+ Reply to Thread
1`dan(dən) 3`ə(a/ya/yə) qədər. Cəmi 3.

Mövzu: B. Vəhabzadədən 2 gözəl şeir.

  1. #1
    Professional Ulya's Avatar
    Qeydiyyat
    May 2010
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    352

    Level: 29 
    Təcrübə: 217,761
    Next Level: 242,754

    Thanks
    1,568
    Thanked 1,585 Times in 350 Posts

    Post B. Vəhabzadədən 2 gözəl şeir.

    NAĞIL HƏYAT

    Anam olsan belə, ay anam, xeyli,
    Səndən gileyliyəm, səndən gileyli...
    Sən duymaq, düşünmək öyrətdin mənə,
    Duyub-düşünməkdən azad olaydım.

    Danışmaq öyrətdin sən öz körpənə
    Nola, mən anadan lal doğulaydım.


    Dilini bir ilə öyrəndim... nahaq!..
    Öz dilim özümə kəsilib yağı.
    Bütün ömrüm boyu çalışdım, ancaq
    Öyrənə bilmədim danışmamağı...
    Başıma bəladır mənim öz dilim,
    Dənizəm, üzümə durub sahilim.


    Yerimək öyrətdin tutub əlimdən,
    Dolaşdım aranı, dolaşdım dağı.
    Balana yerimək öyrədincə sən,
    Gərək öyrədəydin yıxılmamağı...


    Fikirlər yığılır beynimdə qat-qat,
    Cavablar qorxulu, suallar-yasaq.
    Həyatı qanana ögeydir həyat,
    Onu qanmayana doğmadır ancaq.


    Məni incidirlər bəzən qəsd ilə,
    Ertəsi hər şeyi unuduram mən.
    Girəvə düşəndə zalimə belə
    Zülm edib, kam almaq gəlmir əlimdən.


    Ana, quduzlaşır həyat, ilbəil,
    Dalayır puç olan ümidlərimi.
    Niyə isti deyil, mehriban deyil
    Bu amansız həyat qucağın kimi?..
    Hardasan, ay ana, bir gəl, mən yenə
    Bəlalı başımı qoyum dizinə.
    Mənə nağıl danış, dayansın anlar,
    Görüm, nağıldakı o qəhrəmanlar
    Cütbaşlı divləri nə təhər yıxır,
    Nə təhər gizlənib, tilsimdən çıxır.


    Bir danış, hardadır, görüm səadət?
    Bizim yurdumuza o niyə gəlməz?
    Danış, danış görüm, Məlik Məhəmməd
    Zülmətdən işığa necə çıxdı bəs?


    Danışma, ay anam, danışma, kiri,
    Beynimə batmayır bu əfsanələr.
    Divlər görmüşəm ki, nağıl divləri,
    Onların yanında toyuğa bənzər.


    Nadanlar görmüşəm, öz yolundakı
    Dikə eniş deyir, düzə dik deyir.
    Tülkülər görmüşəm, öz qolundakı
    Dəmir zəncirlərə bilərzik deyir.


    Atasını söyən, yada baş əyən
    Rəhbərlər görmuşəm, qəddar, amansız.
    Tikana gül deyən, gülə kol deyən
    Qarılar görmüşəm dinsiz, imansız.


    Quldurlar görmüşəm, özgə yer deyil,
    Yurdunu talayıb, asudə yatmış.
    Tacirlər görmüşəm, simuzər deyil,
    “Malades” sözünə Vətəni satmış.


    Dünyanı biləndən, duyandan bəri
    Mənim gözlərimdən düşüb həyat da.
    Nağılda gördüyüm qorxunc şeyləri,
    Həyatda görmüşəm, anam, həyatda
    .

    Dur ayağa , Ya azad ol , Ya tamam yan , Azərbaycan !!!

  2. The Following 7 Users Say Thank You to Ulya For This Useful Post:

    azarbayjan (Monday 2 August 2010-1), Bobi (Monday 2 August 2010-1), janim_vatanim (Tuesday 3 August 2010-1), memmed (Monday 2 August 2010-1), natus (Wednesday 27 July 2011-1), OGUZ (Tuesday 3 August 2010-1), yurd sevan (Monday 2 August 2010-1)

  3. #2
    Professional Ulya's Avatar
    Qeydiyyat
    May 2010
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    352

    Level: 29 
    Təcrübə: 217,761
    Next Level: 242,754

    Thanks
    1,568
    Thanked 1,585 Times in 350 Posts

    Əsas seçim

    GÖRƏN HARA GEDİR

    Qorxu kölgəsinə sığınmış bu gün
    Sədaqət, dəyanət, məhəbbət, ALLAH.
    Yalan hakim olub, böhtan gözətçi,
    Çürüyür zindanda həqiqət, ALLAH.


    Əyri əyriliyi yeridir daşa,
    Keçib əyrilikdə hamıdan başa.
    Doğru həsrət qalıb isti bir aşa,
    Görən hara gedir bu millət, ALLAH.


    Həftələr dəyişdi, günlər dəyişdi,
    Tərəflər dəyişdi, yönlər dəyişdi.
    Qiblələr dəyişdi, dinlər dəyişdi,
    İtə ot verilir, ata ət, ALLAH.


    Ünvanı dəyişib rəzalətin də,
    Qaymaq da satılır şor qiymətində.
    İndi sədaqətin səltanətində,
    Əyləşib hökm edir xəyanət, ALLAH.


    Ha çığır, ha bağır, yatan ayılmaz,
    Yaxşını yamandan ayıran olmaz.
    Satsan, üzünə də baxan tapılmaz,
    Necə ucuzlaşıb ləyaqət, ALLAH.


    Yalanlar həqiqət qiyafəsində,
    Yeklər cövlan edir şeş xanəsində.
    Oğrular, əyrilər zəmanəsində,
    Əyrilik sayılır, fərasət, ALLAH.


    [Bəxtiyar Vəhabzadə]

    Dur ayağa , Ya azad ol , Ya tamam yan , Azərbaycan !!!

  4. The Following 5 Users Say Thank You to Ulya For This Useful Post:

    azarbayjan (Monday 2 August 2010-1), Bobi (Monday 2 August 2010-1), janim_vatanim (Tuesday 3 August 2010-1), memmed (Monday 2 August 2010-1), yurd sevan (Monday 2 August 2010-1)

  5. #3
    Iraztürkün fabrik dostu janim_vatanim's Avatar
    Qeydiyyat
    Jun 2008
    Ünvan
    AZ
    İsmarıclar
    2,566

    Level: 43 
    Təcrübə: 3,394,758
    Next Level: 3,609,430

    Thanks
    5,423
    Thanked 7,761 Times in 2,493 Posts

    Əsas seçim

    ellerin agrimasin Ulya bacim


  6. The Following 4 Users Say Thank You to janim_vatanim For This Useful Post:

    Bobi (Wednesday 4 August 2010-1), memmed (Tuesday 3 August 2010-1), Ulya (Tuesday 3 August 2010-1), yurd sevan (Wednesday 4 August 2010-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

Gözəl şeir

en gözəl şeirlər

Dur ayağa ya azad ol yatam yan Azərbaycan

Bəxtiyar Vəhabzadə şeirlər

Bəxtiyar vəhabzadə.az

bəxtiyar vəhabzadənin şeirləri

mehriban ser

bəxtiyar vəhabzadə şerleri

bəxtiyar vəhabzadə şerlər

Bəxtiyar vəhabzadədən gozəl bir şeir

SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO