+ Reply to Thread
1`dan(dən) 8`ə(a/ya/yə) qədər. Cəmi 8.

Mövzu: Azərbaycanın Ağı Yazını

  1. #1
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 341,929
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim Azərbaycanın Ağı Yazını

    AZƏRBAYCANIN AĞI
    YAZINI

    İlk sözünü Farsca yazmaqdan doslar bağışlasınlar,Olsun Farsca qalsın kim özgələrdə bilsinlər...,


    ادبیات مرثیه آزربایجان،سرآمد تمامی ادبیات نوحه مشرق زمین است،اگر امروزه قلب آزربایجان،-تبریز-پایتخت تشیع اسلام نامیده می شود بر حسب اتفاق نیست.چه در سرایش آن توسط شعرا و چه در نوحه خوانی توسط مدّاحان،همواره پیش تاز بوده است.سابقه سرایش نوحه به زبان ترکی(نه صرفاً ترکی آزربایجانی) به بیش از 5000 سال قبل می رسد.نوحه هایی در سوگ پادشاهان ترکان درحدود 5250 سال پیش،گواهی ست بر این ادعا.ساختار زبان ترکی،تراکیب واژه های بی بدیل آن،ظرافت آن در بیان احساسات و مخصوصاً سوز شعر ترکی، دلیلی ست بر این یکه تازی.

    از بزرگان مداحان نوحه به چندین مورد اشاره کنیم،چرا که در این تاپیک تنها به نوجه سرایان(شعرا)خواهیم پرداخت.باری با آوردن نام مداحان نیز یادی از آنان نمائیم.بزرگانی نظیر رحیم مؤذن زاده اردبیلی(ره)،سلیم مؤذن زاده ی اردبیلی،حاج ابراهیم رهبر،حاج مهدی خادم آزر و...

    اینکه بزرگترین نوحه سرای تاریخ ادبیات آزربایجان را معرفی کنیم کاری بسیار سخت است.چرا که در دست نبودن دیوان های متقدمان کار را بر ما دشوار می سازد.سوزانده شدن این دیوان ها توسط مغول،کسرویان وحتی خود اعراب ما را بر این وا می دارد که در مورد این موضوع احتیاط کنیم.اگرچه شاعران بزرگی نیز بوده باشند به هر حال ما در باب شعرایی صحبت خواهیم کرد که نمونه ی آثار آنها به دست ما رسیده باشد.همچنین به آثار شاعران بزرگی چون فضولی و نسیمی نیز خواهیم پرداخت،اما از آنجا که نوحه ویژگی های خاص خود را دارد،از این دسته شعرا به شاعر نوحه سرا تعبیر نخواهیم کرد.

    آنچه که در چند صد سال اخیر به دست ما رسیده است.نشان می دهد که نوحه ی ترکی آزربایجان استوار بر چهار ستونی بوده است که متأخران را تحت تأثیر قرار داده است.سه ستون آن مربوط به متقدمان و ستون آخر به یکی از شاعران معاصر آزربایجان منتسب است.

    سه ستون آن را ابوالحسن راجی تبریزی به همراه دخیل مراغه ای و قمری دربندی تشکیل داده اند.و ستون آخر منتسب به شاعری معاصر بنام صراف تبریزی ست.
    سایر اکثراً تحت تأثیر این چهار شاعر بزرگ بوده اند.البته این بدین معنی نیست که دیگر شعرا ،شاعران توانمندی نبوده اند.شاعرانی نظیر دلریش،ثابت و یحیوی و بسیاری شاعران گمنام که اشعار آنها زبان زد خواص و عوام است.در این تاپیک مختصراً به شرح احوال شاعران نوحه سرای آزربایجان می پردازیم و نمونه ای از آثار ایشان را نیز ارسال می کنیم.سعی بر این خواهد شد که تا آغاز ماه محرم این تاپیک تکمیل شود.
    یازان:ص.تبریزلی

    Last edited by AŞIQ-PƏKƏR; Monday 15 November 2010-1 at 09:28 PM.

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  2. The Following 8 Users Say Thank You to AŞIQ-PƏKƏR For This Useful Post:

    (*Shams-türk (Friday 3 September 2010-1), azarbayjan (Tuesday 31 August 2010-1), Bobi (Monday 30 August 2010-1), hedis (Sunday 12 September 2010-1), janim_vatanim (Friday 3 September 2010-1), memmed (Monday 15 November 2010-1), time trial (Monday 30 August 2010-1), yurd sevan (Tuesday 31 August 2010-1)

  3. #2
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 341,929
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    MİRZƏ MƏHƏMMƏD TAĞI QUMRİ

    XIX əsr Azərbaycan poeziyasının ən istedadlı nümayəndələrindən olan
    Məhəmməd Tağı İbrahim oğlu Qumri 1819-cu ildə Dərbənd şəhərində
    doğulmuşdur. O, məktəb təhsili almış, ana dilindən başqa fars va ərəb dillərini
    öyrənmişdir. Gənc yaşlarından ticarətlə məşğul olmuş və "mötəbər tüccarlardan
    biri" (F.Köçərli) kimi tanınmışdır.
    "Cavanlıq əyyamını bir müddət eyşü işrətdə keçirib, ömrünü gözəllərin xəttü
    xulına və əbruyi-hilalına və naz-işvəsinə sərf edən" Qumri təxminən 30 yaşında
    Kərbəla ziyarətinə gedərək, özünü "İmam Hüseynə dəxil salır və ona növhəgər
    olub", yaradıclığını Kərbəla şəhidlərinin vəsfinə həsr edir. Onun "Kənzülməsaib"
    əsəri, mərsiyə və növhələri XIX əsr Azərbaycan şerinin ən gözəl
    nümunələrindəndir.
    Lakin şairin bədii iri XX əsrdə uzun müddət geniş oxucu kutləsinə naməlum
    qalmışdır. Bu kitabda verilən örnəklər şairin XIX əsrdə çap olunmuş "Divan
    "ından və Firidun bəy Koçərlinin "Azərbaycan ədəbiyyatı" (II cild, 1981)
    kitabından götürülmüşdür.




    Salma gözdən bu zaman, ey şəhi-əbrar məni,
    Qılma ənduhü qəmü dərdə giriftar məni,
    Eyləyib çərxi-fələk didəsi xünbar məni,
    Xəstəvü xuncigərü bikəsü biyar məni.

    Nari-hicrana yanan sinəyi-suzanıma bax,
    Əşki-xunin tökülən dideyi-giryanıma bax,
    Möhnətü dərdü ələmdən üzülən canıma bax,
    Qoyma firqətdə bu növ ilə giriftar məni.

    Al sınıq könlümü, ey yari-şəhi-mülki-Hicaz,
    Yandırır qəlbimi, vallahi bu suz ilə güdaz,
    Nə anam var, nə bacım var eləyim onlara naz,
    Oldürər axı bu möhnətü ahzar məni.

    Rəməqim şiddət edəndə kim edər dərmanı,
    Kim qılar nalə açıb türreyi-müşkəfşanı,
    Əgər ölsəm, məni-zarə kim oxur Quranı,
    Bir kəsim yoxdu, dəxi etməgilən xar məni.

    Yoxdu bir kimsə ola kim, məni-biyarə pənah,
    Həmdəmim guşeyi-qəmxanədə var şöleyi-ah,
    Haçanacan eyləyim yollara həsrətlə nigah,
    Vətənimdə elədin həsrəti-didar məni.

    Bir Əli Əkbər idi dərdimə dərmanü təbib,
    Qaldı canım bu vilayatdə diləfgarü qərib,
    Qorxuram həsrət öləm, olmaya didarı nəsib,
    Salmaya yadına axır o vəfadar məni.

    Rəhm qıl halıma, ey şiələrin mövlası,
    Canımı aldı qəmü dərdü ələm sevdası,
    Qoy yanımda Əli Əkbər ilən Abbası,
    Vergilən can ilə onlara pərəsdar məni.

    Gər qəbul eyləyəsən ərzimi, ey ərşü fəraş,
    Razı olma yana əhvalıma bə dağ ilə daş,
    Gəl məni də aparıb qızlaruva qoy qaravaş,
    Arayıb qoyma özündən belə biyar məni.

    Canımı mərdüməki-dideyi-xunab edərəm,
    Göz yaşımla o biyabanları sirab edərəm,
    Razıyam, hər nə cəfa eyləsələr tab edərəm,
    Çəksə zəncirə əgər Şümri-sitəmkar məni.

    Bu fəna dəhrdə çün bikəsü biyarəm mən,
    Dərdimə yoxdu dəva, aləmara xarəm mən,
    Bir pərü balı sınan Qumriyi-gülzarəm mən,
    Görməyin möhnətü hicranə sərdar məni.

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  4. The Following 8 Users Say Thank You to AŞIQ-PƏKƏR For This Useful Post:

    (*Shams-türk (Friday 3 September 2010-1), azarbayjan (Tuesday 31 August 2010-1), Bobi (Monday 30 August 2010-1), hedis (Sunday 12 September 2010-1), janim_vatanim (Friday 3 September 2010-1), memmed (Monday 15 November 2010-1), time trial (Monday 30 August 2010-1), yurd sevan (Tuesday 31 August 2010-1)

  5. #3
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 341,929
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    ƏBÜLHƏSƏN RACİ

    Hacı Əbülhəsən Raci 183l-ci ildə Təbrizdə doğulmuş, təhsilini də orada
    ahmşdır. Şəxsi mütaliə yolu ilə klassik Şərq ədəbiyyatını öyrənən Racinin peşəsi
    tacirlik imiş. 1876-cı ildə Həcc ziyarətinə getmiş, Məkkədən gəmi ilə qayıdarkən
    Qırmızı dənizdə tufana düşüb, sərnişinlərlə birlikdə həlak olmuşdur.
    Raci əsərlərini Azərbaycan və fars dillərində yazmışdır. Onun divanları və
    ayri-ayrı şeirləri dəfələrlə Təbrizdə və Bakıda çapdan çıxmışdır: Burada verilən
    nümunələr şairin 1992-ci ildə Bakıda nəşr edilmiş "Seçilmiş əsərləri"ndən
    götürülmüşdür.


    Bax fələk Şamdə bir zümreyi-kafər yerinə,
    Künci-viranədə həm Ali-Peyəmbər yerinə.

    Qəsri-alidə Yezidün qızı yatsun rahət,
    Künci-viranədə çəksün o Səkinə möhnət,
    O sala məcəri-zərduz-başə ba şövkət,
    Bu sala zülfini rüxsarinə məcər yerinə.

    Şəhri-Yəsribdən olan vəqtə müsafir Zeynəb,
    Yeddi qardaşinə eylərdi təfaxür Zeynəb,
    İndi qan ağlamasun, neyləsün axir Zeynəb,
    Bircə Bimari qalub yeddi bəradər yerinə.

    Nə rəvadur üsəra şivənü əfğanə gələ,
    Şamun övrətləri tən ilə təmaşayə gələ,
    “Tuf” belə gərdişə, lənət belə dünyaya gələ
    Ali-Süfyani qoyar zadəyi-Heydər yerinə.

    Çün gəlürdi görələr Zeynəbi ol əhli-tərəb,
    Üsəra dövrin alırdı o məhin çün kövkəb.
    Zeynəb ol firqəni gördükcə deyirdi: - Yarəb,
    Olmasun kimsə cəhanda məni-müztər yerinə.

    Möhnəti-qürbət əsər etdi o dəm Leylayə,
    Verdi viranədə əl qüssəvü qəra Leylayə,
    Dedi: - Ey çərx, elədün yaxşi sitəm Leylayə,
    Pasiban Şümr olub indi mənə Əkbər yerinə.

    Həmnəfəs olmadi bir dəm dəmi-dəmsazə ərus,
    Gəldi viranədə bülbül kimi avazə ərus.
    Dedi: - Aya görülüb indiyətən tazə ərus,
    Ey fələk, qarə sala başinə zivər yerinə?

    Dedi: - Az qaldi-Səkinə ki, - bu canim çıxsun,
    Nə qədər boynumi zənciri-düşaxə sıxsun?
    Təngə gəldüm bu Yəzidün evini həq yıxsun,
    Gedəcəkdür bəs haçan Ali-Peyəmbər, yerinə.

    Gördü Gülsum üsəra oxşadi hər nakami,
    Ney kimi dərdə gəlübdür dili-biarami,
    Dedi: - Qardaş, görüsən bir bu güruhi-Şami,
    İtrəti-Heydərə zülm eylədi kafər yerinə.

    Bir gecə gəldi genə dərdi-Səkinə cuşə,
    Ağladi, qoydi yüzin torpağa, getdi huşə,
    Gördi röyadə alubdur babasi ağuşə,
    Çəkər əl sili vuran Şümri-bədəxtər yerinə.

    Ərz qıldi: - Baba, viranə olub gör, vətənim,
    Şümrdən imdi varımdur sənə yüz şikvə mənim.
    Vurub, əzbəs göyərüb, başda-ayağə bədənim,
    Taziyanə yeridür, baxsan əgər hər yerinə.

    Qalmeyub tabü təvana, baba, mən bidildə,
    Gətdilər Şamə məni naqeyi-biməhmildə,
    Yeridüb Şümr piyadə bizi hər mənzildə,
    Yetirüb zülmini bu şumi-bədəxtər yerinə.

    Verdi arami-təsəlli mənə hər dəm Zeynəb,
    Razi olmaz yetişə könlümə bir qəm Zeynəb,
    Çox çəküb zəhmətimi, ey baba, əmməm Zeynəb,
    Hörmət eylüb mənə viranədə madər yerinə.

    Raci, tovlanma bu bimehrü vəfa dünyayə,
    Əldə bir tuşə gərək çün səfəri-üqbayə,
    Nəqdi-əşk ilə bu gün cəm elə bir sərmayə,
    Göz yaşı xərc olu məhşər güni gövhər yerinə

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  6. The Following 7 Users Say Thank You to AŞIQ-PƏKƏR For This Useful Post:

    azarbayjan (Tuesday 31 August 2010-1), Bobi (Tuesday 31 August 2010-1), hedis (Sunday 12 September 2010-1), janim_vatanim (Friday 3 September 2010-1), memmed (Monday 15 November 2010-1), time trial (Tuesday 31 August 2010-1), yurd sevan (Tuesday 31 August 2010-1)

  7. #4
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 341,929
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    MƏŞƏDİ ƏYYUB BAKİ

    Məşədi Əyyub Hacı Ocaqqulu oğlu Baki 1866-cı ildə Şuşada anadan
    olmuşdur. Mollaxana təhsilindən sonra dövrünün müqtədir alimlərindən hesab
    edilən Mirzə Kərim Hacı Məhəmməd oğlu Qarabağidən yeddı ilə yaxın
    ədəbiyyatdan xüsusi dərs almışdır. O, Şərq poeziyasının qayda-qanunlarını
    mükəmməl öyrənmişdir. Baki 1909-cu ildə vəfat etmişdir.
    "Məclisi-fəramuşan"ın üzvlərindən olan Baki əsərlərini Azərbaycan və fars
    dillərində, həm klassik, həm da xalq şeri üslubunda yazmışdır. Onun "Riyazül
    məhəbbət" ("Məhəbbət bağçası") adlı divanı Respublika Əlyazmaları
    İnstitutunda saxlanır.
    Şairin burada verilən əsərləri "Poetik məclislər" (1987) kitabından və Mir
    Möhsin Nəvvabin "Divan"ından (1999) götürülmüşdür.



    Şiələr, qanə batıb ol şəhi-lövlak bu gün,
    Fatimə başın açib, sinə elər çak bu gün.

    Düşdü atdan yerə çün padşəhi-Kərbübəla,
    Əmri-İlahi yetişib cümlə mülk geydi qarə,
    Lərzəyə düşdü, bəli, küngireyi-ərşi-Xuda,
    Tirə-tar oldu hava, titrədi əflak bu gün.

    Şiələr etdi imam əhdinə peyman, axır,
    Verdi yüz şövq ilə yetmiş iki qurban, axır,
    Bir həya eyləmədi Şümri-bədərkan, axır,
    Başını kəsdi susuz, eyləmədi bak, bu gün.

    Ya Hüseyn, hansı peyğambər belə fərman verdi?
    Oğlunu, qardaşını ümmətə qurban verdi?
    Gün qabağında, qum üstündə susuz can verdi,
    Ağladı halətinə pak ilə napak bu gün.

    Əhli-Quran eylədi hörmət əcəb Quranə,
    Rükni-məzbəb pozulub, rəxnə yetib imanə.
    Od düşüb bargəhi-dinə, olub viranə,
    Yandı dibaçeyi-şər içrə o əmlak bu gün.

    Kərbəla vaqiəsi etdi qədər qəddini xəm,
    Tarmar oldu qəza mülkü, pozuldu aləm.
    Məhv olub lövh xətti, ah ki, süst oldu qələm,
    Qursi-xurşid edər seyrdən imsak bü gün.

    Kərbəlayə baş açıq həzrəti-İsa gəldi,
    Başın əldə gətirib, həm Zəkəriyya gəldi,
    Yusif, Yunis, Əyyub ilə Yəhya gəldi,
    Ənbiyalar başına tökdü fələk xak bu gün.

    Dəmbədəm başə vurub nalə edər Mikayil,
    Ağlayır sübhü məsa şivən ilə İsrafıl.
    Əli qoynunda qalıb həşrə kimi Cəbrayil
    Bəski Peyğəmbər olub ərşdə qəmnak bu gün.

    Naləvü şurə dəxi kulli-cəmadat gəlib,
    Va Hüseyn, zikri ilə dərdə nəbatat gəlib,
    Həm nəvayə dil açıb, cümleyi-zərrat gəlib,
    Ağıl matəmzad olub, ağladı idrak bu gün.

    Qisseyi-Kərbübəladan qəmər olmuş münşəq,
    Qara xətt ilə yazılmış o səbəb kəlmeyi-həqq.
    Qüsseyi-Kərbübəlanı yaza bilməz mütləq,
    Nitqi-Baki nə qədər kim ola çalak bu gün.

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  8. The Following 5 Users Say Thank You to AŞIQ-PƏKƏR For This Useful Post:

    Bobi (Saturday 4 September 2010-1), hedis (Sunday 12 September 2010-1), janim_vatanim (Friday 3 September 2010-1), memmed (Monday 15 November 2010-1), yurd sevan (Saturday 4 September 2010-1)

  9. #5
    Tıraxtur Kulubunun müdürü (*Shams-türk's Avatar
    Qeydiyyat
    Aug 2010
    İsmarıclar
    2,378

    Level: 38 
    Təcrübə: 1,296,974
    Next Level: 1,460,206

    Thanks
    2,885
    Thanked 4,708 Times in 2,014 Posts

    Əsas seçim

    yaşa
    çox jalib





  10. The Following 5 Users Say Thank You to (*Shams-türk For This Useful Post:

    AŞIQ-PƏKƏR (Saturday 4 September 2010-1), Bobi (Saturday 4 September 2010-1), janim_vatanim (Friday 3 September 2010-1), memmed (Monday 15 November 2010-1), yurd sevan (Saturday 4 September 2010-1)

  11. #6
    Gedməsinə ürəyimiz dözməz Tulpar's Avatar
    Qeydiyyat
    Sep 2010
    Ünvan
    Türk'ün olduğu her yerde!
    İsmarıclar
    165

    Level: 25 
    Təcrübə: 85,539
    Next Level: 100,000

    Thanks
    40
    Thanked 696 Times in 159 Posts

    Əsas seçim

    Paylaşmanın üçün çox sağ ol!



  12. The Following 4 Users Say Thank You to Tulpar For This Useful Post:

    AŞIQ-PƏKƏR (Monday 15 November 2010-1), Bobi (Monday 15 November 2010-1), memmed (Monday 15 November 2010-1), yurd sevan (Wednesday 29 September 2010-1)

  13. #7
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 341,929
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    MOLLA HÜSEYN DƏXİL

    Molla Hüseyn Dəxil XIX əsrin ortalarında yaşayib yaradan ustad
    sənətkarlardandır. Marağa şəhərində dünyaya göz açmış Dəxilin tərcümeyihalı
    haqqında ətraflı məlumat yoxdur.
    "Yazdığı asarın cümləsi İmam Hüseynin müsibətinə məxsus, Kərbəla
    faciəsinə dair əhvalatdır" (F.Köçərli), Din xadimlərinin və "mərsiyəxanların
    əlində ən mötəbər kitab " olan "Divan "ı Təbrizdə dəfələrlə nəşr olunmuş və
    geniş yayılmışdır, Burada verilən nümunələr "Dahilərin gözyaşı" və "Necə qan
    ağlamasın daş bu gün " kitablarından götürülmüşdür.

    Ey şəmi-bəzmi-matəmə pərvanə, ya Hüseyn!
    Ey od salan müsibəti hər canə, ya Hüseyn!

    Abbas xatirinə o qanlı cəmaluvi,
    Ver bir nişan bu qəlbi-pərişanə, ya Hüseyn!

    Ta bir yerə yığım bu pərişan xəyalımı,
    Bais olum bir də çün əfğanə, ya Hüseyn!

    Bişək salır təvəccöhə insani-kamilin,
    Cismi-cəmadi surəti-insanə, ya Hüseyn.

    İnsafdır üzümə gözüm yaşı axmaya,
    Amma sənin qanın axa hər yana, ya Hüseyn?!

    Hansı imam şiəsin istər sənin kimi,
    Razı olub bu zülmi-nümayənə, ya Hüseyn?

    Əkbər kimi cəvan oğula geydirər kəfən,
    Zülfünə öz əliylə vurar şanə, ya Hüseyn.

    Min üzr ilə anası əlindən alır onu,
    Yollar başı kəsilməyə meydanə, ya Hüseyn.

    Hansı imam xeymələrin odlayıbdılar,
    Övladını töküblə biyabanə, ya Hüseyn.

    Övrət, uşaq, gəlin, qız əyalı ayağ yalın,
    Qaçdılar qorxudan hərə bir yanə, ya Hüseyn.

    Bir iltifat qıl bu zəlilə, Dəxilinəm,
    Misgin gəlib bu xaki-giranmanə, ya Hüseyn?


    o

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  14. The Following 3 Users Say Thank You to AŞIQ-PƏKƏR For This Useful Post:

    Bobi (Monday 15 November 2010-1), memmed (Monday 15 November 2010-1), yurd sevan (Tuesday 16 November 2010-1)

  15. #8
    Professional AŞIQ-PƏKƏR's Avatar
    Qeydiyyat
    Dec 2009
    Ünvan
    AZƏRBAYCAN
    İsmarıclar
    439

    Level: 31 
    Təcrübə: 341,929
    Next Level: 369,628

    Thanks
    1,223
    Thanked 2,062 Times in 437 Posts

    Əsas seçim

    HACI RZA SƏRRAF

    Hacı Rza Sərraf 1853-cü ildə Təbrizdə tacir ailəsində doğulmuşdur. Atası
    Seyid Məhəmmədin Təbriz bazarında sərraf dükanı varmış. Hacı Rza ilk təhsilini
    Təbrizdə mədrəsədə almış, o dövrün biliklərinə yiyələnmişdir. Lakin atası vəfat
    etdiyi üçün o, təhsildən ayrılaraq dükanda atasının işini davam etdirməli
    olmuşdur, “Sarraf” təxəllüşü peşəsi ilə bağlıdır. 1907-ci ildə Təbrizdə ürək
    xəstəliyindən vəfat etmişdir.
    Sərraf bədii yaradıcılığa gənclik illərində başlamış, əsərləri şöhrət tapdığı
    üçün dəfələrlə Təbrizdə və Bakıda nəşr olunmuşdur. Burada verilən örnəklər
    "Canubi Azərbaycan ədəbiyyatı antologiyası" (I cild, 1981) və "Dahilərin göz
    yaşı. Mərsiyələr" (1990) kitablarından götürülmüşdür.


    Qurbanın olum, getmə, Əli, bircə dayan, dur,
    Göz yaşıma bax, gör necə ardınca rəvandır.

    Qardaş, nə anam var, nə bacım, xarü zəliləm,
    Bu nərgisi-məstin kinü bimarü əliləm,
    Gəl salma nəzərdən məni, rəhm eylə, dəxiləm,
    Axır sənə bu dərdi-dilim şərhü bəyandır.

    Sənsən, Əli qardaş, güli-gülzari-Mədinə,
    Getsəm, pozular rövnəqi-bazari-Mədinə,
    Bu halına ağlar hamı divari-Mədinə,
    Qan ağlamayım mən necə, bağrım dolu qandır.

    Səndən sora bir kəs mən ilə həmnəfəs olmaz,
    Qeyr əz qəmü ənduhü bəla dadrəs olmaz,
    Bu dərd, müsibət mənə dünyada bəs olmaz,
    Düşdükcə anam yadə, işim ahü fəğandır.

    Çün eyləmişəm dərdü bəla ilə əlaqə,
    Bu bəstəri-qəmdən dəxi mən durmam əyağə,
    Hərgiz demərəm gər məni yandırma fərağə,
    Bax gör dözə billəm, Əli, ondan sora yandır.

    Bundan sora, qardaş, məni saldıqca xəyalə,
    Ollam səri-zülfün kimi piçidə məlalə,
    Müşkül görürəm bir də yetəm bəzmi-vüsalə,
    Cismim əriyir, yerdə qalan bir quru candır,

    Getsən cigərim lalə sifət qan olu sənsiz,
    Məmurəyi-eyşim,Əli, viran olu sənsiz,
    Bu şəhri-Mədinə mənə zindan olu sənsiz,
    Gəl getmə gözüm nuru, ayaq saxla amandır.

    Saldıqca sənin xali-xətin yadə vətəndə,
    Bundan sora gəlləm, Əli, fəryadə vətəndə,
    Heç kimsə qərib olmaya dünyadə vətəndə,
    Qürbət qəmi, bimar qəmi eşqə yamandır.

    Bu dərdılə mən olməyin axır nə rəvadır,
    Çün şərbəti-vəslin dili bimarə şəfadır,
    Fikri-xəmi-zülfün mənə zənciri-bəladır.
    Zikri-ləbi-ləlin mənə bir ruhi-rəvandir.

    Yanmış anasızlıq oduna bəs ki, bu canım,
    Qalmıb qəmi-hicranə dəxi tabü təvanım,
    Vardır yeri dünyanı tuta əşki-rəvanım,
    Tufani-bəla çeşmeyi-çeşmimdən əyandır.

    Sərrafi-günəhkarəm əya, qadiri-qəffar,
    Gözdən tökərəm göz yaşı çün dirhəmi-dinar,
    Bu kəsbdən öz mərhəmətinlə məni qurtar,
    Sərmayəsi qəm, kəsbi ölüm, sudi ziyandır

    Bixudi-zahirpərəst zahirimə bənd olub,
    Çıxmadı başı onun, heyf içimdən mənim;
    Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli,
    Tifli-ibarət əmər şir keçimdən mənim:
    Laş verib bəslədim hər küçüyü dəhrdə,
    Ta ki, gəlib oldu it, tutdu qıçımdan mənim.


  16. The Following 3 Users Say Thank You to AŞIQ-PƏKƏR For This Useful Post:

    Bobi (Monday 15 November 2010-1), memmed (Monday 15 November 2010-1), yurd sevan (Tuesday 16 November 2010-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

Haci rza sərraf divani

Hacı Əbülhəsən Racinin Divanı

hacı əbülhəsən raci şeyirlər və mərsiyələr

hacı əbülhəsən raci

نوحه باكسثان

Şəhri-Yəsribdən olan vəqtə müsafir Zeynəb

qumri dərbəndi

əbülhəsən raci

şəhidlərə hesr olunmus ağı

raci ya huseyn

SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO