+ Reply to Thread
1`dan(dən) 1`ə(a/ya/yə) qədər. Cəmi 1.

Mövzu: Həbibi

  1. #1
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 342,404
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim Həbibi

    Həbibi

    Məşhur Azərbaycan şairi, böyük Füzulinin ustadlarından sayılan Həbibi Göyçayın Bərgüşad kəndində dünyaya gəlmişdir. Uşaq yaşlarından çobanlıq edən Həbibi hazırcavablığı ilə Ağqoyunlu hökmdarı Sultan Yaqubun məmurlarndan birinin diqqətini çəkmiş və beləliklə sultan sarayına düşmüşdür. Ağqoyunluların süqutundan sonra Şah İsmayılın dəvəti ilə Səfəvilər sarayına gəlmiş və burada "Məlik üş-şüəra" rütbəsi almışdır.


    XV əsrin sonu XVİ əsrin əvvəllərində yaşayıb-yaradan Həbibi təxminən 1470 ci ildə Göyçayın Bərgüşad kəndində dünyaya gəlmişdir.Uşaq yaşlarında quzu otararmış.Təsadüfi bir hadisə nəticəsində Ağqoyunlu hökmdarı Sultan Yəqubun sarayına düşən Həbibi burada bir şair kimi yetişmək imkanı tapır.Ağqoyunluların süqutundan sonra şair Səfəvilərin sarayında da hörmətlə qarşılanmış,Şah ismayıl Xətayının sarayında"Məlik üş-şüəra"rütbəsi qazanmışdır.Həbibinin ahəngdar poetik dili,bədii üslubu,şeirlərindəki sadəlik və əlvanlıq,səmimi hisləri ecazkar bir şəkildə ifadə etmək qabiliyyəti ona Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir mövqe qazandırmışdır.Şairin əsərləri tan halda əldə yoxdur.Həbibinin irsindən məlum olan 42 şeir nümunəsinə Ə.Məmmədov 5 şeir də əlavə edərək,1980 ci ildə çap etdirmişdir.

    Gər səninçün qılmasam çak, ey büti-nazikbədən,
    Gorum olsun şol qəba, əgnimdə pirahən-kəfən.


    Çıxmaya sevdayi-zülfün başdan, ey məh, gər yüz il,
    Üstüxani-kəlləm içrə tutsa əqrəblər vətən.

    Gərçi şad olman dəxi, ey dil, bundan böylə kim,
    Çün məna həmdəm olan sənsən, nə sən olgil, nə mən.

    Düşdi şəbnəm bağə, gəl, ta gül nisar etsün sana,
    Səbzənin hər bərginə bir dür ki, tapşurmuş çəmən.

    Ey könül, eşq əhlinə hər dəm gülərdin şad olub,
    Mən deməzmidim ki, danla ağlıyasıdır gülən?

    Necə diklənsün Həbibi, sənsiz, ey əndamı gül,
    Kim batar cisminə təndə hər tük olmuş bir tikən.

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  2. AŞIQ-PƏKƏR Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    hedis (Sunday 12 September 2010-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

ədəbi dilin bədii üslubu

Həbibi

Həbib Sahiri

bərgüşad

həbibi şair

agqoyunlularin suqutu

SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO