+ Reply to Thread
1`dan(dən) 1`ə(a/ya/yə) qədər. Cəmi 1.

Mövzu: Badımcan,Bibər və Pomidor dolması.

  1. #1
    Professional Ulya's Avatar
    Qeydiyyat
    May 2010
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    352

    Level: 29 
    Təcrübə: 218,268
    Next Level: 242,754

    Thanks
    1,568
    Thanked 1,585 Times in 350 Posts

    Əsas seçim Badımcan,Bibər və Pomidor dolması.

    Badimcan, Bibər və Pomidor dolması.

    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
    4-6 porsiya üçün nəzərdə tutulub
    Ərzaqlar
    6 ədəd kiçik badımcan (təzminən 12 cm uzunluğu, 4 cm diametri olan)
    6 ədəd yaşıl Bolqar bibəri
    6 ədəd pomidor
    duz
    istiot
    1-2 xörək qaşığı ərinmiş yağ və ya duru yağ

    İçi Üçün:
    4 xörək qaşığı ərinmiş yağ və ya duru yağ
    700 g çəkilmiş qoyun və ya mal əti (və yaxud ikisinin qarışığı)
    2 ədəd baş soğan - soyulub xırda -xırda doğranmış
    1 ədəd yaşıl uzun bibər - xırda doğranmış
    doğranmış pomidor içi * (reseptə bax)
    1 stəkan xırda doğranmış reyhan
    ½ stəkan bişmiş ləpə (1/4 stəkan quru ləpəni bir az duz qatılmış suda qaynadıb, bişirin)
    zövqə görə duz
    zövgə görə istiot

    1.Əvvəlcə tərəvəzləri hazırlayın.
    Badımcan: Badımcanları aşağıda verilən iki üsuldan birini istifadə edərək hazırlayın.
    Üsul 1: Badımcanın saplağını kəsin. Bıcaqla “qarnını” kəsin. İri qazanı suyla doldurun və qaynadın. Badımcanları qaynayan suya qoyub təxminən 2 dəqiqə ərzində pörtün. Sudan çıxardın və bir az soyudun. Soyuduğunda, əllərinizlə ovun ki, tumları çıxsın.

    Bibərlər: Bibərlərin saplağını şəkildə gördüyünüz kimi, yumruvari və saplağı bibərdən tamamilə ayırmamaq şərtiylə kəsin. İçinin tumlarını təmizləyin.
    Pomidorlar: Pomidorların saplağını şəkildə gördüyünüz kimi, yumruvari və saplağı bibərdən tamamilə ayırmamaq şərtiylə kəsin. İçini bıcaq və ya qaşığla oyub çıxardın. Təmizlədiyiniz içi atmayın - bunu ətli iç üçün istifadə edəcəksiniz*

    2. İndi isə içi hazırlayın. Bunun üçün tavada yağı qızdırın. Əti əlavə edib 3 dəqiqə ərzində, rəngi bir az dönənə qədər bişirin. Soğanı ətə əlavə edib, birlikdə təxminən 15 dəqiqə ərzində qızardın. Doğranmış pomidor* və bibəri əlavə edib, 5 qədidə də bişirin. Oddan kənara çəkin. Göyərtini əlavə edin. İstifadə edirsinizsə, ləpə də əlavə edin. Zövqə görə duz və istiot vurub qarışdırın.

    3. Badımcan, bibər və pomidorların içini bir az duzlayıb-istiotlayın. Bİbər və pomidorların “qapaqlarını” örtün. Tərəzəvləri dərin tavaya yığın. Üstünə 2 qaşıq ərinmiş yağ və ya duru yağ tökün. Tavanın qapağını örtüb dolmaları vam odda təxminən 35-40 dəqiqə ərzində bişirin. Nuş Olsun!
    Dur ayağa , Ya azad ol , Ya tamam yan , Azərbaycan !!!

  2. The Following 5 Users Say Thank You to Ulya For This Useful Post:

    Bobi (Friday 18 June 2010-1), BozKurt (Friday 18 June 2010-1), memmed (Friday 18 June 2010-1), tarkan (Friday 18 June 2010-1), yurd sevan (Saturday 19 June 2010-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

badimcan pomidor biber dolmasi

badımcan yeməkləri

pomidor badimcan biber dolmasi

badimcan biber pomidor dolmasi

badimcan biber dolmasi

pomidor dolmasi

pomidor badimcan dolmasi

badımcan dolması

badimcan-pomidor dolmasi

badimcan biber pomidor dolması

SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO