namaz qılım, sonra canımı al!
    Əzrail razı oldu. Qazı dedi:
    - And iç ki, dörd rük'ət namaz qılıb qurtarmamış
    Mənim canımı almayacaqsan.
    Əzrail allaha and içdi. Qazı durub dəstəmaz aldı,
    canamazı salıb iki rük'ət namaz qıldı, sonra canamazı yığdı.
    Əzrail dedi:
    - Elə niyə? İki rük'ət də qıl!
    Qazı dedi:
    - Hələ vaxtım yoxdur, vaxtım olanda qılaram. Xoş
    getdin!
    O vaxtdan bəri qazı heç meyit namazı da qılmır ki,
    Birdən Əzrail görüb sinəsinə qonar. Odur ki, deyirlər:
    - Qazı atlı olub, Əzrail piyada...

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  12. AŞIQ-PƏKƏR Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    hedis (Sunday 12 September 2010-1)

  13. #7
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 341,913
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    MOLLA KİTABDAN KİTABA SALAR


    Bir kişinin inəyi itmişdi, axtara-axtara deyirdi:
    - İlahi, elə et ki, inəyim nə mollaya, nə də seyidə rast
    Gəlməsin.
    Bunu eşidən bir nəfər soruşdu:
    - Qardaş, bu nə sözdür deyirsən?! Necə yə'ni mollaya
    rast gəlməsin?
    İnəyi itən kişi belə cavab verdi:
    - İnək kimə rast gəlsə, həmin adam allahdan qorxacaq, soraqlaşıb özümə qaytaracaq. Amma molla tayfası onu kitabdan kitaba salıb halal eləyəcək və qaytarmayıb yeyəcək.
    Seyid olsa, lap pis. Deyəcək: «Cəddi göndərib!

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  14. AŞIQ-PƏKƏR Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    hedis (Sunday 12 September 2010-1)

  15. #8
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 341,913
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    ABBASINI ÖZÜN AL


    Birisi keçəlin boynuna bir sillə vurmuşdu. Keçəl qazının yanına şikayətə getdi. Sillə vuran adamı tapıb gətirdilər. Qazı kitabını açıb bir qədər vərəqləyəndən sonra keçələ dedi:

    - Boynunun ardında sillənin yeri qalmadığı üçün ondan bir abbası ala bilərsən.
    Bu söz keçəlin xoşuna gəlmədi. Dikəldi və qazının
    boynuna bir sillə vurub dedi:



    - Mən tələsirəm, abbasını ondan özün al!

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  16. AŞIQ-PƏKƏR Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    hedis (Sunday 12 September 2010-1)

  17. #9
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 341,913
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    GÖRÜNMƏYƏN İŞ


    Bir kişi pis qonşusunun əlindən cana doymuşdu. Getdi
    qazının yanına, başına gələnləri danışandan sonra köməklik istəyib dedi:
    - Deyirlər ki, qonşun pisdir, köç qurtar, amma mən
    Köçə bilmirəm. Bu sinnimdə köç-külfəti, oğul-uşağı haraya aparım?!
    Qazı bir kitab açdı, baxandan sonra dedi:
    - Kitabda səbir göstərilir. Qonşunun da ömrünə az
    qalıb, səbir eylə.
    Şikayətçi soruşdu:
    - Axı nə qədər qalıb?!
    Qazı dedi:
    - Qırx il.
    Kişi mə'yus halda evinə qayıdıb əhvalatı arvadına
    danışır və başına döyüb ağlamağa başlayır: «Mən bu zillətə qırx il necə dözəcəyəm?!»
    Arvad deyir:
    - Kişi, səbir elə, allah kərimdir!
    Gəlin də gəlib qayınatasına təsəlli verir. Kişinin qızı da, oğlu da təsəlli verib deyirlər:
    - Ata, allah kərimdir, səbir eylə!
    Gecəni kişi birtəhər yatır. Səhər xəbər çıxır ki, pis qonşu ölüb.
    Kişi ayağa qalxıb qazının yanına gedir və deyir:
    - Hərçənd mən xətadan qurtardım, amma axı sən
    Alimsən... Alimlər də yalan danışar? Sən buyurmuşdun ki, qonşun hələ qırx il yaşayacaq, amma səhər durub gördüm ki,
    qonşum ölüb. Bu necə işdir?
    Qazı deyir:
    - Düzünü bilmək istəsən, bu işə mən də məəttəl
    qalmışam. Pis adam bu tezliklə ölsün, görünməmiş işdir...

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  18. AŞIQ-PƏKƏR Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    hedis (Sunday 12 September 2010-1)

  19. #10
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 341,913
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    FƏRMANLI PİŞİK


    Bir kişinin bir oğru pişiyi var idi ki, sahibini lap boğaza
    yığmışdı. Bir gün kişi pişiyi tutub, əl-ayağını saqqızla taxta parçasına yapışdırır və onu çaya buraxır. Demə ki, bu çayın bir qolu xəlifə Harunər-Rəşidin həyətindən keçirmiş. Harun çayda çimərkən pişiyi görüb təəccüb elədi, əmr verdi, pişiyi tutub gətirdilər. Pişiyin ayaqlarının saqqızla taxtaya yapışdırılması Harunu daha da heyrətləndirdi. Əmr elədi, pişiyin əl-ayağını taxtadan ayırıb təmizlədilər. Sonra xəlifə:
    «Pişik Harunun azadkərdəsidir, hər kəs ona əziyyət versə, böyük tikəsi qulağı boyda ediləcəkdir!» Fərmanını yazdırıb pişiyin boynundan asdırdı. Pişiyi buraxdılar.
    Pişik gəzə-gəzə gəlib keçmiş sahibin evini tapdı. Kişi
    gördü ki, pişiyin boynuna nə isə bağlanıb, açıb oxudu.
    Xəlifənin fərmanından xəbərdar olcaq arvadına dedi:
    - Yığış, arvad, buradan köçək. Biz pişiklə fərmansız
    bacara bilmirdik, indi fərmanla ona neyləyə bilərik?!
    Kişi avadanlığını bir arabaya yığıb bir baş xəlifənin
    hüzuruna sürür və ərz edir:
    - Evi verdim pişiyə, indi göstər haraya köçüm!

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  20. AŞIQ-PƏKƏR Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    hedis (Sunday 12 September 2010-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

Molla Nəsrəddin

molla nəsrəddin inək

SEO Blog

Tags for this Thread

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO