bu bölümdə sevgi rəvayətləri ya həman sevgi dastanlarini yayaq
TƏŞƏKKÜRLƏR
gelecek bizimdir (Wednesday 30 July 2008-1), tarkan (Wednesday 3 September 2008-1)
Salam. Mənim ilk sevgim 4 il bundan öncə olub. Mənim indi 21 yaşım var. 17 yaşında bir qızla tanış olmuşam. Onun əvvəllər məndən xoşu gəlmirdi, 4 ay keçəndən sonra o mənə səni sevirəm dedi və onunla biz görüşürdük. Bu sevgidən 1 il keçdi və bu söhbəti qızın anası bildi. Anası qızının məni sevməsini bilirdi ancaq buna razı deyildi. Mən qızın anasına pis baxmırdım, çünki o məni tanımırdı. Anası fikrində düzdə ola bilərdi səhvdə. Ancaq mən onu dəlicəsinə sevirdim və anasına bunu göstərmək istəyirdim. Ancaq o mənə heç inanmırdı və mənə neçə dəfə yolun ortasında üzümə nələr deyirdi. Ancaq mən ona cavab vermirdim. Mən onlara zəng edəndə anası götürür qızının evdə olmadığını söyləyirdi. Hətta bir aralar qızını heç məktəbə də buraxmırdı. Bu söhbətlər belə təkrar olunurdu və üstündən 3 il keçdi. Biz hələ də bir bir-birimizi sevirdik. Mən bir gün yəni 6 ay bundan qabaq qızla danışmaq istədim və ona zəng etdim. Anası gülərək mənə dedi: Qızımı birdə heç görməyəcəksən. Mən inanmadım çünki, qabaqlar da mənə belə deyirdi. Ancaq mən onun rəfiqəsinə zəng edib bu sözün doğru və ya yalan olduğunu soruşdum. Rəfiqəsi mənə bu sözün doğru olduğunu söylədi. Anası qızını rusiyaya qardaşının yanına göndərib və üstündən 6 ay keçib. Mən onunla heç cür əlaqə saxlaya bilməmişəm. Mən hələ də buna inana bilmirəm, bu mənə yuxu kimi gəlir.. Mənim ilk sevgim belə olub.
gelecek bizimdir (Wednesday 30 July 2008-1), tarkan (Wednesday 3 September 2008-1)
Məni atıb gedən oğlana vəfasızlıq etdim. Gülməli səslənir elə deyilmi? Əvvəl o məni atıb getdi. Mən də düz bir il gözlədim onu. Sonra mənə dəyər vermədiyini, məni saymadığını düşünüb bir anlıq hirslə bir oğlana cavab verdim. Peşmanam amma geri yolum yoxdur. Olsa belə qayıtmazdım. Elə davranır ki, elə bil hər şeyin günahı məndədir. Özündə heç bir günah görmür. Mən onu günahlandırmıram, amma istərdim ki, özünü bir az da mənim yerimə qoysun. Bu bir ildə mənim çəkdiklərimi bəlkə də heç kim çəkməyib. Onu elə sevirəm ki... indi qorxuram. Bu məhəbbət bütün həyatımı alt-üst etdi. Özümü məhv etdim. Məhv etməyə də davam edirəm. Davam edəcəyəm də, o günə qədər ki, artıq yer üzündə heç kimə inamım qalmayacaq. O günə qədər ki, ürəyim tamam daşlanacaq.
Nə isə.. Bir dənəm sənə bircə sözüm var. Bilirəm bu yazımı oxumayacaqsan. Amma yenə də yazıram. Səni hələ də dəlicəsinə sevirəm. Ömrüm boyu sevəcəm. Bilirsən niyə vəfasız çıxdım? Yadındadır? Həmişə sənə deyirdim ki, sənə yalvarmaqdan qorxuram. Bax, sənə yalvarmamaq üçün bu addımı atdım. Sənin heç nədə günahın yoxdur. Tək günahkar mənəm və bu günahımın cəzasını özüm özümə verəcəm. Sən də, bütün tanışlarda eşidəcək bu cəzanın səs-sədasını. Hamınız eşidəcəksiniz. Son bir işim qalıb bu dünyada. Onu da həll edib.. Nə isə.. Əlvida.. Səni ölənəcən sevəcəm...
gelecek bizimdir (Wednesday 30 July 2008-1), tarkan (Wednesday 3 September 2008-1)
Sevgimi sənə necə anladacağımı bilmirəm. Amma bildiyim tək bir şey səni dəlicəsinə çox sevdiyimdir. Səninlə elə birləşdim ki, ayrılmaq deyil qopa belə bilmirəm səndən.
Nə səni buraxa, nə də özümü sənsiz hiss edə bilmirəm. Bunların heç birini edə bilmirəm. Çünki artıq düşünə bilmirəm.
Dərrakəmə, mənliyimə o qədər yerləşmişsən ki, səni ordan çıxartmaq imkansız. Bəlkə də özümü kiçik sanıram. Sevgidə kiçik olma söz anlamı olsa belə sevə-sevə sənin üçün hər addımı atıram. Səni o qədər çox sevdim ki, artıq sevgim səndən belə üstündür.
Səni sevdiyimi dağlara, daşlara qısaca olaraq hər yerə, bütün kainata qışqırmaq istəyirəm. Səni sevirəm, səni sevirəm, səni sevirəm.. Bu kəlimə toplularını dəfələrlə sənin üçün, yalnız sənin üçün təkrarlaya bilərəm. Bilirsənmi, səni sevdiyimdən bəri artıq çevrəmdəki hər şey gözümə daha gözəl daha xoş və daha da ümid verici gəlməyə başladı. Çünki onlar səni mənə xatırladır. Dağlar kimi səndə həmçinin içimdə çox böyük əl çatılmaz bir zirvədəsən.
Zirvəyə sadəcə biri çıxa bilər sənin həyatında; O bir nəfər isə mən olmaq istəyirəm, zirvədə tək mən; MƏN və SƏN... Su kimi şəffafsan amma içimdəkiləri də alıb götürürsən. Yol kimi sənin də sonun yoxdur. Yəni səni sevmənin sonu yoxdur... Bunun belə olaraq haraya qədər davam edəcəyini təbii ki bilmirəm. Bunu mən anlaya bilmərəm. Amma bunu bil ki, səninlə birgə ölümdən belə qorxmaram!!! Sənsiz keçən bir günü deyil bir saniyəni belə düşünməz oldum. Sən mənim, mənliyim, varlığım, həyatım, gələcəyim, çılğınlığım, sevincim, mükəmməlim, qısacası hər şeyim hər şeyimsən. Sənsiz bir həyatın oksigensiz yaşamaqdan fərqi yoxdur. Aldığım nəfəsdə, içdiyim suda, hərəkət etdiyim yolda, hər şeydə sən və səndən izlər var.
Səni Sevirəm, Səni Sevirəm, Səni Sevirəm...
İmza: [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]( İBRAHİM ) - e-Mail: [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]•
gelecek bizimdir (Wednesday 30 July 2008-1), tarkan (Wednesday 3 September 2008-1)
Onunla ilk tanışlığımız 2003-cü il iyun ayının 7-də internet klubda olub. İlk tanışlığımızda da olmasa, sonralar onu dəlilər kimi sevmişəm. Xeyr dəlilər kimi deyil necə varsa eləcə sevmişəm. Deyim ki gözəl idi onun üçün, deyim ki varlı idi onun üçün? Xeyr! Heç nə gözümdə olmayıb onu sevəndə. Heç nə. Sevgim o qədər saf idi ki, hər şeyə üstün gəlirdi. Özümdən xəbərsiz sevmişəm onu. Elə özümdən xəbərsiz də itirmişəm indi. Onun üçün bütün dostlarımdan oldum. Dünyada "Allahımdan" sonra yeganə varlıq sayıb qibtə etdiyim "Anam"ın qəlbini qırmışam onun üçün. Sevgim məni çox sındırıb. Onun qarşısında sındırıb. Bilirdi və indi də bilir ki, onu çox sevirəm, nə desə onu etməyə hazıram, amma ki mənim sevgimi cavabsız qoydu. Onu sevib əzab çəkdiyim üçün heyfsilənmirəm, sadəcə ona heyfsilənirəm ki, bu üç ildə çəkdiyim əzabları, gözümdən tökülən yaşların hara qoyub getdi o hara? Necə qıydı mənə? Onu sevən ürəyimi necə qırdı. 24 May 2005-ci il tarixində saat 20:23 radələrində telefonuma zəng gəldi, o idi. Açmaq istəmədim amma ki necə açmaya bilərdim. Bu gün mənə son sözünü deyəcəkdi. Və dedi də. Məni sevmədiyini söylədi, heç bir cavab vermədim. Axı verə də bilməzdim, nə sözü var idisə o hamısını dedi. Ağlamaqdan başqa çarəm qalmadı. Ağladım bu günə kimi də ağlayıram. 3 ildir ağlayıram nə oldu hə nə? Heç bir şey. Elə göz yaşlarından başqa heç nə qalmadı mənə.
O qədər inanırdım ki ona, heç vaxt başqalarının sözünə qulaq asmırdım. Məni yandıran odur ki, axı necə məni sevməyə-sevməyə mənə elə şirin sözlər deyirdi. Mənə ümid verirdi? Yəni o qədər qəddardır ki, incə bir məxluqun qəlbini qırır. Nə bilim indi hər kəsdən hər şey gözləyirəm. Bilirsən ay sevgilim səni sevdiyimi heç vaxt dana bilmərəm, çünki səni gizlin sevməmişəm. Unuda da bilmirəm səni, çünki məndə bu gün elə internet klubda işləyirəm və hər ayağımı kluba atanda sən, sən sevgilim yadıma düşürsən. İndi cavab ver. Necə unudum səni hə necə? Bir vaxtlar deyərdin ki mən sənin "gözəl xanımınam" bəs indi məni kimə verirsən hə, kimin gözəl xanımı olum hə? Sən bütünlüklə ürəyimi əlimdən almısan. Ürəyimi sənə vermişəm indi geri istəyib götürsəm də geri qayıtmaq istəmir mənim əzizim. Gec deyil qayıt nə olar qayıt mənə. Səni əvvəlkindən də çox istəyirəm. Halbuki sən buna layiq deyilsən. Xeyr istəmirəm geri dönməyini çünki artıq dönsən belə çox gec. Səni sevən ürəyim artıq məhv olub, orada sənə yer qalmayıb. Bircə dönməyini onun üçün istəyirəm ki, geri qayıdasan və mən də səni qəbul etməyim. Onda görəsən mənim necə əzab çəkdiyimi, çünki onda sənin də sevdiyin səni sevməyəcək. Necə ki sən məni sevmədin. Sənə heç vaxt xəyanət etməmişəm, axı nə üçün məni atdın, nə üçün? Sevmirdin əvvəlcədən deyərdin. Niyə bu vaxta kimi susurdun hə? Bu sual iki gün bundan əvvəl çox maraqlı idi mənim üçün. Amma ki indi yox. İndi deyirəm ki artıq sən mənim olmadığın kimi, mən də sənin deyiləm. Halbuki bütün günü deyərdim ki, mən səninəm mənim Sevgilim. Heyf mənim sevgimə. Bu sənə yazdığım son məktubdur! Oxusan da saq ol, oxumasan da. Çünki oxuyanlar olacaq və sənə səni tanımasalar da nifrət edəcəklər. Nifrət hissi isə hər şeydən üstün olur. Heç vaxt qarşılaşmağımızı arzulamıram. Əgər nə vaxtsa qarşılaşsaq təki gözlərimiz qarşılaşmasın. Bunun üçün hər gün yalvarıram, çünki mən bu əzaba dözə bilmərəm.
gelecek bizimdir (Wednesday 3 September 2008-1), tarkan (Wednesday 3 September 2008-1)
ürəksəkdən təssüf eliyirım.
özünü üzmə düzdür çöx çətindir.
amma yaşam hələ dəvam eliyir.
gələcəğə düşün.
---------------------------------------------------------------------
gelecek bizimdir (Wednesday 3 September 2008-1), sensizolmaz (Friday 5 September 2008-1)