Abbasov Mehdi Yusif oğlu
1960-cı il yanvar ayının 1-də Qərbi Azərbaycanın Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. 1966-cı ildə Yeniyol kənd orta məktəbinə getmiş, 1976-cı ildə həmin məktəbi bitirmişdir. 1977-ci ildə Mehdinin ailəsi erməni təziqinə məruz qalaraq, Qazaxıstan Respublikasının Tülkübas rayonunun Kulan kəndinə köçmüşlər. Mehdi 1980-ci ildə Çimkənd Pedoqoji İnstitutunun hazırlıq şöbəsinə daha sonra, Karaqanda Pedoqoji İnstitutuna daxil olur. O, 1989-cu ildə Qazaxıstan KP Tülkübas Rayon Komitəsinin qərari ilə Daxili İşlər orqanlarında işləməyə göndərilir. Bir müddət burada müxtəlif vəzifələrdə işlədikdən sonra Mehdi Abbasov 1991-ci il iyun ayının 28-də Azərbaycan Respublikasının DİN-nin sərəncamına göndərilir. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-nin XTMD-ndə xidmətə başlayır. O, dəfələrlə DİN-nin mükafatlarına layiq görülmüşdür. Mehdinin son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Məlikcan postu ətrafında gedən döyüşdə, Mehdini snayper gülləsi başından ağır yaraladı. Həmin gün o qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir.
İsmayıllı rayonunun keçmiş Ruşan kəndi Mehdi Abbasovun adını daşıyır. İsmayıllı rayonunun mərkəzi küçələrindən birinə onun adı verilmişdir.
Abdullayev Şövqiyar Cəmil oğlu
5 aprel 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirmiş, Azərbaycan Dövlət Politexnik İnstituna (indiki Texniki Universitet) daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra isə ordu sıralarına çağrılır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıdır. Vətənimizin aslan ürəkli övladı könüllü olaraq 1992-ci ildə Milli Orduya yazılır. Ağdamda təşkil edilmiş Tank briqadasına komandir təyin edilir. 1992-ci il avqustun 27-də çox ağır bir döyüşdə o, öz yoldaşlarını əsir düşməkdən xilas edir, özü isə vətən uğrunda qəhrəmanlıq göstərərək həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Abdullayev Rövşən Əbdülhüseyn oğlu
1969-cu il yanvar ayının 16-da Lerik rayonunda doğulmuşdur. Məktəbi burada başa vurduqdan sonra ailəsi ilə birlikdə Lənkərana köçmüşdür. Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə leytenant rütbəsi ilə bitirir və onun təyinatını Rostov şəhər DİŞ-nə verirlər. Lakin o, təkidlə təyinatını Azərbaycana dəyişdirir. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. Rövşən 70 nəfərdən ibarət tağımın komandiri təyin edilir. 13 sentyabr 1993-cü il Rövşənin son döyüşü oldu. Zəngilan rayonunun Qazançı kəndi uğrunda gedən döyüşdə igidlik göstərərək həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə leytenant Abdullayev Rövşən Əbdülhüseyn oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Lənkəran şəhər qəbristanlığında dəfn edilmişdir.
Lənkəran şəhərində abidəsi qoyulmuşdur. Adına Lerikdə mədəniyyət evi və küçə var.
Ağayev Fərhad İslam oğlu
4 avqust 1975-ci ildə Sabirabad rayonunun Ələmbəyli kəndində anadan olmuşdur. 1992-ci ildə Ələmbəyli kənd məktəbini bitirmişdir. 1993-cü ildə Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Fərhad Prezident Qvardiyasında xidmətə başlayır. O, 1994-cü il 24 yanvar-da cəbhəyə yola düşür. O Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində şücaət göstərir. 1995-ci ilin mart ayında bir qrup silahlı dəstə namərdlik edərək yenicə təşəkkül tapmağa başlayan dövlətimizə xəyanət edir. Fərhad dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. O, 1995-ci il martın 13-də Dövlətimizin müdafiə olunması uğrunda ağır güllə yarası alır və martın 15-də aldığı güllə yarasından həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Ağayev Fərhad İslam oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Sabirabad rayonundakı Şəhidlər Xiyabanında dəfn edilmişdir. Təhsil aldığı orta məktəb onun adını daşıyır. Büstü qoyulmuşdur.
Aznaurov İsgəndər Söhrab oğlu
16 avqust 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayətində dünyaya gəlmişdir. 1963-cü ildə burada məktəbə getmiş 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuşdur. 1983-cü ildə ali təhsilini başa vurur. İsgəndər bir müddət sonra 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda çalışır. Erməni faşistlərinin torpaqlarımıza basqınları İsgəndəri narahat edir və o 21 aprel 1992-ci ildə Milli Ordu sıralarına könüllü yazılır. İsgəndəri "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər. 18 aprel 1993-cü ildə vətən uğrunda mərdliklə həlak olur
Evli idi. Üç qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.
Onun adına Şınıx bölgəsində "İsgəndər qalası" var. Kür qəsəbəsindəki 1 saylı məktəb qəhrəmanın adını daşıyır. Məktəbin girişində büstü qoyulmuşdur. 2 saylı orta məktəbdə isə onun şərəfinə xatirə guşəsi yaradılmışdır.
Abdullayev Maşallah Babakişi oğlu
27 may 1950 -ci ildə Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Səkkizillik təhsilini doğma kəndlərində almış, sonra təhsilini fəhlə gənclər məktəbində davam etdirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır. 1971-ci ildə Kerç şəhərindən ordudan tərxis olunaraq Bakıya gəlir və Neft Daşlarında işə başlayır. 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna qəbul olur, oranı bitirdikdən sonra 1975-ci ildə təyinatla təhsil aldığı Kəpənəkçi kənd orta məktəbinə müəllim göndərilir. Düşmənlərə qarşı mübarizə başlayanda M. Abdullayev də erməni quldurlarına qarşı mübarizəyə qoşulan ilk könüllülərdən olur. Ağcakənd kəndinin ermənilərdən təmizlənməsində xüsusi xidmətlər göstərir. 1992-ci ildə Respublika Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin edilir. Tərtər, Goranboy, Yevlax ərazilərinə nəzarət edir. Mayor rütbəsinə qədər yüksələn Maşallah Abdullayev 1992-ci ildən 1993-cü ilə qədər Goranboy Rayon İcra Hakimiyətinin başçısı vəzifəsində işləyib. İgidliyə görə general M. Əsədov adına mükafata layiq görülüb.
Ailəlidir.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı Fərmanı ilə Abdullayev Maşallah Babakişi oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Abdullayev Namiq Vahid oğlu
10-may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1991-ci ildə Avşar kənd orta məktəbini bitirir. 1992-ci ilin dekabırında cəbhəyə yola düşür. 1993-cü il fevralın 9-da erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər, düşmənin güclü hərbi texnikası qarşısında bu kiçik dəstəmiz tab gətirə bilməzdi. Amma onlar ölümün gözünə dik baxdılar və hücumu dəf etməyə çalışdılar. Onlarla erməni quldurunu məhv edən Namiq son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atdı, zirehli texnikanın heyəti məhv edildi, vətənimizin bu cəsur oğlu şəhidlik zirvəsinə ucaldı.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı Fərmanı ilə Abdullayev Namiq Vahid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Avşar kəndində dəfn edilib. Avşar kənd orta məktəbi onun adını daşıyır.
Ağayev Bəylər Tapdıq oğlu
3 fevral 1969-cu il Qubadlı rayonunun Qarağaclı kəndində doğulmuşdur. 1985-ci ildə Qaracallı kənd orta məktəbini bitirmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmışdır. O hərbi xidmətini 1989-cu ildə Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyub könüllü olaraq ordu sıralarına yazılır. Onun yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. 1992-ci il avqustun 6-sı Xanlıq kəndi uğrunda düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edərək qəhrəmanlıqla həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı Fərmanı ilə Ağayev Bəylər Tapdıq oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qarağaclı kəndindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Qaracallı kənd orta məktəbi onun adını daşıyır. Bu kənd hazırda erməni işğalı altındadır.
Ağayev Eldar Əsgər oğlu
29 sentyabr 1955-ci ildə Tbilisi şəhərində hərbiçi ailəsində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakıya köçmüşdür. İlk təhsilini Bakı şəhəri 20 saylı orta məktəbində almış, sonra isə 134 saylı orta məktəbdə bitirmişdir. 1972-ci ildə Bakı Ali Ümumuqoşun Komandirlər Məktəbinə daxil olmuşdur. 1976-cı ildə təhsilini başa vuraraq, motoatıcı ixtisası ilə Kalininqrad vilayətinin Qusev şəhərində hərbi xidmətə başlamışdır. 1978-ci ildə Kamçatka yarımadasında, 1981-84-cü illərdə Amur vilayətinin Obluçye şəhərində motoatıcı bölüyünün komandiri, 1984-86-cı illərdə Əfqanıstanda alayın komandiri və kəşfiyyat bölüyünün komandiri olmuşdur. E.Ağayev Əfqanıstanda xidmətini başa vurduqdan sonra Kalininqrad şəhərinə gəlmiş, 1989-cu ilə qədər burada motoatıcı alayın kəşfiyyat rəisi vəzifəsində işləmişdir. 1992-ci ildə komandanlığa raport yazaraq vətənə qayıdır. Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci reyd dəstəsinin komandiri kimi fəaliyyətə başlayır. Qarabağ döyüşlərində göstərdiyi şücaətə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə polkovnik Ağayev Eldar Əsgər oğluna "Azərbaycanın Mill Qəhrəmanı" fəxri adı verilmişdir.
Ailəlidir.
Ağayev Faiq Alış oğlu
1969-cu il iyun ayının 6-da Ağdam rayonunun Papravənd kəndində doğulmuşdur. 1986-cı ildə Papravənd kənd orta məktəbini bitirmişdir. 1989-cu ildə keçmiş Sovet ordusu sıralarında layiqli xidmətini başa vuraraq vətənə qayıdır. 1990-cı ilin sentyabr ayında Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış, polis alayına yazılır. 1991-ci il dekabr ayının 23-ü Meşəli kəndi uğrunda gedən döyüşdə son nəfəsinə qədər vuruşan vətənimizin igid oğlu başqalarının həyatını xilas edərkən qəhrəmanlıqla həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Ağdam rayonunun Papravənd kəndində dəfn edilmişdir.
Allahverdiyev Bəxtiyar Əzizulla oğlu
10 iyun 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə 199 saylı orta məktəbi bitirmiş, 1992-ci ilin avqustunda Milli Ordu sıralarına çağırılmışdır. 776 saylı hərbi hissədə əsgəri xidmətə başlayır. Həmin ilin oktyabrında cəbhəyə yollanır. Əvvəlcə Qubadlı bölgəsinə, sonra Füzuli, Murovdağ əməliyyatlarında qəhrəmanlıq nümayiş etdirir. 1994-cü ildə Tərtər, Ağdərə bölgələrinə göndərilir və müddətdən artıq xidmətə keçirilir.
Vətənə layiqli xidmətinə görə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Allahverdiyev Bəxtiyar Əzizulla oğluna "Azərbaycanın Mill Qəhrəmanı" fəxri adı verilmişdir.
1997-ci ildə gizir rütbəsi alaraq, 196 saylı hərbi hissənin kəşfiyyat taqımına komandir təyin olunur. 1998-99-cu illərdə Zabitləri Təkmilləşdirmə və Gizirlər kurslarında təminat taqımının komandiri, 1999-2000-ci illərdə Bakı Ali Komandirlər məktəbində taktika kafedrasının təlimatçısı vəzifələrində çalışmışdır. Həmin ilin oktyabr ayında ordudan tərxis olunmuş, 2001-ci ildə işləyə-işləyə Polis Akademiyasında təhsilini davam etdirir. Hazırda polis orqanlarında işləyir.
Allahverdiyev Elbrus Hacı oğlu
27 oktyabr 1958-ci ildə Gəncə şəhərində dünyaya göz açmışdır. 18 saylı məktəbi bitirdikdən sonra isə 1976-1978-ci illərdə Sovetlər Ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə isə Orconikidze Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. O bir müddət Vladiqafqazda yaşayır, erməni faşistlərinin vətənimizə təcavüzünü eşidən Elbrus Azərbaycana dönür və könüllü olaraq 17 may 1992-ci il cəbhəyə yollanır. O Silahlı Qüvvələrimizdə artilleriyanın ilk təşkilatçılarından olur. Elbrus Ağdam ətrafındakı döyüşlərdə şücaət göstərdi düşmənin zirehli texnikalarını sıradan çıxardı. 1993-cü il iyun ayının 14-16-da Ağdamın Şelli kəndi istiqamətində gedən ağır döyüşlərdə igidlik göstərərək həlak olur.
Evli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı Fərmanı ilə Allahverdiyev Elbrus Hacı oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Gəncə şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. Gəncədəki küçələrdən biri onun adını daşıyır.
Allahverdiyev Namiq Müslüm oğlu
5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1984-cü ildə 1-saylı orta məktrəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdür. 1988-ci illərdə erməni təcavüzkarları xalqımızı narahat etməyə başlamışdı buna dözməyən Namiq könüllü olaraq vətənin müdafiəsinə qalxdı. O ilk döyüşünə 1990-cı ildə Qubadlı rayonunda başladı. Namiq 1991-ci il avqust ayının 31-də DİN-in XTP dəstələrinə daxil olur və yenidən döyüş meydanına atılır. O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak edir. Axırıncı döyüşü Tərtər rayonunda olur. 9 iyul 1992-ci ildə Cəmilli kəndi uğrunda gedən döyüşdə qəhrəmanlıq göstərərək həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Allahverdiyev Namiq Müslüm oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Beyləqan şəhərindəki 1 saylı orta məktəb onun adını daşıyır. Rayon mərkəzində büstü qoyulmuşdur.
Aslanov Niyazi Şərəfxan oğlu
25 dekabr 1960-cı ildə Goranboy rayonun Tap-Qaraqoyunlu kəndində anadan olmuşdur. Orta məktəbini burada btirdikdən sonra, 1979-81-ci illərdə Rusianın Altay vilayətində hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra doğma kəndinə qayıdan Niyazi təhsilini Ağdam Kənd Təsərrüfatı Texnikumunda davam etdirir. Oxuduğu müddət ərzində əmək fəaliyyəti ilə məşğul olur. Erməni qəsbkarlarının fəallaşdığı 1988-ci illərdə Goranboy rayonunda özünü müdafiə dəstələri yaradılır. İlk yazılanlardan biri də Niyazi idi. Niyazi yoldaşları ilə Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində vuruşmuşdular. 1992-ci il, 4 may Tap-Qaraqoyunlu kəndi yaxınlığında keçirilən döyüş zamanı komandiri İsfəndiyar Əsədovu xilas edərkən qəhrəmancasina həlak olur.
Ailəli idi. İki oğlu yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Tap-Qaraqoyunlu kəndində dəfn edilmişdir.
Tap-Qaraqoyunlu kənd orta məktəbi və Naftalan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulmuşdur.
Arazov Ənvər Talış oğlu
2 dekabr 1953-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 15 saylı Gəncə şəhər orta məktəbinin səkkizinci sinifini bitirmişdir. Sonra o, texniki-peşə məktəbini oxumuşdur. Bir müddət əmək fəaliyyəti göstərdikdən sonra, Gəncə Politexnik Texnikumunda təhsilini davam etdirir və 1974-cü ildə hərbi xidmətə çağırılmışdır. Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdir. Xidmətini başa vurduqdan sonra Gəncəyə dönür. "Büllur" zavodunda işləməyə başlayır. 1988-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağ ərazisində müharibəyə başlamışdılar. Ənvər bununla barışa bilmir. O, Daxili İşlər Nazirliyinə işə girərək cəbhəyə yola düşür, Ağdərə rayonunda bir çox uğurlu əməliyyat aparır. 1992-ci il noyabr ayının 1-dən 2-nə keçən gecə Ağdamın Sırxavənd kəndində erməni quldurları ilə qeyri bərabər döyüşə girir və mərdliklə həlak olur.
Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı Fərmanı ilə Arazov Ənvər Talış oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Gəncə şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Aslanov Şikar Davud oğlu
1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur. 1977-ci lidə Süleymanlı kənd orta məktəbinin birinci sinifinə gedir və 1987-ci ildə həmən məktəbi bitirir. 1988-ci ildə Sovet ordusuna hərbi xidmətə çağırılır. 1990-cı ildə doğma vətənə dönərək DİN-in Cəbrayıl rayon post patrul şöbəsinə qəbul olunur. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar cəbhəyə yollanır. 1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurur. 1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlir, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmur, vətənimizin igid oğlu vətən uğrunda həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir. Süleymanlı kənd orta məktəbi onun adını daşıyır. Hazırda bu kənd işğal altındadır.
Atakişiyev Aslan Qabil oğlu
1953-cü il avqustun 16-da Qubadlı rayonunun Muradxanlı kəndində anadan olmuşdur. 1960-cı ildə burada birinci sinfə getmiş 1970-ci ildə məktəbi bitirmişdir. 1972-74 cü ilərdə hərbi xidmətdə olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Qubadlı rayonunun Muradxanlı kənd orta məktəbində müəllimliyə başlamışdır. Aslan erməni quldurlarının doğma torpaqlarımızda törətdikləri vandalizmi gördükdə qəlbi intiqam hissi ilə alovlanır. 1992-ci il o Milli Ordu sıralarına yazılır leytenant rütbəsi ilə komandir müavini təyin olunur. Aslan Laçın rayonu uğrunda gedən döyüşlərdə Mazutlu, Səfiyan, Türklər, Suarası kimi kəndlərdə əsl qəhrəmanlıq göstərir. 1992-ci il Avqustun 7-də Laçın dəhlizi və Susuzdağ yüksəkliyində gedən döyüşdə düşmənə əsir düşməmək üçün son gülləsini öz ürəyinə sığır və özünü vətən uğrunda qurban verərək həlak olur.
Evli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Atakişiyev Aslan Qabil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Atakişiyev İntiqam Vahid oğlu
4 aprel 1974-cü ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olmuşdur. 1991-ci ildə Tüntül kənd orta məktəbini bitirir və 1992-ci ildə Milli Ordu sıralarına çağırılır. Xidmət etdikdən sonra onun yüksək əsgəri keyfiyyətini nəzərə alaraq Türkiyəyə hərbi zabitlər kursuna göndərirlər. O, Ağdam, Tərtər və Qubadlı rayonlarında gedən döyüşlərdə igidlik göstərmişdir. İntiqam sonralar Murovdağ döyüşündə iştirak edir və yaralanır. Mingəçevirdə müalicə aldıqdan sonra yenidən bölgəyə qayıdır. 776 saylı hərbi hissənin qrup komandiri, bölük komandirinin müavini, bölük komandiri vəzifələrində çalışır. Kapitan rütbəsinə qədər yüksəlir. Kapitan Atakişiyev 776 saylı hərbi hissə komandirinin maddi texniki təminat üzrə müavini vəzifəsində çalışmışdır.
Ailəlidir.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Atakişiyev İntiqam Vahid oğluna " Azərbaycanın Mill Qəhrəmanı" fəxri adı verilmişdir.
Axundov Səfa Fətulla oğlu
19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. 1965-ci ildə Saatlı rayonunda orta məktəbə getmiş və atasının xidməti işi ilə əlaqədar əvvəl Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmiş, sonra orta təhsilini 1975-ci ildə Qubadlı rayonunda başa vurmuşdur. Səfa təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir. Daha sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur. 1979-cu ildə bu məktəbi bitirərək bir müddət Yevlax rayonundakı Aeroportda pilot təyin edilir. 1987-ci ildə Riqada yaşayan Səfa erməni quldurlarının vətənimizə təcavüzünə biganə qalmayaraq Azərbaycana dönür. 1989-cu ildə Zabrat "Azal-aero" Aviaşirkətinə məxsus Mİ-8 vertolyotuna 2-ci pilot təyin edilir. 1992-ci il yanvarın 28-də Şuşaya iki uğurlu uçuş etmişdi. Yenidən Şuşa istiqamətində uçuş zamanı düşmən tərəfindən raketlə vurularaq vertolyot partladıldı və Səfa partlayış zamanı faciəvi surətdə həlak olur.
Evli idi. İki oğul övladı var.
Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı Fərmanı ilə Axundov Səfa Fətulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulmuşdur. Cəlilabad şəhərinin küçələrindən birinə onun adı verilmişdir.
Alıcanov Rafiq Cəfər oğlu
11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Ailələri Ağstafa rayonunun Köçvəlli kəndinə köçdüklərindən, Rafiq səkkizinci sinifə kimi bu kənddə təhsil alır. O, Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə işə başlayır. 1988-ci illərdə o Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və 1992-ci ildə vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Bu uğurları ona Kapitan rütbəsinə yüksəlmək imkanı verir. 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak həlak olur.
Ailəli idi. Bir qızı, bir oğlu yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Köçvəlli kəndində dəfn edilmişdir.
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində adına küçə var. Təhsil aldığı Köçvəlli kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Ağstafa şəhərində büstü qoyulmuşdur.
Aqarunov Albert Aqarunoviç
25 aprel 1969-cu il Bakı Şəhərində anadan olmuşdur. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnir. 1987-ci ildə hərbi xidmətə çağrılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. 1989-cu ildə ordudan tərxis olub vətənə qayıdır. O, bir müddət Bakının Suraxanı rayonunda Maşınqayırma zavodunda işləyir. Vətənimizin dar günlərində Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanır. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edir. 8 may 1992-ci il Şuşa-Laçın rayonları uğrunda düşmənlə şavaşda igidlik göstərərək şəhid olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Aqarunov Albert Aqarunoviçə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir. Vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.
Babayev Əjdər Xaliqverdi oğlu
1950-ci il avqustun 26-da Qazax rayonunun Mollacəfər kəndində anadan olmuşdur. Sonradan onun ailəsi Ağstafa rayonunun Xətai kəndinə köçmüşdür. 1958-ci ildə burada məktəbə gedir və 1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır sonra isə ordudan tərxis olunan Əjdər Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Polis orqanlarında işlədiyi dövürdə 1978-ci ildə Sumqayıt Politexnik Texnikumuna daxil olur. 1981-ci ildə avtonəqliyyat ixtisasına yiyələnir. 4 il Qazax rayon polis şöbəsində, sonar isə iş yerini Ağstafa rayon polis şöbəsinə dəyişir. O, Nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdü. 1995-ci il 13-17 mart hadisələri. Vətənimizə və dövlətimizə xəyanət etdərək hakimiyyəti ələ almağa çalışıan silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər Babayev böyük şücaət göstərdi. Vətənimizin bu cəsur övladı igidlik göstərək həlak olur.
Evli idi. Dörd övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Ağstafa rayonunda dəfn edilmişdir. Adına məktəb var.
Babayev Nazim Abbas oğlu
7 fevral 1975-ci ildə Salyan rayonunun Aydıngün kəndində anadan olmuşdur. 1992-ci ildə Aydıngün kənd orta məktəbini bitirir. 1993-cü ilin aprel ayında Milli Orduya çağırılır. Nazim torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanır. O, Füzuli, Tərtər bölgəsində vuruşurdu. 1995-ci il mart hadisələri zamanı gənc Nazim silahlı dəstələrin tərksilah edilməsində iştirak edir və 15 mart 1995-ci ildə qəhrəmanlıqla həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Babayev Nazim Abbas oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qaraçala kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Salyan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Salyan şəhər parkında büstü qoyulmuşdur.
Babayev Çingiz Adil oğlu
2 oktyabr 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Çingiz orta təhsilini Yasamal rayonundakı 20 saylı orta məktəbdə almışdır. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1986-cı ildə təhsilini başa vuraraq, təyinatla Azərelektroterm zavodunda əmək fəaliyyətinə başlamışdır. İşləməklə yanaşı Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun nəzdində ingilis dili üzrə ikiillik kursu bitirmişdir. 1992-ci ildə o, Yasamal rayon Əhalinin Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəsis vəzifəsinə işə qəbul olunur. Həmin ildə könüllü olaraq Milli Ordu sıralarına daxil olur. Bir müddət hərbi həssələrin birində qərargah rəisi vəzifəsində çalışır. 1994-cü ildə Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı ilə C.Naxçıvanski adına hərbi liseyə keçirilir. Əvvəlcə taqım komandiri, sonra isə bölük komandiri və tərbiyəvi işlər üzrə müavin vəzifəsinə irəli çəkilir. 28 oktyabr 1995-ci ildə Bakının "Ulduz" və "Nərimanov" stansiyaları arasında hərəkət edən qatar birdən alova bürünür. Baş vermiş qəzada sərnişinlərin həyatını xilas edərkən faciəli surətdə həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 1996-cı il tarixli 506 saylı Fərmanı ilə Babayev Çingiz Adil oğluna ölümündən sonra "Azərbaycanın Milli qəhrəmanı" fəxri adı verilmişdir.
Bakının Yasamal rayon qəbristanlağında dəfn edilmişdir.
Onun şərəfinə Bakı Metrosunun "Ulduz" stansiyasında abidə kompleksi ucaldılmış, C.Naxçıvanski adına hərbi liseydə isə büstü qoyulmuşdur. Təhsil aldığı orta məktəbə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Bağırov Tahir Əminağa oğlu
14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Karasnovodsk şəhərində anadan olmuşdur. 1957-ci ildə ailəsi ilə birlikdə Əli Bayramlı şəhərinə köçmüşdür. 1972-ci ildə burada səkkizinci sinifi bitirərək, təhsilini peşə məktəbində davam rtdirmişdir. 1977-ci ildə burada hərbi xidmətə çağırılmışdır. 1979-cu ildə ordudan tərxis olunmuşdur. Tahir 1988-ci illər Milli Azadlıq Hərəkatının iştirakçısı olmuşdur. 1990-cı il qanlı Yanvar hadisəsi zamanı yaralılara kömək edərək onları təhlükəsiz yerə aparmışdır. 1992-ci il o könüllü olaraq özünü müdafiə dəstələrindən birinə yazılır. "N" saylı hərbi hissədə Mİ-24 vertolyotuna bort atıcısı təyin edilir. Xocalı faciəsi zamanı yaralıların, dinc əhalinin çıxarılmasında böyük rəşadət göstərmişdir. Tahir Füzuli, Ağdərə, Laçın rayonlarında gedən döyüşlərdə xüsusi fərqlənmişdir. 1992-ci il oktyabırın 11-də Laçının Səfiyan istiqamətində gedən döyüşdə onun vertoliotu ermənilər tərəfindən vurluldu. Tahir qəhrəmancasına həlak olur.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Bağırov Tahir Əminağa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Həzi Aslanov qəsəbəsindəki 59 saylı orta məktəbə onun adı verilmiş, büstü qoyulmuşdur. Suraxanı rayonunun Əmircan qəsəbəsindəki küçələrdən biri qəhrəmanın adını daşıyır.
Bağırov Allahverdi Teymur oğlu
22 aprel 1946-cı il Ağdam şəhərində anadan olmuşdur. 1965-ci ildə 1 saylı Ağdam şəhər orta məktəbi bitirən Allahverdi idmanla məşğul olmuşdur. O, Qarabağ futbol klubunda məşqçi kimi fəaliyyət də göstərmişdi. 1990-cı il 20 yanvar hadisələrindən sonra Allahverdi Ağdamda könüllülərdən ibarət batalyon yaradır. 1992-ci il Xocalı faciəsi zamanı o bir çox soydaşlarımızı xilas edə bilmişdi. 1992-ci il iyun ayının 12-də Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edildi. Vətənimizin bu cəsur övladı gözətçi məntəqəsini yoxlayıb geri dönən zaman sürücü ilə birlikdə minaya düşərək vətən uğrunda həlak olur.
Ailəli idi. Bir oğlu, iki qızı var.
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı Fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Ağdam rayonunun Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bayramov Soltanağa Nəhmət oğlu
17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində anadan olmuşdur. Orta təhsilini Astara rayonunda almışdır. 1957-ci ildə Lənkəranda tibb məktəbini bitirmişdir. Daha sonra təyinatla hərbi hospitalda işə başlamışdır. 1990-cı illər vətənin çətin günləri idi, bəzi xarici dövlətlər erməni separatçıları ilə birlikdə müəyyən adamları öz əlaltılarına çevirərək Azərbaycanı parçalamq istəyirdilər. Bunlardan biri də vətəninə, xalqına xəyanət edən "Talış Muğan Respublikası" yaratmaq xülyası ilə yaşayan Əlikram Hümbətov idi. 1993-cü ildə silahlılar onun çalışdığı hospitala basqın etdilər. Soltanağa burada əsl vətənpərvərlik nümunəsi göstərərək onlara müqavimət göstərdi, lakin bu döyüşdə o, faciəli şəkildə həlak oldu.
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı Fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Lənkəran şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Lənkəran şəhərindəki küçələrdən birinə onun adı verilmiş və büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Behbudov Səfiyar Abuzər oğlu
18 iyun 1967-ci ildə Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirmişdir. Bir ildən sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. 1987-ci ildə ordudan tərxis olunaraq, rayon hərbi komissarlığının təqdimatı ilə zabitlik kursuna göndərilmişdir. Kiçik leytenant rütbəsi ilə kursu bitirir. Bərdədə "Soy" adlı Demokratik Gənclər Təşkilatını yaradaraq, rayon gənclərini öz ətrafına toplamışdı. Tərtər bölgəsində gedən döyüşlərdə uğurlu əməliyyatların iştirakçısı olub. Ağdam, daha sonra isə Əsgəran uğrunda gedən döyüşdə fəal iştirak edir, 1992-ci il martın 11-də ermənilər tərəfindən əsir götürülür. Martın 21-də gənc zabitin cəsədini çətinliklə almaq mümkün olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Behbudov Səfiyar Abuzər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bərdə rayonunun Mollalı kəndində dəfn edilmişdir. Təhsil aldığı 6 saylı orta məktəb qəhrəmanın adını daşıyır.
Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu
27 aprel 1952-ci ildə Şəki rayonunun Oxut kəndində - Fransa partizan hərəkatının əfsanəvi döyüşçüsü Əhmədiyyə Cəbrayılovun ailəsində anadan olmuşdur. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirmişdir. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilib. 1978-ci ildə leytenant rütbəsi alıb və sahə müvəkkili vəzifəsinə təyin edilib. 1990-cı il dekabrın 15-də əsir düşür, döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olur.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Şəki rayonunun Oxut kəndində dəfn edilmişdir.
Adına Şəki şəhərində küçə var. Doğulduğu kənd onun adını daşıyır.
Cəbrayılov Fəxrəddin Mövsüm oğlu
12 avqust 1958-ci ildə Qərbi Azərbaycanın Gorus şəhərində anadan olmuşdur. Ailəsi ilə birlikdə Almaniyaya getmiş və təhsilini orada almışdır. Sonra Bakıya gələrək təhsilini burada bitirir. 1975-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbinə daxil olur və 1979-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Təyinatla Almaniyada Sovet qoşunları Qrupuna göndərilir. 1984-cü ildə fəaliyyətini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir. İllər keçir və F.Cəbrayılov Bakıya qayıdır. Nəsimi rayon Hərbi Komissarlığına bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edilir. 1992-ci ildə cəbhə bölgəsinə yollanır, 656-saylı hərbi hissədə motoatıcı taborun komandiri təyin olunur. 1993-cü ildə Beyləqan istiqamətində gedən döyüşdə qərargah rəisi olaraq, düşmənin xeyli canlı qüvvəsini itkiyə məruz qoyur. 1994-cü ildə Füzuli və Kəlbəcər istiqamətində döyüşən F.Cəbrayılov Gəncə şəhərində 172 saylı motoatıcı briqadasına komandir təyin edilir. 1996-cı ildən Qaradağ rayon Hərbi Komissarı vəzifəsində çalışıb. Hazırda Lerik Rayon Hərbi Komissarı vəzifəsində çalışır.
Ailəlidir.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Cəbrayılov Fəxrəddin Mövsüm oğluna "Azərbaycanın Mill Qəhrəmanı" adı verilmişdir.
ŞƏKİLİ YOXDUR
Cəfərov Faiq Əliqulu oğlu
1 may 1974-cü ildə Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulmuşdur. 1982-ci ildə Şiləvəngə kənd orta məktəbinin birinci sinfnə daxil olur və 1991-ci ildə həmin məktəbi bitirərək, Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992-ci il oktyabrın 18-də Vətənə sədaqət andı içərək Milli Ordu sıralarında hərbi xidmətə başlamışdır. Vətənə sədaqətlə xidmət etmiş, qəhrəmanlıq nümunələri göstərmişdir. 1995-ci il 22 iyunda sərhəd qoşunlarından ehtiyata buraxılır.
Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 27 dekabr tarixli 427 saylı Fərmanı ilə Cəfərov Faiq Əliqulu oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
1999-cu il 19 avqustda avtomobil qəzası nəticəsində həlak olmuşdur.
Evli idi. İki övladı var.
Cəlilabad rayonunun Şiləvəngə kəndində dəfn edilmişdir.
Çirinqov Ramazan Heybullah oğlu
15 fevral 1969-cu ildə Balakən rayonunun Meşəşambul kəndində anadan olmuşdur. 1986-cı ildə Meşəşambul kənd orta məktəbini bitirmiş, Balakən Rayon hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Əfqanıstanda keçirən Ramazan, göstərdiyi şücaətə görə SSRİ Ali Soveti Rəyasət Heyyətinin Fəxri Fərmanı və "Beynəlmiləl döyüşçüyə" döş nişanı ilə təltif edilmişdir. 1989-cu ildə ordudan tərxis olunaraq, Balakən rayon Daxili İşlər Şöbəsində polis nəfəri kimi əmək fəaliyyətinə başlayır. 1995-ci ildə Balakən rayonunda cinayətkar dəstəni zərərsizləşdirərkən, 3 sentyabrda qəhrəmancasına həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə Çirinqov Ramazan Heybullah oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Meşəşambul kəndində dəfn edilmişdir.
Balakən şəhərindəki küçələrdən biri onun adını daşıyır.
Çobanov Şamoy Məhyəddin oğlu
19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-ci ildə 1sayı Qazax şəhər orta məkəbini bitirdikdən sonra avtonəqliyyat müəsisəsində əmək fəaliyyətinə başlamışdır. Şamoy Çobanov 1983-cü ildə sovet ordusu sıralarına çağırılmışdir. 1985-ci ildə ordudan tərxis olunaqraq, Qazax rayonuna qayıtmışdır. 1989-cu ildə Qazax rayon Polis Şöbəsində işə qəbul olunmuşdur. Ermənilər Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kənlərinə hücuma keçdiyi zaman Ş.Cobanov xüsusi qəhrəmanlıq nümayiş etdirmişdir. Cəsur polis işçisi tez-tez döyüş bölgələrinə gedirdi. 1990-cı il avqustun 19-da Yuxarı Əskipara kəndində gedən döyüşdə Şamoy "Qanlı dərə" deyilən ərazidə erməni silahlı qüvvələrinə qarşı rəşadət nümayiş etdirmişdir. Həmin döyüşdə cəsur polis işçisi qəhrəmancasına həlak olmuşdur.
Qazax rayonunun Ağköynək kəndində dəfn edilmişdir.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Çobanov Şamoy Məhyəddin oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Ağköynək kənd məktəbi onun adını daşıyır.
Davidoviç Anatoli Nikolayeviç
28 mart 1965-ci ildə Belarus Respublikasının Siutet şəhərində dünyaya göz açmışdır. 1992-ci ilin iyununadək SSSR, sonra isə Rusiya ordusunda xidmət etmişdir. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayır. "N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. O, Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük tövhələr verir. 9 iyun 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedirdi. Anatoli bu döyüşlərdə əsl qəhrəmanlıq göstərirdi. Anatoli Ağdamda gedən döyüşlərdə ağır yaralanır, onu xilas etmək mümkün olmur, xeyli qan itirdiyindən həkimlərin səyi nəticə vermir. Anatoli 13 iyun 1992-ci il Bakı şəhər Mərkəzi Hospitalda vəfat etmişdir.
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli 24 saylı Fərmanı ilə mayor Davudoviç Anatoli Nikolayeviçə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilsmişdir.
Belorus Respublikasının Siutet şəhərində dəfn edilmişdir.
Edilov Yelmar Şahmar oğlu
10 aprel 1946-cı ildə Ağdam rayonunun Əliməmmədli kəndində anadan olmuşdur. 1954-64-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil omuşdur. O, 1964-cü ildə Minsk şəhərində hərbi xidmətə başlayır. Yelmar yaxşı samboçu idi. Qarnizon birinciliyi yarışları zamanı aldığı zədədən, o hərbi xidmətən ikinci qrup əlil kimi təxris olunur və texnikumda yarımçıq qalmış təhsilini davam etdirir. 1970-ci ildə təhsilini başa vurdu. M.F.Axundov adına üzümçülük kolxozunda işə düzəlir. 1988-ci ildə ata-babalarımızdan yadigar torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya edilməsi zamanı Yelmar Könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Bu iş yalnız 1990-cı ildən sonra görülməyə başlanıldı. 1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atəşə tutulurdu. Yelmar Edilovun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradıldı. Bu dəstə Ağdamda böyük hünər göstərdi, onlar dəfələrlə ermənilərə lazımı cavab aldılar. 11 aprel 1994-cü ildə "çərik" kökəltmə məntəqəsi uğrunda gedən döyüşdə Yelmar qəhrəmanlıqla həlak olur.
Ailəli idi.Yeddi övladı var.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bakı şəhərindəki ikinci Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Eyvazov Qorxmaz Abış oğlu
1 aprel 1967-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. 1984-cü ildə kənd orta məktəbini bitirmişdir. 1985-ci ildə ordu sıralarına çağırılmış, Ukraynada hərbi xidmətdə olarkən serjantlıq kursunu bitirmişir. 1987-ci ildə xidmətini başa vuraraq vətənə dönmüşdür. 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulmuşdur.1992-ci ilin martında Laçın rayon Polis İdarəsində işə qəbul edilmişdir. Qorxmazın döyüş yolu elə doğma yurddan- Qazdərəsi, Suarası və Mazutlu kəndlərindən başlamışdır. Qızartı dağı uğrunda gedən döyüşlərdə onun fəaliyyəti nəticəsində düşmənin bir tankı ələ keçirilmişdir. 4 avqust 1992-ci ildə qızartıda gedən döyüşdə cəsur döyüşçü qolundan düllə yarası almışdır. O, sağalan kimi yenidən döyüşə qayıtmışdır. Füzuli rayonu ərazisində gedən döyüşdə və Horadiz əməlliyatı zamanı əsl igidlik döstərmişdir. Onu rota komandiri təyin etmişdilər. 10 fevral 1994-cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşdə Qorxmaz igidliklə həlak olmuşdur.
Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentlinin 15-yanvar 1995-ci il tarixli 262-saylı Fərmanı ilə Eyvazov Qorxmaz Abış oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Laçın rayonunun Güləbird kənd xəstəxanası Milli Qəhrəmanın adını daşıyır.


LinkBack URL
About LinkBacks







Reply With Quote