Bülbül
Murtuza Məşədi Rza oğlu Məmmədov (Bülbül adi - qeyri-adi dərəcədə gözəl səsinə görə verilmişdir) - (22 İyun1897, Xanbağı, (Şuşa) - 26 Sentyabr1961, Bakı) - Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti,SSRİ Dövlət mükafatı laureatı.
Murtuza Məmmədov 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.
Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.
1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Delliponti və R. Qraninin sinifini) bitirib vətənə geri dönür və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayır.
1932-ci ildə Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılmışdır. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır.
1938-ci ildə SSRİ Xalq artisti adına layiq görülmüşdür.
1940-cı ildə professor seçilmişdir.
1950-ci ildə SSRİ Dövlət mükafatı laureatı olmuşdur.
Hal-hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Konservatoriyanın nəzdində musiqi məktəbi fəaliyyət göstərir.
Onun oğlu - Polad Bülbüloğlu bir müddət bəstəkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
Bülbül Azərbaycan SSRİ Ali Sovetinin deputatı olmuşdur. O, 2 dəfə Lenin Ordeninə, 2 Qırmızı Əmək Bayrağı ordeninə, "Şərəf nişanı" ordeninə, İtaliyanın Qaribaldi ordeninə və medallara layiq görülmüşdür.
26 Sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Mündəricat:
1. Oynadığı əsas partiyalar
2. İfa etdiyi əsas romanslar, xalq mahnıları, təsniflər
1. Oynadığı əsas partiyalar
Koroğlu - Üzeyir Hacıbəyov, "Koroğlu"
Əsgər - Üzeyir Hacıbəyov, "Arşın mal alan"
Qərib - R.M. Qlier, "Şahsənəm"
Əlyar - M. Maqomayev, "Nərgiz"
Nizami - Ə. Bədəlbəyli, "Nizami"
Fərhad - Niyazi, "Xosrov və Şirin"
Aslan - Q.Qarayev və C.Hacıyev, "Vətən"
2. İfa etdiyi əsas romanslar, xalq mahnıları, təsniflər.
"Sənsiz" - Üzeyir Hacıbəyov
"Sevgili canan" -Üzeyir Hacıbəyov
"Ölkəm" - A. Zeynallı
"Süsən sünbül" - Xalq mahnısı
"Yaxan düymələ" - Xalq mahnısı
"Qara gözlər" - Xalq mahnısı
"Çal-oyna" - Xalq mahnısı
"Segah təsnifləri"
--------------------------------------------------------------------------
Bülbülün iki album goumuŞam
[Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
94.43MB
Birinci albumde bu mahnıları var
Bulbul - Ala Gozlu Yar
Bulbul - Almani Atdim Xarala
Bulbul - Asiq Yari
Bulbul - Baxcada Guller
Bulbul - Bextever Oldum
Bulbul - Bir Buse Ver
Bulbul - Bir Coban Gizi
Bulbul - Bir Coban Gizi (Segah)
Bulbul - Bu Gun Ayin Ucudur
Bulbul - Bulbul
Bulbul - Emek Negmesi
Bulbul - Gozlerin Aladir
Bulbul - Gul Camalin
Bulbul - Gule Gule
Bulbul - Hekim Giz
Bulbul – Hesengel
Bulbul - Hicaz Tesnifi
Bulbul - Innabi
Bulbul - Intizar
Bulbul - Koroglu
Bulbul - Koroglu Ariyasi
Bulbul - Kuchelere Su Sepmishem
Bulbul - Menim Gulum
Bulbul - Neolaydi
Bulbul - Nizaminin ariyasi
Bulbul - Qara teller
Bulbul - Sensiz
Bulbul - Sevgili Canan
Bulbul - Ulduz
Bulbul - Veten Negmesi
Bulbul - Vetenim Dedim
Bulbul - Xumar Oldum
Bulbul - Yaxani Duymele
Bulbul - Zuleyxa
------------------------------------------------------------------------
[Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
67.53 MB
Bülbülün Ikinci albumde bu muğamlar var
Tesnifler
Cahargah tesnifi
Müxalif tesnifi
Fizuli tesnifleri


LinkBack URL
About LinkBacks





Reply With Quote





