+ Reply to Thread
1`dan(dən) 6`ə(a/ya/yə) qədər. Cəmi 6.

Mövzu: Azərbaycan türkcəsinin öyrədilməsi ((Baybək ARAZOĞLUdan)) 1ci bölüm

  1. #1
    yeni üzv BaybakArazoglu's Avatar
    Qeydiyyat
    Aug 2008
    İsmarıclar
    1

    Level: 10 
    Təcrübə: 1,258
    Next Level: 1,454

    Thanks
    0
    Thanked 9 Times in 1 Post

    Post Azərbaycan türkcəsinin öyrədilməsi ((Baybək ARAZOĞLUdan)) 1ci bölüm

    ƏLİFBA

    Əlifba hərflərin müəyyən sıra ilə düzülüşünə deyilir.
    Əlifba sözü ərəb əlifbasında ilk iki hərfin adını bildirən (əlif, bə), yunan dilində isə alfa və beta hərflərinin birləşməsindən ibarət olan alfabet şəklində işlənir.
    İlk əlifbanı finikiya tacirləri tərtib etmişlər. Dünyada ən çox işlənən əlifbalar ərəb(sətrənciyyə), kiril və latın əlifbalarıdır.
    Hərflərin çap və əl yazısı şəkli, böyük və kiçiyi olur. Danışıq səsləri daha ilkin və qədim olan şifahi dilin; hərflər isə nisbətən sonralar yaranan yazılı dilin göstəriciləridir.
    Hərflər danışıq səslərinin yazıdakı şərti işarələridir. Azərbaycan əlifbasında 32 hərf var. Hərfləri onların əlifbadakı adları ilə göstərmək lazımdır. Hazırda istifadə etdiyimiz latın qrafikalı əlifba aşağıdakı şəkildədir:

    Latin

    Əl yazısı şəkli

    Adı

    Nümunə

    Latin

    Əl yazısı şəkli

    Adı

    Nümunə

    Aa

    Aa

    a

    Aaq

    Qq

    Qq

    qe

    Qulaq

    Bb

    Bb

    be

    Bütöv

    Ll

    Ll

    el

    Laxlamaq

    Cc

    Cc

    ce

    Coşqun

    Mm

    Mm

    em

    Mağara

    Çç

    Çç

    çe

    Çiçək

    Nn

    Nn

    en

    Narın

    Dd

    Dd

    de

    Dayaq

    Oo

    Oo

    o

    Oba

    Ee

    Ee

    e

    Elçi

    Öö

    Öö

    ö

    Ölçü

    Əə

    Əə

    ə

    Əmək

    Pp

    Pp

    pe

    Paltar

    Ff

    Ff

    fe

    Fışıltı

    Rr

    Rr

    er

    Rəng

    Gg

    Gg

    ge

    Güzgü

    Ss

    Ss

    se

    Səs

    Ğğ*

    Ğğ

    ğe

    Dağ

    Şş

    Şş

    şe

    Şanlı

    Hh

    Hh

    he

    Haray

    Tt

    Tt

    te

    Tanıtmaq

    Xx

    Xx

    xe

    Xəzər

    Uu

    Uu

    u

    Uzun

    Iı*

    i

    Yağı

    ÜÜ

    ÜÜ

    ü

    Ünlü

    İi

    İi

    i

    İncə

    Vv

    Vv

    ve

    Varlıq

    Jj

    Jj

    je

    Jalə

    Yy

    Yy

    ye

    Yaylaq

    Kk

    Kk

    ke, ka

    Kəskin

    Zz

    Zz

    ze

    Zingilti

    *QEYD: Dilimizdə iki hərflə: Ğğ hərfləri ilə söz başlanmır.

    FONETİKA

    Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.
    Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səs­lər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edireşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görüryazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün burada onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]
    Danışıq səsləri fərqli özəlliklərinə görə iki növə bölünür:
    1. Səslilər(Ünlülər-Saitlər),
    2. Səssizlər(Ünsüzlər-samitlər).

    Səslilər ağız boşluğunda sərbəstmaneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Səslilərin daha bir özəlliyi heca əmələ gətirməsidir. .
    Səssizlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.
    Səslilərin bölgüsü
    Dilimizdə 9 səsli səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə səslilərin aşağıdakı üç bölgüsü var:
    1. Dilin arxaön hissəsində deyilməsinə (dilin üfüqi durumuna) görə:
    Qalın səslilər (dilarxası): [a], [ı], [0], [u].
    İncə səslilər (dilönü): [ə], [i], [ö], [ü], [e].
    2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (ağız boşluğunun vəziyyətinə) görə:
    Qapalı səslilər (dar): [ı], [i], [u], [ü].
    Açıq səslilər (gen): [a], [ə], [o], [ö], [e].
    Qapalı səslilərin teleffüzünde alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar səslilər də deyilir). Bu səsliləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çı, ­çi, -çu, -çü; -lıq, -lik, -lııq, -Iük və s.) yadda saxlamaq lazımdır. Belə şəkilçilərin tərkibində qapalı səslilər iştirak edir. Açıq səslilərin tələf­füzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen səslilər də deyilir).
    3. Dodaqların vəziyyətinə görə:
    Dodaqlanan səslilər: [o], [ö], [u], [ü].
    Dodaqlanmayan səslilər: [a], [ə], [ı], [i], [e].
    Dodaqlanan səslilərin teleffüzündə dodaqlar bir qədər irəliyə gəlir dairəvi şəkil alır. Dodaqlanmayan səslilərin tələffüzündə isə bu hal baş vermir.
    Səsli səslərin növlərini aşağıdakı cədvəldə daha aydın şəkildə görmək olar:

    Açıq

    Qapalı

    Qalın

    İncə

    Qalın

    İncə

    Dodaqlanmayan

    a

    e, ə

    i

    i

    Dodaqlanan

    o

    ü

    u

    ü




    Cədvəldən göründüyü kimi, hər bir səslinin üç növü var. Məsələn: [a] səslisi qalın, açıq, dodaqlanmayan: [ü] səslisi incə, qapalı, dodaqlanandır.
    Səslilərin üç bölgüsü olduğu üçün onların qarşılaşdırılması da aşağıdakı 3 cədvəldə olduğu kimidir:
    I.Qalın səslilər: [a], [ı], [o], [u]
    İncə səslilər: [ə], [i], [ö], [ü]


    II.Açıq səslilər: [a], [ə], [o], [ö]
    Qapalı səslilər: [ı], [i], [u], [ü]


    III.Dodaqlanan səslilər: [o], [ö], [u], [ü]
    Dodaqlanmayan səslilər: [a], [ə], [ı ], [i ]
    [e] səsinin taleffüzündə dil neytral vəziyyətdə olur, buna görə də onun heç bir qarşılığı yoxdur.
    Şəkilçilərdə yalnız a, ə, ı, i, u, ü səsliləri iştirak edir.
    Bəzi səslilərin uzun tələffüzü
    Dilimizdə, əsasən, ərəb mənşəli bir sıra sözlər var ki, onlarda bəzi səslilər bir qədər uzun tələffüz olunur.
    Məsələn: Arif, alim, Sabir, şikayət, əfsanə sözlərindəki [a:] səsi; Etibar, elan, nemət sözlərindəki [e:] səsi; möcüzə, şölə, şöbə, mötəbər sözlərindəki [ö:] səsi; məna, bəzi, tətil sözlərindəki [ə:] səsi uzun tələf­füz olunur.
    Bəzi sözlərdə [i], [u] və [o] səsliləri də uzun tələffüz olunur. Məsələn: vəsiqə, həqiqət, zinət sözlərində [i:] səslisi; Füzuli, musiqi, xüsusi sözlərində [u:] səslisi uzun tələffüz olunur. Dovşan, sonra, dovğa, lovğa və s. kimi sözlərdə [o:] səslisi uzun tələffüz olunur. Belə sözlərdə o hərfindən sonra gələn v səssizi (bəzən də n səssizi) tələffüzdə düşür: [do:şan], [so:ra], [lo:ğa]. Eyni hal vbə, lövbər, bənövşə və s. kimi sözlərin tələf­füzündə də baş verir: [tö:bə], [lö:bər], [bənö:şə].
    Dilimizdəki [ı][ü] səsliləri isə uzun tələffüz olunmur.
    Səssiz səslərin növləri
    Səssizler səs tellərinin iştirakına görə iki növə bölünür:
    1. Kar səssizlər
    2. Cingiltili səssizlər

    Kar səssizlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.
    Cingiltili səssizlərin tələffüzündə isə səs telləri iştirak edir və onlar küydənavazdan ibarət olur.
    Dilimizdəki cingiltili və kar səssizlərin çoxu cütlük təşkil edir:
    Cingiltili səssizlər: [b], [q], [v], [ğ], [d], [j], [z], [y], [g], [c], [l], [m], [n], [r], -
    Kar səssizlər: [p], [k'], [f], [x], [t], [ş], [s], [x`], [k], [ç], - - - - [h]
    [1], [m], [n], [r] cingiltili səssizlərinin kar qarşılığı, [h] kar səssizinin isə cingiltili qarşılığı yoxdur.
    [m][n] səslərinin əmələ gəlməsində hava axını əsasən burun boşluğundan çıxır. Buna: görə həmin səssizlərə burun səssizləri deyilir.
    Dilimizdə 25 səssiz səs var ki, onlar 23 hərflə ifadə olunur. Əlifbamızda komandir, tank, klub sözlərindəki [k'] səsini (cingiltili [q] səssizinin kar qaşılığı) və ipək, çiçək, məktəb sözlərindəki [x`] səssizini (cingiltili [y] səssizinin kar qarşılığını) ifadə etmək üçün xüsusi hərf yox­dur. Bu iki səs elifbamızda kənd, türk, şəkil sözlərindəki [k]' səsini (cingiltili [g] səssizinin kar qarşılığını) ifadə edən "k" herfi ilə göstərilir. Buna görə də dilimizdəki səssiz səslərin sayı 25, əlifbamızdakı hərflərin sayı isə 23-dür.
    Dilimizdə 34 səs, 32 hərf var.
    Ahəng qanunu
    Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və ya incə səslilərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir.
    Ahəng qanununa görə söz qalın səslili heca ilə başlayırsa, sonrakı hecalar da qalin səslili olur. Məsələn: ya-zı-çı-lar. Eyni hal incə səsli ilə başlanan sözlərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz; Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur.(İşıq, ilan, ilğım, iıı am, iraq, ilxı, ildırım, ilıq, işartı, elat və s. kimi bir neçə söz istisnadır). Bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn: alim, vəfa, kitab, dünya, büro və s.
    Ahəng qanunu kökşəkilçi arasında daha möhkəmdəyişməz olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, hökmən sözün son hecasının ahənginə uyuşmalıdır. Məsələn: ki-tab+da, təy-ya-rə+çi+lər və s. Deməli, ahəng qanunu köklə şəkilçi arasında daha möhkəm ve dəyişməz 0lur. Köklə şəkilçi sözün morfoloji quruluşunu müəyyən edir. Ahəng qanunu isə köklə şəkilçi arasında nizamlayıcı amil rolunu oynayır. Deməli, ahəng qanunu fonetik hadisə olmaqla yanaşı, həm də morfoloji hadisədir. Məhz bu özəlliyinə görə ahəng qanunu dilçilikdə morfonoloji (morfologiya və fonotikanı bir­ləşdirən) hadisə sayılır. Morfonologiya iki sözdən ibarətdir: morfologiya, fonetika.
    Ahəng qanununun tələbinə görə öz dilimizə məxsus şəkilçilər ya iki, ya da dörd variantlıdır.
    Qeyd: Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb sözlərdə də ahəng qanunu pozulur. Məsələn: dəvəquşu, quşüzümü, günəbaxan, Günay, Aybəniz və s.
    Last edited by BaybakArazoglu; Friday 29 August 2008-1 at 01:10 AM.

  2. The Following 9 Users Say Thank You to BaybakArazoglu For This Useful Post:

    beyqurd (Tuesday 28 October 2008-1), Bobi (Tuesday 18 January 2011-1), duzlu oğlan (Friday 29 August 2008-1), gelecek bizimdir (Sunday 31 August 2008-1), merendoglu (Tuesday 28 October 2008-1), R.F.A (Tuesday 18 January 2011-1), sensizolmaz (Friday 29 August 2008-1), tarkan (Sunday 31 August 2008-1), yurd sevan (Tuesday 18 January 2011-1)

  3. #2
    Azerbaycan konularin nazir müduru sensizolmaz's Avatar
    Qeydiyyat
    Apr 2008
    Ünvan
    TəbriZzZzZzZ
    İsmarıclar
    858

    Level: 37 
    Təcrübə: 1,187,957
    Next Level: 1,209,937

    Thanks
    1,912
    Thanked 2,081 Times in 755 Posts

    Əsas seçim TŞK

    Baybək Hər şeydən öncə çox sağol ki fəaliyət üçün bu sitəni seçmisiniz

    və bölümü göndərdiyin üçün də sağol daha geniç yaysaniz daha yaxşi olar
    [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]

    Gülki Dünya Sənə Gülsün



  4. The Following 4 Users Say Thank You to sensizolmaz For This Useful Post:

    Bobi (Tuesday 18 January 2011-1), gelecek bizimdir (Sunday 31 August 2008-1), R.F.A (Tuesday 18 January 2011-1), yurd sevan (Tuesday 18 January 2011-1)

  5. #3
    yeni üzv aygun's Avatar
    Qeydiyyat
    Oct 2008
    İsmarıclar
    1

    Level: 10 
    Təcrübə: 1,198
    Next Level: 1,454

    Thanks
    0
    Thanked 2 Times in 1 Post

    Əsas seçim

    Salam Zehmet Olmasa Baybek Azərbaycan Dilinde Olan Bütün Alinma Sözlerin Siyahisini Verin!mümkünsə!

  6. The Following 2 Users Say Thank You to aygun For This Useful Post:

    Bobi (Tuesday 18 January 2011-1), yurd sevan (Tuesday 18 January 2011-1)

  7. #4
    Yaxşı Yazır beyqurd's Avatar
    Qeydiyyat
    Aug 2008
    Ünvan
    beyqud
    İsmarıclar
    85

    Level: 26 
    Təcrübə: 107,657
    Next Level: 125,609

    Thanks
    120
    Thanked 314 Times in 83 Posts

    Əsas seçim

    səlam babək dadaş,Öcə xoşgəldin deyirəm.
    əllərin ağrimasin sənin bu gozəl və dəyərlı araşdirmalar və məqalələrin ümuram ki bu sayti zənginləşdirəcəx.
    tanrı yardimimn olsun.yaşayişda üğurlar qazanasan.
    Özgə çırağına yağ olmaq bəsdir,
    Doğma ellərimiz qaranlıqdadır.
    Yanıb, yandırmayaq yadın ocağın,
    Evimiz soyuqdur, qışdır, şaxtadır.



  8. The Following 3 Users Say Thank You to beyqurd For This Useful Post:

    Bobi (Tuesday 18 January 2011-1), R.F.A (Tuesday 18 January 2011-1), yurd sevan (Tuesday 18 January 2011-1)

  9. #5
    yeni üzv İntiqam Türk Eloğlu's Avatar
    Qeydiyyat
    Jan 2011
    Ünvan
    Bütöv Azərbaycan
    İsmarıclar
    16

    Level: 15 
    Təcrübə: 6,169
    Next Level: 7,465

    Thanks
    6
    Thanked 67 Times in 16 Posts

    Əsas seçim

    Yaşayın bəy, sizinlə nə qədər iftixar etsək azdır! İnanıram ki, bundan Güney Azərbaycan Türkləri lazımi qədər yararlanacaqlar!
    Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
    Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!!!
    Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,
    İstərəm səma kimi, günəş kimi, cahan kimi!!!

  10. The Following 5 Users Say Thank You to İntiqam Türk Eloğlu For This Useful Post:

    Bobi (Tuesday 18 January 2011-1), oktay (Tuesday 18 January 2011-1), R.F.A (Tuesday 18 January 2011-1), time trial (Tuesday 18 January 2011-1), yurd sevan (Tuesday 18 January 2011-1)

  11. #6
    Iraztürkün fabrik dostu R.F.A's Avatar
    Qeydiyyat
    Dec 2010
    İsmarıclar
    8,508

    Level: 43 
    Təcrübə: 3,526,536
    Next Level: 3,609,430

    Thanks
    3,476
    Thanked 9,017 Times in 4,853 Posts

    Əsas seçim

    Sitat İntiqam Türk Eloğlu tərəfindən İsmarıcı oxu
    Yaşayın bəy, sizinlə nə qədər iftixar etsək azdır! İnanıram ki, bundan Güney Azərbaycan Türkləri lazımi qədər yararlanacaqlar!
    səlam bəy çox çox xoş gəlmisiz
    şərəfləndirmisiz
    inşallah ki sizində yardımlarızınan biz də bir şeylər örənərik

    ərkek olmak ; hayatına bir sürü kadın girməsi değildir; önəmli olan kaç kadını gərçektən sevdiğin və onlara nə kadar dürüst olabildiğindir .

    ərkek olmak ; gəniş omuzlara sahip olmak değil önəmli olan kaç kadına o omuzlarla yaslanacak kadar güvən verdiğindir .

    ərkek olmak ; romantik bir ortamda güzəl sözlər fısıldamak değil önəmli olan hər sözünün kalbindən gəlməsidir .

    ərkek olmak ; büyük və ağır əşyaları kolay kaldırmak değil önemli olan hayatın yükünü cəsurca taşıyabilmektir .


  12. The Following 5 Users Say Thank You to R.F.A For This Useful Post:

    Bobi (Tuesday 18 January 2011-1), oktay (Tuesday 18 January 2011-1), time trial (Tuesday 18 January 2011-1), yurd sevan (Tuesday 18 January 2011-1), İntiqam Türk Eloğlu (Tuesday 18 January 2011-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

əsl Azərbaycan sözləri

Danışıq üzvləri

Ahəng qanunu

əlifba kitabı 32 hərf

azerbaycan hərflər

azerbaycan alfabeti

a hərfinin öyrədilməsi

danışıq səslərinin yaranmasında danışıq üzvlərinin rolu

qalın ve dodaqlanmayan

Aa hərfi

SEO Blog

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO